Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda tam təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib

16 aprel 2021 | 16:00

Aprelin 15-də ölkənin 11 rayonunda, o cümlədən  rayonumuzda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahanlar şəhərin 2 və 4 saylı tam orta məktəbində təşkil olunub. Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.
Buraxılış imtahanında 382 nəfər şagird iştirak edib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub. Hər iki imtahan mərkəzində buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib. Buraxılış imtahanı Azərbaycan və rus bölmələri üzrə aparılıb. Gürcü bölməsinin şagirdləri isə aprelin 23-də imtahan verəcəklər.

Keçidlər