Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2011-ci ilin hesabatı

   Qax rayon İcra Hakimiyyəti başçısının 2011-cü ildə rayonun sosial-iqtisadi və təssərüfat sahələrində görülən işlərə dair hesabatı və 2012-cü ildə qarşıda duran vəzifələr haqqında

      Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və aparılan kompleks tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu gündən-günə yüksəlir, iqtisadiyyatımızda dinamik inkişaf təmin edilir.

     Əvvəlki illərdə iqtisadi sahədə əldə edilmiş müsbət meyllər 2011-ci ildə də davam etdirilmiş, Azərbaycan dövləti öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmışdır.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin yanvar ayının 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2011-ci ilin yekunları müzakirə olunmuş, 2012-ci ildə görüləcək işlər təhlil edilmişdir.

     İclasda qeyd edilmişdir ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilmişdir. Bütövlükdə iqtisadi artım 0,1 faiz təşkil etmişdir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır.       Sənaye istehsalı neft hasilatının aşağı düşməsi səbəbindən 5 faiz azalmışdır. Ancaq qeyri-neft sənayesi isə 11,1 faiz artmışdır.

     2011-ci ildə inflyasiya 7,9 faiz olmuşdur. Əhalinin pul gəlirləri isə 19,6 faiz artmışdır. Əhalinin pul gəlirləri ilə inflyasiya arasındakı fərq 2,5 dəfə çoxdur. Bu göstəricilər insanların rifah halının yaxşılaşmasını göstərir. 

     Sosial sahədə uğurlar əldə edilmişdir. 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır. Ünvanlı sosial  yardım alan ailələrin sayı 120 min nəfər təşkil edir və hər ailəyə orta hesabla ayda 106 manat müavinət verilir. Hazırda respublikamızda orta pensiyanın səviyyəsi 180-190 dollar, orta maaş 460 dollara yaxındır.

    2011-ci ildə xarici siyasətimizdə çox yaddaqalan və tarixi hadisələr baş vermişdir. Azərbaycanın müstəqil siyasəti, prinsipial mövqeyi, etibarlı tərəfdaş kimi özünü təqdimetmə imkanı nəticəsində BMT Təhlükəsizlik şurasının 192 üzvündən 155-nin etimadını, inamını qazanaraq bu qurumun qeyri-daimi üzvü seçilməsi bizim tarixi qələbəmizdir.

     Bildiyimiz kimi 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmişdir. Turizm ili ilə əlaqədar respublikamızda çox işlər görülmüşdür.

Respublikamızda olduğu kimi 2011-ci ildə rayonumuzun iqtisadiyyatında da dinamik inkişfa nail olunmuşdur, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla həyata keçrilmişdir.

         Belə ki, hesabat ilində ümumdaxili məhsul istehsalı faktiki qiymətlərlə 87,2 milyon manat təşkil etmişdir ki, bu da 2010-cu illə müqayisədə 13,7 milyon manat çoxdur.

     2010-cu illə müqayisədə ümumdaxili məhsul istehsalının tərkibində olan sənaye məhsulu istehsalı  4 milyon 491 min manat və ya əvvəlki illə müqayisədə 26 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 36 milyon 938 min manat və ya əvvəlki illə müqayisədə 17 faiz, tikintidə 22 milyon 262 min manat və ya əvvəlki illə müqayisədə 18 faiz, nəqliyyatda 1 milyon 873 min manat və ya əvvəlki illə müqayisədə 23 faiz, ticarətdə 21 milyon 54 min manat və ya əvvəlki illə müqayisədə 24 faiz çox olmuşdur. Rəqəmlərdən göründüyü kimi hesabat ilində ümumdaxili məhsul istehsalı əvvəlki illə müqayisədə bütün sahələr üzrə artımla icra olunmuşdur.

      2011-ci ildə əhalinin pul gəlirləri 65,4 milyon manat olmuşdur ki, bu da ötən illə müqayisədə 15 faiz, rayon üzrə orta aylıq əmək haqqı 154,3 manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 14 faiz çoxdur.

      Sahibkarlıq subyektlərinin sayı 207 vahid artaraq 2248 olmuşdur ki, ondan 2043-ü fiziki, 205-i isə hüquqi şəxslərdir. 2011-ci ildə 381-i daimi olmaqla 547 yeni iş yeri açılmışdır.

     Hesabat ilində rayonun yerli gəlirləri 2 milyon 918 min manat proqnoza qarşı 2 milyon 923 min manat və ya 100.2 faiz icra edilmişdir. Büdcəyə yığılmış vəsaitin həcmi 2010-cu ilə nisbətən 63,1 min manat və ya 2,2 faiz artıqdır. Rayon üzrə proqnozun tədiyyə növləri üzrə icrasında 9 tədiyyə növündən 7-də daxilolmalar üzrə proqnoz icra olunsa da digər 2 tədiyyə növü üzrə əlavə dəyər vergisi və əmlak vergisi üzrə proqnoz kəsirlə icra olunmuşdur. Aidiyyati təşkilatlar və RİH-nin müvafiq şöbələri tərəfindən yerli daxilolmaların hər maddə üzrə icra edilməsinə diqqət artırılmalı, bu sahələrin hər birində qarşıya qoyulmuş plan və tapşırıqların tam yerinə yetirilməsinə nail olunmalıdır.

     Hesabat ilində rayonun yerli büdcəsinin xərcləri 99,4 faiz yerinə yetirilmişdir. Maliyyə idarəsinin rəhbərliyi tərəfindən büdcə xərclərinin proqnozlaşdırılmasına və maddələr üzrə təhlillərin aparılmasına nəzarət gücləndirməlidir.

     2011-ci ilin 16-17 noyabr tarixlərində ölkə Prezidenti cənab İlham Əliyev rayonumuzda səfərdə olmuşdur. Səfər zamanı ölkə Prezidenti rayonda bir sıra infrastruktur obyektlərinin açılışında və təməlqoymasında iştirak etmişdir. Ölkə Prezidenti “El Resort” hotel binasının, “İçəribazar” qala kompleksinin, Yeni Azərbaycan Paritiyasının inzibati binasının, İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində uzunluğu 80.5 m, metal tağlı körpünün, rayonlararası və rayondaxili “Avtovağzal kompleksi”-nin açılışında, Heydər Əliyev Mərkəzinin və Qax şəhərinin, Qax İngiloy və Qaxbaş kəndlərində su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 1000 kub.m su anbarı obyektlərinin təməlinin qoymasında iştirak etmişdir.

     Hesabat ili ərzində rayon icra hakimiyyəti tərəfindən büdcədən mənzil fonduna ayrılmış 219 min manat vəsait hesabına şəhərin Heydər Əliyev prospektində olan 6,8,17,17a,78 və 113 saylı, Azərbaycan prospektində olan 24 saylı kommunal yaşayış binalarının dam örtüklərində əsaslı təmir işləri aparılmış, şəhərin N.Nərimanov küçəsində yerləşən 5 mərtəbəli yaşayış binalarının həyətində yeni xeyir-şər binası tikilmişdir. Şəhərin İ.Dağıstanlı, A.Məmmədov, M.Gəncəvi, N.Nərimanov, V.Eyvazov, 9 Aprel, M.F.Axundov, S.Vurğun, C.Cabbarlı, İ.Mustafayev, M.Məmmədov, M.Fizuli küçələrində, Heydər Əliyev və Azərbaycan prospektlərində küçə və səkilərə 47880 m2 asfalt beton örtük qoyulmuş, 3280 m su arxları yenidən qurulmuş, 180 m su arxları cari təmir olunmuş, 220 m su keçidlərinə borular qoyulmuş, 1970 p/m bardyur daşları düzülmüş, divarlara 2480 m2 sadə suvaq vurulmuş, divarlarda 2050 m2  hissə çapma çay daşı və kərpiçlə üzlənmişdir. Görülmüş işlərə 1 milyon 140 min manat vəsait sərf olunmuşdur. Büdcə vəsaiti hesabına Turaclı kəndinin giriş yoluna 58,1 min manat dəyərində  3600 m2  asfalt-beton örtük tökülmüşdür. “Heydər Əliyev”, “Şəhər” parklarında və “Şəhidlər xiyabanı”nda  41 min  manat dəyərində cari təmir işləri aparılmışdır.   149 min manat büdcə vəsaiti hesabına şəhər 2 saylı, Almalı və Çüdüllü kənd uşaq bağçaları əsaslı təmir olunmuş, 300 min manat dövlət əsaslı vəsait qoyuluşu hesabına isə şəhər 3 saylı uşaq bağçası əsaslı təmir olunmuş və bu layihə üzrə işlər davam etdirilir.  Dövlət vəsaiti hesabına Qobala çayının şəhərin ərazisindən keçən hissəsində 100 p/m mövcud kanal bərpa olunmuş, 310 p/m yeni dəmir beton kanal çəkilmişdir. Bundan başqa şəhərin S.Qocayev və M.Cuma küçələrində 2200 p/m uzunluğunda su ötürücü arxların tikintisi başa çatdırılmışdır. Görülmüş işlərə 500 min manat vəsait sərf olunmuşdur.

    Hesabat ilində Təhsil şöbəsi tərəfindən şəhər 5 saylı, Qaxbaş 2 saylı, Cəlayer və Qum kənd tam orta məktəblərində Ağçay və Fıstıqlı kənd ümumi orta məktəblərində 138,5 min manatlıq təmir işləri aparılmışdır. Dəyəri 950 min manat olan 180 şagird yerlik Qıpçaq kənd tam orta məktəbinin tikintisi başa çatdırılmış, dəyəri 1 milyon 300 min manat olan 360 şagirdyerlik Zəyəm kənd tam orta məktəb binasının tikintisinə başlanılmışdır. Cari ildə 80 şagirdyerlik Əmbərçay kənd ümumi orta məktəbinin tikintis, şəhər 4 saylı tam orta məktəb binasının əsaslı təmiri nəzərdə tutulur. 80 şagirdyerlik Meşəbaş kənd ümumi orta məktəb binasının tikintisi ilə bağlı layihə-semeta sənədləri işlənmişdir.

Rayon Mərkəzi Xəstəxanası tərəfindən Polikilnika binasının, Zəyəm kənd həkim məntəqəsinin, Turaclı kənd tibb məntəqəsinin və uşaq məsləhətxanasının təmirinə 46,1 min manat vəsait sərf olunmuşdur. 990 min manat dəyərində olan 15 çarpayılıq 2 mərtəbəli Əlibəyli kənd xəstəxanasının və dəyəri 320 min manat olan Güllük kənd həkim məntəqəsinin tikintisi davam etdirilir.

Mədəniyyət obyektlərində 50,6 min manat dəyərində əsaslı və cari təmir işləri aparılmışdır.

İdman kompleksində, Vergilər terminalının binasında, DSMF-nun rayon şöbəsinin inzibati binasında, Rayon Baytarlıq İdarəsinin inzibati binasında, “El Resort” hotel kompleksinin 2 mərtəbəli konfrans zalında, Qaxbaş kəndi ərazisində 9 mərtəbəli yaşayış binasında, Ağçay kəndi ərazisində 3 mərtəbəli hotel binasında,  İlisu kəndi ərazisində “Səngər Qala” istirahət kompleksində 5 mərtəbəli mehmanxana binasında və Qarabaldır kəndi ərazisində Süd məhsulları emalı müəssisəsində tikinti işləri davam etdirilir.

Qax şəhərində xüsusi vəsait hesabına 4 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmışdır.

Cari ildə şəhərdə Şəhid ailələri və Qarabağ əlilləri üçün 4 mərtəbəli 36 mənzilli yaşayış binasının, rayon Təhsil şöbəsinin yeni inzibati binasının, 75 yerlik şəhər 1 saylı uşaq baxçası üçün binanın tikintisinə başlanılacaqdır.

2011-ci ildə rayonda 131 ədəd fərdi yaşayış evi və 23 ədəd sahibkarliq obyekti olmaqla, ümumilikdə 154 fərdi tikinti aparılmışdır. Aparılmış tikinti işlərinin smeta dəyəri 3 milyon 500 min manata yaxındır.

Hesabat ilində Qax bələdiyyəsi tərəfindən 45,7 min manat vəsait hesabına şəhərdə abadlıq işləri, kənd bələdiyyələri tərəfindən 78,7 min manat dəyərində sosial obyektlərdə təmir, tikinti və abadlıq işləri görülmüşdür.

16 saylı Yol İstismar idarəsi tərəfindən 2011-ci il ərzində respublika əhəmiyyətli avtomobil yollarının salınmasına 50 min manat, yerli əhəmiyyətli avtomobil yollarının tikinti və təmirinə 144 min manat vəsait xərclənmişdir. Qax-İlisu-Sarıbaş avtomobil yolunun 1,9 km hissəsində asfalt beton örtük əsaslı təmir edilmişdir. Ümumilikdə 16 saylı Yol İstismar idarəsi tərəfindən il ərzində planlaşdırılmış 1 milyon 747 min manat proqnoza qarşı 1 milyon 95 min manat vəsait sərf olunmuşdur. İdarə tərəfindən planların yerinə yetirilməsi üçün əməli tədbirlərin görülməsi vacibdir.

    Şəki-Qax yolunun Qaşqaçay kəndi istiqamətində olan hissəsinin əsaslı tikintisinə başlanılmışdır. Qorağan-Qax-Zaqatala yolunun, Qax-Güllük kəndi istiqamətində 18 km uzunluğunda olan avtomobil yolunun əsaslı tikintisinə başlanılmış, yola 20 min m3 qum-çınqıl tökülmüş, Ləkit çayı üzərində 1 ədəd biraşırımlı körpünün tikintisi başa çatdırılmışdır.

    Hesabat ilində rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 1 milyon 504 min manatlıq təmir işləri yerinə yetirilmişdir. Görülmüş işlər nəticəsində kanal və çaylarda seləqarşı 1600 m3 qabyon bənd vurulmuş, 2435 m3 daş beton bənd təmir olunmuşdur. 1 milyon 376 min m3 çay məcrasının təmizlənməsi işi aparılmış və 485 min m3 suvarma kanalı lildən təmizlənmişdir.

   Meliorasiya və Su Təsərrüfatı ASC xətti ilə Kürmük çayı hövzəsi boyunca selə qarşı mühafizə məqsədilə 13 min 860 m3 dəmir beton bəndin tikintisi aparılmışdır. İlisu kəndində 20 min 540 m3 sahəyə beton bənd vurulmuş, Kürmük çayının Əlibəyli kəndi ərazisində olan 350 p/m olan sahilbərkitmə işi aparılmışdır. Bu işlərin görülməsinə 8 milyon 953 min manat vəsait sərf olunmuşdur.

   Son illər rayonumuzda bir sıra mühüm infrastuktur layihələri həyata keçrilmiş, müasir tələblərə cavab verən sosial yönümlü obyektlər inşa edilmiş, genişmiqyaslı abadlıq, quruculuq işləri, o cumlədən turizmin inkişafı üçün əsaslı tədbirlər görülmüşdür.

    Bu istiqamətdə işlərin davam etdirilməsi və “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin rayonda həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə ölkə Prezidentinin 21 noyabr 2011-ci il tarixli 1851 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 2011-ci il Dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına 2012-ci ildə şəhərin mərkəzi hissəsində yerləşən qədim küçələrin bərpası və Şəhərin yeni yaşayış massivlərində yerləşən küçələrin abadlaşdırılması planlaşdırılmışdır.

Hesabat ilində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatı məhsulları istehsalının əsaslı artımına nail olunmuşdur. Əvvəlki illə müqayisədə cari ildə qarğıdalı, bostan, üzüm, meyvə və giləmeyvə bitkilərinin hər hektarının məhsuldarlığı və ümumi məhsul istehsalı artmışdır. 2010-cu illə müqayisədə qarğıdalı istehsalı 4993 ton, bostan istehsalı 352 ton, üzüm istehsalı   184 ton, meyvə və giləmeyvə 1599 ton, o cümlədən fındıq istehsalı 753 ton, vələmir istehsalı 468 ton artmışdır. 2011-ci ildə əvvəlki illə müqayisədə 6918 ton artıq taxıl istehsal olunmuşdur. Görülmüş aqrotexniki tədbirlərin nəticəsi olaraq hər hektarın məhsuldarlığı 16,3 sentnerdən artaraq 23,4 sentnerə çatdırılmışdır. Xüsusi ilə buğda istehsalına göstərilən diqqətin nəticəsində 16249 ton, yəni əvvəlki ildən 5682 ton çox buğda istehsal olunmuşdur. 2011-ci ildə 2012-ci ilin məhsulu üçün 12593 ha sahədə payızlıq taxıl səpilmiş, bundan 7057 ha buğda olmaqla əvvəlki ildəkindən 297 ha çoxdur. 5239 ha sahədə dən üçün arpa əkilmişdir ki, bu da əvvəlki illə müqayisədə 1319 ha çoxdur. Rayonda ərzaq üçün buğda istehsalının artırılması məqsədi ilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Özəl iri taxılçılıq (buğda) təsərrüfatlarının yaradılması haqqında” qərarının icrası ilə əlaqədar “Sarıca-Acınohur” ərazisində 4881 ha qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi üçün təyinatının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə rəsmi müraciət olunmuş və məsələ müsbət həllini tapmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Taxılçılığın intensiv inkişafını təmin etmək məqsədi ilə rayonda fəaliyyət göstərən   toxumçuluq müəssisələri tərəfindən 2745 ton yüksək reproduksiyalı buğda və arpa toxumları istehsal olunmuşdur. Rayonda toxum istehsalının daha da genişləndirilməsi məqsədi ilə əlavə bir taxıl toxumçuluq müəssisəsinin yaradılması üçün hazırlanmış  sənədlər aidiyyəti üzrə təqdim olunmuşdur. Hesabat ilində 621 ha sahədə yonca, 313 ha sahədə yem üçün vələmir əkini aparılmış, yemlik bitkilərin əkin sahələrindən bol məhsul əldə edilmişdir. 2011-ci ildə tütünün yaşıl halda dərilərək emalı istiqamətində işlərin genişləndirilməsi davam etdirilmiş, mövcud 60 ədəd Avropa standartlarına cavab verən, Bolqarıstan istehsalı olan tütünqurutma kameraları tam gücü ilə işləmiş, il ərzində 6500 ton yaşıl halda tütünün qurudulması həyata keçirilmişdir. İl ərzində  1,2 ton yüksək keyfiyyətli barama istehsal edilmişdir.

Tənzimlənən suvarma sisteminin gücləndirilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə işlər davam etdirilmiş,  485 min m3 əsas  və təsərrüfatdaxili kanallar lildən təmizlənərək işlək vəziyyətə gətirilmişdir. 1500 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək Qapıçay-Güllük suvarma xəttinin tikintisi başa çatdırılmışdır.

Kənd təsərrüfatı sahələrinin inkişafına dəstək layihəsi və proqramları üzrə 2011-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına “Abbas kredit ittifaqı” tərəfindən 486 min manat, “Finka” kredit təşkilatı Qax rayon şöbəsi tərəfindən 1 milyon manat, Qax rayonu üzrə Norveç Humanitar Müəssisəsi tərəfindən 43,3 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur. Bundan başqa kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına  2886 nəfərə yazlıq əkin və taxıl biçini ilə əlaqədar 579 min manat yardımın verilməsi təmin olunmuşdur. 

İl ərzində “Aqrolizinq” ASC-nin “Aqrotexservis” xidməti Qax rayon filialının bitkiçilik sahəsinin inkişafına dəstəyi yetərincə olmamış, 2011-ci ildə müəssisə tərəfindən güzəştli şərtlərlə kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin və dərman vasitələrinin gətirilərək aqrotexniki müddətlərdə və tələb olunan həcmdə çatdırılması işi  lazımı səviyyədə təşkil olunmamışdır. Rayonda mineral gübrələrə olan tələbat barədə əvvəlcədən sifariş verilməmiş, nəticədə rayon İcra Hakimiyyətinin dəstəyi ilə tələbatın az miqdarı həcmində, 400 ton azot,  35 ton fosfor, 20 ton amofoska gübrəsi gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması təmin olunmuşdur. 2011-ci ildə müəssisədə mövcud olan texnikanın gücündən səmərəli istifadə olunmamış, cəmi 680 hektar sahədə payızlıq və yazlıqların səpini, 1400 hektar sahədə taxıl biçini və 200 hektar sahədə qarğıdalı biçini aparılmış və cüzi miqdarda digər kənd təsərrüfatı işləri görülmüşdür. Mövcud texnikaların bir hissəsi lizinq yolu ilə satılmış, yerdə qalan texnikalar isə əsasən yararsız vəziyyətə düşmüşdür. Rayonun müxtəlif ərazilərində “Aqrotexservis” xidməti məntəqələrinin yaradılması təşkil olunmamış, bu da öz növbəsində xidmətin keyfiyyətinin aşağı düşməsinə və görülən işin maya dəyərinin xeyli yüksəlməsinə səbəb olmuşdur.  

    Qax rayon Dövlət Bitki Mühafizə Mərkəzinin bitkiçilik sahəsinin inkişaf etdirilməsi istiqamətində fəaliyyəti tələb olunan səviyyədə olmamışdır. Bitki Mühafizə Mərkəzinin yerlərlə əlaqəsi əsasən zəif olmuş, əkin sahələrində müşahidələr vaxtında və keyfiyyətli aparılmadığından, dövlət vəsaiti hesabına rayona verilmiş mübarizə vasitələrinin gecikmələrlə gətirilməsi səbəbindən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına öz mənfi təsirini göstərmişdir.

    Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsi tərəfindən həyətyanı və zəbt torpaq sahələrinə şəhadətnamələr işlənməmiş, 27 kənddən yalnız rayon İcra Hakimiyyəti rəhbərliyinin dəstəyi ilə 9 kənddə işlər başa çatdırılmış, yerdə qalan kəndlərdə bu günə qədər dövlət sənədlərinin işlənməsi başa çatdırılmamışdır. Hələ də yerlərdə bələdiyyə mülkiyyəti və digər mülkiyyətdə olan torpaqların sərhədlərinin dürüstləşməsi prosesi başa çatdırılmamışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon Şöbə tərəfindən torpaqla bağlı vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmadığından yerlərdə çox sayda narazılıqlar qalmaqdadır.

     Aqrokimya Laboratoriyası tərəfindən hesabat ilində müəyyən işlər görülsə də əsasnaməyə uyğun torpaq nümunələrinin götürülməsi və aidiyyəti üzrə çatdırılması, müəyyən edilmiş nəticələrə uyğun olaraq torpaqların münbitliyinin artırılması istiqamətində gördüyü işlər qənaətbəxş deyildir.

      Hesabat ilində rayonumuzun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmiş və aparılan məqsədyönlü tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmişdir.  01.01.2012-ci il tarixə rayonda 26005 baş iribuynuzlu mal, o cümlədən 12767 baş ana mal, 77693 baş qoyun-keçi, 98458 baş müxtəlif növ ev quşları, 7032   arı ailəsi mövcud olmuşdur. Mövcud mal-qaranın yemə olan tələbatının ödənilməsi məqsədilə hər bir ərazidə kifayət qədər örüş ayrılmış, 42 nəfər qoyunçuluqla məşğul olan hüquqi və fiziki şəxslərə təsərrüfatlarını saxlamaq üçün 16,2 min ha qışlaq və 9,2 min ha yaylaq sahəsi icarəyə verilmişdir. Heyvandarlıq məhsullarının intensiv artımına nail olmaq üçün hesabat ilində respublikaya idxal olunan cins mal-qaradan 37 baş düyənin 50 faiz güzəşt və lizinq yolu ilə 5 sahibkara satılması təmin edilmişdir. Beləliklə rayona gətirilmiş cins düyələrin sayı 50 başa çatdırılmışdır. Həmin cins düyələrdən 23 baş salamat bala alınmış, orta hesabla hər başdan 20-25 kq miqdarında süd sağılır. Bundan başqa hesabat ili ərzində bir nəfər sahibkar şəxsi təşəbbüsü ilə 54 baş cins mal-qara gətirmişdir. Mal-qara arasında qısırlıq hallarının minimuma endirilməsi, əhali təsərrüfatlarında olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığının yüksəldilməsi üçün süni mayalanmanın tətbiqi diqqət mərkəzində olmuşdur. Rayonumuzda fəaliyyət göstərən 4 nəfər süni mayalanma texniki tərəfindən hesabat ili ərzində 1131 baş inək-düyə süni mayalandırılmışdır ki, bu da 2010-cu illə müqayisədə 315 baş çoxdur. Süni yolla mayalandırılmış inək-düyələrdən 538 baş salamat bala alınmışdır ki, bu da 2010-cu illə müqayisədə 211 baş çoxdur. Bundan əlavə Zaqatala rayonunun mütəxəssisləri tərəfindən rayonumuzun ayrı-ayrı ərazilərində 234 baş inək-düyə süni mayalandırılmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2010-cu illə müqayisədə ət istehsalı 14 ton artaraq 2757 tona, süd istehsalı 101,2 ton artaraq 11317 tona, yumurta istehsalı 24 min ədəd artaraq 7614 min ədədə, yun istehsalı 118 tona çatmışdır. Əmbərçay kəndi yaxınlığında 400 min başlıq quşçuluq kompleksinin yaradılması istiqamətində işlər davam etdirilmiş, müasir tələblərə cavab verən avadanlıqların gətirilməsi təmin edilmişdir.

Rayonda mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2011-ci ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlər planının tam icrası təmin olunmuşdur. il ərzində 19868 baş iribuynuzlu mal brüsellyoza qarşı seroloji müayinə olunmuş, 164 baş malın xəstə olduğu müəyyənləşdirilərək baytar nəzarəti altında təsərrüfatdan çıxarılması təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, iribuynuzlu mal-qara arasında brusellyozla sirayətlənmə 0,83 faiz təşkil etmişdir ki, bu da 2010-cu illə müqayisədə 0,02 faiz azdır. İl ərzində müasir tələblərə cavab verən Zona Baytarlıq Laboratoriyasının yeni binasının və Əmbərçay kəndində sahə baytar məntəqəsinin inşası başa çatdırılmışdır. Cəlayır kəndində sahə baytar məntəqəsinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Rayonda mövcud olan mal-qaraya göstərilən baytarlıq xidmətinin vəziyyəti hesabat ilinin oktyabr ayında növbəti şura yığıncağında geniş müzakirə olunmuş, bu sahədə müəyyən işlər görülməklə yanaşı bir sıra nöqsan və çatışmazlıqlar olduğu qeyd edilərək müvafiq qərar qəbul edilmişdir. Ərazilərdə epizootik tədbirlərin daha effektli aparılması üçün xal-xalların inşa edilməsi, bu və ya digər xəstəliklərdən tələf olunmuş heyvanların cəsədlərinin zərərsizləşdirilməsi üçün heyvan qəbristanlıqlarının yaradılması ilə bağlı tapşırıqlar verilmişdir. “Quş qripi”, “Donuz qripi” xəstəliklərinin baş verməməsi üçün qabaqlayıcı profilaktiki tədbirlər ardıcıl davam etdirilmiş, müntəzəm olaraq monitorinqlərin keçirilməsi təmin olunmuş, nəticə etibarilə rayonumuzda həmin xəstəliklərin baş verməsi halları müşahidə olunmamışdır. Xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinin baş verməsinin qarşısının alınması üçün pilot layihəsi üzrə 38,3 min baş xırdabuynuzlu heyvanlar vaksinasiyaya cəlb olunmuşdur. Hesabat ili ərzində heyvandarlığın inkişaf etdirilməsinə xüsusi diqqət verilməsinə baxmayaraq hələ də bir sıra nöqsan və çatışmazlıqlar mövcuddur. Belə ki, bruselyozla sirayətlənmiş heyvanların təhvil verilməsi üçün mərkəzləşdirilmiş məntəqələrin olmaması həmin heyvanların təsərrüfatdan çıxarılmasında çətinliklər yaratmaqla xəstə mal-qaranın hərəkətinə lazımi səviyyədə nəzarət edilməsinə imkan vermir. Mövcud mal-qaranın cins tərkibinin və məhsuldarlıq keyfiyyətlərinin yaxşılaşdırılması məqsədilə müəyyən uğurlar əldə olunsa da bu mütərəqqi metodun daha geniş tətbiq olunması zəruridir. Hələlik bu sahəyə lazımi əhəmiyyət verilməyən Böyük Alatəmir, Əlibəyli, Ağyazı, Qaradolaq kəndlərinin əhalisi arasında bu istiqamətdə maarifləndirmə işlərinin aparılması qənaətbəxş deyildir. Rayonda müasir tələblərə cavab verən südlük və ətlik maldarlıqla məşğul olan irihəcmli sahibkarlıq təsərrüfatlarının olmaması, habelə heyvandarlıq məhsullarının emalı ilə məşğul olan müəssisələrin yaradılmaması məhsul istehsalının daha yüksək səviyyədə artırılmasına imkan vermir. Qış otlaq sahələrini icarəyə götürmüş sahibkarlar tərəfindən orüş sahələrində yaxşılaşdırma tədbirlərinin aparılmasına və biomüxtəlifliyin qorunmasına lazımi əhəmiyyət verilmir. Qışlaqlarda kütləvi halda iribuynuzlu mal-qara saxlanması halları mövcuddur. Qışlaqların su və enerji təminatının bərpa edilməsində əlaqədar təşkilatların köməyinə ehtiyac vardır.

   2011-ci ildə İlisu Dövlət Təbiət Qoruğu, Qax Dövlət Yasaqlığı, Qax MM və BM-si tərəfindən mühafizə rejiminə əməl olunması, fauna və flora elementlərinin qorunması, qoruq ərazisində elmi müşahidələrin davam etdirilməsi “Təbiət səlnaməsinin yazılması, ekoloji təbliğat aparılması, yeni meşəliklərin salınması, meşə ilə örtülü olmayan meşə massivlərinin bərpası, meşələrə kənar müdaxilələrin qarşısının alınması sahəsində xeyli məqsədyönlü işlər görülmüşdür. Görülən işlər əvvəlki illə müqayisədə xeyli güclənsə də, ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsinin təmin olunması baxımından qənaətbəxş olmamışdır. Mal-qaranın meşə massivlərinə başlı-başına buraxılaraq otarılması,  meşələrə qanunsuz müdaxilələrin qarşısının alınması, meşə qanunvericiliyinin pozulması sahəsində xeyli nöqsan və çatışmazlıqlar qalmaqda davam edir.

   2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2104 nəfər sosial müavinət alan şəxs olmuşdur. Hesabat ilində 161 nəfər şəhid ailəsi üzvünə, 125 nəfər müharibə  əlilinə  “Prezident təqaüdü”  təyin edilmişdir.   2011-ci   ildə ünvanlı sosial yardım üçün 751   ailə mərkəzə müraciət etmiş, onlardan 750-nə ünvanlı sosial yardım təyin edilmişdir. İl ərzində 363  nəfər tənha, ahıl və əlil şəxslərə sosial xidmət göstərilmişdir.

    Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 96 faiz əməl edilmişdir. Büdcə sektoru üzrə proqnoz 94,7 faiz, qeyri büdcə sektoru üzrə isə 100,7 faiz yerinə yetirilmişdir.

    Büdcə sektoru üzrə proqnozun kəsirlə yerinə yetirilməsi onunla izah olunur ki, 2011-ci ildə büdcə sektorunda faktiki hesablanmış əmək haqqı proqnozda nəzərdə tutulduğundan az olmuşdur. Bu səbəbdən də 2011-ci ildə büdcə sektoru üzrə  proqnoz 94,7 faiz yerinə yetirilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə daxil olmuş vəsait ümumilikdə 167 min manat çox olmuşdur. Artım büdcə sektoru üzrə 92,8 min manat, qeyri büdcə sektoru üzrə isə 26,5 min manat təşkil etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2011-ci ildə  keçən illə müqayisədə 26,5 min manat çox vəsait toplanmışdır. 01 yanvar 2012-ci il tarixə şöbədə 387 hüquqi, 1966 fiziki və 2994 torpaq pay mülkiyyətçisi və 8749 pensiyaçı uçotda olmuşdur. Rayon üzrə bir aylıq pensiya məbləği 1 milyon 210 min manat, bir nəfərə düşən orta aylıq pensiya məbləği 138 manat təşkil edir. Uçotda olan bütün pensiyaçılar pensiyalarını plastik kartla bankomatlar vasitəsi ilə alırlar. Bu məqsədlə rayonda 3 bankomat quraşdırılmışdır. Şöbə rəhbərliyi tərəfindən gələcəkdə əhalinin kompakt yaşadığı kənd məntəqələrində bankomatların quraşdırılması nəzərdə tutulmuşdur.

    Qax Telekommunikasiya Qovşağı hesabat ilində tarif gəliri proqnozuna 100.1 faiz əməl edərək 720 min manata qarşı 720.6 min manat gəlir əldə etmişdir. Bu da keçən ilin müvafiq dövründən 25 min 640 manat çoxdur. Qovşaq tərəfindən 246 ədəd telefon çəkilişi aparılmışdır. 2011-ci ildə internetə qoşulmaq məqsədilə şəhər abunəçiləri üçün 4 ədəd yeni avadanlıq quraşdırılmış və abunəçilərin sayı 258 nəfər olmuşdur. Alınmış yeni internet avadanlıqlarının sayəsində daha 896 abunəçinin sürətli internet əldə etmək imkanı olacaqdır. Hesabat ilində Əlibəyli, Almalı və Alatəmir kənd abunəçiləri də internetdən istifadə etmək imkanı əldə etmişdir.

     Qax Poçt filialı tərəfindən 2011-ci ildə “Azərpoçt” MMC tərəfindən təsdiq edilmiş illik 131,5 min manat proqnoz plana qarşı 140 min manat gəlir əldə olunmuş, illik tarif gəlir planı 106 faiz yerinə yetirilmişdir.

    Qax Kommunal Müəssisələr Kombinatı 2011-ci il ərzində Qax şəhər  İnzibati Ərazi Dairəsi ilə bağlanmış müqaviləyə uyğun olaraq şəhərin 18  küçəsinə xidmət göstərilmişdir. Şəhərin 42 küçəsində yerləşən fərdi evlərdən, yaşayış binalarından, sahibkarlıq subyektlərindən, idarə, müəssisə və təşkilatlardan, eləcə də Qaxingiloy kəndinin bir hissəsindən məişət tullantılarının daşınması həyata keçirilmişdir. Kombinatın  yaşıllaşdırma sahəsi tərəfindən şəhərdə 22 hektar əraziyə xidmət  göstərilmiş, şəhərin “Gənclik parkında”, “Nəsimi” və “S. Vurğun” bağlarında və “Heydər bulağı”nın ətrafına 3000 ədəd bəzək gülü əkilmişdir. “Gənclik parkı” və “Nəsimi bağı”nda 70 ədəd dekorativ ağac basdırılmışdır.

2011-ci ildə rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 452 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. İşsiz statusu alanların sayı 407 nəfər olmuşdur. Hesabat dövrü ərzində 70 nəfərə işsizlik statusu verilməklə 76 nəfərə işsizlik müavinəti təyin edilmişdir və onlardan da 3 nəfərinə müavinət təkrar təyin edilmişdir. İlin sonuna müavinət alanların sayı 17 nəfər olmuşdur. 2011-ci ildə işsizlik müavinətinin ödənilməsinə cəmi 40 min manat vəsait sərf olunmuşdur ki, bunun da 17,7 min manatı minimum məbləğdə müavinət alanların payına düşür. Mərkəz tərəfindən 20 nəfər “dərzi”, 16 nəfər “ofisant” peşəsi üzrə kursa, 24 nəfər isə rayonda aparılan təmir-tikinti və abadlıq işləri ilə əlaqədar müvəqqəti xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunmuşlar.

     Dövlət Sığorta Şirkəti Qax rayon filialı bütün sığorta növləri üzrə 35 min manat proqnoz plana qarşı 35.2 min manat sığorta haqqı toplayaraq tədiyyə tapşırığına 100.6 faiz əməl edilmişdir. Proqnoz plana əməl olunmasına baxmayaraq rayonda fəaliyyət göstərən sahibkarların, fermerlərin özlərinə məxsus əmlaklarının sığortalanması ilə bağlı görülmüş işlər aşağı səviyyədədir. Filial rəhbərliyi tərəfindən bu sahədə aparılacaq işlər gücləndirilməlidir.

Dövlət Əmək Müfəttişliyi 18 saylı region xidməti tərəfindən 2011-ci ildə rayonda 22 idarə, müəssisə və təşkilatda işə götürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilmişdir. Bu müəssisələrin 4-ü dövlət, 18-i isə özəl sektora aiddir. Bu da keçən ilin müvafiq dövründən 2 dəfə çoxdur. Yoxlamalarda 61 qanun pozuntusu aşkar edilmişdir. Aşkar olunmuş qanun pozuntularına görə müfəttişlik tərəfindən 22 ədəd icrası məcburi olan göstəriş forması yazılaraq işə götürənlərə verilmiş və eyni zamanda əmək qanunvericiliyinə dair qanun pozuntularının aradan qaldırılması üçün işə götürənlərə vaxt verilmiş və aradan qaldırılmasının vəziyyəti təkrarən yoxlanılmışdır.

     Müfəttişlik tərəfindən rayonda əmək qanunvericiliyinə nəzarət etmək üçün 20-dən yuxarı reyid keçirilmiş, 20 nəfərlə işə götürən arasında yazılı əmək müqavilələrinin bağlanması təmin edilmiş, 15 müəssisə və təşkilatda kollektiv əmək müqavilələrinin bağlanılması təmin olunmuşdur.

Rayon Elektrik Şəbəkəsi tərəfindən 2011-ci ildə 54 ədəd  transformator yarımstansiyasında əsaslı və cari təmir işləri aparılmış,   12 ədəd yanmış və sıradan çıxmış transformator yarımstansiyası Şəki  şəhər laboratoriyasında  təmir  olunaraq yenidən istifadəyə verilmişdir. 10 kv-luq hava xəttinində 58 km, 0,4 kv-luq hava xəttində isə 51 km   əsaslı və  cari təmir işləri aparılmışdır. Şəhər ərazisində yeni  salınmış  yaşayış massivində olan “C.Əhmədzadə” və “Cavanşir” kücələrinin elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə yeni transformator quraşdırılmış, dəmir-beton dayaqlar  basdırılmaqla əraziyə 10 və 0,4 kv-luq  hava  xəttləri  çəkilmişdir.          Təmir-quraşdırma  işləri  ilə  əlaqədar rayon ərazisində  237 ədəd 10 kv-luq dəmir-beton  dayaq , 94 ədəd  0,4 kv-luq dayaq basdırılmış, bir çox çürümüş dayaqlar yeniləri  ilə  əvəz  edilmiş,  307  ədəd  sayğac  quraşdırılmışdır.

     Qeyd olunmalıdır ki, şəhər daxilində və kəndlərdə hələ də qeyri standart dayaqlardan istifadə edilərək elektrik verilişi xətlərinin çəkilməsi aparılır ki, bu da olduqca təhlükəlidir.

       Qax  EŞ-si  110/35/10  kv-luq Əlibəyli yarımstansiyası ilə 35/10 kv-luq Qax yarımstansiyası arasındakı 35 kv-luq II-ci hava xəttinin açarlarının, çürümüş dayaqların dəyişdirilməsi üçün bütün lazımi tədbirləri görməlidir.

     Rayonda 5582 əhali abonenti təbii qazla təmin olunur ki, bunun da 3500-ü şəhərin payına düşür. 84 ədəd qeyri-dövlət müəssisəsi, şəhərin 5 məktəbi və 2 xəstəxananın isitmə sistemi təbii qazla təmin olunmuşdur.

     2011-ci ildə rayonun yeni yaşayış massivlərinin qazlaşması ilə əlaqədar geniş iş aparılır. 30 km uzunluğunda yeni qaz xətləri çəkilməklə 1000-ə yaxın abonentə qaz verilməklə şəhərdə qazlaşmayan sahə qalmayacaqdır.

Hazırda “Azərtikintiservis” MMC tərəfindən Almalı kəndinin qazlaşdırılması işi aparılır. Əlibəyli kəndinə  5899 metr 110 mm-lik yeni qaz xətti çəkilmiş, 1 ədəd müasirtipli qaztənzimləyici quraşdırılmış,  12 mənzilə qaz verilməsi təmin olunmuşdur.

    Rayonun bir çox kəndlərini qazla təmin edəcək 3241 metr uzunluğunda 280 mm diametrli Qorağan-Almalı yeraltı polietilen qaz xəttinin çəkilişi başa çatdırılmışdır.

    Rayon Su-kanal idarəsi tərəfindən 2011-çi ildə şəhərin Ü. Hacıbəyov, C.Cabarlı, A.Məmmədov, Vaqif, V.Eyvazov və M.F.Axundov küçələrindən keçən əsas su xətlərində 86 yerdə baş vermiş qəza halları aradan qaldırılmış, küçələrdə 4 ədəd sunizamlayıcı qurğu təmir olunaraq qaydaya salınmışdır. “Kürmükçayı” hövzəsində şəhərə gələn əsas su kəmərində sıradan çıxmış 40 metr 300 mm-lik polad boru dəyişdirilmişdir. Turaclı və Qıpçaq kəndlərində yeni artezan quyuları qazılıb əhalinin istifadəsinə verilmiş, Marsan və Şotavar kəndlərində isə yeni artezian quyularının qazılmasına başlanılmışdır. Rayonun potensial imkanları hesabına Qaxbaş, Oncallı, Ləkit və Zərnə kəndlərində su xətlərində təmir işləri aparılmışdır. Qarabaldır kəndinə 1 km uzunluğunda yeni su xəttinin çəkilişi başa çatdırılmışdır. Cari ildə Qum kəndi ərazisindən şəhərə çəkilmiş 9 km uzunluğunda olan içməli su xəttinin yeni polietilen borular vasitəsi ilə dəyişdirilməsinə başlanılacaqdır.

        2011-ci ildə rayonda 57 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 36 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. 2010- 2011- ci tədris ilində 7786 nəfər şagird təhsilə cəlb olunmuşdur və onların təlim- tərbiyəsi ilə 1307 nəfər müəllim məşğul olmuş, 48 məktəbdə təlim Azərbaycan, 6-da gürcü, 2-də də rus, 1-də isə Azərbaycan rus və gürcü dilində aparılır.

         2010-2011-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 485 nəfər şagirddən 450 nəfəri attestat almış, onlardan  332 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 154  nəfər   ( ötən il 134) tələbə adını qazanmışlar. Ötən dərs ilində 13 nəfər abutirent 600-dən çox, 36 nəfəri 500-700 arası  bal toplamışlarsa, bu  dərs  ilində 16 nəfər 600-dən çox, 49 nəfər  isə 500-700 bal toplamışdır. Sevindirici haldır  ki, rayonumuz ali  məktəblərə qəbulun  nəticələrinə  görə rayonlar  arasında I yerdə, Bakı  və Sumqayıt  şəhərlərindən  sonra III  yerdə  durur.

     Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrindən olan 111 nəfər şagird icbari təhsilə, sağlamlıq imkanları məhdud 75 nəfər şagird isə fərdi təlimə cəlb olunmuşdur. İl  ərzində  rayonda təhsildən kənarda qalan və yayınan şagird olmamışdır.

     Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində Şəhər 1 №-li tam orta  məktəb “İlin ən  yaxşı  ümumtəhsil  məktəbi”, şəhər 2 №-li   orta  məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazlı İsmayılova “İlin müəllimi” respublika müsabiqəsinin qalibi olmuşdur. Şəhər 4 №-li tam  orta məktəbin biologiya müəllimi Məmləkət Əfəndiyeva “Tərəqqi” medalına layiq görülmüşdür.

Rayonda  5 məktəbdənkənar tərbiyə  müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrə 3499 şagird  cəlb  olunmuşdur.  Məktəbdənkənar tərbiyə müəssisələrində 211 qrup  fəaliyyət  göstərmiş, ştat  cədvəli  üzrə işçilərin sayı 37, dərnək rəhbərlərinin sayı 152 nəfərdir. Maliyyə Nazirliyi tərəfindən noyabr ayında keçirilən monitorinqin nəticəsinə əsasən  qrupların sayı 83-ə, ştat cədvəli üzrə işçilərin sayı 25-ə, dərnək  rəhbərlərinin sayı 75-ə endirilmişdir. Buna səbəb məktəbdənkənar tərbiyyə müəssisələrində dərnək rəhbərləri və dərnək üzvülərinin davamiyyətində, jurnalların aparılmasında formalizm hallarına yol verilməsi olmuşdur.

Hesabat ilində Qax Peşə Liseyini 132 nəfər şagird bitirmişdir. 2010-2011-ci ildə liseyə 370 şagird qəbul olunmuş, onların təlim-tərbiyəsi ilə 24 ümumtəhsil, 26 ixtisas fənn müəllimi, 21 təlim ustası məşğul olur.

     Hesabat ilində rayon əhalisinə 150 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 25 çarpayılıq şəhər Uşaq xəstəxanası, 15 çarpayılıq Tasmalı, 10 çarpayılıq Əlibəyli kənd sahə xəstəxanaları, 10 həkim məntəqəsi, 26 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən xidmət göstərilmişdir. Hesabat ilində Rayon Mərkəzi Xəstəxanasında 124 nəfər həkim, 405 nəfər orta tibb işçisi çalışmışdır. Hər  10  000 nəfərə 26  həkim, 75 nəfər orta tibb  işçisi düşür. İl ərzində 29 həkim, 6 tibb  bacısı vakant  iş yeri  olmuşdur.

          2011- ci ildə 539 əməliyyat keçirilmiş, əməliyyatdan sonra ölüm hadisəsi  olmamışdır.  2011-ci  il ərzində Rayon Mərkəzi Xəstəxanasında əhalinin 98.7 %-i  dövrü müayinədən keçirilmişdir. Vərəmin ilkin aşkarı məqsədi ilə 24632 nəfər müayinəyə cəlb olunmuş, il ərzində 30 nəfərdə ilkin vərəm aşkarlanmışdır. Rayonda 465 nəfər diabetli xəstə, 220 onkoloji xəstə vardır. 2011- ci ildə 72 nəfər  yeni  diabetli, 73  nəfər onkoloji xəstə  qeydiyyata  götürülmüşdür. Bunlardan  başqa 662  nəfər  ruhi  xəstə, 28 narkomaniyalı, 28  nəfər talassemiyalı  və  hemofiliyalı, 19  nəfər  xroniki böyrək  çatışmazlığı  olan xəstələrdir. Ümumiyyətlə,  rayonda 1800  nəfərə  yaxın  imtiyazlı, aztəminatlı ailələr vardır ki, bunlar  pulsuz dərmanlarla il boyu təmin olunurlar. 2011-ci ildə imtiyazlı  xəstələrə 79100 manatlıq  pulsuz  dərman  verilmişdir.   

     2011- ci ildə 33 nəfər həkim, 75 nəfər orta  tibb işçisi ixtisasartırma kurslarında olmuşdur.

     Rayon Gigiyena və Epidemiologiya mərkəzinin laboratoriyasında suyun  keyfiyyətinə  nəzarət  üçün  su nümunələri fiziki-kimyəvi və bakteroloji yoxlanmış, nəticədə standartlara cavab verməyən  nümunə  aşkarlanmamışdır.

Profilaktik-dezinfeksiya şöbəsi tərəfindən 391 obyektdə 5908 m2 (ötən il 381 obyektdə 3762 m2 sahədə) sahədə həşəratlara qarşı dərmanlama işlərinin aparılması  təmin olunmuşdur.

      Rayonumuzda  yoluxucu  xəstəliklərin  sayı azalmaqdadır. 2011- ci ildə əvəlki ilə nisbətən cinsi  yolla yoluxan  xəstəliklər 33 faiz,  malyariya 90 faiz, bruselyoz 2.4 dəfə azalmışdır.

      Rayonda 10 turizm obyekti turistlərə xidmət göstərir. Hər il  rayonumuza gələn turistlərin sayı artmaqdadır. 2010-cu ildə 10 000, 2011- ci  ildə isə 15 000-ə  yaxın  turist   rayonumuzda istirahət  etmişdir.

          Hesabat ilində Qax Dövlət Kukla Teatrı repertuar planında təsdiq edilmiş 3 tamaşaya  quruluş vermişdir. Respublikamızda ilk dəfə təşkil  olunmuş UNİMA, Türksoy, Mədəniyyət və Turizm Nazirliyinin birgə  layihəsi olan I Beynəlxalq  Kukla Teatrları Festifalında  çıxış  etmişlər.   İl ərzində fəaliyyətini nəzərə alaraq Mədəniyyət və Turizm   Nazirliyi teatra 15 yerlik avtomaşın hədiyyə  vermişdir.

         2011-ci ildə Rayon  Gənclər və İdman  idarəsi öz  işini  Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın tələbləri əsasında qurmuşdur.

        Hesabat ilində rayonun gənc idmançıları respublika və beynəlxalq yarışlarda uğurla çıxışlar etmişlər. Pankration  idman  növü  üzrə  Bakı  şəhərində keçirilən Azərbaycan çempionatında idmançılarımızdan Əhməd Əfəndiyev və Seymur Əliyev   I yerə, Taekvando üzrə XXII  Respublika  çempionatında qadınlar  arasında  Fərqanə  Məmmədova III  yerə  layiq  görülmüşdür. 

Rayonda 8 siyasi partiya və 16 Qeyri Hökumət Təşkilatı fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası və ictimai təşkilatların rayon şöbələri vasitəsilə müvəffəqiyyətlə həyata keçirilən dövlət siyasəti, Respublikamızda və rayonumuzda əldə edilmiş uğurlar, nailiyyətlər, respublikamızın və rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında baş verən hadisələr barədə geniş əhali kütlələrinin obyektiv məlumat əldə etmələri təmin olunur. Bu sahədə Yeni Azərbaycan Partiyası rayon təşkilatının, “Sevil” Qadınlar Cəmiyyəti rayon şöbəsinin, Rayon Ağsaqqallar Şurasının, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları Veteranlar Şurası rayon təşkilatının, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin gənclərdə hərbi vətənpərvərlik tərbiyyəsinin və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin güçləndirilməsi sahəsində apardıqları iş daha yaxşı təşkil olunmuşdur. Onlar Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasi xətti əhaliyə obyektiv çatdırmaq üçün imkanlardan səmərəli istifadə edirlər.

     Rayonumuzun ərazisində 311 ailə olmaqla 1171 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşgulluğunun artırılması və sosial müdafiəsinə yönəldilmiş tədbirlərin icra vəziyyəti daim rayon rəhbərliyinin və əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla onlara qayğı göstərilmişdir.

     Hazırda köçkün ailələrin şəxsi təsərrüfatında 9000 başa qədər xırdabuynuzlu, 3000 başa qədər iribuynuzlu heyvan saxlanılır. İl ərzində 15 məcburi köçkün ailəsinin yaşadığı evin təmirinə tikinti materialları ilə köməklik edilmiş və 9 ailəyə maddi yardım göstərilmişdir. Köçkün əhalinin kompakt məskunlaşdığı Qaradolaq kəndi ərazisində 20 ailəyə 500 metr məsafədən içməli suyun çəkilməsi təmin olunmuşdur. Köçkünlərin məskunlaşdıqları Almalı, Zəyəm, Qaradolaq, Qaratala kəndlərində və Qanlıqobu ərazisində transformator yarımstansiyaları təmir edilmişdir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış duru yanacağın paylanması təmin edilmişdir.

     Məskunlaşma yerlərində uşaq kontingentinin peyvənd olunması təmin olunmuşdur.

     Rayonda yaşayan etnik xalqların sosial-məişət şəraitinin yaxşılaşdırılması, inkişafı daim diqqət mərkəzində saxlanılır və bununla bağlı tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, rayonda milli zəmində heç bir münaqişə baş verməmişdir.  Rayonumuz çoxmillətli və tolerant rayondur, rayonumuzdakı dini münasibətlər “Dini etiqad azadlığı haqqında qanun”un tələbləri əsasında tənzimlənir.         Rayonda dini durum sabitdir. Qeyri-dini təriqətləri yayanlara qarşı aidiyyatı təşkilatlarla birlikdə lazımi tədbirlər həyata keçirilir.

     Hesabat dövrü ərzində rayon polis şöbəsi öz işini lazımi səviyyədə qurmuşdur. 2011-ci il ərzində 61 cinayət hadisəsi baş vermiş və onlardan 57 cinayət hadisəsinin üstü açılmışdır. Cinayətlərin acılma faizi 93.4 faiz olmuşdur.

     Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2011-ci ildə rayonda 9 cinayət hadisəsi törədilmişdir. Şöbəyə daxil olmuş 1486 ərizədən 60-ı üzrə çinayət işi başlanılmışdır.

     Hesabat dövrü ərzində rayon ərazisində 9-u ölümlə, 3-ü isə müxtəlif dərəcəli bədən xəsarəti olmaqla ümumilikdə 12 yolnəqliyyatı hadisəsi baş vermişdir.

     Axtarışda olan 11 nəfər cinayətkardan 10 nəfəri tutulmuşdur.

    

     Hesabat ilində həqiqi hərbi xidmətə cağırış işində İnzibati Ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən rayon Hərbi Komissarlığına yaxından koməklik göstərilmişdir. Görülmüş tədbirlər nəticəsində hərbi cağırışdan yayınan gənc olmamışdır.

   Hesabat dövrü ərzində Hüquq-mühafizə orqanları öz işlərini günün tələbləri səviyyəsində qurmuşlar.

     2011-ci il üçün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının hazırlıq planına müvafiq olaraq 29 iyun-01 iyul tarixlərində Mülki Müdafiə işinin təşkili Baş idarəsi tərəfindən Qax rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili”  mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir. Təlimin gedişində Qax rayonu MM dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil olunmuş və qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.

     2011-ci ildə rayon İcra Hakimiyyəti İnzibati Ərazi dairələri üzrə nümyəndəliklərinin fəaliyyətinə “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin tələblərinə uyğun istiqamət verilmiş rayon icra hakimiyyətinin perspektiv iş planına uyğun onların fəaliyyətinin müxtəlif sahələrinə aid məsələlərin şura iclasında və şöbədə müzakirəsini təşkil edərək mövcud nöqsanların aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul etmiş və qərarlar nəzarətə götürülərək icrası təmin olunmuşdur. 2012-ci ilıin yanvar ayında İnzibtai Ərazi dairələri üzrə Nümayəndəliklərdə hesabat yığıncaqları keçrilmiş, onların 2011-ci ildə gördükləri işlər təhlil edilmiş, 2012-ci il üçün fəaliyyət proqramları qəbul edilmişdir. Hesabat yığıncağında vətəndaşlar tərəfindən söylənilmiş müraciətlər ümumiləşdirilərək aidiyyatı təşkilatlara icrası üçün göndəriləcəkdir. Hesabatlarda vətəndaşlar tərəfindən içməli su ilə təchizat, suvarma suyu kanallarının təmizlənməsi, kəndlərə qaz xəttinin çəkilişi, kəndlərarası və kənddaxili yolların təmiri, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, kənd mədəniyyət və təhsil müəssisələrinin təmiri, pavilyon ərazisinə bir ədəd bankomatın quraşdırılması, vətəndaşların bağlarının və zəbt torpaqlarının şəhadətnamələrinin verilməsinə köməklik göstərilməsi kimi məsələlər qaldırılmışdır.

     Hesabat ilində rayon icra hakimiyyəti bələdiyyələrin fəaliyyətinə lazımi köməklik göstərmiş, onların fəaliyyətinin güçləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. “Bir bələdiyyə, azı bir layihə” təşəbbüsü çərçivəsində İlisu bələdiyyəsinin həyata keçirdiyi tədbirlərlə tanış olmaq  və onların müsbət işinin yerlərdə tətbiq edilməsi ilə əlaqədar rayonda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və inzibati Ərazi dairələri üzrə nümayəndələrin həmin kənddə səyyar seminarı keçirilmişdir.

     2011-ci ilin noyabr ayında rayonda fəaliyyət göstərən bələdiyyələrdə boş olan bələdiyyə üzvlərinin yerini tutmaq üçün əlavə bələdiyyə seçkiləri keçirilmişdir. Seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun keçrilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir.

2011-ci ildə RİH-nə Azərbaycan Respublikasının 21 Qanunu, Respublika Prezidentinin 24 Fərmanı, 19 Sərəncamı, Respublika Prezidenti Alministrasiyası rəhbərinin 2 Sərəncamı, Respublika Nazirlər Kabinetinin 19 Qərarı və 9 Sərəncamı daxil olmuşdur.

Aparatda müvafiq Qanun, Fərman və Sərəncamların icrası məqsədi ilə 14 sərəncam hazırlanmış, 26 tədbirlər planı tərtib edilmiş və nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir.

İl ərzində RİH başçısı tərəfindən rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi, tikinti-abadlıq işlərinin aparılması və mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi ilə bağlı 470 sərəncam verilmişdir.

RİH-ə il ərzində Respublika Prezidenti Administrasiyasından, Nazirlər Kabinetindən, nazirlik, baş idarələrdən 332 və rayon təşkilatlarından 510 məktub daxil olmuş, sənədlərlə müvafiq iş aparılmış, tədbirlər görülmüş və müvafiq cavablar verilmişdir. Vətəndaşlara, respublika və rayon təşkilatlarına 1678 məktub və cavablar göndərilmişdir.

Aparat 2011-ci ildə RİH başçısı yanında 29.12.2010-cu il tarixli şura iclasında təsdiq edilmiş aparatın və şuranın perspektiv iş planına uyğun fəaliyyət göstərmişdir. İl ərzində şuranın 23 iclası keçirilmiş, 40 məsələ müzakirə olunmuşdur. İş planında şöbələrdə müzakirəsi nəzərdə tutulmuş 46 məsələ müzakirə olunmuş və 2 məsələnin müzakirəsinin şura iclasına çıxarılması təmin olunmuşdur.

Şura iclaslarında qəbul olunmuş qərarların və verilmiş tövsiyələrin icrası vəziyyəti barədə 1 məsələnin müzakirəsi aparılmış və bu sahədəki iş təhlil edilmişdir.

2011-ci ildə RİH-ə Respublika Prezidenti Administrasiyasından 130, Milli Məclisdən 7, Nazirlər Kabinetindən 3, digər Respublika təşkilatlarından 26 və rayon əhalisindən 798 olmaqla 964 ərizə daxil olmuşdur.

Daxil olmuş müraciətlərdən 66-sı (2010-cu ildə 137) təkrar, 38-i (52) kollektiv müraciətlər olmuşdur. Daxil olmuş müraciətlərdən 822-i (942) ərizə, 142-i (196) şikayət xarakterli olmuş, 97-nin (144) icrası nəzarətə alınmaqla, 867-nə (994) isə nəzarətə alınmadan baxılmışdır. Müraciətlərə əsasən aparatın şöbələrində baxılmış, 14 (13) müraciət tabe qurumlara göndərilmişdir. İlin sonuna 17 (18) müraciət icradadır. 34 (37) müraciətə icra müddəti pozulmaqla cavablar verilmişdir.

Vətəndaşların müraciətlərinə baxılması 2 dəfə şura iclaslarında, 2 dəfə də şöbələrdə müzakirə edilmiş, 2 nəfər məsul şəxs bu sahədəki nöqsanlarına görə cəzalandırılmışdır.

Daxil olan müraciətlərdən sahibkarlığın inkişafı ilə bağlı 111, kənd təsərrüfatı məsələləri ilə bağlı 92, təhsil məsələləri, məktəb, uşaq baxçaları ilə bağlı 66, əmək və əhalinin sosial müdafiəsi məsələləri ilə bağlı 209, elektrik enerjisi verilişi, qəzalar və istilik təchizatı ilə bağlı 60, içməli və suvarma suyu və kanalizasiya məsələləri ilə bağlı 44, mənzil məsələləri ilə bağlı 78, torpaq məsələləri ilə bağlı 145, təbii hadisələr və sel düşməsi ilə bağlı 40 olmaqla müraciətlər çoxluq təşkil etmişdir.

İlboyu təsdiqlənmiş cədvəl üzrə RİH-də vətəndaşların qəbulu aparılmış, başçı tərəfindən 215, müavinlər və şöbə müdirləri tərəfindən 299 nəfər olmaqla cəmi 514 nəfər qəbul olunmuş, müraciətlərə uyğun olaraq tədbirlər görülmüşdü.

2011-ci il ərzində RİH başçısı tərəfindən 44 (2010-cu ildə 43) kənddə vətəndaşlarla səyyar qəbul keçirilmiş, qəbullarda 3871 (3983) nəfər iştirak etmiş, 244 (221) nəfər çıxış etmiş, 86 (105) müraciətlə bağlı məsul şəxslərə tapşırıqlar verilmişdir.

Vətəndaşların müraciətlərinə baxılması müntəzəm olaraq təhlil olunmuş və işi yaxşılaşdırmaq üçün tapşırıq və tövsiyələr verilmişdir.

Qax rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasını və rayon əhalisini əmin edir ki, RİHB və onun aparatı 2011-ci ildə rayonun sosial-iqtisadi və təsərrüfat sahəsində buraxılmış nöqsan və catışmazlıqları təhlil edərək, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə keçirilən və rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağında vətəndaşlar tərəfindən söylənilmiş təklif və rəyləri ümumiləşdirərək müvafiq tədbirlər həyata keçirəcəkdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarının, digər Mərkəzi icra orqanlarının müvafiq qərarlarının və tövsiyyələrinin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəkdir.

 

 

 

Keçidlər