Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu il rayonumuzda 496 hektar sahədə tütün əkilib

24 iyun 2020 | 16:00

         Builki mövsümdə rayonumuzun təsərrüfatçıları 496 hektar sahədə tütün yetişdirirlər. Torpaq mülkiyyətçiləri bu il 470 hektar sahəyə “Virciniya botaniki”, 14 hektara “Berley”, 12 hektar sahəyə isə “İmmuniy” növ tütün sortları əkiblər.
         Cari mövsümdə tütün yetişdirilməsi ilə əlaqədar 60 təsərrüfatçı ilə müqavilə bağlanılıb. Tütün əkini və becərilməsi işlərinə 800-dən çox mövsümi işçi cəlb olunub. Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, becərmə işləri aparılır, alaq otlarından təmizlənir, suvarılır. Yaşıl tütün yarpağının dəriminə yaxın günlərdə başlanılacaq.

Keçidlər