Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xocalı - qan yaddaşımız

25 fevral 2021 | 16:00

    Bu gün Xocalı faciəsindən 29 il ötür. Tarix boyu ermənilər  azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırımı əməlləri olan cinayətlər törədiblər. Əsrlər boyu davam edən  bu erməni təcavüzlərinin  arxasında  türk düşmənçiliyi ilə yanaşı “Böyük Ermənistan” ideyası  dayanmışdır. Ermənilərin əsassız torpaq iddiaları nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, onun faciəli nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərmişdir.  Sözsüz ki, nəinki xalqımızın, bütün dünyanın tarixində baş vermiş ən qəddar cinayətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni  terrorçularının həyata keçirdiyi Xocalı soyqırımı olmuşdur.
          Hər il respublikada, habelə digər ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir,  erməni terrorunun dünyada tanınması üçün silsilə tədbirlər həyata keçirilir.
          Bu il də RİH başçısının sərəncamı ilə Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsinə dair tədbirlər planı hazırlanmış, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq rayonun bütün ümumtəhsil məktəblərində, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda onlayn formatda silsilə tədbirlər keçirilmişdir.
          25 fevral 2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin sədrliyi ilə RİH-də Xocalı soyqırımına həsr olunmuş videokonfrans keçirildi.
          Videokonfransda Xocalı soyqırımı qurbanlarının xatirəsi sükutla yad edildi.
          Videokonfransı giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev Xocalı soyqırımı nəticəsində 613 Xocalı sakininin qətlə yetirilməsini, 8 ailənin tamamilə məhv edilməsini, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmamasını dərin hüznlə qeyd etdi. O, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından  çıxdığını, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırıldığını  xüsusilə vurğuladı. Bu gün də  faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını, Heydər Əliyev Fondunun xidmətlərini xüsusi olaraq nəzərə çatdırdı. RİH başçısı XX əsrin ən qanlı səhifəsinin Xocalı soyqırımı, XXI əsrin ən şanlı səhifəsinin isə 44 günlük Vətən müharibəsində qələbə  olduğunu qeyd etməklə, bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu bildirdi. O bildirdi ki, qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu. Bu Qələbə  Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı. Tarixi qələbəni bizlərə yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz  və xalqımızın birliyi, həmrəyliyi oldu.  Bu gün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün müvafiq addımlar atılır. Bütün bunlar bizə deməyə əsas verir ki, yenidənqurma işləri və gələcəkdə həyata keçiriləcək layihələr bölgəyə yeni nəfəs gətirəcək, həmin ərazilərdə daimi sülh bərqərar olacaqdır.
          Videokonfransda çıxış edən rayon prokuroru Rəşad Bəşirov, Zəyəm kənd İƏD üzrə nümayəndəsi Rövşən Salamov, Rayon Təhsil Şöbəsinin müdir müavini, müdir vəzifəsini müvəqqəti icra edən Babək Heydərov və Rayon Poçtamtının müdiri İlkin Abbasov 26 fevral tarixinin etnik azərbaycanlıların soyqırımı tarixi kimi yaddaşlara həkk olunmasından, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və ən faciəli səhifə kimi yazılmasından danışıb, xalqımız tərəfindən bu faciənin heç zaman unudulmayacağını qeyd ediblər. Onlar Azərbayacanın möhtəşəm qələbəsini də təqdir edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi altında  uğurların əbədi olacağını vurğuladılar.
         Tarixi Zəfərimizdən sonra artıq bütün şəhidlərimizin, illərdir erməni vandallığının, soyqırımının qurbanı olan yurddaşlarımızın  narahat ruhları şaddır. Allah onlara rəhmət eləsin.

Keçidlər