Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda şəhid İzzətzadə Elgünün xatirəsi yad edilib

25 oktyabr 2021 | 16:00

   Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından  biri  də İzzətzadə Elgün Bəhrəm oğludur. Oktyabrın 23-də şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olmuşdur.
   Anım mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri  Elgün İzzətzadənin  məzarını ziyarət edərək üzərinə  gül dəstələri düzmüş,  xatirəsini ehtiramla yad etmiş,  ruhuna dualar oxumuşlar.
   Şəhid  İzzətzadə Elgün  Bəhrəm oğlu  15  mart 1995-ci  ildə  Qax  şəhərində  anadan  olmuşdur. Vətən  müharibəsinin  ilk  günlərindən  döyüşlərə  qatılan  Elgün  23  oktyabr  2020-ci  il  tarixdə  Qubadlının  azad  olunması  uğrunda  gedən  döyüşlər  zamanı  şəhidlik  zirvəsinə  ucalmışdır.
   Döyüşlərdə göstərdiyi igidliyə görə, o, ölümündən sonra  “Vətən  uğrunda  və  “Suqovuşanın  azad  olunmasına  görə  medalları  ilə  təltif  edilib.

 

Keçidlər