Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda şəhid hərbi qulluqçu Emil Fətəliyevin xatirəsi anılıb

25 oktyabr 2021 | 16:00

    Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Emil Fətəliyevin il mərasimi keçirilmişdir.
   Rayonunun Qorağan kəndində keçirilən anım mərasimində Daxili İşlər Nazirliyinin,  Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri,  döyüş yoldaşları  və ictimaiyyət nümayəndələri   iştirak  etmişlər.
   Əvvəlcə Emil Fətəliyevin məzarı üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuş, xatirəsi ehtiramla yad edilmişdir.Çıxış edənlər şəhidin  Vətən müharibəsindəki  şücaətindən, onun  şərəfli döyüş  yolundan söz  açmışlar.
   Zəngilan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Emil Fətəliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər