Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayon İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri vəzifəsinə təyinat olub

10 mart 2021 | 16:00

  Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilərək Yerli icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi yaradılmışdır. Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Vətən müharibəsi iştirakçısı Həmzəyəv Malik Yusif oğlu həmin şöbənin müdiri vəzifəsinə təyin edilib.
  Məlumat üçün bildirək ki, hazırda  ehtiyatda olan Baş leytenant Malik Həmzəyev sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”  medalı ilə təltif olunmuşdur.

 

Keçidlər