Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Idman

DÜNYA ÇEMPİONLARI

Asif Məmmədhənifə oğlu Sayadov
01.06.1977-ci ildə Qax rayonunun İlisu kəndində doğulmuşdur. Orta təhsilini VII sinfə qədər Nizami adına İlisu kənd orta məktəbində və sonrakı illəri Qax rayon Olimpiya idman məktəbində davam etdirmişdir. XI sinifi bitirdikdən sonra ali məktəbə qəbul olunmuş və 1999-cı ildə Bakı Biznes Universitetinin "iqtisadçı-hüquqşünaslıq" fakultəsini bitirmişdir. 2009-cu ildə  ikinci ali məktəbə - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. Hələ uşaq yaşlarından idmanın karate, boks, sambo, sərbəst güləş və kiqboksinq növləri ilə məşğul olmuş və tələbəlik illəri dövründən başlayaraq Kunqfu- Sanda və Vin Çun  növü ilə məşğul olmağa başlamışdır.
Nailiyyətləri:
7 dəfə azərbaycan çempionu 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001.
Beynəlxalq turnirin qalibi, 1998-ci il Türkiyə
Dünya çempionatının bürünc mükafatçısı 2000-ci il Çexiya
Dünya çempionatının gümüş mükafatçısı 2002-ci il İtaliya
Dünya çempionu 2003-cü il İran
Dünya çempionu 2004-cü il İtaliya
Avrasiya çempionatının qalibi 2005-ci il Gürcüstan
Dünya çempionatının gümüş mükafatçısı 2006-cı il Türkiyə
Dünya döyüş növləri üzrə Beynəlxalq Festivalın qalibi 2007-ci il Rusiya
Dünya çempionu 2009-cu il Misir.
Asif Sayadov peşəkar döyüşçü olması ilə yanaşı həm də bu sahədə təcrübəli məşqçi kimi tanınmaqdadır. Onun tələbələri arasında artıq 15 yeniyetmə dünya çempionatının qalibləridirlər. Bu nailiyyətlərə görə Asif Sayadov Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarı ilə Şərq döyüş növləri üzrə "Respublikanın əməkdar məşqçisi" fəxri adına layiq görülmüşdür.
2010-cu il tarixindən Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasında hakimlər kollegiyasının sədri, Sanda üzrə baş məşqçi və həmçinin Bakı Biznes Universitetində fiziki tərbiyə üzrə baş müəllim vəzifəsində çalışır. Eyni zamanda Asif Sayadov "Beynəlxalq İp Man Vingçun-Kungfu Assosiasiyası"-nın Azərbaycan üzrə baş-instruktoru və Respublikamızda fəaliyyət göstərən "Ving Çun - Real döyüş sənəti İdman klubu" MMC-nin təsisçisi və rəhbəridir.

Məmmədov Ramil Nurislam oğlu
1979-cu il martın 21-də Qax rayonunda anadan olmuşdur. 5 saylı orta məktəbi 1996-cı ildə bitirmişdir. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Dəfələrlə Respublika çempionatının qalibi və mükafatçısı olub.
2002-ci il dünya çempionatı III yer - İtaliya
2004-ci il dünya çempionatı II yer - Macarıstan
2006-ci il dünya çempionatı III yer - Rusiya
2010-ci il dünya çempionatı I yer - Ukrayna
2011-ci il Asiya çempionatı I yer - Gürcüstan
2011-ci il dünya çempionatı II yer - Ukrayna
2005-ci ildən rayon UGİM-də sərbəst güləş üzrə məşqçi-müəllim işləyir.
Universal döyüş üzrə idman ustasıdır.
Çoxmübarizəli döyüş üzrə beynəlxalq dərəcəli idman ustasıdır.

Camalov Elvin Sərkər oğlu
Camalov Elvin Sərkər oğlu 1995-ci il 04 fevral tarixdə Qax rayonunda anadan olmuşdur.
4 nömrəli məktəbə 2001-ci ildə 1-ci sinfə getmiş, 9 yaşından futbolla məşğul olmağa başlamışdır.
Futbol mütəxəssislərinin baxışı nəticəsində yeniyetmələrdən ibarət yığma komandaya dəvət olunmuş,eyni zamanda 9-cu sinifdən Qəbələ Futbol Akademiyasına qəbul olmuşdur.
Akademiyada təhsilini davam etdirmək üçün Respublikanın U-17 yaşlı milli komandasında oynamışdır.
2009-2010-cu ildə Qəbələ U-17 komandası ilə Respublika çempionu olmuşdur (I yer).
2010-2011-ci ildə Qəbələ U-17 komandası ilə Respublika II-si olmuşdur (II yer).
2011-ci ildə Azərbaycan U-17 milli komandası ilə Qazaxıstanda keçirilən Prezident kuboku yarışmasının qalibi olmuşdur (I yer).
2011-ci ildə də həmçinin U-17 milli komandasıyla Moldoviyada keçirilən yarışmanın qalibi olmuşdur (I yer).
2011-ci ildə U-17 milli komandayla Bakıda keçirilən caspian Cup turnirinin mükafatçılarından biri olmuşdur.
2011-ci ilin oktyabr ayında Xorvatiyada keçirilən Avropa çempionatında qruplarda III-cü yeri tutmuşdur.

 

RESPUBLİKA ÇEMPİONLARI

Hədisov Hədis Etibar oğlu
28 iyun 1989-cu ildə Qax şəhərində anadan olmuşdur. 2000-ci ildən ağır atletika ilə məşğul olmağa başlamışdır. 5-9 oktyabr 2005-ci ildə Azərbaycan Ağır Atletika Federasiyasının kuboku yarışlarında I yerə layiq görülmüşdür. 15-17 may 2006-cı ildə Bakı şəhərində Yeniyetmələrin V Respublika Oyunlarında I yerə layiq görülmüşdür. 8-12 iyun 2006-cı ildə Lənkəran şəhərində Azərbaycan Respublikası gənclər arasında birinciliyində I yerə layiq görülmüşdür. 12-14 avqust 2006-cı ildə Bakı şəhərində Azərbaycan Ağır Atletika Federasiyasının Kuboku I yerə layiq görülmüşdür. 20-23 fevral 2007-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Gənclər arsında Azərbaycan birinciliyi yarışlarında I yerə layiq görülmüşdür 22-28 noyabr 2010-cu ildə Gənclər arasında Avropa birinciliyində Cənubi Kipr Limassol şəhərində VII yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. 2007-ci ildə Qax şəhər 4 saylı tam orta məktəbi bitirmişdir.

Abidov İlham Əzəddin oğlu
Abidov İlham Əzəddin oğlu- 15 sentyabr 1987-ci ildə Qax şəhərində anadan olub.
1994-cü ildə Qax şəhər 4 №-li orta məktəbə daxil olub, 2005-ci ildə həmin məktəbi bitirib.
2005-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 2009-cu ildə bitirib.
2004-cü ildə Yeniyetmələrin IV Respublika oyunlarında Bakı şəhərində iştirak edib və II yeri tutub.
2007-ci ildə Gənclər, Avrova birinciliyi, Belqrad, Serbiyada IV yeri tutub.
2007-ci ildə Gənclərin Dünya birinciliyi, Pekin, Çində IV yeri tutub.
2007, 2008, 2009, 2010, 2011-ci illərdə Azərbaycan Milli Xalq Oyunları Spartakiadasında Milli Güləş idman növü üzrə- 1 yeri tutub.
2009-cu ildə Ukrayna turniri, II yeri tutub.
2008-ci ildə Gənclər arasında Atatürkün xatirəsinə həsr olunmuş Beynəlxalq turnirində - I yeri tutub.
2008-2009-cu ildə İsaq Səfərovun xatirəsinə həsr olunmuş Beynəlxalq turnirində Gəncə şəhərində - I yeri tutib.
2009-cu ildə Tələbələr arasında Respublika çempionatında- I yeri tutub.
Azərbaycan gəncləri arasında 2008-2009-cu illərdə - I yeri tutub.
2010-cu il oktyabrın 16-da hərbiçilər arasında Respublika birinciliyinin qalibi olub.
2012-ci ildə Olimpiya İdman liseyində sərbəst güləş üzrə məşqiçi-müəllim işləyib.

Dərişov Ehtiram Didey oğlu
28.12.1988-ci ildə Qax Rayonunun Zərnə kəndində anadan olmuşdur. 1996-cı ildə Zərnə kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 2007-ci ildə məktəbi bitirmişdir. 2001-ci ildə Qax Uşaq Gənclər İdman Məktəbində sərbəst güləşlə məşğul olmuşdur. 2006-cı ildə Qax şəhərində Pankration idman növü ilə məşğul olmağa başlamışdır. 2006-cı ildə Wushu sanda, 2010-cu ildə Juijitzo, 2011-ci ildə pankration üzrə respublika çempionu olmuşdur. 2010-cu ildə pankration üzrə Bakıda keçirilən beynəlxalq turnirdə çempion olmuşdur. 25-26 sentyabr 2010-cu il tarixdəGürcüstanın Tbilisi şəhərində keçirilən Fre-Fiqnatinq (sərbəst döyüş növü) üzrə Dünya kubokunda çempion olmuşdur. 4-5 dekabr 2010-cu il tarixdə Yunanıstanın Zokltraki şəhərində keçirilən pankiration üzrə dünya çempionatında 3-cü yeri tutmuşdur. 07.02.2011-ci ildə İtaliyanın Salerno şəhərində keçirilən pankration üzrə Avropa çempionatının çempionu olmuşdur. 16-20 oktyabr 2015-ci il tarixdə Türkiyənin Alanya şəhərində pankration üzrə Dünya çempionatında 2-ci yeri qazanmışdır.
 Hal-hazırda Pankration üzrə Pespublikanın yığma komandasında məşğul olur.

Kərimov Vaqif Nazim oğlu

 19.04.1995-ci ildə Qax rayonunda anadan olmuşdur. 2001-ci ildə 4 nömrəli tam orta məktəbin birinci sinfinə  daxil olmuş, 2012-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. KungFu Sanda idman növündə  2014-cü ildə Respublika Turnirinin qalibi, 2014 və 2015-ci illərdə Bakı turnirinin qalibi olmuşdur. 25-29 noyabr 2015-ci il  tarixdə Türkiyənin Antalya şəhərində keçirilən Qarışıq Döyüş növləri üzrə Dünya çempionatında 2-ci yer tutmuşdur. Kungfu assosiasiyasının fəxri diplomuna laiq görülmüşdür. Azərbaycan Milli Komandasının üzvüdür.Wing Chun döyüş klubunda Asif Sayadovun rəhbərliyi altında məşq edir.

 

 

 

 

Keçidlər