Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Təhsil Nazirliyi tərəfindən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant Müsabiqəsinin nəticələri müəyyənləşib

20 iyun 2020 | 16:00

Qürurverici haldır ki, qalib layihələr arasında rayon müəllimlərimizin də layihələri var. İlisu kənd tam orta məktəbin kimya müəllimi Günay Mahmudova “Real həyat və bacarıqlarımız”, Əmircan kənd ümumi orta məktəbinin direktoru Rübail Əfəndiyeva “PİRLS – İnkişaf üçün oxu”, Qorağan kənd tam orta məktəbinin musiqi müəllimi Zümrüd Həsrətova “Texnoloji vasitələrin təhsilə məqsədli tətbiqi metodikası” layihələri ilə qalib gəliblər.
Qeyd edək ki, müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Bu müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant Müsabiqəsinin qalibi olmuş müəllimlərimizi təbrik edir, onlara layihələrinin icrasında və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.


Keçidlər