Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

YAP Qax rayon təşkilatı tərəfindən 24 dekabr 2020-ci il tarixdə onlayn elmi-praktik konfrans keçirilmişdir

25 dekabr 2020 | 16:00

24 dekabr 2020-ci il tarixdə YAP Qax rayon təşkilatının təşkilatçılığı ilə “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan” mövzusunda onlayn elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov konfrans iştirakçılarını Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən Vətən müharibəsində qazanılmış Qələbə münasibəti ilə təbrik etdi. Bildirdi ki, artıq “Dağlıq Qarabağ münaqişəsi”  ifadəsi tarixə qovuşmuşdur.  ATƏT-in Minsk qrupu münaqişənin həllində müvafiq mandata sahib olmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəni ya həll etmək istəməmiş, ya da həll edə bilməmişdir.  Ancaq cənab Prezidentin rəhbərliyi ilə  Müzəffər Azərbaycan Ordusu  bunu 44 gün müddətinə həll etdi.  Noyabr ayının 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə bir güllə belə atılmadan  Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı.  Dekabr ayının 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.
Daha sonra YAP Qax rayon təşkilatının İdarə Heyətinin üzvü, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək qeyd etdi ki,  bu gün ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər hər bir Azərbaycan vətəndaşını sevindirir, onlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanı daha güclü dövlətə çevirmək üçün çalışırlar. İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsi bütün dünyaya  xalqımızın əzmkarlığını, həmrəyliyini, onun Prezidentinin diplomat müdrikliyini, lider səriştəliyini nümayiş etdirdi. M. Şəkiliyev  xalqımıza qürurunu, özgüvənini, inamını qaytarmış cənab Prezidentin rəhbərliyi ilə  tezliklə  işğaldan azad olunan torpaqlarımızın yenidən  dirçələcəyini, Azərbaycanı daha uğurlu gələcəyin gözlədiyini bildirdi.
Konfransda çıxış edənlər də Vətən müharibəsinin bir daha  xalqımızın birliyini, iradəsini nümayiş etdirdiyini vurğuladılar.  30 illik həsrətdən sonra tarixi torpaqlarımızı geri qaytardığına görə cənab Prezidentə və rəşadətli ordumuza minnətdarlıqlarını bildirdilər.

Keçidlər