Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu gün 2020-2021-ci tədris ilinin yekunu- “Son zəng” günüdür

14 iyun 2021 | 16:00

Bu gün respublikanın hər yerində olduğu kimi rayonumuzun ümumtəhsil məktəblərində də “Son zəng” tədbirləri qeyd olunur. Son dövrlərdə bütün dünyanı bürüyən COVID-19 pandemiyası ölkəmizdə də bir çox sahələrdə, o cümlədən təhsil sahəsində məhdudiyyətlərə səbəb oldu. Lakin buna baxmayaraq ölkə rəhbərliyi tərəfindən müdriklik və uzaqgörənliklə  həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin həmlələrindən xilas edə bilmişdir.
Eyni zamanda pandemiya ilə əlaqədar ölkəmizdə təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Təhsil müəssisələrində tibbi-profilaktik  tədbirlərin həyata keçirilməsi, maarifləndirmə və izahat işlərinin aparılması, müəssisələrin zəruri tibbi ləvazimatlarla, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunması həmçinin “Virtual məktəb” layihəsi əsasında onlayn dərslərin keçirilməsi təhsilalanların təhsildən kənar düşməsinin qarşısını aldı.
Bu il “Son zəng” tədbiri Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri gözlənilməklə həyata keçirilir. “Son zəng” mərasimləri pandemiya ilə bağlı qaydalara əməl edilməklə, sosial məsafə gözlənilərək açıq hava şəraitində 1 (bir) saatdan artıq olmamaqla keçirilmişdir. “Son zəng” tədbirləri yalnız 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə təşkil edilmişdir.
2020-2021-ci dərs ilində rayonun ümumtəhsil məktəblərini 449 nəfər 11-ci sinif şagirdi bitirir.
Qax Rayon İcra Hakimiyyəti tədris ilinin başa çatması münasibəti ilə  rayonumuzun ümutəhsil məktəblərini bitirmiş bütün məzunları təbrik edir, gələcək müstəqil həyatlarında uğurlar diləyir.

Keçidlər