Rayon İcra Hakimiyyəti başçısı İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə onlayn müşavirə keçirib
31 mart 2021-ci il tarixdə Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında görülən işlər barədə son vəziyyət, peyvəndləmə prosesi və qarşıda duran vəzifələrə həsr olunmuş Respublika videokonfransı keçirilmişdir.
Videokonfransdan irəli gələn məsələlərin həlli ilə əlaqədar 1 aprel 2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin sədrliyilə inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə onlayn müşavirə keçirilmişdir.
Müşavirədə rayonda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin görülməsi barədə son vəziyyət təhlil olunmuş, kütləvi olaraq əhalinin aktiv şəkildə yaş qruplarına uyğun olaraq peyvəndləməyə cəlb edilməsilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və müvafiq tapşırıqlar verilmişdir.