Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

22 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib.
      Müsahibəsində Azərbaycanın tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bildirən ölkə rəhbəri Azərbaycanın münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu bildirdi.
      Hətta Moskva danışıqlarından sonra da Azərbaycan üzərinə götürdüyü öhdəliklərə əməl etmiş, və bu öhdəlikləri yerinə yetirməyə çalışmışdır. Ermənistan isə hələ də atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan  heç 24 saat keçməmiş düşmən Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı şəhərin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Ümumilikdə edilən üç hücüm nəticəsində həlak olanlar və yaralananlar oldu. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozaraq həm vasitəçilərə həm də Moskvada üzərinə götürdüyü  öhdəliklərə hörmətsizlik etdi.
  Vəziyyətin qaynar fazada olmasının Azərbaycanın təqsiri olmadığını, əksinə Azərbaycanın nizamlama prinsiplərinə sadiqliyini bildirən cənab Prezident bu prinsiplərin çoxillik danışıqlar prosesində işlənib hazırlandığını, Ermənistanın danışıqlar prosesində özünü konstruktiv aparacağı təqdirdə Azərbaycanın hərbi əməliyyatları dayandıracağını diqqətə çatdırdı.
Ermənistan rəhbərliyi isə son günlərdə baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış etdi. Halbuki, münaqişənin tənzimlənməsi Ermənistan və Azərbaycan rəhbərliklərinin göstərdiyi siyasi iradədən asılıdır. Azərbaycan tərəfində bu iradənin olduğunu bildirən dövlət başçısı vurğuladı ki, biz öz mövqeyimizi erməni ordusunun fiaskoya uğradığı, 13 yaşayış məntəqəsinin azad olunduğu bir zamanda da təsdiq etdik.
Azərbaycan bugün döyüş meydanında üstünlüyə malikdir. Lakin cənab Prezidentin də dediyi kimi,  Azərbaycan qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etmək istəyir və baza prinsiplərinə sadiqdir.
Baza prinsiplərində hərbçilər arasında əlaqələr məsələsi, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılması göstərilmişdir.
Son hadisələr göstərdi ki artıq status kvo yoxdur. Azərbaycan bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində edib.
      Münaqişənin qaynar fazası dövründə Qərb və Rusiya mətbuatında Dağlıq Qarabağ məsələsinin həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələ olduğu müşahidə olundu. Bugün münaqişənin tənzimlənməsində sülhməramlıların və müşahidəçilərin kim olacağını ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edə bilər. Azərbaycan və Ermənistan  öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. İlk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Ermənistanın baş naziri bu barədə danışmır. Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir və “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatlarla danışıqlar prosesini pozur.
        Həmçinin Laçın dəhlizi də baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər,  Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılmalı, erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməlidir. Ermənistanla Azərbaycan arasında sərhəddə də kommunikasiyalar açılmalı, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olmalıdır.
Bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Azərbaycanın bu mövzudakı mövqeyi dəyişməz olaraq qalır.
Müsahibəsində Azərbaycanda muzdluların olmadığını, yalnız Azərbaycan ordusunun əməliyyatlarda iştirak etiyini bildirən Ali Baş Komandan Rusiya və Fransa tərəfindən səsləndirilən bu bəyanatların heç bir fakta, sübuta əsaslanmadığını qeyd etdi. 
         Artıq Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv edilib. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. 36 tank qənimət götürülmüş,  o cümlədən ən müasir “S-300” zenit-raket kompleksləri, bir neçə işəsalma qurğusu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusu, TOP qurğuları məhv edilmişdir. Əslində pilotsuz uçuş qurğularına qarşı işləməli olan bu silahlar  PUA-lar vasitəsilə  məhv edilib.
Qismən səfərbərlik elan edilməklə əməliyyatlarda  Azərbaycanın nizami ordusunun tərkibində 100 min döyüşçüsü iştirak edir.
Regionda Ermənistanın ciddi şəkildə silahlanması bölgədə təhlükəsizliyi pozur.
Qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah gətirilir.
  Bütün bunlar Rusiya tərəfinə bildirilib deyən cənab Prezident bunun cəmiyyətimizdədə çoxlu suallar və müəmmalar doğurduğunu, zəruri olduqda bu barədə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc oluna biləcəyini nəzərə çatdırdı. Buda məlumdur ki silahlar qeyri-qanuni şəkildə çatdırılır.
Azərbaycan Xarici İşlər Nazirliyi öz növbəsində ICAO-ya  müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahların çatdırılması barədə müraciət edib.  
Gürcüstan və İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Rusiya tərəfinə o da bildirilib ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyü güman edilir. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmaq çətindir.
Məlumdur ki bu işdə erməni mənşəli rusiyalı iri sahibkarların, beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var.
Ölkə başçısı onu da bildirib ki, ötən illər ərzində  Minsk qrupunun həmsədrlərinin heç bir nəticəyə nail olmamaları haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalıb. Lakin buna baxmayaraq Minsk qrupu səy göstərmiş, təkliflər vermiş, irəliyə doğru çox böyük addımlar atılmışdır.
Həqiqətən də münaqişənin müəyyən mərhələsində, tərəflərin münaqişəni nizamlamaya həddən artıq yaxınlaşdığı vaxtda erməni tərəfinin geriyə addım atması problemin həllini mümkünsüz etmişdir. Düşmənin beş rayonun qaytarılmasına razılıq verdiyi halda, Kəlbəcər və Laçının qaytarılmasından imtina etməsi problemin həllinə böyük zərbə vurdu.
          Sadalanan bütün bu baza prinsipləri, kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyir, lakin Ermənistanın indiki rəhbərliyinin  “Azərbaycana bircə qarış da torpaq verməyəcəyik” bəyanatı danışıqlar prosesinə kölgə saldı.
Baş verənlərdə Paşinyanı günahlandıran dövlət başçısı onun Azərbaycan və erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirməkdə günahlandırdı.
Hamıya yaxşı məlumdur ki, Paşinyan Sorosun əlaltısıdır. O, əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası “Çıxış” adlanır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər.
           Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb deyən cənab Prezident  bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri olduğunu qeyd etdi. Səbəblərdən biri  budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Bugün Azərbaycan tərəfi Rusiya ilə hər cür əlaqəyə hazır olduğunu bildirir.  Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşması bu  mövqeyin göstəricisidir.

Keçidlər