Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda onlayn şahmat turnirinə start verildi

03 mart 2021 | 16:00

       Martın 3-də Bakı şəhər  Gənclər və İdman Baş İdarəsinin və Qax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi Qəhrəmanlarının xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinə start verilib.
       Onlayn şahmat turnirinin açılışında çıxış edən RİH başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun zəfərindən, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi üçün dövlətimizin apardığı yenidənqurma işlərindən,
ölkə rəhbərliyinin uğurlu siyasətindən danışmışdır. O  qeyd etmişdir ki, bu gün dövlətimiz şəhid və qazi ailələrinə, onların sosial problemlərinin həllinə  yüksək səviyyədə diqqət və qayğı göstərir. Həmçinin vurğulamışdır ki, məqsədi Vətən müharibəsi qəhrəmanlarını ehtiramla yad etmək olan  belə tədbirlərin keçirilməsi şəhid ailələrinə böyük mənəvi dəstək olmaqla, gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəldir.
       Onlayn şahmat turnirinin açılışında çıxış edənlər də Vətən müharibəsinin möhtəşəm zəfərindən qürurla bəhs etmiş, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir daha anmış, turnir iştirakçılarına uğurlar arzulamışlar.
3 gün davam edəcək onlayn turnirdə 80-ə yaxın şahmatçı iştirak edəcək.

Keçidlər