Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda arı ailələrinin sayı artıb

27 avqust 2020 | 16:00

Rayonun arıçılıq təsərrüfatlarında olan arı ailələrinin (pətəyinin) identikləşdirilməsi işləri başa çatıb. Monitorinqlərin nəticələrinə əsasən, hazırda rayonda arıçılıqla məşğul olan 897 arıçının təsərrüfatında 26 min 846 arı ailəsi saxlanılır. Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, bu il rayonun arıçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 268 min 460 manat subsidiyanın verilməsi nəzərdə tutulur. Arıçılıq təsərrüfatlarında olan arı ailələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınıb. Yaxın vaxtlarda arıçılara subsidiyanın ödənilməsinə başlanılacaq.
        Arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində bu il rayonda arıçılıq təsərrüfatlarının sayı ötən illə müqayisədə 100 təsərrüfat, arı ailələrinin sayı isə 5162 ailə artıb.

Keçidlər