Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib

31 oktyabr 2020 | 16:00

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.
         Müsahibəsində Azərbaycan ordusunun döyüş meydanında qazandığı üstünlüyü xüsusilə vurğulayan ölkə rəhbəri  işğal edilmiş ərazilərin xeyli hissəsinin bir ay ərzində azad olunduğunu diqqətə çatdırdı. Bugün həqiqətən də Azərbaycan ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
        Döyüş meydanında məğlubiyyətə uğrayan, atəşkəs rejimini üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə də qeyri-konstruktiv yanaşma nümayiş etdirir. Azərbaycan isə erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən döyüşləri dayandırmağa hazırdır.
Artıq atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. Rəsmi İrəvan öz təxribatlarına dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır.
  Ermənilərin atəşi nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Bütün bunlar  erməni faşizminin simasını göstərir.
Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir deyən cənab Prezident bildirdi ki, rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Həqiqətən də Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var;
            Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Qafqazın son 200 ilinin tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibənin baş verdiyini, onların başqa ölkələr üçün neçə-neçə təxribat yaratmasını görmək olar.
Bugün Paşinyanın siyasəti həm də Ermənistanın suverenliyinə təhlükələr yaradır. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiya mərasimi təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir.
Müsahibəsində azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar deyən ölkə başçısı vurğuladı ki, azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar.
İşğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılması nəzərdə tutulur. Bu dəymiş ziyanın hesablanması üçün nəzərdə tutulur. İşğaldan azad ediilmiş torpaqlarda hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq.  Bugün Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və rahat həyat üçün guşələrdən birinə çevirmək Azərbaycan üçün elə də çətin deyil.
Azərbaycan  tolerant ölkə olduğunu bir daha diqqətə çatdıran cənab Prezident vurğuladı ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Hər kəsə məlumdur ki ermənilər Azərbaycana  Şərqi Anadoludan və İrandan köçürülüb. “Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Mehriban qonşuluq şəraitində Erməni əhalisi də həmin torpaqda yaşamalıdır.” Deyə dövlət başçısı bildirib.
            Hamıya məlumdur ki Beynəlxalq təşkilatlar münaqişənin həllinə öz töhfələrini vermədilər. Minsk qrupu da özünü doğrultmadı. BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır.
Münaqişənin tez bir zamanda həlli üçün Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı, həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməlidirlər.
           Əgər münaqişə tezliklə həll olunarsa bu regionun sürətli inkişafına səbəb olacaqdır. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən           40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək.
Regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
Türkiyə və Rusiyanın yaxınlaşması da strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir.
Müsahibəsində Regiona sülhməramlıların göndərilməsi məsələsinə də toxunan ölkə rəhbəri bildirdi ki bu nizamlamanın sonuncu mərhələsidir. İşğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsi məsələsi aktuallaşa bilər. Erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaqdır.
Artıq münaqişənin nizamlanmasında Türkiyənin rolu qaçılmazdır. Türkiyə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür. Həmçinin Azərbaycan münaqişənin beynəlmiləlləşməsinin tərəfdarı deyil. Ermənistan münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir və görünür ki, bu onun arzusudur. Azərbaycanın region ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstan ilə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var.
Müsahibəsinin sonunda Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaqdır deyən ölkə rəhbəri əminliklə vurğuladı ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz.

Keçidlər