Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib

20 oktyabr 2020 | 16:00

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib.
Müraciətində düşmənin son günlərdə Gəncə və Mingeçevir şəhərlərini raket atəşinə tutması nəticəsində ölən və yaralananların olduğuna münasibət bildirən ölkə rəhbəri vurğulayıb ki, Ermənistan rəhbərliyi məsuliyyətə cəlb olunmalı, dünya ictimaiyyəti bu cinayətə öz qəzəbini bildirməlidir.
Bugün dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi olur deyən cənab Prezident bütün sivil dünya qüvvələrinin rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sığmayan əməllərinin şahidi olduğunu qeyd etdi.
    Oktyabrın 17-si gecə saat 01:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri və cəbhə xəttindən çox uzaqda yerləşən  Gəncəni sayca üçüncü dəfə ballistik raket atəşinə tutması nəticəsində 14 mülki şəxs, o cümlədən 2 uşaq həyatını itirmiş, 55-də çox mülki şəxs yaralanmışdır. Ölkə Başçısı bütün bu baş verənləri Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayət adlandırdı.
Xalqa müraciətində ölkə rəhbəri rəsmi Yerevanın Cenevrə Konvensiyasına zidd əməllər törətdiyini, Şuşada və Qarabağın digər şəhərlərində Livandan və başqa ölkələrdən gətirilmiş ermənilərin məskunlaşdırılmasının qanunsuz olduğunu diqqətə çatdırdı.
Düşmənin vəhşiliyini və vandallığını xüsusi vurğulayan cənab Prezident 30 il ərzində düşmən əlində qalmış yaşayış məskənlərinin amansızcasına dağıdıldığını, bütün binaların və dini abidələrin söküldüyünü, Füzuli şəhərinin erməni faşizminin şahidi olduğunu qeyd etdi.
Müraciətində ölkə başçısı onu da bildirdi ki, müflis ölkə olan Ermənistanın çoxlu sayda silah-sursata sahib olması dünya ictimaiyyətini gərək düşündürsün. Bu gün valyuta ehtiyatları cəmi 1,5 milyard dollar, xarici dövlət borcu ümumi daxili məhsulun 60-70 faizini təşkil edən  Ermənistanın müharibə aparmaq üçün silah və texnikanı hansı yollarla əldə etdiyi böyük suallar doğurur deyən Prezident İlham Əliyev Azərbaycan xalqının bu suallara cavab tələb etməyə haqqının çatdığını vurğuladı.
Ermənistan əhalisi dövlət və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmalıdır deyən Ali Baş Komandan onları kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməyə çağırdı. Bugün həqiqətən də Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər onu sübut edir ki, erməni xalqı həqiqəti dərk edir və bu cinayətdə iştirak etmək istəmir. Və erməni xalqının bu cinayətkar xunta rejiminin başçılarını məsuliyyətə cəlb edəcəyi gün çox da uzaqda deyil.
Xalqa müraciətində Füzuli şəhərinin də işğaldan azad olunduğunu bildirən Ali Baş Komandan bunu böyük qələbənin müjdəsi adlandırdı. Füzuli əməliyyatının rəmzi məna daşıdığını, minlərlə insanın o yerlərə qayıdacağını və strateji nöqteyi nəzərdən müharibənin gedişində Füzulinin strateji üstünlüklərini vurğuladı.
Ali Baş Komandan həmçinin öz silahlarını qoyub qaçan erməni əsgərinin Azərbaycan ordusu tərəfindən məhv edilmiş texnikasının siyahısını diqqətə çatdırdıraraq bildirdi ki, müharibənin ilk günündən başlayaraq düşmənin 234 ədəd tankı məhv edilmiş, 36 tankı hərbi qənimət kimi götürülmüşdür. 49 ədəd piyadaların döyüş maşını məhv edilmiş, 24 ədədi hərbi qənimət kimi götürülmüşdür. 16 ədəd Özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlifçaplı toplar, 2 “Uraqan” sistemi, 1 TOS odsaçan, 2 “ELBRUS” əməliyyat taktiki raket kompleksi, 1”Toçka-U”, 35 OSA zenit raket kompleksi, 3 TOR zenit raket kompleksi, 5 KUB və “Kruq” zenit raket kompleksi, 9 radioelektron mübarizə sistemi, 2 S-300 zenit raket kompleksi, 196 yük avtomobili məhv edilmiş, 98-i qənimət kimi götürülmüşdür.
Həqiqətəndə bugün döyüş meydanında Azərbaycan ordusu tam üstünlüyə malikdir. Strateji məntəqələri və yüksəklikləri ələ keçirən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını sıradan çıxarıb. Məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar dəyərindədir.
Füzulidə baş verən ağır döyüşlər haqqında kitablar, əsərlər yazılacaq deyən cənab Prezident, aparılan döyüşlərin ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən olduğunu, Azərbaycan əsgərinin məharət ,şücaət, fədakarlıq nümayiş etdirərək haqqı bərpa etdiyini bildirdi.
Xalqa müraciətində Azərbaycan ordusunun mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəldiyini vurğulayan ölkə rəhbəri Azərbaycan ordusunun öz xilaskar missiyasını yerinə yetirərək 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini və Füzuli şəhərini işğaldan azad edildiyini bildirdi.
Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimizin işğaldan azad olunacağını əminliklə vurğulayan ölkə rəhbəri Azərbaycan hökümətinin dağıdılmış şəhərləri və kəndləri yenidən quracağını, bütün ərazilərdə məscidlərin bərpa olunacağını və oralardan azan səsinin yüksələcəyini qeyd etdi.
Bugün haqlı olan Azərbaycan ordusu öz torpaqlarında vuruşur və döyüş meydanında düşmənə gücünü göstərir. Azərbaycan xalqının savaşı müqəddəs savaşdır. Ali baş komandanın və Azərbaycan ordusunun qətiyyəti bizə deməyə əsas verir ki, Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam etdirəcəkdir.
Müsahibəsində Azərbaycan xalqının haqq iradəsi dönməzdir deyən Ali Baş Komandan bildirdi ki, bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Ölkə rəhbəri həmçinin xalqımızın öz dogma dədə-baba torpaqlarını işğalçılardan azad etdiyini qeyd etdi.
Bugün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində Azərbaycan xalqının maraqları qorunur və öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistandan fərqli olaraq düşmənin qisasını mülki əhalidən almır. Bu cür əməllərə görə Ermənistan hakimiyyətinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın əməllərinə göz yuman qüvvələr də əslində onlarla eyni məsuliyyəti bölüşürlər.

Keçidlər