Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu il rayonda qarğıdalı sahələrində orta məhsuldarlıq 78,2 sentner olub

22 oktyabr 2021 | 16:00

   Rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatmışdır. Bu il rayonun torpaq mülkiyyətçiləri 1516 hektar sahədə dən üçün qarğıdalı yetişdirmişlər. Cari mövsümdə rayonda 11 min 858,3 ton dən qarğıdalı istehsal olunmuşdur. Hər hektardan orta hesabla 78,2 sentner məhsul götürülmüşdür.
  Ötən il olduğu kimi, cari təsərrüfat ilində də rayon üzrə ən yüksək məhsuldarlıq “Ulu Aqro” MMC-nin rayon Aqroparkında qeydə alınmışdır. Belə ki, bu il aqroparkda 200 hektar qarğıdalı sahəsindən 2100 ton məhsul əldə olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 105 sentner təşkil etmişdir. Cari mövsümdə rayonun Ləkit kəndinin torpaq mülkiyyətçiləri hər hektar qarğıdalı sahəsindən 85 sentner, Əlibəyli və Güllük kəndlərinin fermerləri isə 75 sentner məhsul götürməyə müvəffəq olmuşlar.
   Bu il rayonda 215 hektarı yaşıl yem, 586 hektarı dən üçün olmaqla, 801 hektar sahədə təkrar qarğıdalı əkini də aparılmışdır. Fərdi təsərrüfatlarda yaşıl yem üçün əkilmiş qarğıdalının biçini artıq başa çatıb və torpaq mülkiyyətçiləri sahələrdən 6450 ton yaşıl kütlə əldə etmişlər. Dən üçün təkrar qarğıdalı əkilmiş sahələrin 460 hektarında da biçin yekunlaşıb, 1973 ton məhsul istehsal olunmuşdur. Hər hektardan 42,9 sentner məhsul götürülmüşdür.

 

Keçidlər