Rayonda Şəhid Nəzir Osmanovun xatirəsi yad edilib
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Osmanov Nəzir Rahib oğludur. Noyabrın 1-də şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olmuşdur.
Anım mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanları və ictimaiyyətin nümayəndələri Nəzir Osmanovun məzarını ziyarət etmiş , xatirəsini ehtiramla yad edərək ruhuna dualar oxumuşlar.
Şəhid Osmanov Nəzir Rahib oğlu 1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində anadan olmuşdur. O, noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Nəzir Osmanov ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə" , "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin