Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyevin 20 oktyabr tarixli xalqa müraciəti

22 oktyabr 2020 | 16:00

           Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Müraciətində cənab Prezident Azərbaycan ordusunun qələbə marşını davam etdirdiyini, 20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndini, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının isə18 kəndini işğaldan azad edildiyini diqqətə çatdırıb. Ali Baş Komandan bildirib ki: “Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunmuşdur.
Müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasını da diqqətə çatdıran ölkə başçısı bildirib ki, müharibənin ilk günündən başlayaraq toplam 280 tank olmaqla düşmənin 241 ədəd tankı məhv edilmiş, 39 tankı hərbi qənimət kimi götürülmüşdür. 50 ədəd piyadaların döyüş maşını məhv edilmiş, 24 ədədi hərbi qənimət kimi götürülmüşdür. 17 ədəd Özüyeriyən artilleriya qurğusu, 198 ədəd müxtəlifçaplı toplar məhv edilmişdir. 58 minaatan məhv edilmiş, 12 minaatan və 25 qumbaraatan qənimət kimi götürülmüşdür. 2 “Uraqan”, 2 “Yars” sistemi, 70 qrad qurğusu, 4 “S-300” zenit-raket kompleksi, 1 TOS odsaçan, 2 “ELBRUS” əməliyyat taktiki raket kompleksi, 1”Toçka-U”, 40-a yaxın OSA zenit raket kompleksi, 3 TOR zenit raket kompleksi, 5 KUB və “Kruq” zenit raket kompleksi, 6 pilotsuz uçuş aparatı, 8 radioelektron mübarizə sistemi, 15 ədədi sursatlarla dolu olan 198 yük avtomobili məhv edilmiş, 102-si qənimət kimi götürülmüşdür.
Bugün döyüş meydanında Azərbaycan ordusu düşmənə layiq olduğu yeri göstərir. Ordumuz qarşısında diz çökən düşmənin artıq məğlubiyyətlə barışmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan bayrağının hər gün  işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində ucaldıldığını diqqətə çatdırdı.
Son döyüşlər onu da sübut etdi ki, düşmənin uzun illərdir ki Ermənistan ordusu haqqında yaratdığı miflər yalandır. Ermənistanın faşist ordusu ilə vuruşan Azərbaycan əsgərləri onlara dərs verdi. Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan rəhbərliyi bu həqiqəti qəbul edərək işğal edilmiş torpaqları azad etməlidir.
         Uzun illər ərzində etnik terrora məruz qalan Azərbaycan xalqı bu gün öz haqqını bərpa edir deyən ölkə başçısı vurğulayıb ki, azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, soyqırımı törətmək, onları doğma torpaqlarından didərgin salmaq insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir.
Düşmən ordusunun namərd əməllərini xüsusilə qeyd edən dövlət başçısı dinc mülki əhaliyə qarşı atəşin açılmasını namərdlik və hərbi cinayət adlandırmış,  bunun nəticəsində dinc əhalinin, o cümlədən uşaqların, qadınların və qocaların həlak olduğunu nəzərə çatdırmışdır.
Bugün bütün dünya düşmənin mənfur və vəhşi simasını görür. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat binanın qalmaması bunun sübutudur. Gəncənin bombalanması da insanlığa qarşı törədilmiş cinayətdir. Gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizmin təcəssümüdür. Ermənistanın siyasi hakimiyyəti bu cinayətkar və  yalan siyasətlə öz dövlətçiliyin sonunu yaxınlaşdırır.
Torpaqlarımız işğaldan azad olunduqca Azərbaycan dövləti həmdə ermənilərin özününküləşdirmə siyasətinə son qoyur, şəhər və kəndlərimizin tarixi adları özünə qaytarılır.  Belə ki, işğaldan azad olunmuş Xocavənd rayonun Vəng kəndinə yeni Azərbaycan adı verildi və Çinarlı adlandırıldı.
Xalqımızın dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş torpaqlara həyatın yenidən qayıdacağını əminliklə vuğulayan Ali Baş Komandan  Azərbaycan xalqının bundan sonra bu torpaqlarda  sülh, əmin-amanlıq şəraitində yaşayacağını diqqətə çatdırdı. Azərbaycan hökümətinin dağıdılmış şəhərləri və kəndləri yenidən quracağını, bütün ərazilərdə məscidlərin bərpa olunacağını qeyd etdi.
Bugün Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır. Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın qaytarılması və vətəndaşlarımızın öz torpaqlarında rahat və əmin-amanlıq şəraitində yaşaması üçün əlindən gələni edir.
           Xalq da öz Ali Baş Komandanına inanır və ona etimad göstərir.  Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəni yaxınlaşdırır.
Verdiyi vədlərə sadiq qalan Prezident İlham Əliyev xalqın dəstəyi ilə qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb.
          Son hadisələr göstərdi ki artıq status-kvo yoxdur. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdi. Status-kvonu Azərbaycan ləğv etdi. 30 ilə yaxındır ki, səbir nümayiş etdirən Azərbaycan xalqı öz məsələsini özü həll edir.
        Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi baza hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə razılaşdırılmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır.

Keçidlər