Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Taxıl sahələrində pas xəstəliyinə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılır

12 aprel 2021 | 16:00

      Ötən ilin payızında rayonun təsərrüfatlarında cari ilin məhsulu üçün 14 min 91 hektar sahədə taxıl əkini aparılıb. Taxıl əkinlərinin 10 min 36 hektarını buğda, 4 min 55 hektarını arpa sahələri təşkil edir. Hazırda rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən taxıl sahələrində fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri davam etdirilir.
      Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl sahələrində aparılmış fitosanitar müşahidələr nəticəsində aşkar edilən və sıxlığı iqtisadi ziyanvurma həddində olan 1376 hektar sahədə taxıl böcəyinin sürfələrinə qarşı kimyəvi mübarizə aparılıb. Bundan əlavə, Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən dövlət hesabına verilmiş sink-fosfid preparatı ilə 250 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı zəhərli aldadıcı yem tətbiq edilməklə kimyəvi mübarizə işi təşkil olunub.
    Martın ikinci yarısında 794 hektar taxıl sahəsində sarı pas xəstəliyi ilə sirayətlənmə müşahidə olunub. Havanın nisbi rütubətinin yuxarı və temperaturun pas xəstəliyini yaradan göbələyin inkişafı üçün əlverişli dərəcədə olması xəstəliyin inkişafına təkan verib. Xəstəliyin ilkin əlamətləri müşahidə olunan andan fermerlər tərəfindən zəruri tədbirlərə başlanılıb və qısa müddətdə 889 hektar sahədə propikanazol tərkibli preparatlarla kimyəvi mübarizə işləri görülüb.
    Hazırda taxıl sahələrində alaq otlarına qarşı da kimyəvi mübarizə tədbirləri həyata keçirilir. İndiyədək 5400 hektar sahədə birləpəli və ikiləpəli birillik və çoxillik alaq otlarına qarşı tətbiqinə icazə verilən kimyəvi preparatlarla mübarizə aparılıb və hazırda mübarizə tədbirləri davam etdirilir.

Keçidlər