Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzun iki kəndində modul tipli məktəb binaları quraşdırılır

04 avqust 2020 | 16:00

       Rayonun Amanlı və Aşağı Malax kəndlərində qəzalı vəziyyətdə olan ibtidai və ümumi orta məktəblər üçün quraşdırılan 20 və 40 şagird yerlik modul tipli məktəb binalarında tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda hər iki binada son tamamlama işləri görülür.
        İndiyədək rayonun Çinarlı, Qapıçay, Qaradolaq, Qarabaldır, Əmircan və Fıstıqlı kəndlərində də modul tipli məktəb binaları quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.
       Ümumiyyətlə, son illər  rayonumuzda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində davamlı işlər görülür. Belə ki, rayonda 23 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb binası əsaslı təmir olunub, 8 kənd məktəbi üçün modul tipli bina quraşdırılıb.

Keçidlər