Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda indiyədək 10,6 min hektaradək sahədə payızlıq səpin aparılıb

16 noyabr 2021 | 16:00

   Rayonunun   təsərrüfatlarında   gələn  ilin  məhsulu  üçün 13  min  550  hektar  sahədə payızlıq  dənli  bitkilərin  səpini  proqnozlaşdırılır. Əkin   sahələrinin   9  min   650   hektarına buğda,   3 min  900 hektarına  isə  arpa  səpiləcək. Hazırda   təsərrüfatlarda  payızlıq dənlilərin   səpini  davam edir. Torpaq  mülkiyyətçiləri  indiyədək  3 min  420 hektarı  dən üçün  arpa, 7 min 165  hektarı   buğda   olmaqla, 10 min  585 hektar sahəyə toxum səpiblər.
 Payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 12 min 400 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Səpin üçün ayrılan 3 min tonadək toxum laboratoriya müayinəsindən keçirilərək təmizlənib və dərmanlanıb.     Ümumilikdə, səpin kampaniyasına 200-dək traktor, 55 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.
 Cari ildə mövsümdə rayonda 14 min 91 hektar sahədə məhsulu biçin aparılmış, 13706 ton arpa 33644 ton buğda məhsulu olmaqla cəmi 47350 ton payızlıq dənlilər istehsal olunmuşdur. Payızlıq dənlilərin orta məhsuldarlığı 33,8 sent təşkil etmişdir.

 

Keçidlər