Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Şəhid Nihad Abbasovun xatirəsi yad edilib.

25 oktyabr 2021 | 16:00

   Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən Vətən müharibəsində  qəhrəmancasına  döyüşərək  şəhidlik  zirvəsinə  ucalmış  Nihad  Abbasovun  xatirəsi rayonumuzda anıldı.
   Nihad  Abbasovun  şəhidlik zirvəsinə yüksəlməyinin bir illiyi ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
   Nihad  Abbasov  25 iyul  2000-ci il  Qax  rayonun  İlisu  kəndində  doğulmuşdur. Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan  Silahlı  Qüvvələrinin   sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.  2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
   Azərbaycan Ordusunun baş əsgəri olan Nihad  Abbasov  2020-ci il sentyabrın 27-də   Azərbaycan  Silahlı  Qüvvələri  tərəfindən  düşmən   işğalı  altında olan ərazilərin azad edilməsi və  Azərbaycanın  ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən  müharibəsi  zamanı Suqovuşan və Talış kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına  savaşmışdır . Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan  Nihad  oktyabrın  9-da  Ağdərə  istiqamətində  gedən  döyüşlərdə  şəhidlik  zirvəsinə  ucalmışdır.  Döyüşlərdə göstərdiyi igidliyə görə, o, ölümündən sonra  “Vətən  uğrunda  və  “Suqovuşanın  azad  olunmasına  görə  medalları  ilə  təltif  edilib.

 

 


 

Keçidlər