Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Su çərşənbəniz mübarək

23 fevral 2021 | 16:00

      Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər. Bu bayram təkcə Azərbaycanda yox,  İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir sıra şərq ölkələrində qeyd olunur.  Azərbaycan xalqı öz bayram adət-ənənələri, ayin və mərasimlərini nəsildən-nəslə ötürərək günümüzədək yaşadıb. Novruz bayramı  da əsrlər boyu qeyd etdiyimiz milli bayramlarımızdan biridir. Bu bayram 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi  ” Beynəlxalq Novruz Günü” elan edilmişdir.
       Novruz sözünün mənası “yeni gün”dür. Qədim zamanlardan Novruzun gəlişi - əmək mövsümünün başlanğıcı olaraq insanları sevindirir. Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir.  Bayram məhz çərşənbələrdən başlayır.   Çərşənbə “çəhar şənbə” sözlərindəndir və hərfi tərcüməsi “dörd şənbə” deməkdir. (çehar-4 deməkdir.) Qədim etiqadlara görə, qışın  son ayının hər həftəsində bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə də ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Dini etiqadlara görə dünyanın altı gündə yaradılması “şənbə”ni, dünyanı yaradan dörd ünsürün də (suyun, odun, havanın və torpağın)   “şənbəlik” həftə sistemində yaradılması “çərşənbə”ni (dörd şənbə) müqəddəsləşdirir. 
       Bu gün xalqımız  Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilkini - Su çərşənbəsini  qeyd edir.  Xalq arasında Su Çərşənbəsi “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Əzəli inamlardan bəri su sağlamlığın mənbəyidir.
Dünyada yayılmış koronavirus infeksiyası səbəbindən virusun qarşısının alınması istiqamətində Ümumdünya  Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli  gələrək ölkə ərazisində  kütləvi tədbirlərin keçirilməsi   təxirə salınmışdır. Təəssüf  ki, Novruz bayamını kütləvi şəkildə qeyd edə bilmirik. Lakin dövlətimiz  tərəfindən görülən  qabaqlayıcı  tədbirlər  deməyə  əsas  verir  ki, tezliklə bütün çərşənbələri, Novruz  bayramını   el adət-ənənələrimizə uyğun,  tonqal  ətrafında hamılıqla  qeyd  edəciyik. 
Rayon  rəhbərliyi su çərşənbəsi münasibəti ilə rayon ictimaiyyətini təbrik edir, hər birinizə xoşbəxtlik və ailə səadəti, ölkəmizə əmin-amanlıq,  qələbə sevincləri və nurlu gələcək arzulayır. 

Keçidlər