Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2014-cü ilin hesabatı

Qax rayon İcra Hakimiyyəti başçısının 2014-cü ildə rayonun sosial-iqtisadi və təssərüfat sahələrində görülən işlərə dair hesabatı və 2015-ci ildə qarşıda duran vəzifələr haqqında

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2015-ci ilin yanvar ayının 10-da keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2014-cü ilin yekunları müzakirə olunmuş, 2015-ci ildə görüləcək işlər müəyyənləşdirilmişdir.

         İclasda 2014-cü ilin Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşdüyü qeyd olunmuşdur. Bu uğurların əsasında isə Prezident İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi dayanır.

          Məhz bu müdrik siyasətin nəticəsində artıq dünyada 6 ildən çoxdur ki, davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edən ölkələrdən olmuş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilmişdir. Təsadüfi deyildir ki, əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin müvafiq sahədə payı 75 faizə yüksəlmişdir. Bunun nəticəsidir ki, son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən artaraq 60 faizə çatmışdır.

          Əldə olunmuş nailiyyətlər, eləcə də bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, valyuta və enerji bazarlarında kəskin təlatümlər fonunda 2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlu yekunları Prezident İlham Əliyevin müəllifi olduğu Azərbaycanın  inkişaf modelinin alternativsiz olduğunu bir daha göstərmişdir. Təsadüfi deyildir ki, ötən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmaqla, artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir.Ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil etmişdir ki, bu da qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunmuşdur. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz civarında olmuş, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə çatmışdır. Hazırda valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur.
         Dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil etmiş, qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artmışdır.

       Hesabat ilində informasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,2 faiz artmışdır.

        Ötən il ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil etmişdir. Sevindirici haldır ki, son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil etmişdir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalmaqdadır.

       2014-cü ildə Dövlət investisiyaları hesabına Şəmkirçay dəryaçası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və digər obyektlər istifadəyə verilmiş, bir sıra magistral və 1 milyon nəfərə yaxın əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1295 kilometr yeni kənd yolları çəkilmişdir.

       Hazırda respublikamızda təhsil və səhiyyə müəssisələrinin, birinci Avropa Oyunları üçün idman obyektlərinin tikintisi, 43 şəhər və rayon mərkəzlərində su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələri uğurla davam etdirilir.
        2014-cü il sənayenin inkişafında mühüm mərhələ olmuşdur.“Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Avropanın ən iri infrastruktur layihəsi olan “Cənub” qaz dəhlizinin təməlinin qoyulması Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırmışdır ki, bu da uzun illər xalqımızın mənafeyinə xidmət edəcəkdir.

        Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bu məqsədlə təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir. Belə ki, 2014-cü ildə 230-dan çox sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir.“Azərbaycan Polad İstehsalı Kompleksi” Səhmdar Cəmiyyəti formalaşdırılmış, “Daşkəsənfilizsaflaşdırma” müəssisəsinin fasiləsiz fəaliyyəti təmin edilmişdir.

        2014-cü ildə regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış və hazırda 530-dan artıq müəssisənin tikintisi davam etdirilir. Sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılmış, il ərzində regionlarda 190-dan çox tədris müəssisəsi, 60-dan çox tibb ocağı, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur.

        Aqrar sektorda dövlət dəstəyi tədbirləri davam etdirilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına əlavə güzəştlər tətbiq edilmişdir. Hazırda kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədi ilə dövlətin dəstəyi əsasında 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır.

       2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr üzrə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. Əvvəlki illərdə olduğu kimi ötən ildə də əhalinin rifahı yüksəlməkdə davam etmiş, inflyasiya 1,4 faiz təşkil etdiyi halda əhalinin gəlirləri 4,8 faiz, orta aylıq əmək haqqı 4,2 faiz artaraq 443 manata çatmışdır.

       Dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilmiş, hazırda 400 min nəfər olmaqla  90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır.  Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni  200 dollara yaxın vəsait verilir.  Respublikada əhalinin məşğulluq səviyyəsi artmış, 123 mindən çox yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enmişdir.

2014-cü ildə də bütövlükdə respublikamızda olduğu kimi rayonumuzun iqtisadiyyyatında da dinamik inkişaf təmin olunmuş, müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycan  Respublikası  Prezidentinin 02 aprel 2014-cü il tarixli 358 nömrəli Sərəncamı əsasında rayonumuzun sosial iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə  7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin davam etdirilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikasının  2014-cü  il dövlət büdcəsindən  dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon  manat ayrılmışdır. Sərəncamın  icrası  ilə  əlaqədar  yolun  9  km  hissəsinə asfalt  beton  örtük  salınmış və həmin yolun  üzərində aşırımının uzunluğu 33 p/m  olan  körpünün  tikintisi  başa  çatdırılmışdır.

Bundan başqa rayonun sosial-iqtisadi  inkişafının  sürətləndirilməsinə  dair  əlavə  tətbirlər  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 21  avqust  2013-cü il  tarixli 3078  nömrəli  sərəncamı  ilə  Azərbaycan  Respublikasının  2013-cü  il  Dövlət  büdcəsində  nəzərdə  tutulmuş  Azərbaycan  Respublikası  Prezidentinin Ehtiyat  Fondundan  2  milyon  manat  ayrılmışdır. Ayrılmış  vəsait  hesabına ötən dövr  ərzində şəhərin  M.P.Vaqif, M.V.Vidadi, M.Ə.Rəsulzadə,  N.Gəncəvi,  M.Məmmədov,  Qaxmuğal  küçələrində  və  H.Əliyev  prospektində başlanılmış bərpa  və  abadlıq  işləri, C.Cabbarlı, M.Məmmədov və  M.P.Vaqif  küçələrində isə asfalt  beton  örtüyün  salınması başa çatdırılmışdır.

Hesabat dövründə avtomobil yollarının əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş   1  milyon  93 min  manat  vəsait  hesabına rayonun Aşağı-Malax  kəndinə  giriş  yolunun  0,7  km,  Zərnə kəndinə  giriş  yolunun 1,5 km və  Tasmalı  kəndinin  daxili  yollarına  1,7  km, o  cümlədən  şəhərin Qaxmuğal,   Nəsimi küçələrinə və     H.Əliyev  prospektində  döngə  və  keçidlərinə asfalt  beton  salınmışdır.

Ötən  il  ərzində  mənzil  fondunun  əsaslı  təmiri   ilə  bağlı  büdcədə  nəzərdə  tutulmuş  298  min  540  manat  vəsait  hesabına  şəhərin   Ü.Hacıbəyov  küçəsindəki  6a və  8a  saylı,  S.Vurğun  küçəsində  2 və 3 saylı  kommunal  yaşayış  binalarının  dam  örtükləri  və  fasadları  əsaslı  təmir  olunmuş,  Ş.Rustaveli küçəsində 14  saylı  kommunal  yaşayış  binasında  isə fasad hissəsində  əsaslı  təmir  işləri  aparılmışdır. 

2014-cü  ildə  rayon  büdcəsindən  şəhərin  abadlığı  üçün ayrılmış 580 min manat vəsait hesabına “Şəhər”   parkında   abadlıq   işləri  aparılmış  və  uşaqların  əyləncəsi  üçün atraksionlar  quraşdırılaraq istifadəyə  verilmiş,  şəhərin C.Cabbarlı,  Ü.Hacıbəyov,  A.Məmmədov və Okracanaşvili  küçələrində,  “Heydər”  bulağının  kənarında   abadlıq  işləri  aparılmışdır.  

2014-cü   ildə  rayonda  138 ədəd fərdi  yaşayış evi və 23 ədəd sahibkarlıq obyekti olmaqla,  ümumilikdə  161  fərdi  tikinti  aparılmışdır.  Aparılmış tikinti işlərinin ümumi smeta dəyəri 3  milyon  950 min  manata yaxındır.

Qax bələdiyyəsi tərəfindən 53,6 min manat vəsait hesabına şəhərdə abadlıq işləri, kənd bələdiyyələri tərəfindən 71 min manat dəyərində sosial obyektlərdə təmir, tikinti və abadlıq işləri görülmüşdür.

Məişət tullantılarının zərərsizləşdirilməsi məqsədi ilə poliqon tikilib istifadəyə verilmiş, şəhərdə  FHN-nin  Qax  rayon  Dövlət Yanğından mühafizə hissəsinin yeni inzibati binasının və Almalı kəndində  FHN-nin  Qax  rayon  Dövlət Yanğından mühafizə hissəsinin 92 saylı Yanğından mühafizə bölməsinin inzibati binalarının  tikintisi başa çatdırılmış,   rayon Kənd Təsərrüfatı İdarəsi üçün,  Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin  rayon  şöbəsi üçün  inzibati  binaların tikintisi davam etdirilir. 

     Hesabat ilində 16 saylı Yol İstismarı idarəsi tərəfindən respublika əhəmiyyətli yolların saxlanması və təmirinə 350 min manat, yerli əhəmiyyətli yolların saxlanılmasına və təmirinə 636 min manat olmaqla, ümumilikdə 986 min manatlıq iş görülmüşdür.

     Kənd İnvestisiya layihəsi çərçivəsində rayonun Şotavar, Güllük, Baydarlı, Cəlayir, Qıpçaq, Zəyəm, Zərnə, Marsan,Qaxbaş və Qaxingiloy kəndlərində ümumi uzunluğu 61,8 km yolların təmiri,  Ağyazı, İlisu və Qum kəndlərində 9 bulaq tikilmiş, 9 çən quraşdırılmış və ümumi uzunluğu 15,1 km içməli su xətti təmiri edilmiş, Almalı və Qaşqaçay kəndlərində isə 715 metr uzunluğunda hasar çəkilməklə abadlıq işləri aparılmışdır.  

     Rayonda sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 863 min m3 daşqın və selə qarşı məcratəmizləmə işləri aparılmış, 1489 m3 qabyon,  627 m3 beton və 6314 m3 daş-betond bəndlərdə daşqın və seləqarşı sahilbərkitmə işlərinin aparılması məqsədi ilə təmir işləri aparılmışdır. Kürmük çayı hövzəsində 141 metr uzunluğunda dəmir-beton bənd, 78 metr uzunluğunda isə daş-beton bəndləri salınmışdır. Şəhərin yeni yaşayış massivinin sel-sularından mühafizəsi məqsədi ilə Qobala çayında 500 metr uzunluğunda dəmir-beton kanal tikilmişdir. 

         Bu gün regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilən Dövlət Proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Dövlət Proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır. Elə bu məqsədlə də dövlət başçısı növbəti sərəncamı ilə Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etmişdir. Qarşıya qoyulan məqsəd isə ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasıdır. Məlum olduğu kimi, 27 yanvar 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev giriş nitqində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sahələrində əldə edilən uğurlardan danışmışdır.

  Məlumat üçün bildirirəm ki, “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda  rayonumuz üçün nəzərdə tutulmuş 22 bənddən ibarət tədbirlərin icrası 2014-cü ildə uğurla həyata keçirilmişdir.

      Belə ki, Proqramın icrası ilə bağlı ötən müddət ərzində şəhərdə Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün yaşayış binası, həkim məntəqəsi, kəndlərdə sahə baytarlıq məntəqələri tikilmiş, məktəblərdə, səhiyyə obyektlərində, kitabxana və klublarda əsaslı təmir işləri aparılmış,  yeni körpülər salınmış, beton bəndlər tikilib istifadəyə verilmiş,  yeni artezian quyuları qazılmış, respublika əhəmiyyətli, kəndlərarası və kəndlərin giriş yollarına asfalt döşənmişdir. Görülmüş işlər nəticəsində hesabat ilində 472 daimi yeni iş yeri  açılmışdır.

  Hesabat ilində rayonun illik yerli xərcləri 17 miyon 976 min manat proqnoza qarşı 17 miyon 644 min manat və ya 98 faiz, yerli gəlirləri isə 3 milyon 270 min manat proqnoza qarşı 3 milyon 849 min manat və ya 117,7 faiz icra edilmişdir. Büdcəyə yığılmış vəsaitin həcmi 2013-cü ilə nisbətən 701,2 min manat və ya 22,3 faiz artmışdır. Eyni zamanda yerli büdcənin gəlirləri üzrə 3 milyon 216 min manat proqnoza qarşı 3 milyon 831 min manat vəsait daxil olmuşdur ki, bu da yerli büdcə üzrə proqnozun 119 faizini təşkil etməklə və 615 min manat artıq olmuşdur.

Rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2014-cü ildə məhsulun ümumi buraxılışı  81 milyon 199 min manat təşkil etmişdir ki, bu da 2013-cü illə müqayisədə 70 milyon 225 min manat azdır. (Məhsulun ümumi buraxılışının əvvəlki illə müqayisədə az olması əsasən tikinti və kənd təsərrüfatı sahələri üzrədir. Bu da 2013-cü ildə tikinti sahəsində Fövqaladə Hallar Nazirliyi tərəfindən görülmüş işlərlə və 2014-cü ildə havaların quraq keçməsi ilə bağlı kənd təsərrüfatı sahəsində məhsul istehsalının az olması ilə əlaqədardır.)

        2013-cü illə müqayisədə əsas sahələr üzrə məhsul istehsalı sənayedə 4 milyon 969 min manat və ya əvvəlki illə müqayisədə 18 min manat çox, kənd təsərrüfatında 37 milyon 151 min manat və ya əvvəlki illə müqayisədə 5 milyon 46 min manat az, tikintidə 11 milyon 694 min manat və ya əvvəlki illə müqayisədə 66 milyon 744 min manat az olmuşdur. Əsas sahələr üzrə xidmət istehsalı isə ticarətdə 24 milyon 539 min manat, əvvəlki illə müqayisədə 1 milyon 388 min manat, nəqliyyatda 2 milyon 35 min manat, əvvəlki illə müqayisədə 59 min manat, informasiya və rabitədə 810 min manat əvvəlki illə müqayisədə 99 min manat çox olmuşdur.

 Əsas kapitala yönəldilən investisiya 12 milyon 199 min manat olmuşdur ki, bu da əvəllki illə müqayisədə 71 milyon 431 min manat az, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 22 milyon 415 min manat, əvvəlki illə müqayisədə 1 milyon 31 min manat çox olmuşdur. Rəqəmlərdən göründüyü kimi hesabat ilində məhsulun ümumi buraxılışı əvvəlki illə müqaisədə sənaye, nəqliyyat, rabitə və ticarət sahələri üzrə artımla icra olunmuşdur.

Sahibkarlığın inkişaf etdirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi və dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi nəticəsində son illər rayonumuzda bu sahədə mühüm irəliləyişlər əldə edilmişdir. Belə ki, 2003-cü ildə rayonda iqtisadiyyatın bütün sahələri üzrə kiçik sahibkarlıq obyektlərinin sayı 130 olmuşdursa, bu göstərici 01 yanvar 2015-ci il tarixə 1613 vahid artaraq 1743-ə çatdırılmış, sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin sayı 2003-cü ildə 245 nəfər olmuşdursa, bu göstərici 01 yanvar 2015-ci il tarixə 2759 nəfər artaraq 3004 nəfərə çatmışdır. Rəqəmlərdən göründüyü kimi iqtisadiyyatın bütün sahələri üzrə istər sahibkarlıq subyektlərinin sayında, istərsə də sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin sayında 2003-cü ilə nisbətən 2014-cü ildə göstəricilər 12 dəfədən çox artmışdır. Bütün bunlara sahibkarlığın inkişafı sahəsində uğurlu dövlət siyasətinin həyata keçirilməsi sayəsində nail olunmuşdur.

      Rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 13 noyabr 2014-cü il tarixdə sahibkarların, aidiyyəti orqanların, ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə rayonun Qorağan kəndində “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir. Məlumat üçün bildirirəm ki, indiyədək (2002-2014-cü illər) İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 5,9 milyon manat, o cümlədən 2014-cü ildə 28 sahibkara 499 min manat dövlətin güzəştli kreditləri verilmişdir. Bu kreditlərin hesabına 1000-dən çox, o cümlədən 2014-cü ildə 40 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.

 Dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası təmin olunmuş, Nazirlər Kabaineti tərəfindən təsdiq olunmuş qaydalara ciddi əməl olunmaqla lazımi sənədlərin tərtibatı təmin edilməklə  2007-ci ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına 6.2 milyon manat, o cümlədən 2014-cü ildə  594,5 min manat məbləğində yardımın verilməsi təmin olunmuşdur.  Nazirlər Kabinetinin 25.06.2007-ci il tarixli 100 nömrəli qərarının icarası ilə əlaqədar rayonda taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatlara satdıqları yüksək reproduksiyalı toxumlara görə 701 min manat, o cümlədən 2014-cü ildə 22 min manat subsidiyanın verilməsi təmin olunmuşdur. Rayon Komissiyası tərəfindən 2015-cü ilin məhsulu üçün bugda əkini aparmış 674 nəfər buğda istehsalçılarına hesablanmış 211 min manat vəsaitin verilməsi ilə bağlı müvafiq sənədlər Respublika Komissiyasına təqdim olunmuşdur.

2014-cü  ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına rayonda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 4,1 milyon manat kredit verilmişdir.

Hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq  məhsulları istehsalının və emalının inkişaf etdirilməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmişdir.  2014-cü ildə  12421 hektar payızlıq əkin sahələrindən 17420 ton məhsul istehsal olunmuşdur ki, bunun da 11660 tonunu buğda, 5760 tonunu isə arpa məhsulu təşkil etmişdir. Tələb olunan bir sıra aqrotexniki tədbirlər həyata keçirilməsinə baxmayaraq  mövsüm ərzində hava şəraiti olduqca quraq və əlverişsiz keçdiyindən taxılçılqda orta məhsuldarlıq 14,0 sentner təşkil etmişdir. Bu da 2013-ci illə müqayisədə 6,1 sentner azdır.  2014-ciü ilin payızında 2015cü ilin məhsulu üçün 10867 hektar sahədə payızlıq taxıl, o cümlədən 6064 hektar sahədə buğda, 4803 hektar  sahədə  arpa əkini aparılmışdır. Hesabat ilində 5254 ton qarğıdalı, 2060 ton tərəvəz, 1367 ton bostan, 9501 ton meyvə, o cümlədən 3002 ton fındıq istehsal olunmuş,196 ton ətirli quru tütün tədarük olunmuşdur.

Kənd təsərrüfatı istehsalçılarına suvarılma suyunun çatdırılması mexanizminin təkmilləşdirilməsi, onun iqtisadi və maliyyə səmərəliliyinin təmin etdirilməsi məqsədi ilə işlər davam etdirilmişdir. Belə ki, hesabat ili ərzində torpaqlarının su təminatının yaxşılaşdırılması məqsədi ilə 448 min m3 həcmdə lildən təmizləmə, 4906 m3  beton kanallarda, 30 ədəd hidrotexniki qurğuda və 10 ədəd hidropostlarda təmir işləri aparılmışdır. Rayonun kəndlərində 50,7 km uzunluğunda torpaq kanallar qazılmış, 4,6 km uzunluğunda beton kanallar tikilmiş və həmin kanallar üzərində 191 ədəd qurğu inşa olunmuşdur. Əlavə torpaqların suvarmaya cəlb olunması məqsədi ilə Dövlət Proqramına uyğun olaraq 11 kənddə yeni artezian quyuları qazılmışdir.  2015-ci ildə daha 12 ədəd artezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

2014-cü ildə Aqrolizinq ASC-nin Qax rayon “Aqroservis” filialı tərəfindən   kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə 340 ton azot, 45 ton ammofos gübrəsinin satılması təmin olunmuşdur.

        Filialın maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə 3 ədəd SK-2045 və 2 ədəd TC-5050 markalı kombaynlar alınmış, filial üçün yeni inzibati bina, bir ədəd gübrə anbarı,  texnikaların saxlanması üçün bir ədəd altıaçıq, təmir və avadanlıqlar üçün otaqlar inşa edilərək istifadəyə verilmişdir.  Bununla belə filialda mövcud texnikanın gücündən lazımi səviyyədə istifadə olunmamış, müəssisə tərəfindən güzəştli şərtlərlə kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin və dərman vasitələrinin gətirilərək aqrotexniki müddətlərdə və tələb olunan həcmdə çatdırılması işi  lazmi səviyyədə təşkil olunmamışdır. Rayonun müxtəlif ərazilərində “Aqrotexservis”xidməti məntəqələrinin yaradılmasına təşəbbüskarlıq zəif olmuşdur.

Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinin aşkar edilməsi məqsədi ilə aparılmış müşahidə işlərinin nəticəsi olaraq 1195 hektar sahədə payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərə, 1100 hektar sahədə taxıl böcəyinə, 333 hektar sahədə çəyirtkəkimilərə qarşı  kimyəvi mübarizə işləri aparılmışdır.

Qax rayon Dövlət Toxum Müfəttişliyi tərəfindən rayonda fəaliyyət göstərən özəl tonumçuluq müəssisələrində işlərin gedişi,aqrotexniki tələblərə əməl olunması nəzarətə götürülmüş, toxumluq əkin sahələrində aprobasiya işləri aparılmışdır. Hesabat ili ərzində rayonda fəaliyyət göstərən 3 özəl toxumçuluq müəssisəsində 404 ton yüksək kondisiyalı toxum istehsal olunaraq məhsul istehsalçılarına satılmışdır. İl ərzində  müxtəlif  kənd təsərrüfatı bitkilərinin toxumlarından 98 nümunə daxil olmuş və lazımi qaydada analiz olunaraq nəticəsi  rəsmiləşdirilmişdir. Müfəttişlik tərəfindən sertifikatlaşdırılmış toxumların saxlanılmasına, etiketləşdirilməsinə nəzarət edilmişdir.Bununla belə qeyd olunmalıdır ki, müfəttişlik tərəfindən rayonda dövlət reyestrinə daxil olmayan və rayonlaşdırılmamış toxumların ticarət dövriyyəsinin qarşısının alınmasına tam nail olunmamışdır.

Hesabat ilində rayonumuzun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmiş və aparılanişlər və həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmişdir.  01.01.2015-cü il tarixə rayonda 24437 baş iribuynuzlu mal, o cümlədən 12440 baş ana mal, 68202 baş qoyun-keçi, 90 mın başa yaxın müxtəlif növ ev quşları, 8,5 mindən artıq arı ailəsi mövcud olmuşdur. Mövcud mal-qaranın yemə olan təlabatının ödənilməsi məqsədi ilə hər bir ərazidə  örüş sahələrı ayrılmış, 31 nəfər qoyunçuluqla məşğul olan hüquqi və fiziki şəxslərə təsərrüfatlarını saxlamaq üçün 13.1 min ha qışlaq və 8,4 min ha yaylaq sahəsi icarəyə verilmişdir.  Mal-qara arasında qısırlıq hallarının minimuma endirilməsi, əhali təsərrüfatlarında olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi üçün süni mayalanmanın tətbiqi diqqət mərkəzində olmuşdur. Hesabat ili ərzində 1803 baş inək-düyə süni mayalandırılmışdır ki, bu da 2013-ci illə müqayisədə 23 baş çoxdur. Süni yolla mayalandırılmış inək-düyələrdən əvvəlki ildəkindən 47 baş çox olmaqla  1359  baş salamat bala alınmışdır.. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2013-c illə müqayisədə ət istehsalı 45,3 ton artaraq 2987 tona, süd istehsalı 34,9 ton artaraq 15733 tona, yumurta istehsalı 31,4 min ədəd artaraq 7 milyon 856 min ədədə, yun istehsalı 0,7 ton artaraq 125,6 tona çatmışdır.

Rayonda mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2014-ciü ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlər planının tam icrası təmin olunmuşdur. Baytarlıq xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 12 soyuducu, 1 ədəd soyuducu kamera və baytar-sanitar ekspertiza laboratoriyası üçün avadanlıqlar gətirilmişdir. Qıpçaq, Qum və Tasmalı kəndlərində baytarlıq məntəqələrinin tikintisi başa çatdırılmışdır. Profilaktik tədbirlərin vaxtlı vaxtında aparılmasının nəticəsidir ki, iri buynuzlu mal-qara arasında brusellyozla sirayətlənmə 0,38  faiz təşkil etmişdir ki, bu da 2013-ci illə müqayisədə 0,13 faiz azdır.

 Mövcud mal-qaranın cins tərkibinin və məhsuldarlıq keyfiyyətlərinin yaxşılaşdırılması məqsədi ilə heyvandarlıqda süni mayanlamanım tətbiqi sahəsində  müəyyən uğurlar əldə olunsa da bu mütərəqqi metodun daha geniş tətbiq olunması zəruridir. Hələlik bu sahəyə lazımi əhəmiyyət verilməyən Sarıbaş, İlisu, Ağyazı, Qıpçaq, Qaşqaçay İƏD-də əhali arasında bu istiqamətdə maarifləndirmə işlərinin aparılması qənaətbəxş deyildir. Qış otlaqlarını icarəyə götürmüş sahibkarlar tərəfindən orüş sahələrində yaxşılaşdırma tədbirlərinin aparılmasına və biomüxtəlifliyin qorunmasına lazımi əhəmiyyət verilmir. Qışlaqlarda kütləvi halda iribuynuzlu mal-qara saxlanması halları mövcuddur. Qışlaqların su və enerji təminatının bərpa edilməsinə direktiv orqanların köməyinə ehtiyac vardır.

2014-cü ildə Qax Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi, İlisu Dövlət Təbiət Qoruğu tərəfindən mühafizə rejiminə əməl olunması, fauna və flora elementlərinin qorunması, qoruq ərazisində elmi müşahidələrin davam etdirilməsi “Təbiət səlnaməsinin yazılması, ekoloji təbliğat aparılması, yeni meşəliklərin salınması, meşə ilə örtülü olmayan meşə massivlərinin bərpası və meşələrə kənar müdaxilələrin qarşısının alınması sahəsində xeyli məqsədyönlü işlər görülmüşdür. Görülən işlər əvvəlki illə müqayisədə xeyli güclənmişsə də, ekoloji tarazlığın qorunması ətraf mühitin mühafizəsinin təmin olunması baxımından qənaətbəxş olmamışdır. Mal-qaranın meşə massıvlərinə səllim buraxılaraq otarılması hallarının qarşısının alınması, meşələrə qanunsuz müdaxilələrin qarşısının alınması, meşə qanunvericiliyinin pozulması sahəsində xeyli nöqsan və çatışmazlıqlar mövcud olmuşdur. İlisu Dövlət Təbiət Qoruğu, Qax Dövlət Yasaqlığı ərazisində qanunsuz otarma halları, qoruq rejiminə zidd fəaliyyət və müdaxilə halları olmuş, belə halların qarşısının alınması yetərincə təmin olunmamışdır.

 Təbiətin mühafizəsi və ekologiyanın qorunması məqsədi ilə “İDEA” ictimai birliyinin təşəbbüsü ilə 2014-cü ilin oktyabr-noyabr aylarında “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kompaniyası rayonumuzda da yüksək səviyyədə təşkil olunmuşdur. Belə ki,  magistral yol kənarlarında 6200 ədəd müxtəlif növ agac tingləri, 11 min ədəd cır limon tingi, həmçinin inzıbati ərazilərdə 5 minə yaxın müxtəlif növ agac tingləri əkilmişdir. Bu istiqamətdə işlər cari ildə də daha geniş şəkildə davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidentinin 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında ölkədə qeyri neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı dövlət tərəfindən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Hazırda ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqaməti olaraq nəzərdə tutulur. Bu məqsədlə kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının ixracının artırılması, kənd təsərrüfatı məhsullarınin tədarükü və emalı sahəsində olan problemlərin aradan qaldırılması, beynəlxalq təcrübə nəzərə alınmaqla ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması və daxili bazarın qorunması nəzərdə tutulmuşdur.

Daxili bazarın qorunması, kənd təsərrüfatı məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin müxtəlif rayonlarında təşkil olunmuş yarmarkalarda rayonumuzun sahibkarlarının iştirakı artıq ənənə halını alımışdır. 2008-ci ildən etibarən hər həftənin şənbə və bazar günlərində rayonumuzun sahibkarları həmin yarmarkalarda iştirak edirlər. Yarmarkalarda hər il orta hesabla 10 tona yaxın qərzəklilər, 4 ton bal və arıçılıq məhsulları, 3 ton süd, 2 ton ət, 1,5 ton konserv məhsulları, 10 ton meyvə, 8 ton tərəvəz məhsulları, 400 kq təbii dərman bitkilərinin satışı təşkil olunur. Indidən sonra da bu siyahıda görülən işlərin daha da genişləndirilməsinə diqqət artırılacaqdır.

 Əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə 2014-cü ildə də bir sıra işlər görülmüşdür. Belə ki, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən  2014-cü ildə 3600 nəfər olmaqla  867 yardıma ehtiyacı olan aztəminatlı ailələrə (ötən il 780 ailə) yardım verilmişdir.  O cümlədən mərkəz tərəfindən 1888 nəfərə (ötən il 2047 nəfər)  sosial  müavinətlərin ödənilməsi təmin olunmuşdur. Müavinət alanlardan  948 nəfəri (ötən il  1150 nəfər)  əlilliyə, 213 nəfəri (ötən il 209 nəfər) ailə başçısını  itirdiyinə, 42 nəfəri (ötən il 49 nəfər) yaşa görə sosial müavinət ödənilmişdir.

Bundan başqa  9 nəfərə “Prezident təqaüdü”, 102 şəhid ailəsinə, 3 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına və 142 nəfər müharibə əlilinə təqaüd verilmişdir. Ölkə Prezidentinin fərmanına  uyğun olaraq I qrup ümumi xəstəlikdən əlil olan 104 nəfərə müavinətdən əlavə  60 manat Prezident təqaüdü təyin olunmuşdur. Mərkəz tərəfindən 2014-ci ildə rayonda yaşayan 358 nəfər (2013-cü ildə 361 nəfər) tənha, ahıl və əlil şəxslərə sosial xidmət göstərilmişdir.

Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən  270 nəfərə pensiya təyin olunmuş, 01 yanvar 2014-cü il tarixə uçotda olan pensiyaçıların sayı 8557 nəfər olmuşdur.  Pensiyaların əhaliyə vaxtında çatdırılmasını təmin etmək məqsədi ilə hazırda rayon ərazisində pensiyaçılara 4 bankomat xidmət göstərir. Kənd əhalisinə pensiyaların ödənilməsini daha da asanlaşdırmaq məqsədi ilə əhalinin daha çox yaşadığı 2 kənd məntəqəsində bankomat quraşdırılması nəzərdə tutulmuşdur. Fond tərəfindən 18564 sığorta olunanana sosial sığorta şəhadətnaməsi hazırlanmış və onlara şəxsi hesab açılmışdır.   Rayon üzrə bir nəfərə düşən orta aylıq pensiya məbləği 162,4 manat təşkil edir.

Rayonda imtiyazlı təbəqəyə aid şəxslərin mənzil növbəsinin uçotu və mənzillə təminatı diqqət mərkəzində saxlanılır. Belə ki, 2014-cü ildə mənzil növbəsinə götürülmüş 36 nəfər imtiyazlı şəxs mənzillə təmin olunmuş və Qaxbaş kəndində 1 nəfər Qarabağ Müharibəsi əlilinə fərdi mənzil tikilmiş, 13 nəfər Qarabağ müharibəsi əlilinə pulsuz avtomobil və 1 nəfərə əlil arabası verilmişdir. 2014-cü ildə 18 nəfər Qarabağ Müharibəsi əlili və Şəhid ailəsi mənzil növbəsinə götürülmüş və hazırda 23 nəfər bu kateqoriyadan olan şəxslər mənzil növbəsindədir.

         2014-cü ildə rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 475 nəfər (onlardan 238 nəfəri qadın) mərkəzdə işaxtaran kimi qeydiyyata götürülmüş,  onların daimi  işlə təmin olunması, ictimai işlərə, peşə kurslarına cəlb olunması və status verilməklə müavinətin  ödənilməsi diqqətdə mərkəzində saxlanılmışdır.

          Qeydiyyata götürülənlərin  151 nəfəri (onlardan 79 nəfəri qadın) 29 yaşadək gənclər olmuşdur. Eyni zamanda həmin vətəndaşların 42 nəfəri struktur dəyişikliyi  ilə əlaqədar (ixtisar), 166 nəfəri kadr axıcılığı nəticəsində (ərizəsinə əsasən) işini itirənlər, 4 nəfəri hərbi xidmətdən tərxis olunanlar, 63 nəfəri digər səbəblərdən işdən azad olunanlar və 200 nəfəri isə əmək fəaliyyəti ilə məşğul olmayanlardır.

          Qeydiyyata alinanların 65 nəfəri ali, 89 nəfəri orta-ixtisas, 123 nəfəri ilk peşə-ixtisas təhsili, 193 nəfəri tam orta məktəb təhsil və 5 nəfər ümumiorta təhsili olanlardır.

         2014-cü ilin əvvəlinə mərkəzdə işsiz statusu olanların sayı 294 nəfər (onlardan 131 nəfəri qadınlar), eyni zamanda 197 nəfəri gənclər və 65 nəfəri məcburi köçkün olmuşdur. Ötən dövr ərzində 47 nəfərə işsiz statusu verilmiş və hamısına işsizlik müavinəti təyin olunmuşdur.

2014-ci il ərzidə mərkəz tərəfindənı 249 nəfər daimi işlə təmin edilmişdir ki, onlardan da 126  nəfəri qadınlardır. İşlə təmin olunanların 50 nəfəri 29 yaşadək gənlər olmuşdur. Eyni zamanda işə gedənlərin 22 nəfəri ali, 44 nəfəri orta-ixtisas,86 nəfəri ilk peşə-ixtisas, 93 nəfəri tam orta  və 4 nəfəri ümumi orta təhsili olanlara aid olmuşdur.

İşə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün (20 yaşadək gənclər, çox uşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən valideynlər, şəhid ailəsi, əlillər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad olunanlar, müharibə veteranları, məcburi köçkünlər və şəhid ailəsi) rayonda fəaliyyət göstərən 10 idarə və müəssisələrdə 20 iş yerinə kvota müəyyən olunmuşdur. Həmin iş yerlərinin hamısı dövlət və eyni zamanda büdcə təşkilatlarında olmuşdur. Bu səbəbdən kvota yerlərinə göndərilənlərin sayı Proqramda nəzərdə tutulduğundan xeyli aşağı, yəni  3 nəfər kvota yerlərinə işə göndərilmişdir.

       19 iyun 2014-cü il tarixdə rayonda Əmək Yarmarkası keçirilmişdir.Yarmarkaya 27 idarə,müəssisə və fiziki şəxs tərəfindən 180 iş yeri çıxarılmışdır. Onların 93-i dövlət,78-ı qeyri-dövlət müəssisələri və 9-u fiziki şəxslər tərəfindən təqdim edilmişdir. Yekunda 51 nəfər işaxtaran vətəndaş münasib işlə təmin olunmuş, 20 nəfər peşə hazırlığı kursuna cəlb olunmaq  üçün müraciət etmiş, 8 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.

18 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyi rayonda fəaliyyət göstərən 54 idarə, müəssisə və təşkilatda (ondan 4-ü dövlət, 50-i özəl sektora aiddir) işəgötürənlər tərəfindən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmişdir. Dövlət nəzarəti həyata keçirərkən idarə, müəssisə və təşkilatlarda Əmək Qanunvericiliyinin tələblərinə əməl olunmasında 35 qanun pozuntusu aşkar  olunmuşdur. Aşkar olunmuş qanun pozuntularına görə müfəttişlik tərəfindən 43 ədəd icrası məcburi olan göstəriş forması yazılaraq işə götürənlərə verilmiş və eyni zamanda əmək qanunvericliyinə dair qanunpozuntularının aradan qaldırılması üçün işə götürənlərə vaxt verilmiş və təkrarən icrası yoxlanılmışdır.

2014-cü ildə rayon üzrə müəssisə və təşkilatlardan 5481 nəfər işçinin əmək müqaviləsi bildirişi Elektron İnformasiya Sisteminə daxil edilmiş və hazırda əmək müqaviləsi bildirişinin qeydiyyata alınması işi davam etdirilir.

         Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən hesabat ilində şəhərin 24 küçə və prospektinə,7  park  və  xiyabana, fərdi  müqavilələr  əsasında  1611 sayda təsərrüfat subyektinə, 56 sayda kommunal evlərdə yaşayan abonentlərə və 24 sahibkara xidmət  göstərilmişdir. Bununla yanaşı  30 idarə, müəssisə və təşkilatlarla  məişət  tullantılarının  daşınmasına  dair  müqavilələr  bağlanmış  və  müvafiq  xidmətlərin göstərilməsi təmin edilmişdir. Şəhər ərazisində abonentlərə xidmət üçün 10 qutu, 15 xüsusi yer və 154 xüsusi kontener ayrılmışdır.

Kombinat tərəfindən şəhərdə 25 hektar sahədə yaşıllıqlara xidmət göstərilmiş, küçə və prospektlərdə 520 ədəd müxtəlif növ ağaclar əkilmişdir.

Hesabat ilində şəhərin 66 küçəsində və 9 parkda işıqlandırma sisteminə gündəlik nəzarət olunmaqla xidmət göstərilmişdir. Kombinat tərəfindən müqavilə əsasında şəhər 2, 3, 4 və  5 nömrəli tam orta məktəblərinə, şəhər 1 və 3 nömrəli uşaq bağçalarına istilik enerjisinin verilməsi təmin olunmuşdur.

Hesabat ilində rayon Elektrik Şəbəkəsi tərəfindən əhali,müəssisə və təşkilatların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, il ərzində şəbəkə tərəfindən 54,7 km 10 kV-luq, 30 km 0,4 kV-luq hava xətti, 64 ədəd transformator yarımstansiyası əsaslı təmir olunmuş, 63 ədəd 10 kV-luq, 69 ədəd 0,4 kV-luq qəzalı vəziyyətdə olan dayaq dəyişdirilmiş və 853 ədəd sayğac quraşdırılmış, 3,8 km uzunluğunda SİP kabel çəkilmiş və 86 ədəd yeni Smart-kart tipli sayğac quraşdırılmışdır. 10 kv-luq İlisu hava xəttinin 13 km-lik hissəsinin yenidən çəkilişi başa çatdırılmışdır.

2014-cü ildə rayon üzrə istehlak olunmuş elektrik enerjisinə görə vəsaitin toplanılması 92,4 faiz olmaqla keçən ildəkindən çoxdur.

Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax sahəsi 2014-cü il ərzində əhali və sənaye abonentlərini fasiləsiz olaraq təbii qazla təmin etmiş, qazın verilməsində normal təzyiq saxlanılmış, nəticədə heç bir qəza və bədbəxt hadisə baş verməmişdir.

Qaz itkilərinin, qaz xətlərinə qanunsuz qoşulma və müdaxilələrin qarşısının alınması üçün qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilmiş və 1094 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmişdir. 2014-cü ildə 521 mənzilə qaz çəkilişi aparılmış, nəticədə rayon üzrə olan 15567 ev təsərrüfatından 7473 təsərrüfat təbii qazdan istifadə edir.

Hesabat dövründə istehlak olunan təbii qaza görə vəsaitin toplanması 110,8 faiz olmuşdur ki, bu da respublika üzrə yüksək göstəricidir.

Hesabat ilində kəndlərdə əhalinin içməli suya olan təlabatının təmin edilməsi məqsədi ilə də müəyyən işlər görülmüşdür. Belə ki, Meşəbaş, Əmircan, Şotavar, Uzuntala, Şıxlar, Qaysarlı, İngiloy-Kötüklü, Almalı, Ağyazı, Cəlayir və Dəymədağlı  kəndlərində subartezian quyuları qazılıb istifadəyə verilmişdir.

Ilisu kəndindən çəkilmiş yeni su xətti vasitəsi ilə əhaliyə içməli suyun verilməsi üçün rayona 3420 ədəd yeni Smart-kart tipli su sayğacları quraşdırılmışdır. Quraşdırılmış sayğacların 2540 ədədi idarə tərəfindən plomblanaraq sistemə qoşulmuş və bunlardan 2137-nə ön ödəməli kart verilmiş,  artıq əhali qəza halları istisna olmaqla günün 24 saatı ərzində fasiləsiz olaraq sudan istifadə edir.

2014-cü ildə idarə tərəfindən xidmət haqlarının toplanılması əhali abonentləri üzrə 98,2 %, büdcə təşkilatları üzrə 103,7 % və qeyri büdcə təşkilatları üzrə isə 94,2 % olmuşdur.

Hesabat ilində rayon Telekommunikasiya Qovşağı tərəfindən də xeyli işlər görülmüşdür. Qovşaq tərəfindən bütün proqnoz göstəricilərə yüksək səviyyədə əməl edilmişdir. Qovşağın montaj tutumu 106 nömrə artaraq  11214 nömrəyə çatmışdır. Rayon üzrə internet istifadəçilərinin sayı 916 ədəd artaraq 4129-a çatmışdır. Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə 17 ədəd yeni avadanlıq alınmışdır.

Qax 112 saylı Seçki Dairəsinə 12 min manat dəyərində fiber optik kabel xətti çəkilmiş, Malax kənd Elektron Avtomat Telefon Stansiyasına 1,6 km və Qazmalar  kənd Elektron Avtomat Telefon Stnasiyasına 3 km  optik kabel çəkilərək kəndlərin optikləşməsi başa çatdırılmış və abunəçilər yüksək sürətli internet xidməti ilə təmin olunmuşlar.  Qaratala kəndində 112 nömrəlik Elektron Avtomat Telefon Stansiyası istifadəyə verilmiş, şəhərin Natəvan küçəsində isə 512 nömrəlik yeni Elektron Avtomat Telefon Stansiyası binasının tikintisi başa çatdırılmışdır.

 Dövlət Proqramına uyğun olaraq rayonun təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində də bir sıra işlər görülmüşdür. Belə ki, şəhər 4 №-li tam orta məktəbinin əsaslı təmiri, şəhər 5 nömrəli tam orta məktəbinin təmiri, hər biri 20 yerlik olan Zərnə, İlisu və Qapıçay, 55 yerlik Qorağan kəndlərinin uşaq bağçalarında bərpa-gücləndirilmə işləri başa çatdırılmış, 9  saylı  körpələr  evi-uşaq  bağçası  binasının  dam  örtüyü  əsaslı  təmir  olunmuşdur. Şəhərdə hər biri 100 yerlik olan 2 uşaq bağçasının tikintisi davam etdirilir. Cəlayir kənd orta məktəbini istilik sistemi ilə təchiz etmək məqsədi ilə yeni qaz xətti çəkilmiş, Baydarlı və Qaşqaçay kənd tam orta məktəblərinin daxili istilik xətləri əsaslı təmir olunmuşdur. Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması və informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması məqsədi ilə məktəblərə 37 ədəd komputer dəsti, 25 ədəd notbuk, 11 ədəd proyektor, 9 ədəd ağıllı lövhə komplekti verilmişdir.

 2013-2014-cü  dərs ilində rayonda 54 ümumtəhsil məktəbi, o cümlədən 30 tam orta, 17 ümumi orta, 7 ibtidai məktəb, 36 məktəbəqədər, 4 məktəbdənkənar tərbiyə müəssisəsi: Uşaq Gənclər Şahmat Məktəbi, Uşaq Gənclər İdman Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərmişdir. Rayonun məktəblərində oxuyan 6975 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1309 nəfər müəllim məşğul olmuşdur ki,onlardan 1019 nəfəri ali (77,85%) 290 nəfəri (22,16%) orta ixtisas təhsillidir.

2013-2014-cü tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 448  nəfər məzundan  300 nəfəri ali məktəblərə   qəbul imtahanlarında iştirak etmişdir. Qəbulun  nəticələrinə görə 2013-cü ildə  173 nəfər  tələbə adını qazanmışdırsa  (bunlardan 8  nəfəri  600-dən çox), 2014-cü ildə bu göstərici 176 nəfər olmuşdur ki, onlardan 19 nəfəri 600-dən çox, 49 nəfəri isə 500-700 arası bal toplamışdır.

Hesabat dövründə rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrindən olan 93 nəfər uşağın təhsilə, həmçinin xəstəliyi ilə bağlı  65 nəfər uşağın fərdi təlimə cəlb olunması təmin edilmişdir.

 Şəhər 3 saylı tam orta məktəbin şagirdləri Vüsalə Süleymanova və Kamran Süleymanov  Avrasiya Ekologiya İctimai  Birliyinin təşkil etdiyi VIII “Ətraf mühitin mühafizəsi” Beynəlxalq Layihə Olimpiadasında I yerə layiq görülmüş və qızıl medalla təltif olunmuşdur.  Rusiya  Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Agentliyi tərəfindən Sank-Peterburq şəhərində təşkil edilən XI Beynəlxalq Meşə Müsabiqəsində 3 nömrəli məktəbin şagirdləri Leyla Əliyeva  və Vüsalə Süleymanova iştirak etmiş, dünyanın 27 ölkəsindən 60 iştirakçının qatıldıldığı müsabiqədə III yerə layiq görülmüşlər.

Bakı şəhərində keçirilən Respublika Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin əl işlərinə baxış müsabiqəsində rayon Texniki Yaradıcılq Mərkəzinin dərnək üzvü Şirinli Nəzrin birinci yerə layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 30.09.2014-cü il tarixli Sərəncamları ilə şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Gülbəniz Seyidova və şəhər 4 –li tam  orta məktəbin kimya müəllimi Şirin Mahmudova “Əməkdar müəllim”, Uşaq  Yaradıcılıq  Mərkəzinin direktoru Elina Əliyeva “Tərəqqi” medalına  layiq görülmüşdür. Respublika Prezidentinin 17 dekabr 2014- ci il tarixli sərəncamı  ilə şəhər 2 saylı məktəb-liseyin coğrafiya müəllimi Zalxa Razıyeva və 4 nömrəli tam orta məktəbin tarix müəllimi Nurlanə Əzimova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.

        Rayonun Qaşqaçay, Aşağı-Malax, Ləkit-Kötüklü, Lələli, Ağyazı, Sarıbaş, Qaradolaq kimi ucqar dağ kənd məktəblərin pedoqoji kadrlara olan ehtiyacı ödəmək məqsədilə müəyyən işlər görülmüşdür. Aşağı-Malax kənd ümumi orta məktəbinə  biologiya, azərbaycan dili və ədəbiyyatı fənnləri, Ağyazı kənd tam orta məktəbinə biologiya, xarici dil, coğrafiya fənləri üzrə Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin nəticəsinə görə müvafiq ixtisaslı kadrlar göndərilmiş və qanunvericiliyə uyğun həvəsləndirmə tədbirləri şamil edilmişdir. Ağyazı kənd tam orta məktəbində ibtidai sinif və tarix, Qaradolaq ümumi orta məktəbində kimya-biologiya,  azərbaycan dili və ədəbiyyatı, riyaziyyat ixtisaslı müəllimlərə olan ehtiyacla bağlı Təhsil Nazirliyinə sifariş verilmişdir. Ötən dərs ilində Ağyazı kənd tam orta məktəbinin bir nəfər, Qaşqaçay tam orta məktəbinin iki nəfər məzunu ali məktəblərə qəbul olunmuşdur. Həmin kənd məktəbləri informasiya kommunikasiya texlogiyaları avadanlıqları ilə təchiz edilmişdir. Məktəblərdə şagirdlərin dərsə davamiyyəti daim Təhsil şöbəsi tərəfindən yoxlanılmış, aparatyanı müşavirədə müzakirə edilmiş, məktəb rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

         Bu günün təhsil sistemi ölkənin milli dəyərlərini mənimsəmiş Azərbaycan vətəndaşını formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətə davamlı peşəkər bacarıq və biliklərə malik bir şəxs yetişdirməlidir. Prezident İlham Əliyevin 19 yanvar 2015-ci il tarixdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq edilməsi haqqında” imlazadığı sənəd ölkənin təhsil sisteminin başlıca vəzifələrini müəyyən edir, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi daşıyır.

Rayonumuzda 1835  uşağı əhatə edən 36 məktəbəqədər tərbiyə müəssisəsindən 7-si şəhərdə, 29-u isə kəndlərdə fəliyyət göstərir. Təhsil müəssisələrində  uşaqların təlim- tərbiyəsi ilə  293 tərbiyəçi məşgul olur ki, onlardan 79  nəfəri  ali, 214 nəfəri  orta  ixtisas təhsillidir. 

 Azərbaycan Respublikası Müəllimlər İnstitutu ilə RİH arasında bağlanmış  müqaviləyə və tərtib  olunmuş qrafikə əsasən oktyabr ayından  başlayaraq məktəbəqədər təhsil müəssisələrində çalışan 3 məktəbədər təhsil müəssisəsinin müdiri, 4 tərbiyəçi və 2 nəfər musiqi rəhbərinin müxtəlif  vaxtlarda  kurslarda iştirakı təmin edilmiş və 2015- ci ildə bu istiqamətdə işlər davam etdiriləcəkdir.

2014-cü ildə əhaliyə 150 çarpayılıq Mərkəzi Xəstəxana, 25 çarpayılıq  şəhər  Uşaq  xəstəxanası, 15  çarpayılıq Tasmalı,10  çarpayılıq Əlibəyli  kənd  sahə  xəstəxanaları, 10  həkim və 26 tibb məntəqəsi tibb  xidməti göstərir.

2014-cü ildə doğulmuş 713 uşaqdan 0-1 yaş arasında 5 uşaq ölümü olmuşdur ki, bu da 0.7 % olmaqla, respublika göstəricisinə uyğundur.  1-5 yaş  arasında 3, 5-17 yaş arasında 3 uşaq ölümü olmuşdur.

  Rayon Mərkəzi Xəstəxanasında 2013-cü ildə  748, 2014-cü ildə 709 əməliyyat keçirilmiş, əməliyyatdan  sonra ölüm hadisəsi   olmamışdır.  Vərəmin ilkin aşkarı məqsədi ilə ötən il  22206 nəfər, 2014-cü  ildə isə 10997 nəfər müayinəyə cəlb olunmuş, il ərzində 21 nəfərdə ilkin  vərəm  aşkarlanmışdır. Hazırda cəmi rayonda 120 nəfər vərəmli xəstə vardır.

   2014-cü ildə rayonda yeni 74 (ötən il 87) nəfər diabetli xəstə və 86 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür. Bunlardan  başqa 668 nəfər  ruhi  xəstə, 32 narkomaniyalı, 53  nəfər talassemiyalı  və  1 nəfər hemofiliyalı, 23  nəfər  xroniki böyrək  çatışmazlığı  olan xəstələrdir. Ümumiyyətlə  rayonda 2600 nəfərə  yaxın  imtiyazlı və aztəminatlı şəxslər vardır  ki, onlar da il boyu pulsuz dəramanlarla  təmin  olunurlar. İmtiyazlı  xəstələrə  2013-cü  ildə 100 min manatlıq, 2014-cü ildə isə 105 min manatlıq  pulsuz  dərman  verilmişdir.

  Azərbaycan  Respublikasının Prezidenti  cənab  İlham Əliyevin tapşırığına əsasən rayonda fevralın 17-dən may  ayının 1-dək əhalinin  tibbi  müayinədən  keçirilməsi  təmin edilmişdir. Müayinə keçirilən tarixə rayonda 54774 nəfər əhali olmuşdur ki, onlardan da 39616 nəfəri 18 yaşdan yuxarı olan insanlardır. Tibbi  müayinədən keçmiş 37197 nəfərdən 6692  nəfəri ambulator, 164 nəfəri stasionar  müalicəyə  cəlb  olunmuş, 48 nəfəri Bakı  şəhərinə  müalicəyə  göndərilmişdir. Azərbaycan  Respublikası  Prezidentinin Sərəncamına əsasən ötən ilin mart-aprel aylarında uşaqların icbari  dispanzerizasiyası keçirilmiş, aşkar  olunan xəstələr həkim nəzarətinə götürülmüşlər.

         Cari ilin iyul ayında Milli Onkologiya Mərkəzinin ixtisaslı həkim briqadası tərəfindən 3 gün ərzində rayon əhalisinin 1190 nəfəri müayinədən keçirilmiş, onlardan 670 nəfəri təkrar müayinəyə cəlb olunmuşdur.

2014-cü ildə Qıpçaq kəndində yeni həkim məntəqəsi tikilib istifadəyə verilmiş, rayon Poliklinikasının binasının bir hissəsində və Ləkit-Kötüklü kənd tibb məntəqəsində təmir işləri başa çatdırılmışdır. Cəlayir kəndində həkim məntəqəsinin tikintisi davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əhali arasında idmanın kütləviliyini artırmaq, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarını möhkəmləndirmək məqsədilə aiddiyyatı qurumların nümayəndələrindən ibarət xüsusi işçi qrupları yaratmaqla üzgüçülük,güləş, cudo, yüngül atletika, voleybol, stolüstü tennis,taekvando, agır atletika və futbol üzrə federasiyaları təsis edilmişdir. İl  ərzində rayonda 51 idman sahəsi, 53 gənclər sahəsi üzrə tədbir  keçirilmiş, idman sahəsi üzrə 7472, gənclər sahəsi üzrə keçirilən tədbirlərdə isə 5341 nəfər cəmi 12813  nəfər  yeniyetmə və  gənc  iştirak  etmişdir.

 Son illər rayonumuzda turizm obyektlərinin sayı ilbəil artır. Belə ki, rayonda artıq 11 turizm obyekti fəaliyyət göstərir ki, buraya respublikamızdan və xarıcdən gələn turistlərin sayında artım müşahidə olunur. Bu ilk növbədə rayonumuzun  ərazisində tarixi abidələrin coxluğu ilə, coğrafi mövqeyinin turizm üçün əlverişli olması ilə əlaqədardır.

Rayonun tarixi və görməli yerlərinə gəzintilərin təşkili məqsədi ilə rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən 6 istiqamətdə marşrut müəyyənləşərək fəaliyyət göstərmişdir.

Hazırda “El Resort” hotel kompleksinin ərazisində yeni 4 mərtəbəli hotel, İlisu kəndində “Səngər qala” istirahət kompleksində 5 mərtəbəli mansarlı mehmanxana və Ağçay kəndində 3 mərtəbəli hotel binalarında tikinti işləri davam etdirilir. İbaxlı kənd klubunda, Mərkəzi kitabxana binasında və İncəsənət məktəbində təmir işləri aparılmışdır.

 2014-cü ildə rayona gələn turistlərin sayında da artım müşahidə olunmuşdur. Belə ki, 2013-cü ildə rayona istirahət məqsədilə 20573 nəfər turist gəlmişdirsə, 2014-cü ildə bu göstərici 23630 nəfər, bunların da 395 nəfəri xarici vətəndaş olmuşdur.

         Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə olunmuş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətinin təşkilinə dair Azərbaycan Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi maarifləndirici tur-aksiyada rayonun məktəblərindən 40 nəfər əlaçı şagird 25-28 avqust 2014-cü il tarixlərində Quba və Qusar rayonlarında olmuş, noyabr ayında isə Bakının Sabunçu və Suraxanı rayonlarının IX-XI sinif şagirdlərindən bir qrupu rayonumuzda qonaq olmuş,rayonun tarixi abidələri haqqında məlumat əldə etmiş,rayonun gəzməli və görməli yerləri ilə tanış olaraq xoş təəsuratla ayrılmışlar.

Rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan mədəni- maarif müəssisələri tərəfindən il ərzində tarixi gün və bayramların keçirilməsi və qeyd olunması təmin edilmişdir. Belə ki, 20 yanvar faciəsinin 24, Xocalı soyqrımının 22- ci ildönümləri, 31 mart azərbaycanlıların soyqrımı günü ilə əlaqədar müəssisələrdə guşələr, sərgilər təşkil edilmiş, dəyirmi masalar, ədəbi- bədii gecələr, kompozisiyalar, anma mərasimləri, xatirə gecələri təşkil olunmuşdur.

2014-cü ilin may ayında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Şəki Respublika Atçılıq Turizm Mərkəzində Milli Atüstü Oyunlar  festifalında iştirak edən komandamız papaq oyununda III yerə layiq görülmüşlər.

Ölkə Prezidenti  İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018- ci illər üzrə inkişafına dair Dövlər Proqramı”na əsasən Milli Qəhrəman, həmyerlimiz Cavanşir Rəhimova həsr olunmuş “Cavanşir” filminin  təqdimatı keçirilmişdir.

 2014-cü il rayonumuzun mədəniyyət işçiləri üçün daha əlamətdar olmuşdur. Belə ki,  Azərbaycan  Respublikası  Prezidentinin müvafiq sərəncamları ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri Nəzir Omarov və Qax Dövlət Kukla Teatrının müdiri Nazim Mahmudov  “Əməkdar Mədəniyyət işçisi”  adına layiq görülmüşlər.   Rayon Mərkəzi kitabaxanası isə ilin ən yaxşı kitabxanası adına layiq görülmüşdür.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərin, sosial-iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında dolğun məlumatların operativ qaydada əhaliyə çatdırılması məqsədi ilə rayonda yüksək hazırlığa, biliyə və nüfuza malik ziyalılardan ibarət hər birinin tərkibinə 5 nəfər daxil  olmaqla  8 təbliğat qrupu yaradılmışdır. Görüşlərdə rayonun  müxtəlif təbəqədən olan vətəndaşlar iştirak edirlər. Görüş zamanı cəmiyyətin həyatında, ictimai-siyasi proseslərdə, sosial- iqtisadi inkişaf, abadlıq-quruculuq sahəsində görülən işlər ictimaiyyət nümayəndələrinə təqdim olunur.

 Xalqımızın Ümummilli lideri Heydər Əliyevin zəngin irsinin, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində  rayonun tam orta məktəblərinin XI sinif şagirdlərinə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”  və  “Ümummili lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Təhsil Şöbəsi tərəfindən hazırlanmış xüsusi qrafik əsasında tarix dərsləri tədris olunur.  Rayonun 30 tam orta məktəbinin XI siniflərinin 540 nəfər şagirdini əhatə edən dərslər yüksək mütəşəkilliklə keçirilmişdir. Yeni ailə quran gənclərə ailə dəyərlərini aşılamaq məqsədi ilə Heydər Əliyev Mərkəzində nikah mərasimlərinin keçirilməsi ənənə halı almışdır. Belə ki, 2014-cü ildə rayonda qeydiyyata alınan 70 nikah qeydiyyatından 34-ü Heydər Əliyev Mərkəzində rəsmiləşdirilmişdir.

Heydər Əliyev Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Mərkəzdə tarixi gün və bayramların keçirilməsi, bu cür tədbirlərdə əhalinin bütün təbəqələrindən olan nümayəndələrin iştirakı təmin edilmişdir.

Mərkəzdə “20 yanvar  faciəsinə siasi-hüquqi qiymət verilməsində Heydər Əliyevin rolu”, “Bəşəriyyətə qarşı tarixi cinayət”  və “Ordu quruculuğunda Heydər Əliyevin rolu”  dəyirmi masalar, “Ömrünü vətəninə həsr edən vətənpərvər”adlı tədbir və  “Mədəniyyət və incəsənət mənəviyyatımızdır” adlı ədəbi-bədii gecə keçirilmişdir.

Rayonda 8 siyasi partiyanın qeydiyyatdan keçmiş rayon təşkilatı, 15 Qeyri  hökumət təşkilatı və kütləvi informasiya vasitələrindən isə yerli qəzet olan “Şəlalə” qəzeti fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası istisna olmaqla digər partiyaların fəaliyyətləri yox dərəcəsindədir. Azərbaycan cəmiyyətinin formalaşmasında mühüm rolu olan, dövlətçiliyə xidmət edən, milli-mənəvi dəyərləri özündə əks etdirən partiya olan Yeni Azərbaycan Partiyası üzvlərinin sayı artaraq 2014-cü ildə 4081 nəfərə çatmışdır.

 Qeyri-hökumət təşklatları ötən dövr ərzində fəaliyyətlərini nizamnamə və əsasnamə tələblərinə uyğun qurmağa çalışmışlar. Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları Veteranlar Şurası rayon təşkilatı, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qax rayon bölməsinin apardıqları iş daha yaxşı təşkil olunmuşdur.

 Rayonda dini münasibətlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun tələbləri əsasında tənzimlənir. Müvafiq Qanunun 22-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən qadağan olunmuş dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının rayon ərazisində yayılmasının qarşısının alınması üçün  rayon İcra Hakimiyyəti, Milli Təhlükəsizlik Nazirliyinin Qax rayon şöbəsi, rayon Polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-qərb şöbəsi tərəfindən mütəmadi tədbirlər həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində 2014-cü ildə 78 nəfər “Vəhhabi” dini təriqətinin üzvü qeydiyata alınmışdır ki, bu göstərici 2013-cü ildə 71 nəfər olmuşdur. Göründüyü kimi radikal dini təriqətlərdən “Vəhhabi” dini təriqətinin üzvlərində artım tendensiyası müşahidə edilir.

2014-cü il ərzində “Vəhhabi” dini təriqətinin üzvləri tərəfindən rayonda ictimai-siyasi sabitliyin və ictimai asayişin pozulması, cinayət və qeyri-qanuni hərəkətlərə cəhd edilməsi halları olmamışdır. Rayonda dini durum sabittdir.

Rayonda yaşayan milli azlıqların sosial-məişət şəraitinin yaxşılaşdırılması, inkişafı daim diqqət mərkəzində saxlanılır və onların sosial-iqtisadi, mədəni və sair problemlərinin öyrənilməsi və həlli istiqamətində lazımi işlər aparılır. Rayonumuz etnik cəhətdən zəngin olduğundan keçirilən sosial-iqtisadi, ictimai-siyasi tədbirlərdə rayonda yaşayan bütün milli azlıqların nümayəndələrinin də iştirakı təmin olunur. Məhz bunun nəticəsidir ki, rayonda milli zəmində heç bir münaqişə baş verməmişdir.

Ötən dövr ərzində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs, respublikamızda və rayonmuzda olan sosial-iqtisadi inkişaf, tikinti-quruculuq işləri, əldə olunan uğurlar, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərin yerli “Şəlalə” qəzeti və digər kütləvi informasiya vasitələrində işıqlandırılması təmin olunmuşdur.

Rayonda 2014-cü ildə 346  nəfər   hərbi   xidmətə  yola  salınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi, rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman idarəsi ilə birlikdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində gənclərdə vətənə sevgi, dövlətə sadiqlik, Konstitusiya  və  qanunlara hörmət, dövlət  rəmzlərinə, hərbi  anda  və döyüş bayrağına  ehtiramın  aşılanması istiqamətində tədbirlər keçirilmişdir.

2014-cü ildə rayonda 101 cinayət hadisəsi baş vermiş (2013-cü  ildə bu göstərici 94 olmuşdur) və onlardan  95 (2013-cü  ildə bu göstərici 89 olmuşdur) cinayət hadisəsinin üstü açılmışdır. Cinayətlərin açılma faizi  95,5 (2013-cü ildə bu göstərici 96,6  faiz olmuşdur). 2014-cü il  ərzində qeydə  alınmış cinayətlərdən 8-i ağır və  xüsusiylə  ağır,42-si az   ağır və  45-i  isə  böyük  ictimai  təhlükə   törətməyən  cinayətlər olmuşdur.Hesabat  dövründə   qeydə alınmış cinayətlərdən 29-u şəxsiyyət  əleyhinə olmaqla, 2-si qəsdən adam öldürmə, 26-sı  qəsdən sağlamlığa   yüngül  zərər vurma  və 1-i isə  qəsdən sağlamlığa  ağır zərərvurma  cinayəti olmuşdur.                       

Rayon Polis şöbəsinin  əməkdaşlarının  apardıqları  əməliyyat-axtarış  tədbirləri      nəticəsində   vətəndaşlar tərəfindən   qanunsuz   saxlanılan xeyli sayda   silah- sursat  aşkar  edilərək  götürülüb  Daxili İşlər Nazirliyinin  silah  ambarına  təhvil  verilmişdir.

   2014-cü ildə  14 yol  nəqliyyat  hadisəsi  baş  vermiş (2013-cü ildə bu göstərici  10 olmuşdur) bu  qəzalar   nəticəsində 9 nəfər ölmüş (2013-cü  ildə bu göstərici 2olmuşdur)  və 15 nəfər isə  müxtəlif   bədən  xəsarəti  almışdır. ( 2013-ci ildə bu göstərici  20 olmuşdur).   

    Rayonumuzda 317 ailə olmaqla 1228 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmış, onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşgulluğunun artırılması və sosial müdafiəsinə yönəldilmiş tədbirlərin icrası vəziyyəti daim rayon rəhbərliyinin və əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla onlara qayğı göstərilir.

    İl ərzində 2 məcburi köçkün ailəsinin yaşadığı evlərinin təmirinə tikinti materialları ilə köməklik edilmiş və 4 ailəyə maddi yardım göstərilmişdir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış duru yanacağın gətirilib ailələrə paylanması təmin edilmişdir.

2014-cü ilin fevral ayında rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş Şura iclasında “Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində keçirilmiş hesabat yığıncaqlarının yekunları və qarşıda duran vəzifələr haqqında” məsələnin müzakirəsini təmin etmiş və qəbul edilmiş qərara əsasən yığıncaqlarda söylənilmiş müraciətlər aidiyyatı təşkilatlara göndərilərək icrası nəzarətə götürülmüşdür. Nəzarətə götürülmüş qərarın icra vəziyyəti 2014-cü ilin noyabr ayında bir daha şura iclasında müzakirə edilərək qəbul edilmiş qərarda hesabat yığıncaqlarında söylənilmiş müraciətlərin əsasən icra edildiyi göstərilmişdir.                    

2014-cü ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Seçki Məcəlləsində icra orqanlarının səlahiyyətinə aid olan məsələlərin həlli ilə əlaqədar tədbirlərin keçirilməsi təmin edilmişdir. Belə ki, seçici siyahılarının hazırlanıb məntəqə seçki komissiyalarına verilməsi təmin edilmiş, seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə edə bilmələri üçün seçki məntəqələri təmir edilmiş, lazımi inventar və avadanlıqlarla təmin edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə seçicilərlə görüşlərin, mitinqlərin keçirilməsi üçün açıq və qapalı yerlər ayrılmış, namizədlərin hər cür təbliğ edilməsi üçün lazımi şərait yaradılmışdır. Seçkilərə hazırlığın vəziyyəti rayon İcra Hakimiyyəti başçısı yanında şura iclasında müzakirə edilmişdir. Nəticədə rayonumuzda bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun, heç bir qanun pozuntusu olmadan, demokratik, şəffaf şəkildə keçirilmişdir. 18 bələdiyyəyə 166 nəfər seçilmiş, onlardan 164 nəfəri ali təhsilli, 67 nəfəri gənc, 61 nəfəri isə qadınlardır.

 Aparata il ərzində 24 ədəd Azərbaycan Respublikasının Qanunu, Respublika Prezidentinin 30 fərmanı, 21 Sərancamı, Prezident Administrasiyası rəhbərinin 3 sərəncamı, Nazirlər Kabinetinin 34 qərarı, 12 sərəncamı, 35 xidməti sənədləri, respublikanın mərkəzi icra orqanları və digər idarə və müəssisələrindən 358, rayon təşkilatlarından isə 358 olmaqla cəmi 944 sənəd daxil olmuşdur.

Daxil olmuş sənədlər müvafiq təlimat və göstərişlərə uyğun olaraq işlənmişdir. Sənədlərə aparatın şöbələrinin məsul işçiləri,əlaqədar tabelikdəki təşkilatlar və xidmət sahələrinin məsul işçiləri tərəfindən baxılmışdır.

Aparatda qeyd olunan sənədlər və məktublara baxılması, icrası və vətəndaşların müraciətlərinə baxılması barədə 1295 cavab verilmişdir.

İl ərzində aparatda RİH başçısı tərəfindən direktiv sənədlərin, fərman və sərəncamların icrası,bayram və tarixi günlərin qeyd edilməsi və müxtəlif komissiyaların yaradılması ilə bağlı 308 sərəncam verilmişdir.

Aparatda il ərzində RİH başçısı yanında şuranın 27 iclası keçirilmiş,iclaslarda təsdiq olunmuş iş planına uyğun olaraq planlı 33, plandan kənar 5 məsələ olmaqla, cəmi 38 məsələ müzakirə olunmuşdur.RİH-in şöbələrində 41 məsələ müzakirə olunmuşdur. Şura iclaslarında 27 qərar və tövsiyyələr verilmiş,icrası nəzarətə götürülmüş və icrası ilə bağlı məlumatlar verilmişdir.

Rayon İcra Hakimiyyəti başçısı aparatına 2014-cü ildə Respublika Prezidenti Adminstrasiyasından-214 (2013-cü ildə 434), o cümlədən 6-sı nəzarətdə olmaqla, Milli Məclisdən-4, Respublika Nazirlər Kabinetindən-11,digər Respublika təşkilatlarından-42 (keçən il 32)və rayon vətəndaşlarından-928 (2013-cü ildə 911) olmaqla, cəmi 1199 (2013-cü ildə 1391) müraciət daxil olmuşdur.

Daxil olmuş müraciətlərdən 59-na nəzarətə alınmaqla, 981-nə  isə nəzarətə alınmadan baxılmışdır.

Müraciətlərə məsul işçilər tərəfindən baxılmış,5 müraciət tabe qurumlara baxılmaq üçün göndərilmiş,8 müraciət hazırda baxılmaq üçün icradadır.

Müraciətlərin hamısına baxılması nəticələri olaraq vətəndaşlara cavablar verilmişdir.

Daxil olan müraciətlərdən inzibati ərazi dairələri üzrə nümayəndələrdən -6,bələdiyyələrin fəaliyyəti ilə bağlı-9,sahibkarlığın inkişafına köməkliklə bağlı-69,kənd təsərrüfatı məsələləri ilə bağlı-33,əmək və əhalinin sosial müdafiəsi məsələləri ilə bağlı-357,xüsusilə birdəfəlik yardımla bağlı -493,iş tələbi ilə bağlı-28,qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı-20,içməli su və kanalizasiya məsələləri ilə bağlı -28,mənzil məsələləri,fərdi evlərin təmiri ilə bağlı-117,ailə və məişət məsələləri ilə bağlı -9,torpaq məsələləri,pay torpaq sahlərinin dəqiqləşdirilməsi və Komitə tərəfindən sənədlərdə düzəliş edilməsinin tezləşdirilməsi ilə bağlı-48,zəlzələdə fərdi evlərə dəymiş ziyanın aradan qaldırılması, yeni evlərin tikilməsi və kompensasiyanın ödənilməsi ilə bağlı-150 olmaqla çoxluq təşkil edir.

Rayon İcra Hakimiyyəti  başçısı yanında şura iclaslarında 4 dəfə vətəndaşların müraciətlərinə baxılması ilə bağlı (Prezident Adminstrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin apardığı yoxlama arayışıarı da daxil olmaqla) məsələlər geniş müzakirə olunmuş və müvafiq qərar  qəbul olunmuş,tapşırıqlar verilmişdir.

Bu sahədə nöqsanlara yol verdiklərinə görə 3 nəfər məsul şəxs barədə inzibati cəza tədbiri görülmüşdür.(Zəyəm,Qax İngiloy və Qorağan kənd İƏD üzrə nümayəndələrin müavinləri).

İl ərzində aparatda təsdiqlənmiş qrafikə uyğun olaraq başçının və müavinlərin,şöbə müdirlərinin qəbulları keçirilmişdir. Başçı tərəfindən 360 nəfər,digər məsul şəxslər tərəfindən isə 443 nəfər qəbul edilmiş, Başçının qəbulunda 74 müraciətlə bağlı məsul işçilərə tapşırıqlar verilmiş və icrası nəzarətə götürülmüşdür.

Rayon İcra Hakimiyyəti başçısının əlaqədar xidmət təşkilatları rəhbərləri ilə il ərzində 50 kənddə vətəndaşlarla görüş-səyyar qəbulları keçirilmiş,görüşlərdə 4114 nəfər iştirak etmiş,293 nəfər çıxış etmiş, 121 nəfərin müraciəti ilə bağlı tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.

Görüşlərdə vətəndaşların həyətyanı torpaq sahəsi verilməsi -6, kəsir pay torpaqlarının verilməsi və Komitəyə təkrar işlənməyə göndərilmiş torpaq sənədlərinin verilməsi -37, içməli və suvarma suyu ilə bağlı -51, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və transformatorların dəyişdirilməsi -38, məktəb və uşaq bağçalarının tikilməsi və əsaslı təmiri-23, kəndlərarası və kənddaxili yolların təmiri-34, zəlzələdə ziyan dəymiş evlərin bərpası və tikintisi ilə bağlı-27, kəndlərə təbii qazın çəkilməsi ilə bağlı-17 və digərləri çoxluq təşkil etmişdir.

Vətəndaşların müraciətlərinin 74-ü müsbət həll edilmiş, 47-si qismən həll edilmiş, 136-na izahat verilmiş, 36-nın tələbinin əsassız olduğu bildirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli sərəncamı ilə qüvvədə olan “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının 02.10.2012-ci il tarixli, 255 nömrəli müvafiq sərəncamına əsasən 144 nəfər rayon İcra Hakimiyyətinin nomenklaturasına götürülmüşdür. Onlardan  39 nəfəri rayon İcra Hakimiyyəti  başçısı aparatında, 51 nəfəri İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları, 14 nəfəri ikili tabelikdə olan idarə və təşkilatların, 36 nəfəri  məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və 4 nəfəri isə RİH tabeliyində olan büdcədən maliyyələşən müəssisələrində işləyən rəhbər işçilərdir. 2014-cü ildə rayon İcra Hakimiyyəti tərəfindən kadrların seçilməsində müvafiq təlimata uyğun olaraq işin aparılması təmin edilmişdir.

        “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq hesabat ilində rayon İcra Hakimiyyətində yeni yaradılmış operativ idarəetmə mərkəzi vasitəsi ilə həftənin bazarertəsi günləri 7 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə yaradılmış mərkəzlər vasitəsilə keçirilən videomüşavirələrdə  yerlərdə həftə ərzində görülmüş və görüləcək işlər müzakirə olunmaqla bu iş indi də davam etdirilir. Bundan başqa aparatın  “İnformasiya təminatı və təhlil” sektoru tərəfindən hesabat ilində rayonla bağlı 54 adda aylıq, rüblük, yarımillik və illik məlumatların hazırlanaraq Regionların İnkişafının Analitik İnformasiya Sisiteminə göndərilməsi təmin olunmuşdur.       

          Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun Administrasiyasını və  rayon əhalisini əmin edir ki, rayon rəhbərliyi 2015-ci ildə rayonun sosial-iqtisadi və təsərrüfat sahələrinin inkişafını təmin edilməsi sahəsində daxili imkanları nəzərə almaqla inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə keçirilən hesabat yığıncaqlarında və rayon İcra Hakimiyyəti başçısının hesabat iclasında söylənilmiş təklifləri təhlil edərək ili daha yüksək nəticələrlə başa vurmaq üçün qüvvələri səfərbər edəcəkdir.

Keçidlər