Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhid Seymur Məmmədlinin xatirəsi yad edilib

19 oktyabr 2021 | 16:00

Vətən müharibəsi şəhidi Məmmədli Seymur Hacırəsul oğlunun şəhadətinin ildönümü qeyd olunub.
   Qəhrəman döyüşçünün Ağçay kəndində keçirilən anım mərasimində  rayon rəhbərliyi, hüququ mühafizə orqanlarının, ictimayətin nümayəndələri   şəhidin döyüş yoldaşları və kənd sakinləri iştirak ediblər.
   Mərasimdə şəhidin məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.
Seymur Hacırəsul oğlu Məmmədli 1996-ci il oktyabrın 19-da Ağçay kəndində anadan olub.
   Seymur Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qoşulub və düşmənin canlı qüvvəsinin məhv edilməsi zamanı fəallıq göstərib.
Oktyabrın 19-da Hadrut istiqamətində həyata keçirilən əməliyyat zamanı şəhidlik zirvəsinə ucalıb.
   Seymur Məmmədli ölümündən sonra “Füzulinin azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

Keçidlər