Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Elanlar

***

                       Rayonda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının  nəzərinə!


            “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının  26 dekabr  2022-ci il tarixli 108 nömrəli Sərəncamı ilə rayonda təkrar  İctimai Şuranın yaradılması məqsədilə yerli icra hakimiyyəti əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv olmaqla  9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

         Bununla əlaqədar olaraq 18 yanvar 2023-cü il tarixdən etibarən  Qax rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur. Qeydiyyat  15 fevral 2023-cü il tarixində başa çatacaqdır.

         Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. 

         Əlavə məlumat üçün rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət oluna bilər.

                                                                                                                                                               Əlaqə tel: (024 2552120)

 

                                                                                                                                                         Qax rayon İcra Hakimiyyəti

Keçidlər