VƏTƏN MÜHARİBƏSİ VƏ LOKAL ANTİTERROR ƏMƏLİYYATI ŞƏHİDLƏRİ
Rəsulzadə Təbriz Əfrayim oğlu 05.02.1993-cü ildə Qax rayonunun Cəlayir kəndində anadan olmuşdur. Calayir kənd tam orta məktəbinin 9-cu sinfini 2008-ci ildə bitirmiş, həmin il Cəmşid Naxçıvanski adına Azərbaycan Ali Hərbi Litseyinə daxil olmuşdur. 2011-ci ildə həmin litseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur. 2015-ci ildə hərbi məktəbi bitirmiş və N saylı hərbi hissədə zabit kimi xidmətə başlamışdır. Vətən müharibəsində Tərtər isdiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşcü” medalları ilə təltif olunmuşdur. 28.09.2020-ci ildə Qax rayonunun Cəlayir kəndində dəfn olunmuşdur.
Dursunov Fərid Fazil oğlu 26.07.1986-cı ildə Qax rayonunun Qorağan kəndində anadan olmuşdur. 2003-cü ildə Qorağan kənd tam orta məktəbini bitirmişdir. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2008-ci ildən müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2016-cı il Aprel döyüşlərində iştrak etmişdir. Kapitan Fərid Dursunov Vətən müharibəsində Kəlbəcər isdiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda, “Kəlbəcərin azad olunmasına görə” və “Xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur. 29.09.2020-ci ildə Qax rayonunun Qorağan kəndində dəfn olunmuşdur.
İsrafilov Abdulla Yadigaroviç 27.01.1997-ci il Rusya federasiyasının Vladimir vilayətində anadan olmuşdur. Qax şəhər 3 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2014-cü ildə həqiqi hərbi xidmətə cağırılmış, Daşkəsən rayonunda N saylı hərbi hissəsində xidmət etmişdir. Xidmətini bitirdikdən bir müddət sonra hərbici olmaq qərarına gəlir və 2020-ci ilin may ayında kicik çavuş rütbəsində kəşfiyyatçı-snayperçi kimi xidmətə başlayır. Vətən müharbəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmşdur. 30.09.2020-ci ildə Qax Şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədli Kənan Vəfadar oğlu 30.05.2002-ci ildə Qax rayonunun Tasmalı kəndində anadan olmuşdur. Tasmalı kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə Qax Peşə Litseyinə daxil olmuşdur. 2020-ci ilin İyulunda həqiqi hərbi xidmətə cağırılmışdır. Vətən müharibəsində Suqovuşanın Çaylı kəndi istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medallı ilə təltif olunmşdur. 30.09.2020-ci ildə Qax rayonunun Tasmalı kəndində dəfn olunmuşdur.
Yusifli Məhəmməd Rəhman oğlu 23.08.2001-ci ildə Qax rayonunun Almalı kəndində anadan olmuşdur. 2018-ci ildə Almalı kənd tam orta məktəbini bitimişdir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən “Vətən uğrunda" və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 02.10.2020-ci il tarixdə Qax rayonun Almalı kəndində dəfn olunmuşdur.
Babayev Samsun Şəmsəddin oğlu 03.04.2001-ci ildə Qax rayonunun Qapıçay kəndində anadan olmuşdur. Babayev Samsun Qapıçay tam orta məktəbini bitirmişdir. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medallı ilə təltif olunmşdur. 08.10.2020-ci ildə Qax rayonunnun Qapıçay kəndində dəfn olunmuşdur.
Qarayev Anar Çingiz oğlu 16.06.1998-ci ildə Qax rayonunun Almalı kəndində anadan olmuşdur. 2016-ci ildə Almalı kənd tam orta məktəbini bitirmişdir. Həm il Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat fakultəsinə daxil olmuş, 2020-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medal ilə təltif olunmşdur. 09.10.2020-ci ildə Almalı kəndində dəfn olunmuşdur.
Abbaasov Ramil Sabir oğlu 01.04.1989-cu ildə Qax rayonunun Turaclı kəndində anadan olmuşdur. Turaclı kənd tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2007-ci ildə həqiqi hərbi xidmətə çağırlmış, hərbi xidməti bitirdikdən sonra 2011-ci ildən Azərbaycan Respublikası silahlı qüvvələrinin daxili qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. Vətən müharibəsində Tərtər istiqamətində Suqovuşanın Talış dağ yüksəkliyində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmşdur. 11.10.2020-ci ildə Turaclı kəndində dəfn olunmuşdur.
Ramazanov Fərid Ömər oğlu 23.12.1991-ci ildə Qax rayonunun Qum kəndində anadan olmuşdur. 2009-cu ildə Qum kənd tam orta məktəbini bitirmişdir. Hərbi xidməti bitirdikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində gizir hazırlıq kursunu bitirmiş, N saylı hərbi hissədə xidmətə başlamışdır. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən “Azərbaycan Bayraq ordeni” , “Vətən uğrunda, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 11.10.2020-ci ildə Qax rayonun Qum kəndində dəfn olunmuşdur.
Bünyadlı Rəvan Asif oğlu 05.08.2001-ci ildə Qax rayonunun Almalı kəndində anadan olmuşdur. 2018-ci ildə Almalı kənd tam orta məktəbini bitirmişdir. Qax Peşə litseyində aşbazlıq təhsili almışdır. 2020-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. 13.10.2020-ci ildə Qax rayonunun Almalı kəndində dəfn olunmuşdur.
Əlizadə Qorxmaz Arif oğlu 27.01.1995-ci ildə Qax rayonunun Cəlayir kəndində anadan olmuşdur. Cəlayir kənd tam orta məktəbinin 8-ci sinfini 2010-cu ildə bitirmişdir. 2013-ci ildə Cəmşid Naxçıvanski adında hərbi litseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur. Ali hərbi məktəbi bitirdikdən sonra zabit kimi N saylı hərbi hissədə xidmətə başlamışdır. Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda" və “Füzulunun azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 17.10.2020-ci ildə Qax rayonun Cəlayir kəndində dəfn olunmuşdur.
Əliyev Təbriz Tofiq oğlu 20.08.2001-ci ildə Qax rayonunda anadan olmuşdur. Qax şəhər 3 nömrəli tam orta məktəbinin 9-cu sinfini bitirmişdir. 2019-cu ilin noyabrında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 19.10.2020-ci il tarixdə Qax şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədli Seymur Hacırəsul oğlu 19.10.1996-ci ildə Qax rayonunun Ağçay kəndində anadan olmuşdur. 2011-ci ildə Ağçay kənd məktəbinin 9-cu sinfini bitirmişdir. 2017-ci ildə Qax Peşə Liseyini bitirmişdir. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 19.10.2020-ci il tarixində Qax rayonunun Ağçay kəndində dəfn olunmuşdur.
Abbasov Nihad Mövlüd oğlu 25.07.2000-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 2018-ci ildə İlisu kənd tam orta məktəbini bitirmişdir. 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidməti bitirdikdən sonra 2020-ci ilin avqust ayında orduda müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlamışdır. Vətən müharibəsində Suqovuşan və Talış kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən “Vətən uğrunda” və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur. 24.10.2020-ci il tarixdə Qax rayonun İlisu kəndində dəfn olunmuşdur.
Fətəliyev Emil Mais oğlu 30.10.1992-ci ildə Qax rayonunun Qorağan kəndində anadan olmuşdur. 2010-cu ildə Qorağan kənd tam orta məktibini bitirmişdir Həmin il həqiqi hərbi xidmətə çağırılmışdır. 2016-cı ilin mart ayında Daxili Qoşunların Xüsusu Təyinatlı qüvvələrində xidmətə başlamışdır. Vətən müharibəsində Murov dağ, Cəbrayıl, Fizuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Şuşa ugrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən “Vətən uğrunda”, “Füzulinun azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 24.10.2020-ci il tarixdə Qax rayonunun Qorağan kəndində dəfn olunmuşdur.
İzzətzadə Elgün Bəhram oğlu 15.03.1997-ci ildə Qax şəhərində anadan olmuşdur. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Elgün Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 24.10.2020-ci il tarixdə Qax şəhəri Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədov Sadiq Sədrəddin oğlu 23.06.1981-ci ildə Qax şəhərində anadan olmuşdur. 1998-ci ildə Qax şəhər 2 nömrəli tam orta məktəbini bitirmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini 2002-ci ildə bitirdikdən sonra hərbi xidmətə başlamış, müxtəlif bölgələrdə şərəflə xidmət edərək polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olan zabit Vətən müharibəsində Qubadlı-Laçın isitqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən “Azərbaycan Bayraq ordeni”, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 28.10.2020-ci il tarixdə Qax şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Osmanov Nəzir Rahib oğlu 01.01.1998-ci ildə rayonun Qıpçaq kəndində anadan olmuşdur. 2015-ci ildə Qıpçaq kənd tam orta məktəbini bitirmişdir. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlamışdır. Vətən müharibəsində döyüşlərdə iştirak etmiş və Şuşa uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətdə fərqələndiyinə görə” medalları ilə təltif olunmuşdur. 01.11.2020-ci ildə Qax rayonun Qıpçaq kəndində dəfn olunmuşdur.
Mənəfov Nicat Azad oğlu 18.01.2001-ci ildə Qax rayonu İlisu kəndində anadan olmuşdur. 2016-ci ildə Qaradolaq kənd ümumi orta məktəbinin 9-cu sinfini bitirmişdir. Təhsilini Qax rayon Peşə liseyində davam etdirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və Vətən müharibəsində Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 04.11.2020-ci il tarixdə Qax rayonunun Qaradolaq kəndində dəfn olunmuşdur.
Musayev Sahib Musa oğlu 21.07.1984-cü ildə Qax rayonun Şotovar kəndində andan olmuşdur. 1990-cı ildə Şotovar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 8-ci sinfə qədər həmin məktəbdə oxumuş və qalan təhsilini Qorağan kənd tam orta məktəbində davam etdirmişdir. 2001-ci ildə Azərbaycan Maliyyə İqtisad kollecinə daxil olmuşdur. Kollecdə oxuduğu müddətdə həqiqi hərbi xidmətə çağırılmış və 2004-cü ildə həqiqi hərbi xidməti başa vurmuşdur. Hərbi xidmət bitirdikdən sonra gizilik kursunu oxumuş və XTQ-də gizir vəzifəsində xidmətə başlamışdır. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Hadrud və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 07.11.2020-ci il tarixdə Şuşa şəhərində qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Azərbaycan bayraq ordeni”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 12.11.2020-ci ildə tarixdə Qax rayonunun Şotovar kəndində dəfn olunmuşdur.
Hacıəhmədli Hacıəhməd Həsən oğlu 06.04.1998–ci ildə Qax rayonunun Zərnə kəndində anadan olmuşdur. 2004-cü ildə Zərnə kənd tam orta məktəbinin birici sinfinə daxil olmuşdur. Doqquz illik təhsilini bitirdikdən sonra təhsilini Bakı şəhərində 272 saylı tam orta məktəbində davam etdirmişdir. Həmin il Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Robototexnika fakultəsinə daxil olmuş, 2019-cu ildə universiteti bitirmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. Qubadlının, Füzulinin, Şuşanın azad olunması uğrunda kedən döyüşlərdə iştirak etmişdir. Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur. 13.11.2020-ci ildə tarixdə Qax rayonunun Zərnə kəndində dəfn olunmuşdur.
Səfərov Əfəndi Cahangir oğlu 01.01.1996 –cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. 2002-ci ildə Qaxbaş kənd 2 saylı tam orta məktəbində birinci sinfinə getmişdir. Beşinci sinfə qədər həmin məktəbdə təhsil almış sonra Respublika Olimpiya İdman Litseyində davam etdirmişdir. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, 2016-cı ildə hərbi xidmətini bitirmişdir. Həmin vaxtan etibarən hotellərin birində mühafizəçi kimi işləmişdir. Vətən müharibəsində Füzulinin, Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 07.11.2020-ci il tarixdə Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və ”Gəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. 14.11.2020-ci ildə tarixdə Qax şəhəri Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Tağızadə Bəhruz Azər oğlu 14.09.1999-cu ildə Qax şəhərində anadan olmuşdur. 2005-ci ildə Qax şəhər 2 saylı məktəb-litseyin birinci sinfinə daxil olub 9-cu sinfi həmin məktəbdə bitirmiş, qalan təhsilini Qax şəhər 5 saylı tam orta məktəbində davam etdirmişdir. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdir. Xidmətini bitirdikdən sonra Şəki Regional Mühafizə idarəsində mühafizəçi kimi işləmişdir. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 17.11.2020-ci ildə tarixdə Qax şəhəri Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Allahverdiyev İsgəndər Nəsir oğlu 02.04.1999-cu ildə Qax rayonunun Şotavar kəndində anadan olmuşdur. 2005-ci ildə Şotavar kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub. 2014-cü ildə doqquz illik təhsilini bitirib. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Ordudan təxris olunduqdan sonra ticarətlə məşğul olub. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. 16.11.2020-ci ildə tarixdə Qax rayonunun Şotavar kəndində dəfn olunmuşdur.
Şabanov Kamran Elşən oğlu 21.11.1995-ci ildə Qax rayonunun Marsan kəndində anadan olmuşdur. 2001-ci ildə Marsan kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. Doqquz illik təhsilini bitirdikdən sonra Zaqatala şəhərində təhsilini davam etdirib. 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra yşadıqları kəndə bərbərlik sənəti üzrə işləyib. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. 16.11.2020-ci ildə tarixdə Qax rayonunun Marsan kəndində dəfn olunmuşdur.
Hacıyev Hacı Rafiq oğlu 25.09.1999-cu ildə Qax rayonunun Çüdüllü kəndində anadan olmuşdur. 2005-ci ildə Çüdüllü kənd umumi məktəbinin birinci sinfinə daxil olub. Doqquzuncu sinfi bitirdikdən sonra təhsilini Marsan kənd tam orta məktəbində davam etdirmişdir. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2019-cu ildə hərbi xidmətini bitirmişdir. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. 17.11.2020-ci ildə tarixdə Qax rayonunun Çüdüllü kəndində dəfn olunmuşdur.
Məhərrəmov Şamo Mətləb oğlu 26.04.1997-ci ildə Rusiya Fedarasiyasının Murmansk vilayətinin Oleneqorsk şəhərində anadan olub. İlk təhsilini Ləkit kənd tam orta məktəbində almışdır. Təhsilini Bakı şəhərində 279 saylı tam orta məktəbində davam etdirmişdir. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini bitirdikdən sonra avtomobil rəngsazı peşəsi ilə məşğul olmuşdur. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 17.11.2020-ci ildə tarixdə Qax rayonunun Ləkit kəndində dəfn olunmuşdur.
Abdullayev Cavid Vahid oğlu 23.04.2000-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. 2006-cı ildə Qaşqaçay kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2017-ci ildə həmin məktəbi bitirib. Həmin ili Qax Peşə Liseyinə daxil olaraq təhsili davam etdirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. 13.12.2020-ci ildə tarixdə Qax rayonunun Qaşqaçay kəndində dəfn olunmuşdur.
Ağayev Asəf Abid oğlu 24.11.1994-cü ildə Qax şəhərində anadan olub. 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2012-ci ildə hərbi liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur. 2016-ci ildə təhsilini bitirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılar bölməsində zabit kimi xidmətə başlamışdır. Vətən müharibəsində Cəbrayılın, Xocavəndin, Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edmişdir. 10.12.2020 ci il tarixdə Bakı şəhərində keçirilən “Zəfər” paradında iştirak etmişdir. 17.12.2020-ci il tarixdə Xocavənddə minaya düşərək şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”,”Cəbrayılın azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 18.12.2020-ci ildə tarixdə Qax şəhəri Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Mirzəzadə Mirzəli Kamran oğlu 2002-ci il avqustun 28-də Qax rayonu Cəlayer kəndində anadan olub. İlk təhsilini Cəlayer kənd tam orta məktəbində alıb. Burda 9 – cu sinifi bitirdikdən sonra Qax Peşə liseyində qaynaqçı peşəsinə yiyələnib.
2020-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb . Xidməti dövrünü Bakıda N saylı hərbi hissədə keçib . 2022- ci ilin aprel ayında ehtiyata buraxılıb. Bir müddət sonra Kəlbəcər rayonunda kiçik çavuş rütbəsi ilə xidmətə başayıb.
2023-cü ilin sentyabrın 19-da Lokal Antiterror əməliyyatları zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” orden və “Vətən uğrunda” medalı ilə təltif edilib. Qax rayonunun Cəlayir kəndində dəfn olunub.
Süleymanlı Nail Səfər oğlu 23 may 2003-cü ildə Qax rayonu Qaşqaçay kəndində anadan olub. 2009- cu ildə Z.Rəhimov adına Qaşqaçay kənd tam orta məktəbinin 1-ci sinifinə gedib. 2020-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2021-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. 2023-cü ilin yanvar ayında ehtiyata buraxılıb. Ehtiyata buraxıldıqdan bir müddət sonra yenidən ordu sıralarında MAHXHQ kimi xidmətə başlayıb.
2023-cü il 19 sentyabrda Lokal Antiterror əməliyyatında Xankəndi istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olub. Qax rayonunun Qaşqaçay kəndində dəfn olunub.
Ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” orden və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Kərimov Elnur Adil oğlu 1994- cü il aprelin 20-də Qax rayonu Almalı kəndində anadan olub. İlk təhsilini Almalı kənd tam orta məktəbində alıb . 2012-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. 2013-cü ilin oktyabr ayında ehtiyata buraxılıb. 2023-cü ilin may ayında Hərbi Dəniz Qüvvələrində MAHHXHQ kimi xidmətə başlayıb.
2023-cü ilin sentyabrın 19-da Lokal Antiterror əməliyyatları zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” orden və “Vətən uğrunda” medalı ilə təltif edilib. Qax rayonunun Almalı kəndində dəfn olunub.
Ailəli olub. 1 övladı var.
Mirzəyev Fərid Namiq oğlu 1988- ci il iyun ayının 28- də Qax rayonunun İlisu kəndində anadan olub. 1994- cü ildə Qax rayonu Ləkit kənd tam orta məktəbində 1- ci sinifə gedib. 1996-cı ilə qədər həmin məktəbdə oxuyub. 1996-2005 –ci ilə qədər təhsilini Qax rayonu 4 saylı orta məktəbdə davam etdirib. 21 iyul 2006-cı ildə həqiqi hərbi xidmətə çağrılıb. 2008-ci ildə hərbi xidmətini başa vurub. 2010-cu ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin Təlim və Tədris mərkəzində gizir hazırlığı (kəşfiyyat ixtisası üzrə) tağım komandirinin müavini qrup komandiri kursunu bitirmişdir. 2011-ci ildən 2017-ci ilədək xidmət etmiş və Müdafiə Nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Yenidən 2021-ci ildən yenidən xidmətə çağırılaraq taqım komandirinin müavini vəzifəsində çalışamağa başlamışdır.
6 ferval 2023-cü il tarixində Zabit hazırlığl kursunda yüksək nəticələr göstərərək fərqləndiyinə görə kiçik leytenant rütbəsi verilmişdir..
2023-cü il 19 sentyabrda keçirilən Lokal Antiterror əməliyyatında qəhrəmancasına şəhid olmuşdur.
Xidməti dövründə"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı , Ölümündə sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ,Vətən uğrunda və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. Qax şəhər “Şəhidlər Xiyabanı”nda dəfn olunub.
Ailəli olmuş. 3 övladı var.
Bilalov Sərxan İsmət oğlu 1989-cu il 31 may tarixində Qax şəhərində anadan olub . 1995-ci ildə Qax şəhər 4 saylı məktəbin 1-ci sinifinə gedib , 2006-ci ildə həmin məktəbdən məzun olub . 2007- ci il 2 iyul tarixində həqiqi hərbi xitmətə çağırılıb. 2008-ci il 31-dekabrda hərbi xidməti başa vurub. Daha sonra 2010- cu ilin sentyabrında gizirlik kursuna daxil olmuş kursu bitirdikdən sonra 2011-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə xidmətə başlamışdır. 44- günlük Vətən müharibəsində Suqovşan – Tərtər istiqamətində döyüşlərdə iştirak etmişdir. İşlədiyi müddət ərzində “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli , "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" , “Suqovşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. 2023-cü il 19 sentyabrda keçirilən lokal Antiterror əməliyyatında qəhrəmancasına şəhid olmuşdur. Qax şəhər “Şəhidlər Xiyabanı”nda dəfn olunub. Ölümündən sonra “3- cü dərəcəli Vətənə xidmətə görə” orden və “Vətən uğrunda” medalı ilə təltif edilib. Ailəli olmuş, 2 övladı var.