Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda tütün yığımına start verilib

06 avqust 2020 | 16:00

         Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük sahəsində də uğurlu nəticələr əldə edilmişdir. Respublikamızda bu sahənin sürətlə inkişaf etməsində ölkə rəhbəri tərəfindən müxtəlif illərdə qəbul edilmiş Dövlət Proqramları da  xüsusi əhəmiyyət daşıyır.
          Kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülük həm də yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir.
         Rayonumuz üçün də ənənəvi istehsal sahələrindən biri olan tütünçülüyün daha da inkişaf etdirilməsi məqsədilə cari ildə rayonda tütünçülüklə məşğul olan fermerlər tərəfindən 470.4 hektar sahədə ətirli “Virciniya”, 26  hektar sahədə isə digər tütün növləri olmaqla cəmi 496.4  hektar sahədə tütün əkini aparılmışdır. Tütünçülər bu il də keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Artıq xeyli müddətdir ki, tütün dəriminə başlanılıb. Bu günədək fermerlər tərəfindən 300 tondan artıq yaş tütün kütləsi tədarük edilərək Qax TİEM-nə və digər tütün qəbulu məntəqələrinə təhvil verilmişdir. Gün ərzində tütün qəbulu məntəqələrinə 25-30 ton yaş tütün təhvil verilir. Bu günədək kameralarda qurudularaq 30 tona yaxın quru tütün çeşidlənərək anbarlara yığılmışdır. Tütün yığımı noyabr-dekabr aylarına qədər davam edəcəkdir. Mövsüm ərzində rayonda 500 tondan artıq quru tütün tədarükü gözlənilir.


     

 

Keçidlər