Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət qulluqçuları təltif edildi

23 iyun 2020 | 16:00

Ölkə başçısı cənab İlham Əliyev 23 iyun- Dövlət qulluqçularının peşə bayramı münasibəti bir qrup dövlət qulluqçusunu təltif etmişdir.
Sevindirici haldır ki, təltif olunanlar arasında rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Kuzikevxaşvili Luiza Vasoyevna da var.
Cənab Prezident İlham Əliyevin 23 iyun 2020-ci il tarixli sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Kuzikevxaşvili Luiza Vasoyevna  “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
         Rayon rəhbərliyi peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən dövlət qulluqçularını və fəxri ada layiq görülmüş Luiza xanım Kuzikevxaşvilini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Keçidlər