Bu il rayonda 7 subartezian quyusu qazılacaq
Bu il rayonda 7 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Bu quyuların istismara verilməsi nəticəsində 7,6 min nəfərdən çox əhalinin yaşadığı 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı daha da yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.
Subartezian quyularının qazılacağı Ağyazı, Amanlı, Cəlayir, Güllük, Qaratala, Şixlar və Tasmalı kəndlərində yerlər artıq müəyyənləşdirilmiş, sənədləşmə işləri aparılmışdır. Quyuların qazıntısına yaxın vaxtlarda başlanılacaqdır.
Prezident İlham Əliyevin imzaladığı sərəncamların icrası çərçivəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2020-ci illər ərzində rayonda 91 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verillmişdir