Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

27 sentyabr 2021 | 16:00

Şanlı  zəfərlə  başa  çatan  Vətən  müharibəsinin  başlanmasından artıq 1 il  ötür. Topraqlarımızın  işğaldan azad edilməsi  naminə  canlarını  qurban vermis şəhidlərimizin  əziz xatərəsi xalqımız  tərəfindən  daim  uca  tutulur  ehtiramla  anılır .  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  döyüşlərdə  şəhidlik  zirvəsinə   ucalan  qəhrəman  Vətən  övladları  hər  zaman  sonsuz  ehtirama  laiqdirlər.
Anım Günü ilə   bağlı   tədbirlər  planına  uyğun  olaraq  rayonun müəssisə  və  təşkilatlarında  silsilə  tədbirlər  keçirilmiş,  rayon rəhbərliyi, dövlət  qurumları, ictimaiyyət  nümayəndələri ,  tərəfindən  vətən  müharibəsi  şəhidlərinin  ailələri  mütəmadi  olaraq  ziyarət  olunmuşdur.
Anım  Günü  rayonun  bütün  inzibati  ərazi  vahidlərində  qeyd  olunmuş, ümumrayon  toplantısı  isə  əsaslı   şəkildə yenidən qurulan “Şəhidlər xiyabanı”nda  keçirilmişdir.
Tədbirdə  rayon rəhbərliyi, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, ağsaqqal və gənclər,  ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər.
Anım tədbiri Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, 44 gün davam edən Vətən müharibəsində  Müzəffər Ali Baş Komandanın  rəhbərliyi  ilə  rəşadətli  Azərbaycan  ordusunun qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb.  Ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Qax rayonunun igid oğullarının  şücaətindən söz açılıb  onların  rəşadətlə vuruşduğu  və  şəhidlik  zirvəsinə  ucaldığı  vurğulanıb. Çıxışının  sonunda   torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu   qeyd  olunub. 
Tədbirdə Milli Məclisin deputatı Azər Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin rəisi Fuad Hüseynov, şəhid Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, Vətən müharibəsi qazisi Ramil Əsgərov, şəhid  polkovnik  Sadiq  Məmmədovun  həyat yoldaşı  Pərvanə  Məmmədova çıxış edərək,  Vətən uğrunda canlarından keçən igid oğulların qanının yerdə qalmadığını,  düşməndən amansız qisas alındığını  və şəhidlərin ruhu qarşısında baş əydiklərini, hər zaman hörmət və ehtirama layiq olduqlarını bildiriblər. 
Anım tədbiri ədəbi-bədii kompozisiya ilə başa çatdıqdan sonra “Şəhidlər xiyabanı”nda, həmçinin rayonun digər ərazilərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib.
          Eyni  zamanda    rayonda  fəaliyyət  göstərən  məscid  və  kilsələrdə  Anım Gününə  həsr olunmuş  dini  mərasimlər  keçirilmiş,  mərasimlərdə  şəhidlərin  ruhuna  dualar  oxunmuş,  xatirəsinə  şamlar  yandırılmışdır.

 

 

Keçidlər