Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Aqrar Sığortanın təşviqi məqsədilə maarifləndirici tədbir keçirilmişdir

04 mart 2021 | 16:00

4 mart 2021-ci il tarixdə “Aqrar Sığorta Fondu”nun, Qax rayon İcra Hakimiyyətinin və Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığıyla Aqrar Sığortanın təşviqi məqsədilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti və rayonun bir qrup qabaqcıl fermeri iştirak etmişdir. Fermerlərə 4 aya yaxın bir müddətdə fəaliyyət göstərən fondun fəaliyyət istiqaməti, prinsipləri, xidmət sahələri barədə ətraflı məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər