Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda şəhid Cavid Abdullayevin xatirəsi yad edilib

14 dekabr 2021 | 16:00

   Möhtəşəm qələbələri  ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandı. Vətən uğrunda canından, qanından keçməyə hazır olan əsgər və zabitlərimiz döyüşlərin hər birində xüsusi qəhrəmanlıq nümunələri göstərərək, Azərbaycanın hərb tarixində yeni səlnamə yazdı. O qəhrəmanlardan bir çoxu Şəhid olaraq əbədiyyətə qovuşdu, xalqımızın qəlbində əbədi zirvəyə ucaldı.  Onlar öz qəhrəmanlıqları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə, işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə nail oldular.
  Vətən müharibəsində torpaqlarımızın düşməndən təmizlənməsi naminə döyüşlərdə canından keçən igid oğullarımızdan biri də  Cavid Abdullayevdir.
  Bugünlərdə şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olmuşdur. Bu münasibətlə  rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanları, kəndin ictimaiyyəti, məktəblilər şəhidin məzarını ziyarət etmişlər. Məzarı üzərinə gül dəstələri qoyularaq xatirəsi anılmış, ruhuna dualar oxunmuşdur.
Cavid Vahid oğlu Abdullayev 2000-ci il aprelin 23-də Qaşqaçay kəndində anadan olmuşdur. O, oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub.Qax rayonun  Qaşqaçay kəndində torpağa tapşırılıb.
  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Cavid Abdullayev ölümündən sonra  "Vətən uğrunda”, “Fizulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”, medalı ilə təltif edilmişdir.

Keçidlər