Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu il rayonda 473 hektar sahədə tütün əkini proqnozlaşdırılır

21 aprel 2021 | 16:00

      Rayonun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk olaraq fermer Telman Şahmalıyevə məxsus təsərrüfatda tütün əkininə start verilib. Şotavar kəndi ərazisində yerləşən bu təsərrüfatda mövsümün ilk günündə 2 hektaradək sahəyə tütün şitilləri köçürülüb. Fermer bu il 30 hektar sahədə tütün əkməyi planlaşdırır.
       Builki mövsümdə rayonun təsərrüfatlarında 473 hektarda tütün əkini nəzərdə tutulur. Qaxlı fermerlər cari ildə əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanılıb. Şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən ümumi sahəsi 8160 kvadratmetr olan sadə istixanalar hazırlanıb.
        Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 496,4 hektar sahədən 755 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 202 tondan çox artıb.

Keçidlər