Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2012-ci ilin hesabatı

Qax rayon İcra Hakimiyyəti başçısının 2012-ci ildə rayonun sosial-iqtisadi və təssərüfat sahələrində görülən işlərə dair hesabatı 2013-cü ildə qarşıda duran vəzifələr haqqında

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2013-cü ilin yanvar ayının 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2012-ci ilin yekunları müzakirə olunmuş, 2013-cü ildə görüləcək işlər müəyyənləşdirilmişdir.

     2012-ci ildə respublikamızda makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış və əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.

     2011-ci ildən başlayaraq ötən ildə də ümumidaxili məhsulun artımı strateji məqsədlərə uyğun olaraq tamamilə qeyri-neft sektorunun hesabına formalaşmış və 2,2 faiz olmuşdur.

     Qeyri-neft sektoru üzrə artım 9,7 faiz təşkil etməklə, ümumidaxili məhsulda payı artaraq 52,7 faizə çatmışdır. İnformasiya və rabitə xidmətləri 15,9 faiz, nəqliyyatda yükdaşımalar 3,5 faiz, o cümlədən qeyri-neft yükdaşımaları 7,5 faiz, pərakəndə ticarət dövriyyəsi 9,6 faiz artmışdır. İnflyasiya 1,1 faiz təşkil etmişdir. 

     Dövlət büdcəsinin gəlirləri 17,3 milyard manat və ya 101,4 faiz icra olunmuş, bu da əvvəlki illə müqayisədə 10,1 faiz çox, xərcləri isə 17,0 milyard manat və ya 96,2 faiz icra edilsə də, əvvəlki illə müqayisədə 10,4 faiz çox olmuşdur. Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22,1 milyard ABŞ dolları olmuş, bundan 13,3 milyardını daxili, 8,8 milyardını isə xarici investisiya təşkil etmişdir. Qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində aparılmış sənayeləşmə siyasəti nəticəsində qeyri-neft sənayesində 7,8 faiz illik artıma nail olunmuşdur.

     Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində zəruri infrastrukturun qurulması, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə magistral yolların, körpülərin, dəmir yollarının, yeni metro stansiyalarının, hava və dəniz limanlarının tikintisi davam etdirilir.

     Respublikanın 61 şəhər və rayon mərkəzlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisələri fəaliyyətə başlamış, 400-dən çox müəssisəsinin isə tikintisi davam etdirilir.

     Ölkədə elektrik enerjisi istehsalı 6,9 faiz artmış, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilmiş, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi və ya əsaslı təmiri aparılmışdır. Son illər ərzində respublikamızda 1500 meqavat gücündə yeni elektrik stansiyaları fəaliyyətə başlamışdır. Bu gün biz nəinki özümüzü təmin edirik, eyni zamanda başqa ölkələrə də elektrik enerjisi ixrac edirik.

     Ölkədə insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılmış, il ərzində 268 məktəb, 62 uşaq bağçası, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Son on il ərzində respublikamızda  2500-ə yaxın məktəb binası tikilmişdir və bu proses indi də  uğurla davam etdirilir.

     Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, hesabat dövründə kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir.

     Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır. Bu kreditlər hesabına 9100-dək yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

     Əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratmış, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artmış, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 faiz  üstələmişdir. Yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz olmuş, 117 min yeni iş yeri açılmışdır. Ötən il ərzində orta aylıq əmək haqqı 9,1 faiz artaraq 391,4 manat təşkil etmiş, əhalinin banklardakı əmanətləri 24,4 faiz artmışdır.

     Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmış, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və son üç ildə olduğu kimi, MDB ölkələri arasında birincilik mövqeyini saxlamışdır.

     Ümumi valyuta ehtiyatlarımız 46 milyard dollar səviyyəsindədir, bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir.

     Respublikamızda olduğu kimi 2012-ci ildə rayonumuzun iqtisadiyyatında da dinamik inkişfa nail olunmuş, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla həyata keçrilir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin rayonumuzda həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə ölkə Prezidentinin 21 noyabr 2011-ci il tarixli 1851 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 2011-ci il Dövlət büdcəsində nəzərədə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 2 miyon manat vəsait hesabına şəhər mərkəzinin qədim hissəsindəki prospekt və küçələrdə (Azərbaycan və Heydər Əliyev prospektlərində, İmam Mustafayev, Molla Vəli Vidadi, 28 May, Qaçaq Nəbi və Füzuli) qədim hissələrin bərpası aparılmışdır.

Küçələrin fasad divarları 4200 m2 çapma çay daşı və kərpiclə, 680 m2 qaya daşı və kabanşiklə üzlənmiş, 220 m3 çay daşından divar tikintisi aparılmış, 1600 m2 küçə qapıları taxtadan üzlənmiş, fasad divarlarına 1060 m2  sadə suvaq vurulmuş, küçədəki binaların 5600 m2 dam örtüyü keramit örtüklə dəyişdirilmiş, 1580 m2 küçə  darvazaları və küçə divarlarının üzərinə keramit örtük düzülmüş, 1900 m2 dam örtüyünün kənarları, balkonların asma tavanı taxta ilə üzlənmiş, 1200 m2 səkilərə çay daşı və tamet tavalar döşənmiş, 1060 p/m su arxları yenidən qurulmuşdur. Bundan başqa Bəxtiyar Vahabzadə, Yunus İmrə, Məhsəti Gəncəvi, Cuma Əhmədzadə, Əhməd Cavad, Məmməd Rahim, Koroğlu, Ü.Hacıbəyov, M.P.Vaqif küçələrində 4700 p/m su arxlarının tikintisi aparılmış, yola və səkilərə qum-çınqıl əsası qoyulmuş, küçə və prospektlərdə işıq dirəkləri quraşdırılmışdır.

         “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda  rayonumuz üçün nəzərdə tutulmuş 22 bənddən ibarət tədbirlərin icrası uğurla həyata keçirilir.

         Proqramın icrası ilə bağlı ötən müddət ərzində şəhərdə Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün yaşayış binası, kəndlərdə sahə baytarlıq məntəqələri, yeni məktəb binaları, səhiyyə obyektləri, süd emalı müəssisəsi və qum-çınqıl müəssisəsiləri, yeni körpülər, beton bəndlər tikilib istifadəyə verilmiş, kəndlərin qazlaşdırılması davam etdirilmiş, yeni artezian quyuları qazılmış, kəndlərin giriş yollarına asfalt döşənmiş, toxumçuluq təsərrüfatları yaradılmışdır. Görülmüş işlər sayəsində 1402 daimi olmaqla 1754 yeni iş yeri açılmışdır. 2012-ci ildə bu göstərici 449 daimi olmaqla 519 yeni iş yeri açılmışdır.

     Hesabat ili ərzində rayon İcra Hakimiyyəti tərəfindən büdcədən yolların əsaslı təmirinə ayrılmış 840 min 600 manat vəsait hesabına rayonun Turaclı-Marsan avtomobil yolunda 2.7 km,  Tasmalı-Marsan yolunda 1.3 km, Qum-Çinarlı yolunda 2 km,  Almalı kəndinə giriş yolunda isə 2.1 km  əsaslı təmir işləri aparılmışdır.

     2012-ci ilin  rayon  büdcəsində nəzərdə tutulan mənzil fonduna ayrılmış 219 min 600 manat vəsait hesabına şəhərdə 3 kommunal yaşayış binalarında təmir işləri aparılmışdır. Mənzil fondu hesabına 5 mərtəbəli yaşayış binalarının həyətindəki xeyir-şər binasının tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir.

      Hesabat ilində rayon büdcəsindən şəhərin abadlığına ayrılmış vəsait hesabına “Heydər Əliyev” parkında yenidənqurma işlərinə başlanılmışdır.  Parkda stolüstü oyunlar  üçün yerli memarlıq üslubunda layihələndirilən binanın  parkkənarı divarın tikintisi, səkilərə döşənmiş köhnə tamet tavaların dəyişdirilməsi, işıq sistemində yenidənqurma işləri davam etdirilir. Şəhər 5 saylı və 2 saylı tam orta məktəblərinin kənarlarında daş hasar hörgü işləri aparılmış və məktəb həyətlərinin bir hisəsinə asfalt örtük salınmışdır. Şəhərin 5 küçəsində hərəkət tənzimləyici xətlər çəkilişmişdir. Bundan başqa rayon büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Mənzil İstismar idarəsinin binasında, kommunal binalarda, şəhər 3 nömrəli tam orta və rayon Uşaq Gənclər İdman məktəblərində, rayon Mədəniyyət evinin binasında, Mərkəzi kitabxana binasında, Tarix Diyarşünaslıq muzeyində və İncəsənət məktəbində  71min manatlıq əsaslı və cari təmir işləri aparılmışdır.  

     İnvestisiya qoyuluşu hesabına rayon İcra Hakimiyyətinin xətti ilə şəhərdə 75 yerlik şəhər uşaq bağçasının tikintisi, şəhər 3 nömrəli və Almalı kənd uşaq bağçalarının  əsaslı təmiri, o cümlədən Əmbərçay kənd 80 şagird yerlik ümumi orta məktəb binasının tikintisi başa çatdırılmışdır.  Hal-hazırda dövlət vəsaiti hesabına rayon Təhsil şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. Cari ildə şəhər 4 nömrəli 830 şagirdyerlik tam orta məktəbin binasının əsaslı təmiri işlərinə başlanılacaqdır.

      Ötən il ərzində İdman kompleksində, “Heydər Əliyev” mərkəzində, FHN-nin Qax rayon Dövlət Yanğından mühafizə hissəsinin yeni inzibati binasında, Qaxbaş kəndi ərazisində 40 mənzilli 9 mərtəbəli yaşayış binasında,  “Səngər qala” istirahət kompleksində, 5 mərtəbəli mansarlı mehmanxana binasında, “El-Resort” hotel kompleksinin ərazisində yeni kürsülü 3 mərtəbəli mehmanxana binasında, Ağçay kəndi ərazisində 3 mərtəbəli hotel binasında tikinti işləri davam etmişdir.

   2012-ci ildə Təhsil Nazirliyi tərəfindən 360 şagirdyerlik Zəyəm kənd tam orta məktəbi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binası və Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər idarəsinin vergi ödəyicilərinə xidmət göstərəcək vergi xidmət mərkəzi tikilib istifadəyə verilmişdir. YAP rayon təşkilatının inzibati binasının fasad hissəsi milli memarlıq üslubunda qaya daşı, kərpiç və kabanşiklə üzlənmişdir. Rayon Baytarlıq İdarəsinin yeni inzibati binasının, Əlibəyli kənd xəstəxanasında və Güllük kənd həkim məntəqəsində son tamamlama işləri aparılır.

     2012-ci ildə rayonda 81 ədəd fərdi  yaşayış evi və 17 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 98 fərdi tikinti aparılmışdır. Aparılmış tikinti işlərinin ümumi smeta dəyəri 2 milyon 350 min manata yaxındır.

     Hesabat ilində Qax bələdiyyəsi tərəfindən 45.7 min manat vəsait hesabına şəhərdə abadlıq işləri, kənd bələdiyyələri tərəfindən 78.7 min manat dəyərində sosial obyektlərdə təmir, tikinti və abadlıq işləri görülmüşdür.

     07 may 2012-ci il  tarixdə respublikamızın Şimal-Qərb bölgəsində baş vermiş yeraltı təkanlar nəticəsində rayonumuzun da bir çox kəndlərində yaşayış evləri və sosial obyektlərə ciddi ziyan dəymişdir. Zərər çəkmiş kəndlərdə olan vəziyyətlə tanış olmaq üçün ölkə Prezidenti cənab İlham Əliyev 09 may 2012-ci il tarixində  Zaqatala və Qax rayonlarına səfər etmişdir. Səfər zamanı  dövlət başçısı əhali ilə görüşmüş, yararsız vəziyyətə düşmüş evlərə, eləcə də sosial infrastruktur obyektlərinə baxmış,  vəziyyətlə yerində tanış olmuş və müvafiq təşkilatlara tapşırıqlar vermişdir. Bu məqsədlə ölkə Prezidentinin tapşırıqları əsasında Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən də vəsait  ayrılmışdır.

      Baş vermiş yeraltı təkanlar əsasən rayonun Güllük, Qapıçay, Ləkit, Zərnə, Ləkit-Kötüklü, Fıstıqlı, Turaclı, Marsan, Çüdüllü, Tasmalı və Zəyəm kəndlərini əhatə etmişdir. FHN mütəxəssisləri tərəfindən  3094 fərdi yaşayış evlərinə baxış keçirilmiş, bu zaman 566 evin qəzalı, 360 evin bərpagücləndirilməsinə, 1044 evin əsalı təmirinə, 1098 evin qənaətbəxş olmasına və 26 evin fiziki köhnəlməsinə dair rəy verilmişdir. Bundan başqa FHN-nin komissiyası tərəfindən baxış keçirilmiş rayonun  sosial ifrastruktur obyektlərindən 20 umumtəhsil məktəbindən 10-a qəzalı, 2-nə bərpagüçləndirmə və 8-nə təmir, 16 uşaq baxçasından 6-a qəzalı, 3-ə bərpa- güçləndirmə və 6-a təmir, 9 mədəniyyət evindən 2-nə qəzalı, 2-nə bərpa- güçləndirmə, 3-nə təmir və 2-nə qənaətbəxş, 3 məsciddən 3-nə bərpagücləndirmə, 6 kənd İƏD üzrə nümayəndəliyin inzibati binasından 1-nə bərpagücləndirmə, 3-nə təmir və 2-nə qənaətbəxş, 4 bələdiyyə binasından 1-nə bərpagücləndirmə, 1-nə təmir və 2-nə qənaətbəxş, 10 həkim tibb-məntəqəsindən 4-nə təmir və 6-na qənaətbəxş, 3 kitabxana binasından 3-nə təmir, 2 kənd klubundan 1-nə bərpa- gücləndirmə və 1-nə təmir, Dövlət Yanğından Mühafizə hissəsinin binasına isə qəzalı olmasına dair rəyi verilmişdir. Ümimiyyətlə zəlzələ nəticəsində ziyan dəymiş 74 sosial-infrastruktur obyektlərindən 19-na qəzalı, 13- nə bərpagücləndirmə, 29-na təmir və 13-nə isə qənaətbəxş rəyi verilmişdir.  Ziyan cəkmiş ailələrə 1491 ədəd çadır paylanmışdır. Müvafiq komissiya hazırda da bu sahədə işini davam etdirir.

     Qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərində və sosial infrastruktur obyektlərdə FHN-yi tərəfindən aparılmış tikinti işləri başa çatmaq üzrədir.

     40 şagirdyerlik Ləkit-Kötüklü kənd ümumi orta, 220 şagirdyerlik Qorağan kənd tam orta, 80 şagirdyerlik Meşəbaş kənd orta, 120 şagirdyerlik Dəymədağlı kənd tam orta, 100 şagirdyerlik Lələpaşa kənd ümumi orta, 100 şagirdyerlik Lələli kənd ümumi orta və 240 şagirdyerlik Zərnə kənd tam orta  məktəb binaları tikilib şagirdlərin istifadəsinə verilmişdir. Bundan başqa 100 şagirdyerlik Güllük kənd ümümi orta məktəbi əsaslı təmir olunmuş və əlavə 2 korpus tikilərək 09.09.2012-ci il tarixdə istifadəyə verilmişdir. Açılışda ölkə Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Hazırda   420 şagirdyerlik Ləkit və 300 şagirdyerlik Güllük kənd tam orta məktəb binalarında tikinti işləri davam etdirilir.

     Rayon üzrə qəzalı vəziyyətdə olan 556 fərdi yaşayış evindən 325-i sökülərək bünövrəsi qoyulmuş və bünövrəsi qoyulmuş evlərdən 267-də tikinti işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilmiş, 58-də isə tikinti işləri aparılır.

     2012-ci ildə rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 23 lahiyə üzrə 338 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunmuş, nəticədə 38-i daim olmaqla yeni iş yerləri yaradılmışdır. Ondan sənaye üzrə 3 lahiyə 40 min manat, 9 iş yeri, kənd təsərrüfatı üzrə 20 lahiyə 298 min manat, 29 iş yeri olmuşdur.

    “Kapitalbank”ın Qax rayon filialı tərəfindən “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanının icrası ilə bağlı 2012-ci ildə 11318 əmanətçiyə 4 milyon 530 min manat vəsaitin ödənilməsi təmin olunmuşdur. Hazırda əmanətçilərə ödəmələrin verilməsi və itmiş ərizələr üzrə ödənişlərin bərpası davam edir.

         2012-ci ildə əhalinin pul gəlirləri 86.3 milyon manat olmuşdur ki, bu da ötən illə müqayisədə 20 milyon 900 min manat, rayon üzrə orta aylıq əmək haqqı 162.8 manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 8.5 manat çoxdur.

     Hesabat ilində rayonun illik yerli xərcləri 18 miyon 136 min manat proqnoza qarşı 17 miyon 836 min manat və ya 98 faiz, yerli gəlirləri isə 2 milyon 980 min manat proqnoza qarşı 3 milyon 10 min manat və ya 101 faiz icra edilmişdir. Büdcəyə yığılmış vəsaitin həcmi 2011-ci ilə nisbətən 72.1 min manat və ya 2.5 faiz artıqdır. Rayon üzrə proqnozun tədiyyə növləri üzrə icrasında 3 tədiyyə üzrə-fiziki şəxslərdən gəlir vergisi 92.4 faiz, yol vergisi 10.7 faiz və dövlət rüsumu üzrə 95.2 faiz olmaqla proqnoz icra olunmamış, digər 7 tədiyyə növü üzrə proqnoz tam icra olunmuşdur.

     Sahibkarlıq subyektlərinin sayı 349 vahid artaraq 2597 olmuşdur ki, ondan 2381-i fiziki, 216-sı isə hüquqi şəxslərdir.

     Hesabat ilində ümumidaxili məhsul istehsalı 142 milyon 981 min manat təşkil etmişdir ki, bu da 2011-ci illə müqayisədə 55 milyon 39 min manat çoxdur.

        2011-ci illə müqayisədə ümumidaxili məhsul istehsalının tərkibində olan sənaye məhsulu istehsalı  5 milyon 556 min manat və ya əvvəlki illə müqayisədə 754 min manat, kənd təsərrüfatı məhsulları istehsalı 40 milyon 984 min manat və ya əvvəlki illə müqayisədə 4 milyon 46 min manat, tikintidə 72 milyon 469 min manat və ya əvvəlki illə müqayisədə 49 milyon 804 min manat çox olmuşdur.

     Əsas kapitala yönəldilən investisiya 75 miyon 322 min manat olmuşdur ki, bu da əvəllki illə müqayisədə 46 milyon 443 min manat çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 20 milyon 443 min manat, əvvəlki illə müqayisədə 2 milyon 370 min manat çox olmuşdur. Rəqəmlərdən göründüyü kimi hesabat ilində ümumidaxili məhsul istehsalı əvvəlki illə müqaisədə bütün sahələr üzrə artımla icra olunmuşdur.

      2012-ci ildə rayonda taxılçılıq, tütünçülük, heyvandarlıq məhsulları istehsalı və emalının inkişaf etdirilməsi və suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində xeyli irəliləyiş əldə olunmuşdur.

     Rayonda fəaliyyət göstərən tütün emalı müəssisəsinin, aqrotexserviz və baytarlıq xidmətlərinin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Hesabat ili ərzində 12593 hektar payızlıq əkin sahələrində lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi nəticəsində 32784 ton olmaqla rekord həcmdə taxıl istehsal olunmuşdur. İstehsal olunmuş taxılın 19267 tonu buğda, 13517 tonu isə arpa məhsulu olmuşdur. Payızlıq dənlilərin orta məhsuldarlığı 26 sentner təşkil etmişdir ki, bu da 2011-ci illə müqayisədə 2,6 sentner çoxdur. O, cümlədən buğdanın məhsuldarlığı 2011-ci illə müqayisədə 3,2 sentner, arpanın məhsuldarlığı isə 1,6 sentner çox olmuşdur.Rayonda taxılçılığın intensiv yolla inkişaf etdirilməsi məqsədilə taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumla təmin olunması üçün hesabat ilində əlavə olaraq  1 taxıl toxumçuluğu təsərrüfatı yaradılmışdır. Təsərrüfat ili ərzində rayonda taxıl toxumçuluğu ilə məşğul olan 3 təsərrüfat tərəfindən 2012-ci ilin məhsulu üçün 701 hektar sahədə yüksək reproduksiyalı toxumlarla buğda və arpa səpini aparılmış, 2100 ton yüksək reproduksiyalı buğda və arpa toxumu istehsal olunmuşdur. Rayonda ərzaq üçün buğda istehsalının artırılması məqsədi ilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Özəl iri taxılçılıq (buğda) təsərrüfatlarının yaradılması haqqında” qərarının icrası ilə əlaqədar “Sarıca-Acınohur” ərazisində 4881 ha qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi üçün təyinatının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə rəsmi müraciət olunmuş və məsələ müsbət həllini tapmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. 2013-cü ilin məhsulu üçün 2012-ci ilin payızında 12198 hektar payızlıq taxıl, o cümlədən 6972 hektar buğda, 5226 hektar arpa əkini aparılmışdır. Hesabat ilində 10228 ton qarğıdalı, 2566 ton tərəvəz, 1388 ton bostan, 12356 ton meyvə, o cümlədən 3012 ton fındıq, 713 ton vələmir istehsal olunmuşdur. 2011-ci illə müqayisədə qarğıdalının məhsuldarlığı 1 sentner, tərəvəzin 1,1 sentner, bostanın 0,2 sentner , meyvə bitkilərinin 3,2 sentner, vələmirin 3,9 sentner çoxalmışdır.  Hesabat ilində 813 ha sahədə təzə yonca, 297 ha sahədə yem üçün vələmir əkini aparılmış, yemlik bitkilərin əkin sahələrindən bol məhsul əldə edilmişdir. 2012-ci ildə də tütünçülüyün inkişaf etdirilməsi istiqaqmətində işlər davam etdirilmiş, 213,8 hektar sahədə ətirli “Virciniya” sortlu tütün əkilmişdir. Mövcud 60 ədəd avropa standartlarına cavab verən, Bolqarıstan istehsalı olan tütünqurutma kameraları tam gücü ilə işləmiş, il ərzində yaşıl halda 5500 ton tütün qurudularaq 555 ton quru tütün istehsal olunmuşdur. Bu da 2011-ci illə müqayisədə 23 ton çoxdur. İl ərzində  1050 kq yüksək keyfiyyətli barama istehsal edilmişdir.

     Rayonda tənzimlənən suvarma sisteminin gücləndirilməsi, əkin sahələrinin su təminatının yaxşıllaşdırılması məqsədilə işlər davam etdirilmiş,  276,3 min m3 əsas  və təsərrüfatdaxili kanallar lildən təmizlənərək işlək vəziyyətə gətirilmişdir. 1500 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək Qapıçay, Güllük suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Rayonda yaradılmış 1 ədəd “Sudan  istifadə edənlər birliyi”nin işinin təkmilləşdirilməsi məqsədilə Almalı, Şotavar, Marsan kəndlərində birlik üçün inzibati binaların tikintisinə başlanılmışdır.

      Kənd təsərrüfatı məhsulları istehsalçılarına  “Aqrotexservis” xidmətinin yaxşılaşdırılması məqsədi ilə hesabat ili ərzində sahibkarlara lizinq yolu ilə 20 ədəd müxtəlif  növ texnikanın satılması təmin olunmuşdur.                                                                                                                                                                                                                  

      Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən 2012-ci il ərzində kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinin aşkar edilməsi məqsədilə aparılmış müşahidə işlərinin nəticəsi olaraq 6000 hektar sahədə payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərə,400 hektar sahədə taxıl böcəyinə, 800 hektar sahədə çəyirtkəkimilərə, 56 hektarda kolarado kartof böcəyinə, 228 hektar fındıq  sahələrində dəyişik ipəksarıyana, 312 hektarda qarğıdalı gövdə kəpənəyinə qarşı, 116 hektarda tütün sovkasına  və tütün mənənəsinə qarşı kimyəvi mübarizə işi aparılmışdır. Hesabat ili ərzində  Mərkəz tərəfindən  müəyyən işlər görülsə də Mərkəzin yerlərlə əlaqəsi lazımi səviyyədə olmamış, maddi-texniki bazasının yaxşılaşdırılmasına ehtiyac vardır.  

     Aqrokimya Laboratoriyası tərəfindən hesabat ilində 2000 hektar torpaq sahəsindən 688 nümunə götürülərək aqrokimyəvi analiz olunması məqsədilə  Respublika  Axtarış Kimyalaşdırma Stansiyasına göndərilmiş, analizin nəticələri barədə sahibkarlar məlumatlandırılmışlar. İl ərzində şəhər bazarından və bostan sahələrindən 643 nümunə  götürülərək nitrit və nitratların qalıq miqdarı yoxlanmışdır.

      Bununla belə  ayrı-ayrı ərazilərdən əsasnaməyə uyğun olaraq torpaq nümunələrinin götürülməsi və aidiyyatı üzrə çatdırılması, müəyyən edilmiş nəticələrə əsasən torpaqların münbitliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərə  daha ciddi yanaşılmalıdır.

      Dövlət Toxum Müfəttişliyi tərəfindən rayonda fəaliyyət göstərən özəl toxumçuluq müəssisələrində işlərin gedişi,aqrotexniki tələblərə əməl olunması nəzarətə götürülmüş, toxumluq əkin sahələrində aprobasiya işi aparılmışdır. İl ərzində  müxtəlif  kənd təsərrüfatı bitkilərinin toxumlarından 269 nümunə daxil olmuş, analiz olunmuş və analizin nəticəsi  rəsmiləşdirilmişdir. Müfəttişlik tərəfindən sertifikatlaşdırılmış toxumların saxlanılmasına, etiketləşdirilməsinə nəzarət edilmişdir.Bununla belə qeyd olunmalıdır ki, müfəttişlik tərəfindən rayonda dövlət reyestrinə daxil olmayan və rayonlaşdırılmamış toxumların ticarət dövriyyəsinin qarşısının alınmasına tam nail olunmamışdır.

     DT və XK-si tərəfindən həyətyanı və zəbt torpaq sahələrinə plan–ölçü sənədləri  işlənməmiş 35 kənddən 9 da işlər başa çatdırılmış  və hüquqi sənəd işlənməsi üçün DTvəXK-nə göndərilmişdir. Göndərilmiş sənədlərdən Qaşqaçay və İbaxlı kəndlərinin sənədləri işlənərək rayona gətirilmişdir. Qarabaldır, Fıstıqlı, Marsan kəndlərinin sənədləri hazırda Komitədə işlənir və bu istiqamətdə işlər ardıcıl olaraq davam etdiriləcəkdir. Qeyd etmək lazımdır ki, yerlərdə bələdiyyə mülkiyyəti və digər mülkiyyətdə olan torpaqların sərhədlərinin dürüstləşməsi prosesi başa çatdırılmamış, DT və XK-si rayon şöbəsi vətəndaşların torpaqla bağlı müraciətlərinə daha diqqətlə  yanaşmalıdır.

      Hesabat ilində rayonumuzun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmiş və aparılan məqsədyönlü tədbirlər sayəsində mühüm nəticələr əldə edilmişdir.  01.01.2013-cü il tarixə rayonda 26305 baş iribuynuzlu mal, o cümlədən 12973 baş ana mal, 72194 baş qoyun-keçi, 98124 baş müxtəlif növ ev quşları, 7650   arı ailəsi mövcud olmuşdur. Mövcud mal-qaranın yemə olan təlabatının ödənilməsi məqsədilə hər bir ərazidə kifayət qədər örüş ayrılmış, qoyunçuluqla məşğul olan 42 nəfər hüquqi və fiziki şəxslərə 16,2 min ha qışlaq və 9,2 min ha yaylaq sahəsi icarəyə verilmişdir. Heyvandarlıq məhsullarının intensiv artımına nail olmaq üçün hesabat ilində respublikaya idxal olunan cins mal-qaradan 50 faiz güzəştlə lizinq yolu ilə 5 sahibkara 34 baş düyənin satılması təmin edilmiş, həmin düyələrdən 30 baş salamat bala alınmışdır. Ümumiyyətlə rayona gətirilmiş cins düyələrin sayı 88 başa çatdırılmışdır. Hal-hazırda cins maldarlıqla məşğul olan 13 sahibkarın təsərrüfatında törəmələri ilə birlikdə 153 baş cins mal saxlanılır. Orta hesabla hər başdan gündəlik 20-25 kq süd sağılır. Hesabat ili ərzində 1622 baş inək-düyə süni mayalandırılmışdır ki, bu da 2011-ci illə müqayisədə 224 baş çoxdur. Süni yolla mayalandırılmış inək-düyələrdən 949 baş salamat bala alınmışdır ki, bu da 2011-ci illə müqayisədə 281 baş çoxdur. Həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2011-c illə müqayisədə ət istehsalı 139,1 ton artaraq 2896,5 tona, süd istehsalı 3651,2 ton artaraq 14968,7 tona, yumurta istehsalı 110 min ədəd artaraq 7724 min ədədə, yun istehsalı 5,6 ton artaraq 123,6 tona çatmışdır. Hesabat ili ərzində özəl süd məhsulları emalı müəssisəsinin tikintisi başa çatdırılmış, hal-hazırda fəaliyyət göstərir.

     Rayonda mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2012-ci ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlər planının tam icrası təmin olunmuşdur.

     Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hal-hazırda rayonda qarayara xəstəliyinin müşahidə olunması mövcud deyildir. İl ərzində 21881 baş iribuynuzlu mal brüselyoza qarşı seroloji müayinə olunmuş, 138 baş malın xəstə olduğu müəyyənləşdirilərək baytar nəzarəti altında təsərrüfatdan çıxarılmışdır. Qeyd etmək lazımdır ki, iribuynuzlu mal-qara arasında brusellyoza sirayətlənmə 0.63 faiz təşkil etmişdir ki, bu da 2011-ci illə müqayisədə 0.19 faiz azdır.

     Hesabat ilində Cəlayir kəndində yeni sahə baytar məntəqəsinin tikintisi başa çatdırılmış, Qıpçaq, Tasmalı və Qum kəndlərində sahə baytarlıq məntəqələrinin tikintisi üçün torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri hazırlanmışdır.

     Rayonda müasir tələblərə cavab verən südlük və ətlik maldarlıqla məşğul olan iri həcmli sahibkarlıq obyektlərinin olmaması, habelə heyvandarlıq məhsullarının emalı ilə məşğul olan müəssisələrinin yaradılmaması məhsul istehsalının artırılmasına imkan vermir. Qış otlaqlarını icarəyə götürmüş sahibkarlar tərəfindən örüş sahələrində yaxşılaşdırma tədbirlərinin aparılmasına və biomüxtəlifliyin qorunmasına lazımi əhəmiyyət verilmir. Qışlaqlarda kütləvi halda iribuynuzlu mal-qara saxlanması halları mövcuddur. Qışlaqların su və enerji təminatının bərpa edilməsinə direktiv orqanların köməyinə ehtiyac vardır.

      2012-ci ildə rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi, İlisu Dövlət Təbiət Qoruğu tərəfindən mühafizə rejiminə əməl olunması, fauna və flora elementlərinin qorunması, qoruq ərazisində elmi müşahidələrin davam etdirilməsi “Təbiət səlnaməsinin yazılması, ekoloji təbliğat aparılması, yeni meşəliklərin salınması, meşə ilə örtülü olmayan meşə massivlərinin bərpası, meşələrə kənar müdaxilələrin qarşısının alınması sahəsində xeyli məqsədyönlü işlər görülmüşdür. Görülən işlər əvvəlki illə müqayisədə xeyli güclənmişsə də, ekoloji tarazlığın qorunması ətraf mühitin mühafizəsinin təmin olunması baxımindan qənaətbəxş olmamışdır. Mal-qaranın meşə massıvlərinə səllim buraxılaraq otarılması hallarının qarşısının alınması, meşələrə qanunsuz müdaxilələrin qarşısının alınması, meşə qanunvericiliyinin pozulması sahəsində xeyli nöqsan və çatışmazlıqlar mövcuddur. İlisu Dövlət Təbiət Qoruğu, Qax Dövlət Yasaqlığı ərazisində qanunsuz mal-qara otarma halları, qoruq rejiminə zidd fəaliyyət və müdaxilə halları olmuş, belə halların qarşısının alınması yetərincə təmin olunmamışdır.

     Kənd təsərrüfatı sahələrinin inkişafına dəstək layihəsi və proqramları üzrə 2012-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına “Abbas kredit ittifaqı” tərəfindən 605 min manat , “Finca” kredit təşkilatı rayon şöbəsi tərəfindən 990 min manat, Norveç Humanitar Müəssisəsi tərəfindən 45,7 min manat, Kred-Aqro təşkilatı tərəfindən 1016 min manat məbləğində kreditlərin    verilməsi təmin olunmuşdur.

     Rayonda dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı 5 il ərzində 4 miyon 490 min manat yardımın verilməsi təmin olunmuşdur. Verilmiş yardımın 1 milyon 253 min manatı buğda əkininə görə verilmiş, nəticədə son 5 ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalının əsaslı artımına nail olunmuşdur.

         2012-ci ildə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2131 nəfərə    sosial  müavinətlərin ödənilməsi təmin olunmuşdur. Müavinət alanlardan  1102  nəfəri əlilliyə, 229 nəfəri  ailə başçısını  itirdiyinə, 56 nəfəri yaşa görə, 293 nəfəri  “Prezident təqaüdü”nə görə və 451 nəfəri isə digər  növ sosial müavinət  alanlar olmuşdur. 2012-ci  ildə 908 ailəyə  ünvanlı sosial yardım təyin edilmiş, 1 ailəyə düşən yardımın orta aylıq məbləği 111 manat olmuşdur. Mərkəz tərəfindən 2012-ci ildə rayonun ərazisində olan 363  nəfər tənha, ahıl və əlil şəxslərə sosial xidmət göstərilmişdir.

          Rayon İcra Hakimiyyəti yannında imtiyazlı vətəndaşların mənzillə təmin olunması üzrə komissiyaya daxil olmuş müraciətlərə baxılması təmin olunmuşdur. Mənzil növbəsinə götürülmüş 51 nəfər imtiyazlı şəxsdən 20 nəfəri Qarabağ müharibəsi əlili, 9 nəfəri Şəhid ailəsi, 3 nəfəri Çernobıl əlili, 1 nəfəri 20 Yanvar əlili, 2 nəfəri Hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş, 4 nəfəri Hərbi xidmət dövründə əlil olmuş və 12 nəfəri isə ümumi səbədən əlil olmuş şəxslərdir.

      Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 93.2 faiz əməl edilmişdir. Büdcə sektoru üzrə proqnoz 92.9 faiz, qeyri büdcə sektoru üzrə isə 94.2 faiz yerinə yetirilmişdir.

     Büdcə sektoru üzrə proqnozun kəsirlə yerinə yetirilməsi 2012-ci ildə sektor üzrə faktiki hesablanmış əmək haqqlarının proqnozda nəzərdə tutulduğundan az olması ilə izah olunur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə daxil olmuş vəsait ümumilikdə 173 min manat çox olmuşdur. Artım büdcə sektoru üzrə 95.4 min manat, qeyri büdcə sektoru üzrə isə 78.8 min manat təşkil etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2012-ci ildə  keçən illə müqayisədə 67.6 min manat çox vəsait toplanmışdır. Uçota alınmış 17724 sığorta olunana sosial sığorta şəhadətnaməsi hazırlanmış və onlara şəxsi hesablar açılmışdır. Rayon üzrə bir aylıq orta pensiya məbləği 1 milyon 240 min manat, bir nəfərə düşən orta aylıq pensiya məbləği 146 manat təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 nəfərə düşən orta aylıq pensiyanın məbləği 7.6 manat və 5.5 faiz artmışdır.

     2012-ci ildə rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 366 nəfər (onlardan 169 qadın) mərkəzdə işaxtaran kimi qeydiyyata götürülmüş, onların daimi işlə təmin olunması, ictimai işlərə, peşə kurslarına cəlb olunması və status verilməklə müavinətin ödənilməsi diqqətdə saxlanılmışdır.Qeydiyyata götürülənlərin 64 nəfəri ali, 75 nəfəri orta ixtisas, 94 nəfəri ilk peşə ixtisas, 120 nəfəri tam orta məktəb məzunları,13 nəfər isə orta təhsili olanlardır.

    Hesabat dövrünün əvvəlinə mərkəzdə işsiz statusu alanların sayı 370 nəfər( onlardan 173 nəfəri qadın) olmuşdur. Cari ilin ötən dövrü ərzində 60 nəfərə(onlardan 21 nəfəri qadın) status verilmiş, 62 nəfərə isə(23 nəfər qadın olmaqla)müavinət təyin olunmuşdur. Mərkəz tərəfindən 253 nəfər(onlardan 114 nəfəri qadın) daimi işlə təmin olunmuşdur. İşlə təmin olunanların 80 nəfəri 29 yaşadək gənclərdir. 25 iyul 2012-ci il tarixdə keçirilmiş Əmək Yarmarkasına 159 iş yeri çıxarılmış, qeydiyyatda olan 61 nəfər işlə təmin olunmuşdur. Rayonda fəaliyyət göstərən 11 müəssisə və təşkilatda 22 iş yerinə kvota müəyyən olunmuşdur. Həmin iş yerlərinə 4 nəfər işə göndərilmiş və daimi işlə təmin olunmuşlar.  

        18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi rayonda 38 idarə, müəssisə və təşkilatda(ondan 7-si dövlət, 31-i özəl sektora aiddir) Əmək qanunvericiliyinə işəgötürənlər tərəfindən əməl olunmasına dövlət nəzarətini həyata keçirmişdir. Yoxlamalarda 41 qanun pozuntusu aşkar  olunmuşdur. Aşkar olunmuş qanun pozuntularına görə müfəttişlik tərəfindən 38  ədəd icrası məcburi olan göstəriş forması yazılaraq işə götürənlərə verilmiş və eyni zamanda əmək qanunvericliyinə dair qanunpozuntularının aradan qaldırılması üçün işə götürənlərə vaxt verilmiş və təkrarən yoxlanılmışdır.

      Müfəttişlik tərəfindən rayonda hesabat ilində 179 nəfər işçi ilə işəgötürən arasında yazılı əmək müqavilələrinin, 4 idarə, müəssisə və təşkilatda isə kollektiv əmək müqavilələrinin bağlanılması və 12345 manat əmək haqqı, sosial müavinətlərin vətəndaşlara ödənilməsi təmin olunmuşdur.

      2012-ci ildə ümumidaxili məhsulun  əsas sahələr üzrə xidmət istehsalı 23 milyon 971 min manat olmuşdur. Ondan ticarət üzrə 21 milyon 374 min manat, nəqliyyat üzrə 1 milyon 963 min manat, informasiya və rabitə üzrə 634 min manat olmuşdur.

          Hesabat ilində rayon Elektrik Şəbəkəsi  tərəfindən  2012-ci ildə 48 ədəd  transformator  yarımstansiyasında  əsaslı  və cari təmir   işləri  aparılmış, 9 ədəd   yanmış  və  sıradan  çıxmış  transformator  yarımstansiyası Şəki  şəhər   labaratoriyasında   təmir  olunaraq  yenidən   istifadəyə  verilmişdir. 10 kv-luq  hava  xəttində  53.95 km,  0,4 kv-luq  hava  xəttində isə 27.11 km əsaslı və  cari təmir işləri aparılmışdır.  Təmir-quraşdırma  işləri  ilə  əlaqədar rayon ərazisində  65 ədəd 10 kv-luq, 61 ədəd isə 0,4 kv-luq dəmir-beton  dayaqlar yeni beton və dəmir-boru dayaqlarla əvəz  edilmış, 726 ədəd  sayğac  quraşdırılmış, 3.2 km uzunluğunda SİP kabel çəkilmişdir.

          Rayon üzrə istehlak olunan elektrik enerjisinə görə vəsaitin ödənilməsi bütün sahələr üzrə 81.5 faiz(2011-ci ildə bu göstərici 80.5 faiz) və əhali abonentləri üzrə 99.7 faiz(2011-ci ildə bu göstərici 98.9 faiz) olmuşdur.

                 Qeyd olunmalıdır ki, şəhər daxilində və kəndlərdə yeni elektrik dayaqlarının olmaması səbəbindən hələ də qeyri standart dayaqlardan istifadə edilərək elektrik verilişi xətlərinin çəkilməsi aparılır ki, bu da olduqca təhlükəlidir.

        Qax  Elektrik Şəbəkəsi  110/35/10  kv-luq Əlibəyli yarımstansiyası ilə 35/10 kv-luq  Qax yarımstansiyası  arasındakı  35 kv-luq  II-ci  hava  xəttinin açarlarının, çürümüş dayaqların dəyişdirilməsi  üçün bütün lazımi tədbirləri görməlidir.

       2012-ci ildə rayon Qaz İstismar Sahəsi tərəfindən şəhərin yeni yaşayış massivində və Qaxbaş kəndinin genişləndirilmiş hissəsində 30 km-lik əraziyə qaz xətti çəkilmişdir. Şəhərdə 1434 ədəd qaz sayğacı  mənzil və həyətlərdən küçə xətlərinə çıxarılmaqla yenisi ilə əvəz olunmuşdur. Əlibəyli kəndində 462, Dəymədağlı kəndində isə 162 ev  qazlaşdırılmışdır. Ağçay kəndində daşıyıcı və paylayıcı qaz xəttlərinin çəkilişi başa çatmış, 100-ə yaxın mənzil qazlaşdırılmışdır. Almalı kəndində qazlaşma işləri tamamlanmaq üzrədir. Cəlayir kəndinə 1500 metr, İlisu kəndinə 8000 metr və Şotavar kəndinə 1000 metr daşıyıcı xəttlərin çəkilməsi başa çatdırılmışdır. Heydər Əliyev prospektində 1500 metr yeni qaz xətti istifadəyə verilmişdir.

        Hesabat ilinin sonuna rayon üzrə qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 10-a çatdırılmışdır ki, bu da yaşayış məntəqələrinin 16.9 faizini təşkil edir. Əhali üzrə bu göstərici 25584 nəfər olmaqla 47.2 faizdir. Hazırda 1027 təsərrüfatı əhatə edən 3830 nəfər əhalisi olan Almalı, İlisu və Ağçay kəndlərində qaz çəkilişi işləri aparılır.

         Bütün bunlarla yanaşı Qıpçaq, Ləkit,Zərnə, Güllük və Qapıçay kəndlərinin qazlaşması üçün texniki şərtlər verilmiş və  tezliklə qazlaşdırma işlərinə başlanılacaqdır.

    Qax şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması, Qaxbaş, Qaxİngiloy və Qax şəhər əhalisini içməli su ilə təmin edəcək yeni su xəttinin çəkilişi davam etdirilmişdir. Ötən dövr ərzində 2 ədəd su toplayıcı qurğu, 1 ədəd təzyiq nizamlayıcı qurğunun, 3 ədəd 1000 m3 tutumlu su anbarlarının tikintisi başa çatdırılmışdır, 3 ədəd 1000 m3 tutumlu su anbarında işlər davam etdirilir, 8.4 km magistral su xətti, 7.9 km anbarlararası və 23.4 km şəhərdaxili su xətti çəkilmişdir. Kanalizasiya sistemi üzrə 6.9 km uzunluğunda kanalizasiya kollektoru, 21.2 km uzunluğunda şəhərdaxili kanalizasiya xətti çəkilmiş və bu sahədə işlər davam etdirilir.

    Hesabat ilində 16 saylı Yol İstismarı idarəsi tərəfindən respublika əhəmiyyətli yolların saxlanması və təmirinə 449 min manat, yerli əhəmiyyətli yolların saxlanılmasına və təmirinə 218 min manat olmaqla ümumilikdə 667 min manatlıq iş aparılmışdır. Şəki-Qax avtomobil yolunun əsaslı tikintisi davam etdirilmiş, yolun 10 km hissəsinə 2 qat asfalt-beton örtüyün salınması başa çatdırılmışdır. Yolda Malax çayı üzərində  3 aşırımlı körpünün tikintisi başa çatdırılmış, Kürmük çayı üzərində 700 p/m uzunluğunda olan körpünün tikintisi davam etdirilir.

     2012-ci ildə  Suvarma Sistemləri idarəsi tərəfindən 575 min 170 manatlıq əsaslı təmir,  500 min 60 manatlıq  istismar təmiri və  7115 manatlıq cari təmir işləri görülmüşdür.  Belə ki, idarə tərəfindən 637.7 min m3 selə qarşı çay məcrasının təmizlənməsi işi aparılmış,  587 min m3 suvarma kanalı lildən təmizlənmiş,  1083 m3 qabyon bənd, 2309 m3 daş-beton və beton bənd vurulmuşdur.  İlisu su ötürücü qurğusunda 42.2 m3 beton təmir işi aparılmış,  Qobala çayında 280 p/m kanal tikintisi aparılmış,  Qaxingiloy kanalında 144 m3 beton işi aparılmış, Qaxmuğal kanalında 647 m3 beton işləri görülmüşdür. Meliorasiya və Su Təsərrüfatı ASC xətti ilə podratçı təşkilat olan “Azər körpü” ASC  tərəfindən Kürmük çayının sahilində Qaxbaş kəndi və Qax şəhərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə selə qarşı dəmir beton üzlüklü 3047 m3 (115 metr) mühafizə bəndlərinin tikintisi aparılmışdır.  Bu işlərin aparılmasına 548 min 684 manat vəsait sərf olunmuşdur.

         Rayon Telekommunikasiya Qovşağı hesabat ilində tarif gəliri proqnozuna 100.3 faiz əməl etmişdir. Hesabat ilində 111 ədəd telefon çəkilmiş, qovşağın montaj tutumu 11060 nömrə olmuşdur. “Elektron hökümət” layihəsi çərçivəsində rayonyn bütün İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri sürətli internet xidməti ilə təmin edilmiş, 20 kənd elektron avtomat telefon stansiyasında yeni avadanlıq quraşdırılmış və bu kəndlərin əhalisi internet xidməti ilə təmin edilmişdir. Rayonda hər 100 nəfərə düşən telefon aparatlarının sayı 19.8 ədəd, hər 100 ailəyə düşən telefonların sayı isə 87.8 ədəddir. Rayon üzrə internet abunəçilərinin sayı  ümumilikdə 2018 nəfərdir.

     Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən hesabat ilində şəhərin 15 küçəsinə xidmət göstərilmiş, müqavilə əsasında 2284 təsərrüfat subyektləri, 312 sahibkar, 30 idarə, müəssisə və təşkilatla məişət tullantılarının daşınmasına dair  müqavilə bağlanılmış və müvafiq xidmətlərin göstərilməsi təmin edilmişdir.

     Hesabat ilində şəhər ərazisində 70 xüsusi konteyner, 10 dəmir qutu, əhaliyə və sahibkarlıq subyektlərinə, 15 xüsusi yer isə müəssisə və təşkilatlara xidmət üçün ayrılmışdır. 17700 kub metr həcmində bərk məişət tullantılarının şəhər kənarına daşınaraq ayrılmış paliqonda zərəsizləşdirilməsi təmin edilmişdir. Şəhər 2,3,4 və 5 nömrəli tam orta məktəblərini, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş 16 mənzilli binanın fasiləsiz olaraq istilik enerjisi ilə təmin edilməsinə və qazanxana sistemlərinin yararlı halda saxlanılmasına xüsusi diqqət yetirilmişdir.

     2012-ci  il  ərzində  rayonda 56 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 36 məktəbəqədər tərbiyə  müəssisəsi fəaliyyət  göstərmişdir. Ötən tədris  ilində rayonun ümumtəhsil  məktəblərinə 7786 nəfər  şagird, 2012-2013-cü tədris ilində   isə bu göstərici 7104 nəfər olunmuşdur. Şagirdlərin təhsilə cəlb  olunmasında  azalma  müşahidə olunmuş, azalmaya səbəb ailələrdə uşaqların sayının az olması ilə bağlıdır.   

     2011-2012-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 444(ötən dərs ilində 485) nəfər şagirddən 299 nəfəri ali məktəblərə qəbul üçün  ərizə vermiş, onlardan  297 nəfəri (ötən  il 332 nəfəri)  qəbul  imtahanlarında  iştirak  etmiş,   166 (ötən il 154) nəfəri  tələbə  adını  qazanmışlar. Ötən  dərs  ilində 16 nəfər 600-dan çox   bal toplamışdırsa, 2011-2012-ci tədris  ilində isə   8 nəfər 600-dən çox, 27 nəfər  isə 500-700 arası bal toplamışdır.

      Ötən ildə fənn  olimpiadalarının respublika  turunda rayonumuzu 8  nəfər təmsil  etmiş, 5 nəfəri mükafata  layiq  görülmüşdür. Beynəlxalq və  respublika  səviyyəli   müsabiqələrində    6 nəfər  şagird iştirak etmişdir.

      Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrindən olan 111 nəfər şagird icbari təhsilə, sağlamlıq imkanları məhdud olan 59  nəfər(ötən il  71 nəfər) şagird fərdi təlimə cəlb olunmuşdur.

      Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə   keçirilən  “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində   Şəhər 4 №-li  tam  orta  məktəb iştirak etmiş və “İlin ən  yaxşı  ümumtəhsil  məktəbi” adını  qazanmışdır.

      Tədris ilində şəhər 5 №-li  tam orta  məktəbin ibtidai sinif  müəllimi Vəfa  Heydərova  “Əməkdar müəllim” adına layiq görülmüşdür.

       Rayonda  fəaliyyət göstərən 4 məktəbdənkənar tərbiyə  müəssisəsinə 1245 şagird, 36 məktəbəqədər tərbiyə müəssisələrinə isə 1885 uşaq cəlb  edilmişdir.

       Hesabat ilində rayon əhalisinə 150 çarpayılıq  Rayon Mərkəzi  Xəstəxanası, 25 çarpayılıq şəhər Uşaq  Xəstəxanası, 15 çarpayılıq Tasmalı, 10 çarpayılıq Əlibəyli kənd sahə xəstəxanaları, 10 həkim məntəqəsi, 26 tibb məntəqəsi, Gigiyena və Epidemologiya  Mərkəzi tərəfindən хidməт göstərilmişdir.  

       Rayon Mərkəzi Xəstəxanasında 2012-ci ildə 711 əməliyyat keçirilmiş, 1 ölüm hadisəsi   olmuşdur.  Vərəmin ilkin aşkarı məqsədi ilə (ötən il  24632 nəfər), 2012-ci  ildə isə 22206 nəfər müayinəyə cəlb olunmuş, il ərzində 35 nəfərdə ilkin  vərəm  aşkarlanmışdır. 2012-ci ildə rayonda 93 nəfər diabetli xəstə və 79 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür. Bunlardan  başqa 660  nəfər  ruhi  xəstə, 32 narkomaniyalı, 45  nəfər talassemiyalı  və  hemofiliyalı, 18  nəfər  xroniki böyrək  çatışmazlığı  olan xəstələrdir. Ümumiyyətlə,  rayonda 1800  nəfərə  yaxın  imtiyazlı və aztəminatlı şəxslər vardır  ki, onlar da il boyu pulsuz dəramanlarla  təmin  olunurlar. 2011-ci  ildə imtiyazlı  xəstələrə 79100, 2012-ci  ildə  isə 100 530 manatlıq  pulsuz  dərman  verilmişdir.   

     2011-ci ildə 33  nəfər, 2012-ci ildə isə 18 nəfər  həkim ixtisasartırma  kurslarında, ötən  il 75 nəfər, 2012-ci ildə isə 45 nəfər orta  tibb işçisi  kurslarda  olmuşdur.

     Rаyоn Gigiyena və Epidemologiya  Mərkəzinin labaratoriyasında suyun  keyfiyyətinə  nəzarət  üçün  ötən il 26, 2012-ci ildə isə 69 su nümunəsi  bakteroloji, 14 su nümunəsi  isə orqanoleptik yoxlanmış, müayinələrin nəticəsində  məlum  olmuşdur ki, yaşayış  məntəqələrinin 17-nin su  mənbəyindəki  suyun  bakterioloji göstəricilərinə görə standartlara  cavab  vermir. Profilaktik-dezinfeksiya şöbəsi tərəfindən 2011-ci  ildə 391 obyektdə 5908 m2, 2012- ci ildə  isə 548 obyektdə 78 721 m2 fiziki sahə  olmaqla cəmi 472 326 m2 sahədə deratizasiya tədbirləri aparılmışdır. Rayonun uşaq və yeniyetmə müəssisələrində  il  ərzində  98  obyektdə müayinələr  aparılmış, sanitariya  vəziyyəti qənaətbəxş olmuşdur.

     Rayonumuzda əhali  arasında malyariya ilə xəstələnmə  əvvəlki illərə nisbətən azalmış, 2011-ci  ildə  4  nəfər olduğu halda 2012-ci  ildə 1 nəfər qeydə alınmış, qarayara  xəstəliyinə  yoluxmuş 8 nəfər, 35 yeni vərəmli  xəstə aşkar  edilmişdir. Helmintoz(qurd) xəstəliyinin  aşkarı  məqsədilə 146  nəfər şübhəli  xəstə, 1135 nəfər isə profilkatik  müayinə  olunmuşdur.

        2012-ci ildə 10 turizm  obyekti tərəfindən rayona gələn turistlərə xidmət  göstərilmiş, istirahətə gələnlərin sayı artmışdır. Bu göstərici 2010-cu  ildə 10 min, 2011-ci  ildə 13 min 500, 2012-ci ildə isə 15 min nəfər olmuşdur.

         Rayondakı 1 Tarix-Diyarşünaslıq muzeyinin, 23 mədəniyyət evinin, 48 kitabxana və 15 klubun mövcud binaların demək olar ki, hamısının əsaslı təmirə ehtiyacı vardır. Qeydiyyata götürülmüş 68 tarix və mədəniyyət abidələrindən 48-i memarlıq, 18-i arxeoloji, 2-si isə monumental-xatirə abidələridir. Əhəmiyyət dərəcələrinə görə 2-si dünya əhəmiyyətli, 18-ölkə əhəmiyyətli, 48-i isə yerli əhəmiyyətlidir.

         Rayon Gənclər və İdman idarəsi 2012- ci il  ərzində rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr, təhsil müəssisələri, idman təşkilatları və əlaqədar təşkilatlarla əlaqələri daha da genişləndirərək rayonda bədən tərbiyəsi və idmanının kütləviliyinin və idman ustalığının artırılmasına nail olmuşdur. Gənclərin sağlam həyat tərzinə cəlb edilməsi məqsədi ilə idman dərnəklərinin və sağlamlıq qruplarının sayı artırılmışdır.

         Rayonda Heydər Əliyev irsinin, dövlətçilik ənənələrinin,siyasi kursunun təbliğinə nail olmaq məqsədilə rayonda fəliyyət göstərən Heydər Əliyev Mərkəzində tədqiqat qrupu yaradılmışdır. Tədqiqat qrupu şəhərin və rayonun kəndlərinin sakinləri ilə sıx əlaqə saxlamaqla  Ulu Öndərimizin Qax rayonu, qaxlılarla bağlı xatirələri toplanmışdır. Mərkəzdə  “Ulu Öndərimiz”, ingilis dili, kompüter kursları fəliyyət göstərir.

          Heydər Əliyev mərkəzinin fəaliyyətinin təkmillşdiriləsi ilə əlaqədar tərkibində  məktəblilər və gənclər üstünlük təşkil edən dərnəklər fəaliyyət göstərmiş, Heydər Əliyev mərkəzində müxtəlif məzmun və formalı tədbirlərin keçirililməsi təmin edilmişdir..

       Rayonda 8 siyasi partiya vardır. Azərbaycan cəmiyyətinin formalaşmasında mühüm rolu olan, dövlətçiliyə xidmət edən, milli-mənəvi dəyərləri özündə əks etdirən partiya olan Yeni Azərbaycan Partiyası üzvlərinin sayı artaraq 3651 nəfərə çatmışdır. Rayonda 16 Qeyri-Hökumət Təşkilatı  fəaliyyət göstərir. Onlar respublika Prezidentinin həyata keçirdiyi siyasi xətti bəyənir, dəstəkləyir, bu sahədə görülən işlərin əhaliyə obyektiv çatdırılması imkanlarından səmərəli istifadə etməyə çalışırlar. Bu sahədə Azərbaycan Respublikası “Sevil” Azərbaycan Qadınları Cəmiyyəti rayon şöbəsi, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları Veteranlar Şurası rayon təşkilatı, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin apardıqları iş daha yaxşı təşkil olunmuşdur. 

         Rayonda dini durum sabitdir. Ötən dövr ərzində rayonda milli və dini zəmində heç bir qarşudurma və buna bənzər hallar baş verməmiş, qeyri-dini təriqətləri yayanlara qarşı aidiyyatı təşkilatlarla birlikdə lazımi tədbirlər həyata keçirilmişdir. Hesabat ilində şübhəli bilinən 3 ailədə əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, qadağan olunmuş dini təyinatlı ədəbiyyatlar, əşyalar və dini məzmunlu başqa məlumat materialları aşkar edilərək götürülməsi təmin olunmuşdur.

        Rayonda hər birində  5 nəfər olmaqla 8 təbliğat qrupu fəaliyyət göstərir. Qrup üzvləri tərəfindən ötən dövr ərzində ölkə Prezidentinin keçirdiyi görüşlər, qatıldığı tədbirlər, imzaladığı Fərman və Sərəncamlar, həmçinin beynəlxalq aləmdə baş verən hadisələr, dünya mətbuatında Azərbaycan haqqında gedən materiallar barədə vətəndaşlara məlumatların verilməsi təmin olunmuşdur.

         Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasətə uyğun olaraq rayonda görülmüş işlər,  tikinti-quruculuq, abadlıq işləri, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclər, idman və s. sahələrdə əldə olunmuş uğurlar və rayonun gündəlik ictimai-siyasi həyatında baş verən proseslər hesabat ilində müntəzəm olaraq rayonun “Şəlalə” qəzetində işıqlandırılmışdır..

         Rayonda ötən müddət ərzində çağırışçıların hərbi xidmətə çağırılması və göndərilməsi mütəşəkkil təşkil olunmuş, çağırışdan yayınma halları baş verməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi, Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman idarəsi ilə birlikdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində tədbirlər həyata keçirilmişdir.

      Rayonumuzda 309 ailə olmaqla 1169 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmış, onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşgulluğunun artırılması və sosial müdafiəsinə yönəldilmiş tədbirlərin icrası vəziyyəti daim rayon rəhbərliyinin və əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla onlara qayğı göstərilir.

      İl ərzində 15 məcburi köçkün ailəsinin yaşadığı evinin təmirinə tikinti materialları ilə köməklik edilmiş və 9 ailəyə maddi yardım göstərilmişdir. Köçkün əhalinin kompakt məskunlaşdığı Qaradolaq kəndi ərazisində 20 ailəyə 500 metr məsafədən içməli suyun çəkilməsi təmin olunmuş, Almalı, Zəyəm, Qaradolaq, Qaratala kəndlərində və Qanlıqobu ərazisində transformator yarımstansiyaları təmir edilmişdir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış duru yanacağın gətirilib ailələrə paylanması təmin edilmişdir. Məskunlaşma yerlərində uşaq kontingentinin peyvənd olunması təmin olunmuşdur.

   Hesabat dövründə rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “İnzibati və Müşahidə” komissiyası tərəfindən, şəhərin səliqə və sahman qaydalarının pozulması ilə bağlı 23, özbaşına tikinti işlərinin aparılması ilə bağlı, protokollara qanunla nəzərdə tutulmuş müddətdə baxılmış və təqsirkar şəxslər inzibati qaydada cəzalandırılmışlar. Həmçinin “Yaş bərpası, qəyyumluq və himayəçilik”  komissiyasına daxil olmuş materiallar  vaxtında baxılaraq rəylərin və müvafiq qərarların verilməsi təmin edilmişdir.

 2012-ci il ərzində rayonda fəaliyyət göstərən “Müsadirə edilmiş narkotik maddələrin, psixotrop maddələrin və onların perekursorlarının məhv edilməsi” komissiyası tərəfindən 900 qram qurudulmuş marixuana, 1,179 qram heroin və 6,173 qram çətənə yandırılma yolu ilə məhv edilmişdir.

 2012-ci ildə rayon Polis Şöbəsi tərəfindən rayonda cinayətkarlığa qarşı mübarizə sahəsində müəyyən işlər görülmüşdür. Hesabat ilində rayonda narkomaniya və narkotik vasitələrin qanunsuz fəaliyyəti ilə əlaqədar olaraq 9 cinayət hadisəsi törədilmişdir. 2012-ci il ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən 16 ton 790 kq olan yabanı halda bitmiş çətənə bitki kolları yandırılma yolu ilə məhv edilmişdir. Bundan başqa hesabat dövründə 8 kq 300 qram marixuana, 1,8 qram heroin və 0,6 qram tiryək dövriyyədən  çıxarılmışdır.Yetkinlik yaşına çatmayanlarla bağlı 3 nəfər azyaşlı qeydiyyata götürülmüş, 3 nəfər şagird təhsilə qaytarılmış və 1 nəfər azyaşlının valideyninə inzibati protokol tərtib edilmişdir. İki azyaşlı tərəfindən isə cinayət törətmə faktı aşkar edilmişdir.

   Hesabat dövründə rayonda   14 yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş və 20 nəfər müxtəlif növ bədən xəsarəti almışdır.

     2012-ci ildə rayon Prokurorluğu cinayətkarlığa qarşı mübarizə və qanunçuluğun möhkəmləndirilməsi sahəsində hüquq qaydalarının pozulmasına qarşı mübarizəni daha da gücləndirmişdir. Rayon üzrə qeydə alınmış  91 cinayət  hadisəsindən yalnız biri açılmamışdır(açılma faizi 98.8). Hesabat dövründə prokurorluğa 111 müraciət daxil olmuş, onlardan 26-sı prokurorluqda mahiyyəti üzrə həll edilmiş, 66-sı xarakterindən asılı olaraq həll edilməsi üçün aidiyyatı üzrə göndərilmiş, 17-si cinayət işi və materiallara əlavə edilmiş, 2-si isə qalıq qalmışdır.

     Ötən dövr ərzində rayon Məhkəməsinə 41 cinayət işi, 470 mülki iş, 193 inzibati iş və 27 sanksiya daxil olmuşdur. Daxil olmuş cinayət işlərindən 9 iş həyat və sağlamlıq əleyhinə, 1 iş şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, 11 iş ictimai təhlükəsizlik əleyhinə, 1 iş ədalət mühakiməsi əleyhinə, 2 iş ictimai mənəviyyat əleyhinə,1 iş idarəetmə qaydası əleyhinə, 10 iş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə və 5 iş isə hərəkət təhlükəsizliyi ilə baglı olmuşdur.

        “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq 2012-ci ildə rayon İcra Hakimiyyətində  operativ idarəetmə mərkəzinin yaradılması ilə bağlı 45 kv/m sahəsi olan otaq ayrılmış, videomüşavirə və konfransların keçirilməsi üçün lazımi avadanlıqlar gətirilmişdir. Yaradılacaq operativ idarəetmə mərkəzinə qoşulacaq 7 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə mərkəzlər və həmin mərkəzlərdən istifadə edəcək qonşu inzibati ərazi dairələri üzrə nümayəndəliklər müəyyənləşdirilmiş və mərkəzlərdə avadanlıqların quraşdırılması işləri aparılır.   

         Hesabat ilində rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri öz işini “Yerli icra hakimiyyələri haqqında Əsasnamə”nin tələbləri əsasında qurmağa çalışmışlar. Yerlərdə Azərbaycan Respublikasının Qanunlarının,  Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin Qərar və Sərəncamlarının yerinə yetirilməsi istiqamətində müvafiq işlər aparmışlar.

    Yerlərdə regional Proqramların icrasının təmin edilməsi istiqamətində səlahiyyətləri daxilində fəaliyyət göstərmişlər.

    Hesabat ilində rayon İcra Hakimiyyəti başçısının yanında şura iclaslarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin fəaliyyətlərinin müxtəlif sahələri müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

    2012-ci ilin yanvar ayında İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə “2011-ci ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, yığıncaqlarda vətəndaşlar tərəfindən söylənilmiş müraciətlər ümumiləşdirilərək aidiyyatı təşkilatlara göndərilmiş və icrası nəzarətə götürülərək 2012-ci ilin dekabr ayında müzakirə edilmişdir. Müzakirədə müraciətlərin əksəriyyətinin icra olunduğu qeyd edilmişdir.

    Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin fəaliyyətini daim diqqət mərkəzində saxlamış, onların fəaliyyətini tənzimləyən Qanun, Fərman, Sərəncam və Qərarların icra vəziyyətini araşdıraraq müzakirəsini təşkil etmişdir.

    Hesabat ilində rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 4 nəfər vəzifəsindən azad edilmiş, rayon İcra Hakimiyyəti başçısı yanında şura iclasının qərarlarının icrasını təmin etmədikləri üçün Qaxingiloy, Qum, Qorağan və Turaclı İnzibati Ərazi Dairələri üzrə nümayəndələri rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə cəzalandırılmışlar.

    Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri indidən sonra fəaliyyətlərini “Yerli icra hakimiyyələri haqqında Əsasnamə”nin tələblərinə uyğun qurmaqla ərazilərin abadlaşdırılması, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər aparmalıdırlar.

        Rayon İcra Hakimiyyəti başçısı aparatında 2012-ci ildə iş Azərbaycan Respublikası Prezidentinin 06.03.2000-ci il tarixli 347 saylı Fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyətləri aparatlarında sənədlərlə iş  barədə Təlimatı”na, Respublika Prezidentinin İcra Aparatı Ümumi şöbəsinin 20.12.1995-ci il tarixli 8/165 saylı tövsiyə məktubuna, Respublika Prezidenti Administrasiyası rəhbərinin 09.03.2011-ci il tarixli 2/202 saylı məktubuna və RİH başçısının 16.12.2011-ci il tarixli 442 saylı Sərəncamı ilə təsdiq edilmiş nomenklaturasına uyğun olaraq aparılmışdır.

         2012-ci ildə RİH aparatına Azərbaycan Respublikasının 20 Qanunu, Respublika Prezidentinin 29 Fərmanı, 15 Sərəncamı, Respublika Prezidenti Administrasiyası rəhbərinin 2 Sərəncamı, Respublika Nazirlər Kabinetinin 42 Qərarı və 11 Sərəncamı daxil olmuşdur.

         Aparatda qeydə alınan Qanun, Fərman və Sərəncamların icrası məqsədi ilə 10 sərəncam hazırlanmış, 21 tədbirlər planı tərtib edilmiş və nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir.

         İl ərzində aparatda RİH başçısı tərəfindən rayonun Sosial-iqtisadi inkişafının təmin edilməsi, tikinti-abadlıq işlərinin aparılması və mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə bağlı 403 sərəncam verilmişdir.

         Aparata il ərzində Respublika Prezidenti Administrasiyasından, Nazirlər Kabinetindən, nazirlik və baş idarələrdən 358, rayon təşkilatlarından 602 məktub daxil olmuş, sənədlərlə müvafiq iş aparılmış və icrası ilə bağlı cavablar verilmişdir.

         Aparatdan il ərzində respublika, rayon təşkilatlarına və vətəndaşlara 1501 məktub və cavablar göndərilmişdir.

         RİH başçısı aparatı il ərzində 28.12.2011-ci il tarixli 23 saylı şura iclasında təsdiq edilmiş Şuranın və aparatın perspektiv iş planına uyğun olaraq fəaliyyət göstərmişdir. İl ərzində Şuranın 22 iclası keçirilmiş, iclaslarda planlı olaraq 29, plansız olaraq 6 olmaqla cəmi 35 məsələ müzakirə olunmuşdur.

         Şura iclaslarında qəbul olunmuş qərar və verilmiş tövsiyələrə uyğun olaraq aparatın şöbələrinə 17 və əlaqədar təşkilatlara 23 olmaqla protokollardan cəmi 40  çıxarış göndərilmişdir.

         Qeyd olunmalıdır ki, şuralarda qəbul olunmuş qərarların icrası və verilmiş tövsiyələrə əməl olunması sahəsində aparılan iş hələ tələblərə tam cavab vermir və aparatın şöbələrinin bu sahəyə nəzarəti zəifdir. RİH başçısının müavinləri və digər məsul işçiləri bundan ciddi nəticə çıxarmalıdırlar.

         Aparatın iş planında şöbələrdə müzakirəsi nəzərdə tutulmuş 2 məsələ tövsiyyəyə uyğun olaraq Şura iclasının müzakirəsinə verilmişdir.

         RİH başçısı yanında şura iclasında və şöbələrdə vətəndaşların müraciətlərinə baxılması vəziyyəti 4 dəfə müzakirə olunmuşdur.

         Şura iclaslarında qəbul olunmuş qərar və verilmiş tövsiyələrin icrası ilə bağlı 1 dəfə şurada məsələ müzakirə olunmuşdur.

         İl ərzində aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə vətəndaşların müraciətlərinə baxılması və qəbulunun təşkili vəziyyəti ilə bağlı məşvərət şura iclaslarında məsələlər müzakirə olunmuşdur.

         İl ərzində aparata Respublika Prezidenti Administrasiyasından 165, ondan 4-ü nəzarətdə olmaqla, Milli Məclisdən 5, Nazirlər Kabinetindən 3 və digər respublika təşkilatlarından 32 və rayon əhalisindən 850 müraciət  daxil olmuşdur. Daxil olmuş ərizələrdən 65-i təkrar, 37-i isə kollektiv müraciətlər olmuşdur. Daxil olan müraciətlərdən 863-ü ərizə, 91-i isə şikayət xarakterli olmuş, 107-nin icrası nəzarətə alınmaqla, 847-nin isə nəzarətə alınmadan baxılmışdır. Müraciətlərə əsasən aparatın məsul işçiləri tərəfindən, tabe qrumlar tərəfindən isə 11 müraciətə baxılmış, 16 müraciət hazırda icradadır. İl ərzində 21 müraciətə baxılma müddəti pozulmaqla cavab verilmişdir.

         Aparatda vətəndaş müraciətlərinə baxılması sahəsində nöqsan və çatışmazlıqlar hələ tam aradan qaldırılmamışdır, müavin və şöbə müdirləri tərəfindən bu sahəyə nəzarət tələblərə tam cavab vermir. Aparatın məsul işçiləri bundan ciddi nəticə çıxarmalıdırlar.

         Fəaliyyətlərindəki nöqsanlara və eləcə də vətəndaş müraciətlərinə baxılmasındakı nöqsanlara görə 5 nəfər məsul şəxs barədə intizam tənbehi tədbiri görülmüşdür.

         Aparata il ərzində daxil olan müraciətlərdən sahibkarlığın inkişafı ilə bağlı-53, kənd təsərrüfatı məsələləri ilə bağlı-76, əmək və əhalinin sosial müdafiəsi məsələləri ilə bağlı-380, enerji və istilik təchizatı məsələləri ilə bağlı-53, içməli, suvarma suyu və kanalizasiya məsələləri ilə bağlı-3, torpaq məsələləri ilə bağlı-44, təbii, texnogen və fövqəladə hadisələrdə dəyən ziyanla bağlı-152 olmaqla daxil olan müraciətlər çoxluq təşkil etmişdir.

         İl ərzində aparatda vətəndaşların qəbulu Başçı tərəfindən  təsdiqlənmiş qrafik əsasında aparılmış, Başçı tərəfindən 273, müavin və şöbə müdirləri tərəfindən 303 nəfər qəbul edilmişdir. Qəbullarda vətəndaşlara müraciətlərinə uyğun olaraq izahatlar verimiş, araşdırmaya ehtiyacı olanlarla bağlı məsul işçilərə tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.

         2012-ci ildə rayon İcra Hakimiyyəti başçısının rayonun 44 yaşayış məntəqəsində xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə səyyar qəbulu keçirilmiş,  həmin görüşlərdə 3650 nəfər iştirak, 225 nəfər çıxış etmişdir.

         Müraciətlərdən 104-nə yerində müvafiq cavab verilmiş, 45-i əsassız hesab edilmiş, 76 müraciət isə araşdırma tələb edildiyindən aidiyyatı xidmət təşkilatları rəhbərlərinə qəbul vərəqəsi yazılaraq sonradan icrası təmin edilmişdir.

   Qax rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun Administrasiyasını və rayon əhalisini əmin edir ki, rayon rəhbərliyi 2012-ci ildə rayonun sosial-iqtisadi və təsərrüfat sahəsində buraxılmış nöqsan və catışmamazlıqları təhlil edərək inzibati ərazi dairələri üzrə nümayəndəliklərində keçirilən və rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağında vətəndaşlar tərəfindən söylənilmiş təklif və rəyləri ümumiləşdirərək müvafiq tədbirlər həyata keçiriləcəkdir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarının, digər Mərkəzi icra orqanlarının müvafiq tövsiyyələrinin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəkdir.

Keçidlər