Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda koronavirusla mübarizə tədbirləri davam etdirilir

27 noyabr 2020 | 16:00

      Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində  rayonumuzda dezinfeksiya işləri və maarifləndirmə tədbirləri davam etdirilir.
        Rayonun əlaqədar təşkilatları tərəfindən əhalinin intensiv hərəkət etdiyi prospekt və küçələrdə, parklarda, ticarət obyektlərinin ətrafında, çoxmərtəbəli yaşayış binalarının həyətləri və bloklarında, bankomatların və post-terminalların yerləşdiyi ərazilərdə təmizlik - dezinfeksiya işləri həyata keçirilir.
        Eyni zamanda, rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon Polis Şöbəsinin əməkdaşları, o cümlədən müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, könüllülərdən ibarət mobil qruplar vasitəsilə rayonun bütün ticarət, xidmət və ictimai-iaşə obyektlərində pandemiya dövründə davranış qaydalarıyla bağlı maarifləndirici söhbətlər aparılır.

Keçidlər