Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda indiyədək 11,5 min tondan çox dən qarğıdalı istehsal olunub

30 sentyabr 2021 | 16:00

Bu il  rayon təsərrüfatlarında 1516 hektar sahədə dən üçün qarğıdalı əkilmişdir. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı yekunlaşmaq üzrədir. İndiyədək 1476 hektar sahənin məhsulu yığılmış, 11 min 532 ton dən qarğıdalı istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 78,1 sentner təşkil etmişdir.
Cari təsərrüfat ilində rayon üzrə ən çox qarğıdalı əkini Güllük kəndində aparılmışdır. Belə ki, bu kəndin torpaq mülkiyyətçiləri cari ildə 240 hektarda qarğıdalı yetişdirmişlər. “Ulu Aqro” MMC-nin rayon  Aqroparkının və Tasmalı kəndinin ərazilərində bu il 200 hektar, Əlibəyli kəndində isə 180 hektarda dən üçün qarğıdalı əkilmişdir.  Builki mövsümdə rayon  Aqroparkının, eləcə də Ləkit və Qaxingiloy kəndlərinin qarğıdalı sahələrində məhsuldarlıq daha yüksək olmuşdur.
 

Keçidlər