Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda indiyədək 1489 hektarda dən üçün qarğıdalı əkilib

24 may 2021 | 16:00

 

 Rayonun  təsərrüfatlarında dən üçün qarğıdalı əkini mütəşəkkil davam etdirilir. Cari  təsərrüfat  ilində  rayonda 1800 hektaradək sahədə qarğıdalı əkilməsi nəzərdə tutulmuşdur. Torpaq mülkiyyətçiləri bu günədək 1489 hektar sahədə qarğıdalı əkmişlər. 
İndiyədək rayonun Güllük kəndində 240 hektar, rayon  Aqroparkının ərazisində  200 hektar, Tasmalı kəndində 190 hektar, Əlibəyli kəndində isə 180 hektar sahəyə qarğıdalı toxumu səpilmişdir.
Hazırda qarğıdalı əkilən sahələrdə aqrotexniki tədbirlərə də başlanılmışdır. Əkin sahələrində cərgələrarası becərmə işləri aparılmış, alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri görülmüş, bitkiyə yemləmə (azot) gübrəsi verilmişdir.
Rayonun  fermerləri  ötənilki mövsümdə 1887 hektar qarğıdalı sahəsindən 15 min 909 ton məhsul əldə etmişlər.  Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 3 min 151 ton artmışdır. Hər  hektardan  orta hesabla 84,3 sentner məhsul götürülmüşdür.


 

Keçidlər