Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dezinfeksiya işləri davam edir

18 yanvar 2021 | 16:00

       Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonumuzda tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.
       Yanvarın 17-də Qax şəhərində növbəti kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələri dezinfeksiyaedici maddələrlə yuyulmuş, çoxmənzilli binaların giriş blokları və pilləkənlər, gündəlik tələbat malları mağazalarının, apteklərin giriş-çıxışları, bankomatların yerləşdiyi ərazilər təkrar dezinfeksiya olunmuşdur.
       Eyni zamanda, rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvlərindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən rayon ərazisində sərtləşdirilmiş karantin rejimi qaydalarının təmin olunması üçün gündəlik ciddi nəzarət tədbirləri həyata keçirilir.

Keçidlər