Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda qadın fermerlərin iştirakı ilə Beynəlxalq Kənd Qadınları Günü və Ümumdünya Qida Günü qeyd edilib

14 oktyabr 2021 | 16:00

         Rayonda qadın fermerlərin iştirakı ilə Beynəlxalq Kənd Qadınları Günü və Ümumdünya Qida Günü münasibətilə konfrans keçirilib.
         Tədbir FAO, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), və Azərbaycan Kənd Qadınları Assosiasiyası ilə sıx əməkdaşlıq şəraitində təşkil olunub.
       “YURD” Oteldə təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı  cənab  Musa  Şəkiliyev, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının "Qadınların iqtisadi güclərinin artırılması" və USAID Özəl Sektorun İnkişafı layihəsinin Fəaliyyət Proqramının “Assosiasiyalarda Qadınlar” layihəsi komponenti çərçivəsində, bu layihələrdən faydalanan 50-dən çox iştirakçı və Kənd Qadınları Assosasiyası üzvləri iştirak ediblər.
       Konfrans, COVİD-19 pandemiyasına qarşı mübarizədə xüsusən də kənd təsərrüfatı sistemlərinin gücləndirilməsində qadınların rolunu vurğulamaq, habelə dövlətin kənd yerlərində qadınların səlahiyyətləndirilməsi üçün verdiyi dəstək və beynəlxalq təşəbbüsləri öyrənmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.
       Tədbir çərçivəsində kiçik məhsul yarmarkası təşkil olunmuş, kənd təsərrüfatı məhsulları ilə məşğul olan qadın sahibkarlar yarmarkada məhsullarını iştirakçılara və qonaqlara təqdim etmişlər.
       Sonda, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı "Qadınların iqtisadi güclərinin artırılması" layihəsi çərçivəsində yaradılan Şəki, Qax, Zaqatala, Balakən və Şamaxıdan olan 8 qadın qrupuna məlumat əldə etmək və bazara çıxışa dəstək olacaq avadanlıqlar (noutbuklar, printerlər və modemlər) təqdim olunmuşdur.

 

 

Keçidlər