Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Hərbi qulluqçular təltif edildi

10 dekabr 2020 | 16:00

        Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi o cümlədən Vətən müharibəsinin qələbə ilə başa çatması münasibətilə bir qrup hərbi qulluqçunu təltif etmişdir.
        Sevindirici haldır ki, təltif olunanlar arasında rayonumuzdan olan hərbi qulluqçular, Kapitan Rəşidli Tamerlan Elçin oğlu və Baş leytenant Balacayev İzzət Zakir oğlu da var .
        Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Balacayev İzzət Zakir oğlu “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə, cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında 09 dekabr 2020-ci il tarixli digər sərəncamına əsasən Kapitan Rəşidli Tamerlan Elçin oğlu isə “Qarabağ” ordeni ilə təltif olunmuşdur.
        Rayon rəhbərliyi Vətən müharibəsinin Qələbə ilə başa çatması və torpaqlarımızın işğaldan azad olunması münasibətilə fəxri ada layiq görülmüş bütün hərbiçiləri, o cümlədən həmyerlilərimiz Rəşidli Tamerlan Elçin oğlunu və Balacayev İzzət Zakir oğlunu təbrik edir, onlara uzun ömür, can sağlığı arzulayır.
        Sizinlə qürur duyuruq vətən şəhidləri, vətən qaziləri.

Keçidlər