Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2015-ci ilin hesabatı

Qax rayon İcra Hakimiyyəti başçısının 2015-ci ildə rayonun sosial-iqtisadi və təssərüfat sahələrində görülən işlərə dair hesabatı və 2016-cı ildə qarşıda duran vəzifələr haqqında

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2016-cı ilin yanvar ayının 10-da keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2015-ci ilin yekunları müzakirə olunmuş, 2016-cı ildə görüləcək işlər müəyyənləşdirilmişdir.

         Dövlət başçısı 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini bildirməklə yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırmışdır. Prezident İlham Əliyev vaxtilə ölkəmizin də bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirmişdir. Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyillərinin güclənməsinin müşahidə olunduğunu deyən ölkə başçısı dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli meyillərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını vurğulamışdır.

       2015-ci ildə Azərbaycanın inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu bildirən Prezident cənab İlham Əliyev dövlətimizin bundan sonra da regionda sabitləşdirici rol oynayacağını, risklərin azalmasına çalışacağını qeyd etmişdir.

       Ötən il neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlət başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirmişdir. İclasda qeyd olunmuşdur ki, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə dayanıqlılığı təmin edilmişdir. Ümumi daxili məhsulun artım səviyyəsi əvvəlki illərdəki artımla müqayisədə az olsa da, ötən il ölkə iqtisadiyyatı artaraq ümumi daxili məhsul 1,1 faiz, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz olmuşdur. Kənd təsərrüfatında isə artım 6,6 faiz təşkil etmişdir. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuş, bunun da yarısı xarici sərmayələrin payına düşmüşdür.

       2015-ci ildə bütün sosial proqramların icra edildiyini bildirən dövlət başçısı il ərzində 112 min ailənin təxminən 500 minə yaxın ailə üzvünə hər ay dövlət tərəfindən orta hesabla 152 manat ünvanlı sosial yardımın verildiyini qeyd etmişdir. Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 2015-ci il dövlət büdcəsindən bütövlükdə sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 857 milyon manat vəsait yönəldilmişdir.

       Gəlirlərin azalmasına baxmayaraq hesabat ilində Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş sosial infrastruktur layihələri icra edilmiş, 3 milyard 659 milyon manat dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması layihələrinin icrası davam etdirilmişdir. Ötən il dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 25 məktəb, 10 uşaq bağçası, 50 məktəbdə əlavə korpuslar, sinif otaqları, 1 incəsənət məktəbi tikilib istifadəyə verilmiş, 27 məktəb, 24 uşaq bağçası və 1 kollecin binalarının yenidən qurulması həyata keçirilmişdir. Əlillərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə gözdən əlillər üçün 132 mənzilli ev, respublikanın digər şəhər və rayonlarında əlillər və şəhid ailələri üçün 82 fərdi ev və 199 mənzil inşa edilərək onların istifadəsinə verilmişdir.

      2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilmiş, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün dövlət büdcəsindən 186 milyon manat, “Aqrolizinq” Acıq Səhmdar Cəmiyyətinə 71 milyon manat, o cümlədən iribuynuzlu damazlıq heyvanların idxalının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 15 milyon manat və kənd təsərrüfatı texnikasının alınması üçün 16 milyon manat, yüksək keyfiyyətli sortluq toxum və tinglərin yetişdirilməsi məqsədilə toxumçuluq və tinglik təsərrüfatlarına dövlət büdcəsindən subsidiya qismində 5,3 milyon manat vəsait ayrılmışdır.

       İclasda qeyd olunmuşdur ki, ötən ildə də sahibkarlığın inkişafı dövlət tərəfindən diqqət mərkəzində saxlanılmış və bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən il ərzində 5240 sahibkara 250 milyon manat güzəştli kredit verilmişdir. Hesabat ilində sahibkarlığın inkişafına mənfi təsir edən süni maneə və əngəllərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrası davam etdirilmiş, 2 il müddətinə sahibkarlıq sahəsində əsassız yoxlamaların aparılması dayandırılmış, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayı 59-dan 37-dək azaldılmış və sənədləşmə prosedurlarının sadələşdirilməsinə, bu işlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə, həmçinin “Elektron lisenziya” portalının yaradılmasına başlanılmışdır.

      Keçirilən müşavirədə ölkə prezidenti ərzaq məhsulları ilə bağlı respublikamızın müəyyən dərəcədə idxaldan asılı olduğunu bildirməklə manatın məzənnəsinin dəyişdiyi hazırki şəraitdə istehlak qiymətlərinə çox ciddi nəzarət olunmasının vacibliyini qeyd etmişdir. Azərbaycanda istehsal olunan məhsulların qiymətlərində artımın mümkün olmadığını bildirən dövlət başçısı süni bahalaşma yaratmaq istəyən bəzi işbazlara qarşı  ciddi cəza tədbirlərinin görüləcəyini bildirmişdir. 

      Çıxışında  “Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsinin əhəmiyyətinə toxunan dövlət başçısı daha sonra 2015-ci ildə ilk dəfə ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının bütün dünyaya Azərbaycanın imkanlarını göstərdiyini, ölkədə müasir idman, nəqliyyat və xidmət infrastrukturunun yaradıldığını bildirmişdir.

        2015-ci ildə respublikamızda olduğu kimi rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12  yanvar 2015-ci il tarixli sərəncamı ilə “ Kənd Təsərrüfatı” ili elan olunmuş hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq  məhsulları istehsalının və emalının inkişaf etdirilməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində həlli vacib olan tədbirlər davam etdirilmiş nəticə etibarilə xeyli uğurlu nəticələr əldə edilmişdir. Belə ki, 2015-cü ildə  10867 hektar payızlıq əkin sahələrindən 28534 ton məhsul istehsal olunmuşdur ki, bunun da 15700 tonunu buğda, 12834 tonunu isə arpa məhsulu təşkil etmişdir. Tələb olunan bir sıra aqrotexniki tədbirlər həyata keçirilməsinə daha ciddi yanaşılması, eləcədə  hava şəraiti  əlverişli keçdiyindən taxılçılqda orta məhsuldarlıq 26,3 sentner təşkil etmişdir ki, bu da 2014-ci illə müqayisədə 12,3 sentner çoxdur.  2015-ci ilin payızında 2016-cı ilin məhsulu üçün əvvəlki təsərrüfat ilindən 2023 hektar çox olmaqla12890 hektar sahədə payızlıq taxıl, o cümlədən 8300 hektar sahədə buğda, 4590 hektar  sahədə  arpa əkini aparılmışdır. Hesabat ilində 7301 ton qarğıdalı, 2061 ton tərəvəz, 1800 ton bostan, 9704 ton meyvə, o cümlədən 3058 ton fındıq istehsal olunmuş,450 ton ətirli quru tütün tədarük olunmuşdur.

Dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası təmin olunmuş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara ciddi əməl olunmaqla lazımi sənədlərin tərtibatı təmin edilməklə  2007-ci ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına 7,1 milyon manat, o cümlədən 2015-cü ildə  914 min manat məbləğində yardımın verilməsi təmin olunmuşdur.  Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 100 nömrəli qərarının icarası ilə əlaqədar rayonda taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatlara satdıqları yüksək reproduksiyalı toxumlara görə 701 min manat subsidiyanın verilməsi təmin olunmuş, hesabat ilində satılmış 1500 ton kondisiyalı toxuma görə 111 min manat subsidiyanın verilməsi üçün sənədlər Respublika komissiyasına təqdim edilmış, vəsaitin verilməsi təmin olunmuşdur.

2015-cü ildə Aqrolizinq ASC-nin Qax rayon “Aqroservis” filialı tərəfindən   kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə  satılması məqsədilə 540 ton azot, 135 ton ammofos gübrəsinin  gətirilmiş, il ərzində  taxilçılıqla məşgul olan sahibkarlara 70 faiz  güzəştlə 250 ton azot və 135 ton ammofos gübrəsinin satılması təmin olunmuşdur. Hesabat ili ərzində filiala məxsus texnikalar vasitəsi ilə rayonun ayrı-ayrı ərazilərində 680 hektar şum, 230 hektar səpin, 2100 hektar sahədə  taxıl və qarğıdalı biçini aparılmışdır.

         Bununla belə filialda mövcud texnikanın gücündən lazımi səviyyədə istifadə olunmamış, rayonun müxtəlif ərazilərində “Aqrotexservis”xidməti məntəqələrinin yaradılmasına təşəbbüskarlıq zəif olmuşdur.

Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinin aşkar edilməsi məqsədilə aparılmış müşahidə işlərinin nəticəsi olaraq 2050 hektar sahədə payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərə, 2450 hektar sahədə taxıl böcəyinə qarşı kimyəvi mübarizə,1300 hektar sahədə yovşan yarpaqlı ambroziyaya qarşı kimyəvi və 450 hektar sahədə isə mexaniki mubarizə işləri aparılmışdır. Həmçinin 5900 hektar  taxıl cahələrində müxtəlif növ alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır.

Qax rayon Dövlət Toxum Müfəttişliyi tərəfindən rayonda fəaliyyət göstərən özəl toxumçuluq müəssisələrində işlərin gedişi,aqrotexniki tələblərə əməl olunması nəzarətə götürülmüş, toxumluq əkin sahələrində aprobasiya işi aparılmışdır. Hesabat ili ərzində rayonda fəaliyyət göstərən 3 özəl toxumçulugu müəssisəsi və 1nəfər taxıl toxumçuluğu ilə məşğul olan fiziki şəxs tərəfindən 1500 ton yüksək kondisiyalı toxum istehsal olunaraq məhsul istehsalçılarına satılmışdır. İl ərzində  müxtəlif  kənd təsərrüfatı bitkilərinin toxumlarından 98 nümunə daxil olmuş və lazımi qaydada analiz olunaraq nəticəsi  rəsmiləşdirilmişdir. Müfəttişlik tərəfindən sertifikatlaşdırılmış toxumların saxlanılmasına, etiketləşdirilməsinə nəzarət edilmişdir.Bununla belə qeyd olunmalıdır ki, müfəttişlik tərəfindən rayonda dövlət reyestrinə daxil olmayan və rayonlaşdırılmamış toxumların ticarət dövriyyəsinin qarşısının alınmasına tam nail olunmamışdır.

Hesabat ilində rayonumuzun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmiş və aparılan məqsədyönlü tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmişdir.  01 yanvar 2016-cı il tarixə rayonda 23603 baş iribuynuzlu mal, o cümlədən 12028 baş ana mal, 66225 baş qoyun-keçi, 94 mın baş müxtəlif növ ev quşları, 8 mindən artıq arı ailəsi mövcud olmuşdur. Mövcud mal-qaranın yemə olan təlabatının ödənilməsi məqsədilə hər bir ərazidə  örüş sahələrı ayrılmış, 31 nəfər qoyunçuluqla məşğul olan hüquqi və fiziki şəxslərə təsərrüfatlarını saxlamaq üçün 13,1 min ha qışlaq və 8,4 min ha yaylaq sahəsi icarəyə verilmişdir.  Mal-qara arasında qısırlıq hallarının minimuma endirilməsi, əhali təsərrüfatlarında olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlıq keyfiyyətlərinin yüksəldilməsi üçün süni mayalanmanın tətbiqi diqqət mərkəzində olmuşdur. Hesabat ili ərzində 1836 baş inək-düyə süni mayalandırılmışdır ki, bu da 2014-ci illə müqayisədə 33 baş çoxdur. Süni yolla mayalandırılmış inək-düyələrdən əvvəlki ildəkindən 104 baş çox olmaqla  1463  baş salamat bala alınmışdır..Ötən dövr ərzində respublikaya idxal olunan yüksək məhsuldar cins düyələrdən 15 başının hevandarlıqla məşğul olan 2 nəfər sahibkara 50 faiz güzəstlə lizinq yolu ilə satılması təmin olunmuşdur.  Həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2014-cü llə müqayisədə ət istehsalı 18 ton artaraq 3005 tona, süd istehsalı 124 ton artaraq 15857 tona, yumurta istehsalı 12,6 min ədəd artaraq 7 milyon 869 min ədədə, yun istehsalı 1ton artaraq 126,7 tona çatmışdır.

Rayonda mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2015-ci ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlər planının tam icrası təmin olunmuşdur.  Profilaktik tədbirlər vaxtlı vaxtında aparıldığından  mal-qara arasında yoluxucu xəstəliklərin baş verməsi halları müşahidə olunmamış,  iri buynuzlu mal-qara arasında brusellyozla sirayətlənmə 0,33  faiz təşkil etmişdir ki, bu da 2014-ci illə müqayisədə 0,05 faiz azdır.

Mövcud mal-qaranın cins tərkibinin və məhsuldarlıq keyfiyyətlərinin yaxşılaşdırılması məqsədilə heyvandarlıqda süni mayanlamanım tətbiqi sahəsində  müəyyən uğurlar əldə olunsada bu mütərəqqi metodun daha geniş tətbiq olunması zəruridir. Bu məqsədlə hesabat ili ərzində Qaradolaq kəndində 1 ədəd yeni süni mayalandırma məntəqəsi yaradılmaqla rayon üzrə məntəqələrin sayı 5-ə çatdırılmışdır. Bu mütərəqqi metodun tətbiqinə marağın artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2015-ci il tarixli 1364 saylı sərəncamının icrası ilə əlaqədar cari ildən etibarən süni mayalama nəticəsində doğulmuş hər baş buzova görə  mal sahibinə 100 manat məbləğində subsidiyanın  verilməsinə başlanılacaqdır. Həmişə olduğu kimi ötən ildə də icarəyə verilmiş  dövlət torpaq fonduna örüşlərin, xüsusilə qış otlaqlarınn təyinatı üzrə istifadə olunmasına xüsusi diqqət yetirildiyindən icarədarlar tərəfindən fond torpaqlarının  özbaşına olaraq təyinatının dəyişdirilməsi, eləcə də ərazilərdə qeyri-qanuni tikintilərin aparılması hallarına yol verilməmişdir. Bununla belə  bəzi sahibkarlar tərəfindən hələ də qışlaqlarda normadan artıq iribuynuzlu mal-qara saxlanması halları mövcuddur ki, bunun da qarşısının alınması üçün lazımi tədbirlər görülməlidir. Qışlaqların su və enerji təminatının bərpa edilməsinə direktiv orqanların köməyinə ehtiyac vardır.

2015-cü ildə Qax Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi, İlisu Dövlət Təbiət Qoruğu tərəfindən mühafizə rejiminə əməl olunması, fauna və flora elementlərinin qorunması, qoruq ərazisində elmi müşahidələrin davam etdirilməsi “Təbiət səlnaməsinin yazılması, ekoloji təbliğat aparılması, yeni meşəliklərin salınması, meşə ilə örtülü olmayan meşə massivlərinin bərpası, meşələrə kənar müdaxilələrin qarşısının alınması sahəsində xeyli məqsədyönlü işlər görülmüşdür. Görülən işlər əvvəlki illə müqayisədə xeyli güclənmişsə də, ekoloji tarazlığın qorunması ətraf mühitin mühafizəsinin təmin olunması baxımindan qənaətbəxş olmamışdır. Mal-qaranın meşə massıvlərinə səllim buraxılaraq otarılması hallarının qarşısının alınması, meşələrə qanunsuz müdaxilələrin qarşısının alınması, meşə qanunvericiliyinin pozulması sahəsində xeyli nöqsan və çatışmazlıqlar mövcud olmuşdur. İlisu Dövlət Təbiət Qoruğu, Qax Dövlət Yasaqlığı ərazisində qanunsuz otarma halları, qoruq rejiminə zidd fəaliyyət və müdaxilə halları olmuş, belə halların qarşısının alınması yetərincə təmin olunmamışdır.

Məlumat üçün bildiririk ki, hesabat ili ərzində rayonun florasının zənginləşdirilməsi, yaşıllıqların inkişaf etdirilməsi istiqamətində birbaşa rayon rəhbərliyinin təşəbbüsü ilə yeni inşa olunmuş Şəki-Qax avtomobil yolunun hər iki tərəfi boyunca agac əkini məqsədilə hazirlanmış 7 hektar ərazidə əkin işləri başa çatdırılaraq  həmin ərazidə 7000 ədəd, magistral yol kənarlarında 2200 ədəd,  həmçinin inzıbati ərazilərdə 2500 ədəd yaxın müxtəlif növ agac tingləri əkilmişdir. Bu istiqamətdə işlər cari ildə də daha geniş şəkildə davam etdiriləcəkdir.

              Azərbaycan Respublikasının Prezidentinin 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamında ölkədə qeyri neft sektorunun o cümlədən kənd təsərrüfatının inkişafı dövlət tərəfindən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Hazırda ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqaməti olaraq nəzərdə tutulur. Bu məqsədlə kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının ixracının artırılması, kənd təsərrüfatı məhsullarınin tədarükü və emalı sahəsində olan problemlərin aradan qaldırılması, beynəlxalq təcrübə nəzərə alınmaqla ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması və daxili bazarın qorunması nəzərdə tutulmuşdur.

        Daxili bazarın qorunması, kənd təsərrüfatı məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin müxtəlif rayonlarında təşkil olunmuş yarmarkalarda rayonumuzun sahibkarlarının iştirakı artıq ənənə formasını alımışdır. 2008-ci ildən etibarən hər həftənin şənbə və bazar günlərində rayonumuzun sahibkarları həmin yarmarkalarda iştirak edirlər. Yarmarkalarda hər il orta hesabla 10 tona yaxın qərzəklilər, 4 ton bal və arıçılıq məhsulları, 3 ton süd, 2 ton ət, 1,5 ton konserv məhsulları, 10 ton meyvə, 8 ton tərəvəz məhsulları, 400 kq miqdarında təbii dərman bitkilərinin satışı təşkil olunur.Həmçinin süni qiymət artımının qarşısını almaqla Qax şəhər əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə 29-30 dekabr 2015-ci il tarixləri ərzində yarmarka təşkil olunmuşdur.

       Hesabat ilində yolların əsaslı təmiri və  abadlıq  işlərinin  görülməsi ilə bağlı   büdcədə  nəzərdə  tutulmuş  vəsait  hesabına  şəhərin  28  May küçəsində divarların,  su  arxlarının  yenidən  tikintisi, küçə  kənarı  tikililərdə  dam  örtüklərinin  dəyişdirilməsi başa çatdırılmış və küçəyə asfalt örtüyü salınmışdır. Hesabat ilində şəhərin Ü.Hacıbəyov küçəsində də su  arxlarının  yenidən  qurulması və küçə  divarlarının tikintisi  aparılmış, yolun  bir  hissəsinə  asfalt  örtüyü  salınmış,   küçənin  1a   saylı  kommunal  yaşayış  binasının,  həmçinin  S.Vurğun  küçəsi  5,  V.Eyvazov  küçəsi  1A  və  H.Əliyev   prospekti 1Q  saylı  kommunal yaşayış binalarının dam  örtükləri əsaslı  təmir  olunmuş,  fasad hissələrində  təmir  işləri aparılmışdır. Eyni zamanda M.Məmmədov küçəsi döngə 1-ə və M.F.Axundov küçəsinin bir hissəsinə asfalt örtüyü salınmışdır.

     Cəlayir  kəndində həkim  tibb  məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, 0,5 km uzunluğunda yerli əhəmiyyətli Qarabaldır kəndinə giriş yolu əsaslı təmir olunmuşdur.

     Hesabat dövründə şəhər 5 №-li tam orta məktəbinin bir hissəsində, şəhər  2 və 9  saylı  körpələr  evi-uşaq  bağçasında təmir işləri aparılmış, “Uşaq yaradıcılıq birliyi”nin binasının birinci mərtəbəsi əsaslı təmir olunmuş,  Qaxmuğal  məcidində bərpa-abadlıq işləri başa çatdırılmışdır.

     Rayon büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Rayon Gənclər və İdman İdarəsinin həyətindəki yardımçı tikililərdə əsaslı təmir işləri, Rayon Mədəniyyət Mərkəzinin 4 otağında,  Ləkit mədəniyyət  evində,  ibaxlı  kənd  klubunda və Rayon Poliklinika binasının bir hissəsində o  cümlədən  rayon Mərkəzi xəstəxanasının  həyətində  təmir  işləri aparılmışdır.

      Şəhərdə  İ.Dağıstanlı  küçəsində  200  yerlik  uşaq  bağçasının və 28  may  küçəsində  100 yerlik   körpələr  evi-uşaq  bağçalarının  tikintisi  başa  çatdırılmışdır. Turaclı  kəndində  üç  qruplu körpələr  evi-uşaq  bağçasında  əsaslı  təmir  işləri, Ağçay  kəndində isə bir  qruplu  uşaq bağçasında tikinti işləri davam  etdirilir. 

      Hesabat dövründə Kənd  Təsərrüfatı  Nazirliyinin  Qax  rayonu  üzrə  inzibati  binasının tikintisi  başa  çatdırılmış,   Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin  Qax  rayon  şöbəsinin tikintisi davam etdirilmişdır. Qaşqaçay kəndində Qarabağ Müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisinə başlanılmış, Qax şəhərində və Əmbərçay kəndində  Qarabağ Müharibəsi əlillərinə yeni inşa edilən 2 ədəd fərdi yaşayış evində isə son tamamlama işləri aparılır. Bundan başqa, şəhərin giriş hissəsində “Bayraq meydanı”nın tikintisi üçün 3 hektar ərazi ayrılmışdır ki, burada artıq hazırlıq işlərinə başlanılmışdır.

     İl ərzində  rayonda  152 ədəd  fərdi  yaşayış evi və 14 ədəd sahibkarlıq obyekti olmaqla,  ümumilikdə  166 fərdi  tikinti  aparılmışdır.

     Kənd İnvestisiya layihəsi çərçivəsində hesabat ilində rayonun Ağyazı və Dəymədağlı  kəndlərində  kənddaxili yollarda təmir işləri aparılmış,  Qıpçaq, Qaysarlı, Almalı, Baydarlı, Oncallı, Qorağan, Şotavar və Ağçay kəndlərində 23 km içməli su xətti çəkilmiş, 62 ədəd bulaq tikilmiş və 9 ədəd müxtəlifhəcmli su çəni qoyulmuşdur. Hazırda layihə çərçivəsində Tasmalı və Zəyəm kəndlərində abadlıq işləri, Güllük kəndində isə içməli su xəttinin çəkilişi aparılır.   

Rayonda torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə 442 min m3 həcmdə lildən təmizləmə, 2690 m3  beton kanallarda, 25 ədəd hidrotexniki qurğuda və 15 ədəd hidropostlarda təmir işləri aparılmışdır. Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 620 min m3 daşqın və selə qarşı məcratəmizləmə işləri aparılmış, 1339 m3 qabyon və 12041 m3 daş-beton bəndlərdə daşqın və selə qarşı sahilbərkitmə işlərinin aparılması məqsədi ilə təmir işləri aparılmışdır. İl ərzində əkin sahələrinin suvarma suyu ilə təlabatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə rayonun Qorağan, Qazmalar, Dəymədağlı, Lələpaşa, Tasmalı, Cəlayir, Süskənd, Əmbərçay, İbaxlı, Əlibəyli, Zəyəm və Qındırğa kəndlərində artezian və subartezian quyuları qazılmışdır. Məlumat üçün bildirirəm ki, ölkə başçısı cənab İlham Əliyevin 15 dekabr 2015-ci il tarixli sərəncamı ilə rayonun daha altı yaşayış məntəqəsində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur.

  Hesabat ilində rayonun illik yerli xərcləri 16 miyon 540 min manat proqnoza qarşı 16 miyon 58 min manat və ya 97 faiz, yerli gəlirləri isə 3 milyon 566 min manat proqnoza qarşı 3 milyon 604 min manat və ya 101 faiz icra edilmişdir.

Rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2015-ci ildə rayon üzrə məhsulun ümumi buraxılışı 91 milyon 770 min manat təşkil etmişdir ki, bu da 2014-cü illə müqayisədə 10 milyon 848 min manat çoxdur.

        2014-cü illə müqayisədə əsas sahələr üzrə məhsul istehsalı sənayedə 7 milyon 72 min manat və ya əvvəlki illə müqayisədə 2 milyon 103 min manat, kənd təsərrüfatında 42 milyon 799 min manat və ya əvvəlki illə müqayisədə 5 milyon 648 min manat, tikintidə 11 milyon 845 min manat və ya əvvəlki illə müqayisədə 544 min manat, ticarətdə 26 milyon 928 min manat, əvvəlki illə müqayisədə 2 milyon 313 min manat, nəqliyyatda 2 milyon 172 min manat, əvvəlki illə müqayisədə 98 min manat, informasiya və rabitədə 954 min manat əvvəlki illə müqayisədə 144 min manat çox olmuşdur.

 Hesabat dövründə 339 yeni iş yeri açılmış, rayon üzrə orta əmək haqqı 233,3 manat olmuşdur.

Sahibkarlığın inkişaf etdirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi və dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi nəticəsində son illər rayonumuzda bu sahədə mühüm irəliləyişlər əldə edilmişdir. Belə ki, 2003-cü ildə rayonda iqtisadiyyatın bütün sahələri üzrə kiçik sahibkarlıq obyektlərinin sayı 130 olmuşdursa, bu göstərici 01 yanvar 2016-cı il tarixə 1784 vahid artaraq 1914-ə çatdırılmış, sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin sayı 2003-cü ildə 245 nəfər olmuşdursa, bu göstərici 01 yanvar 2016-cı il tarixə 2907 nəfər artaraq 3152 nəfərə çatmışdır. Göründüyü kimi iqtisadiyyatın bütün sahələri üzrə istər sahibkarlıq subyektlərinin sayında, istərsə də sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin sayında 2003-cü ilə nisbətən 2015-ci ildə göstəricilər 13 dəfədən çox artmışdır. Bütün bunlara sahibkarlığın inkişafı sahəsində uğurlu dövlət siyasətinin həyata keçirilməsi sayəsində nail olunmuşdur.

      Rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2015-ci ildə 24 sahibkara 1 milyon 298 min manat dövlətin güzəştli kreditləri verilmişdir. Verilmiş kreditlərin hesabına 61 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.

        Rayon Təhsil şöbəsi 2015-ci ildə təhsilin inkişaf etdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işini davam etdirmişdir. Belə ki,  Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində  mərkəzləşmiş qaydada keçirilən test-buraxılış imtahanlarında  IX siniflər üzrə  661, XI siniflər üzrə 506 nəfər şagird iştirak etmişdir. IX siniflər üzrə müvəffəqiyyət 79,09 %, XI siniflər üzrə müvəffəqiyyət 73% olmuşdur. Bu il məktəbi bitirən 506 nəfər XI sinif şagirdindən biri məktəbi qızıl medalla  bitirmişdir.

          2014-2015-ci tədris ilində rayonun tam orta  məktəblərinin Azərbaycan və rus bölmələrini  bitirmiş 438  nəfər məzundan  276 nəfəri ali məktəblərə   qəbul imtahanlarında iştirak etmişdir. Qəbulun  nəticələrinə görə 175 nəfər  tələbə adını qazanmışdır. Onlardan 11 nəfəri 600-dən çox, 36 nəfəri isə 500-700 arası  bal toplamışdır.

        Rayonun ümumtəhsil  məktəblərinin  müəllim  və  şagirdləri  rayon, zona, respublika və beynəlxalq səviyyəli  tədbirlərdə uğurlu  nəticələr  əldə  etmişlər. Fənn  olimpiadalarının rayon  turunun qalibi  olmuş 5 nəfər  şagird respublika  turunda  iştirak  etmiş, kimya fənni üzrə şəhər 4 nömrəli tam orta məktəbin  X sinif şagirdi Hacızadə Ayşən  II yer tutaraq gümüş medalla  təltif olunmuşdur.

       Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən X-XI sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri” IV Respublika müsabiqəsində rayonun məktəblərindən 7 nəfər şagird 3 layihə üzrə iştirak etmişdir. “Enerjini boşa xərcləmə” layihəsi üzrə şagirdlərimiz  II yerə layiq görülmüş, diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar. “Milli mənəvi dəyərlər  haqqında düşüncələrim”  mövzusunda  keçirilən  inşa  yazı  müsabiqəsində şəhər 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Dostu İsmayılova  iştirak  etmiş və Təhsil Nazirliyinin I dərəcəli  diplomu  ilə təltif  olunmuşdur.

Hesabat dövründə xalqımızın Ümummilli lideri Heydər Əliyevin zəngin irsinin və müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha mükəmməl öyrənilməsi üçün Heydər Əliyev Mərkəzində  rayonun tam orta məktəblərinin XI sinif şagirdlərinə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”  və  “Ümummili lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Təhsil Şöbəsi tərəfindən hazırlanmış xüsusi qrafik əsasında tarix dərsləri tədris olunmuşdur.  Rayonun 30 tam orta məktəbinin XI siniflərinin 506 nəfər şagirdini əhatə edən dərslər yüksək mütəşəkilliklə davam etdirilmişdir. İrsin mükəmməl və hərtərəfli öyrədilməsində Mərkəzin yüksək texnoloji imkanları, dahi şəxsiyyətin şərəfli həyat yolunu əks etdirən eksponatlar, fotolar  dərslərin yüksək  səviyyədə və innovativ tədrisinə böyük  imkan  yaratmışdır.

        Hesabat ilində ölkə başçısının sərəncamı ilə şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Mədinə Mahmudova “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, şəhər 2 nömrəli məktəb-liseyin ibtidai  sinif müəllimi Ayna  Məsimova “Qabaqcıl təhsil işçisi” döş  nişanı, şəhər 4 saylı tam orta məktəbin kimya  müəllimi Məryət  Bayramova isə Təhsil Nazirliynin fəxri fərmanı ilə təltif olunmuşlar. Ölkə  Prezidentinin digər sərəncamı ilə şəhər 5 nömrəli tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi”,  şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rübail Əfəndiyeva isə “Ən yaxşı müəllim” adına layiq görülmüşdür.

       Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində mart ayında 8 nəfər şagird və 2 müşayətçi Naxçıvan Muxtar Respublikasında, 36 nəfər şagird və 4 müşayətçi isə noyabr ayında Quba,Qusar və Xaçmaz  rayonlarında olmuşlar.

       2015-ci  ildə rayon Mərkəzi Xəstəxanasının 117 nəfər həkim və 407 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir.

       Azərbaycan  Respublikasının Prezidenti  cənab  İlham Əliyevin tapşırığına əsasən ötən il  fevralın 2-dən may  ayının 1-dək əhalinin 18 yaşdan yuxarı 40812 nəfərindən 38410 nəfərinin tibbi  müayinədən  keçirilməsi  təmin edilmişdir. Tibbi  müayinədən keçmiş insanlardan 2348  nəfəri ambulator, 117 nəfəri stasionar  müalicəyə  cəlb  olunmuş, 24 nəfəri isə Bakı  şəhərinə  müalicəyə  göndərilmişdir.

           Ötən ilin sentyabr ayında rayon Mərkəzi Xəstəxanasında talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək məqsədi ilə  Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən könüllü  qanvermə aksiyası keçirilmiş, həyata keçirilən xeyirxah aksiya zamanı rayonda 115 nəfər könüllü qan verib.

Hesabat ilində rayon üzrə  0-1 yaş arası 4, 1-5 yaş arasında isə 1  uşaq ölümü olmuşdur. Müddət ərzində cərrahiyyə şöbəsində 632 əməliyyat  aparılmışdır  ki, bunlardan 92-si təcili və təxirəsalınmaz əməliyyat olmuşdur.

İl ərzində 13 nəfər həkim Həkimlərin Təkmilləşdirmə İnstitutunda, 56 nəfər tibb işçisi isə ixtisasartırma kursunda olmuş, 18 nəfər həkim və 46 nəfər orta tibb işçisi isə sertifikasiya komissiyasından keçmişdir.

2015-ci ildə 0-17 yaşlıların elektron kart sistemi ilə uçotunun aparılması başa çatmışdır.

         Hesabat dövründə  187 247 manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüş, güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 90 min  manatlıq dərman preparatları  verilmişdir.

Rayon Mədəniyyət və Turizm şöbəsi Baki şəhəri  Dənizkənarı Milli Parkda  keçirilən “Novruz” şənliklərində, eləcə də Şəki şəhərində keçirilən “Şirniyyat” festifalında iştirak etmiş, rayonumuzu layiqincə təmsil etmişdir. Ümummilli lider Heydər  Əliyevin xatirəsinə və “Prezident kuboku” uğrunda  keçirilən  milli atüstü  oyunlar  festifalında rayonumuzun komandası iştirak etmiş və “Papaq”  milli oyununda II yeri tutmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 23 yanvar 2015-ci il tarixli 31 nömrəli əmrinə əsasən rayonumuz “Azərbaycanın Milli Mətbəx Paytaxtı“ elan edilmiş, həmçinin aprel ayında keçirilən “Azərbaycanın mədəni irsinin mühafizəsi, abidələrinin bərpası və istifadəsində xidmətlərinə görə“ nominasiyasında rayonumuz “Milli irs-2015” mükafatına layiq görülmüşdür.

 Rayonumuzun “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər planı hazırlanmış və tədbirlər planına əsasən Qum kəndində “Tut bayramı”, İlisu kəndində isə “Qax mətbəxi-İlisu yeməkləri” adlı tədbir və respublika əhəmiyyətli “Ulu dad” festifalı keçirilmişdir. Festifalda plov, şirniyyat, dolma, xəmir yeməklərinin nümunələri və arıçılıq  məhsulları   yerli kulinarlarla yanaşı Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının təmsilçiləri tərəfindən  nümayiş etdirmişlər.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Kitabxana-informasiya şəbəkəsinə daxil olan olan kənd kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılmasına dair tədbirlər planı”na əsasən məktəblilər üçün kitabxanalarda “yay məktəbləri”, ahıl, yaşlı oxucular  üçün ulu öndərin adını daşıyan Heydər parkında yerləşən gənclərin istirahət mərkəzində, həmçinin turizm obyektlərində də səyyar kitabxana xidməti təşkil olunmuşdur. Burada  istirahət edən  turistlər kitablardan istifadə etmiş, həmçinin  onların arzu və təkliflərini nəzərə alaraq kitablar vaxtaşırı dəyişdirilmişdir.

Hesabat dövründə  rayonumuzun tarixi və etnoqrafiyası ilə bağlı məlumatlar toplamaq üçün  Tarix Diyarşünaslıq Muzeyinə gələnlərin sayı 6 min nəfər olmuşdur ki, bunlardan 3435 nəfəri fərdi, 2565 nəfər isə  ümumtəhsil məktəblərinin  şagirdləri olmuşdur.

İl ərzində rayonda turizmin inkişafı istiqamətində də bir sıra işlər görülmüşdür. Turistlərin   rayonumuzun tarixi və gəzməli-görməli yerlərinə ekskursiyalarını təşkil etmək üçün 6 marşurut hazırlanmışdır. Hesabat ilində 2014-cü illə müqayisədə rayonumuza gələn turistlərin sayı xeyli artmışdır. Belə ki, 2014-cü ildə  rayonumuda 23 600 nəfər, 2015-ci ildə isə 24 100 nəfər turist istirahət etmişdir. Onlardan 23 577 nəfəri daxili, 523 nəfəri xarici turist olmuşdur.

       Yeni ailə quran gənclərə ailə dəyərlərini aşılamaq məqsədi ilə il ərzində  Heydər Əliyev Mərkəzində  93 nigah mərasimi keçirilmişdir. Ötən il Heydər Əliyev Mərkəzində “bələdçi”  kursu təşkil edilmiş, 6 ay davam edən kursda 30-dək gəncin iştirakı təmin  edilmişdir.

       Respublika Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında geniş məzmunlu çıxışında qeyd etmişdir ki, bu il Bakıda mötəbər beynəlxalq tədbir – Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Bu ölkəmizdə həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Sivilizasiyalararası dialoqun genişləndirilməsi üçün ölkəmiz bir çox işlər görür. Azərbaycan nümunəsi sübut edir ki, multikulturalizm yaşayır. Yekun nitqində ölkə başçısı 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir.

       Ölkəmizin digər bölgələri ilə bərabər çoxmillətli, müxtəlif dinlərə məxsus əhalisinin mehriban, dostluq şəraitində yaşadığı rayonumuz da əsl multikulturalizm nümunəsidir. Tarixən bizə miras qalmış bu dəyərləri qorumalı və daha da inkişaf etdirməliyik.

       Rayon Gənclər və İdman İdarəsi iş planına uyğun olaraq iş aparmış, aidiyyatı qurumlarla əlaqələri daha da genişləndirərək rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Belə ki, Azərbaycan  Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları“ İctimai Birliyi  tərəfindən “Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu”, “Qəbələ Regional Gənclərinin Resurs Mərkəzi” İctimai  Birliyi tərəfindən  “Gənc seçici! Səs ver, seçki hüququndan istifadə et” adı altında,   Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının  maliyyə  dəstəyi ilə “Saglam Həyata  Doğru” Ekoloji İctimai Birliyi tərəfindən “Məişət  tullantılarının təkrar emalı və ətraf mühitin mühafizəsi” mövzusunda keçirilən treninq-seminarlarda  gənclərin işirakı  təmin edilmişdir.

Rayonumuzun ictimai-siyasi həyatında və idman tarixində yadda qalacaq hadisələrdən biri də cari ilin may ayının 24-də birinci Avropa Oyunlarının rəmzi hesab olunan məşəlin rayonumuza gətirilməsi olmuşdur. Şəhərin giriş hissəsində, Avropa Oyunlarının rəmzi qapısında universal döyüş növləri üzrə dünya çempionu Ramil Məmmədli tərəfindən qəbul olunan məşəl rayon sakinlərinin alqışları ilə şəhərin mərkəzi meydanına gətirilmiş,  kunq-fu üzrə dünya birinciliklərinin qalibi Zaur İsakov meydanda qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırmışdır.

      Hesabat dövründə Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2 nəfərə yaşa görə, 75 nəfərə əlilliyə görə, 17 nəfərə ailə başçısını itirməyə görə, 42 nəfər sağlamlıq imkanları məhdud olan  18  yaşadək uşağa və 10 nəfərə digər növ aylıq sosial müavinətlər təyin olunaraq ödənilmişdir. Mərkəzdə həmçinin 392 ailəyə uşağın doğulmasına görə, 25 nəfərə penitensiar xidmətindən azad olunmasına görə, 8 nəfərə dəfn üçün və 14 nəfərə Çernobılda radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərə müalicə üçün  birdəfəlik müavinət ödənilmişdir.

  2015-ci ildə 897 ailə ünvanlı sosial yardımı üçün Mərkəzə müraciət etmiş, bunlardan 838 ailəyə ünvanlı sosial yardımı təyin edilmiş, 56 ailəyə isə ünvanlı sosial yardımının verilməsinə imtina edilmişdir. Ünvanlı sosial yardımı təyin edilmiş ailələrdən 1 ailəyə düşən sosial yardımın orta məbləği 152 manat, 1 nəfərə düşən sosial yardımın orta məbləği isə 36 manat təşkil etmişdir.

  Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində büdcə sektoru üzrə yığım faizi ümumilikdə 99,5%, qeyri-büdcə sektoru üzrə isə yığım faizi ümumilikdə 94,7% təşkil etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ümumi yığım faizi 95,1%, hüquqi şəxslər üzrə 94%, torpaq pay mülkiyyətçiləri üzrə isə 100% təşkil etmişdir. Şöbə tərəfindən il ərzində  365 nəfərə pensiya təyin olunmuş, 01 yanvar 2016-cı il tarixə uçotda olan pensiyaçıların sayı 8558 nəfər olmuşdur.  Rayon üzrə bir nəfərə düşən orta aylıq pensiya məbləği 165 manat təşkil edir.

    2015-ci ildə şöbə üzrə 10 hüquqi şəxs, 327 fiziki şəxs və 194 torpaq pay mülkiyyətçisi uçota götürülmüş və 01 yanvar 2016-cı il tarixə şöbədə 449 hüquqi şəxs, 3507 fiziki şəxs və 4246 torpaq pay mülkiyyətçisi olmaqala, cəmi 8202 sığortaedən uçotda olmuşdur. Rayon üzrə 2015-ci ildə 153 hüquqi şəxs fəaliyyət göstərmiş, 1060 fiziki şəxs və 998 torpaq pay mülkiyyətçisi sosial sığortaya cəlb olunmuşdur. İl ərzində məcburi dövlət sosial sığortasına cəlb olunmuş sığortaolunanların sayı 8110 nəfər təşkil etmişdir.

         2015-ci ildə rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 434 nəfər (onlardan 215 nəfəri qadın) mərkəzdə işaxtaran kimi qeydiyyata götürülmüş,  onların daimi  işlə təmin olunması, ictimai işlərə, peşə kurslarına cəlb olunması və status verilməklə müavinətin  ödənilməsi diqqətdə mərkəzində saxlanılmışdır.

          Qeydiyyata götürülənlərin 111 nəfəri ali, 80 nəfəri orta-ixtisas, 104 nəfəri ilk peşə-ixtisas təhsili, 127 nəfəri tam orta məktəb təhsil və 12 nəfər ümumiorta təhsili olanlardır.Qeydiyyata alınan şəxslərdən  144 nəfəri 29 yaşadək gənclər olmuşdur.

          Eyni zamanda həmin vətəndaşların 47 nəfəri struktur dəyişikliyi  ilə əlaqədar, 107 nəfəri kadr axıcılığı nəticəsində işdən azad olunanlar, 8 nəfəri hərbi xidmətdən tərxis olunanlar, 1 nəfəri cəzaçəkmə yerindən azad olunan, 83 nəfəri digər səbəblərdən işdən azad olunanlar və 188 nəfəri isə əmək fəaliyyəti ilə məşğul olmayanlardır.

         Hesabat dövrünün əvvəlinə mərkəzdə işsiz statusu olanların sayı 214 nəfər (onlardan 98 nəfəri qadınlar) olmuşdur. İl ərzində 53 nəfərə işsiz statusu verilmiş və hamısına işsizlik müavinəti təyin olunmuşdur. Mərkəz tərəfindən 253 nəfər daimi işlə təmin edilmişdir ki, onlardan da 145  nəfəri qadınlardır. İşlə təmin olunanların 48 nəfəri 29 yaşadək gənc olmuşdr. Eyni zamanda işlə təmin olunanlardan 22 nəfəri ali, 44 nəfəri orta-ixtisas,86 nəfəri ilk peşə-ixtisas, 93 nəfəri tam orta  və 4 nəfəri ümumi orta təhsili olanlara aid olmuşdur.

         2015-ci ildə mərkəz tərəfindən “Ayaqqabının fərdi tikişi və təmiri ustası” və “Xalçaçı” peşə kursları təşkil edilmiş və 33 nəfər mərkəzdə qeydiyyatda olan işaxtaran vətəndaş həmin kurslara cəlb olunmuşdur. Kursları bitirdikdən sonra onlardan 31 nəfəri daimi işlə təmin olunmuşdur. Hesabat dövründə rayon ərazisində fəaliyyət gpöstərən 11 müəssisə və təşkilatda 19 iş yerinə kvota müəyyən edilmiş və həmin iş yerlərinə 4 nəfər işə göndərilmişdir.

       15 iyul 2015-ci il tarixdə rayonda Əmək Yarmarkası keçirilmiş və 21 müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 144 iş yeri təqdim olunmuşdur.  Yarmarkanın yekununda 50 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur.

       Hesabat dövründə 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən rayonda fəaliyyət göstərən 14 dövlət və 55 sahibkarlıq subyektində əmək qanunvericiliyinə işəgötürənlər tərəfindən əməl olunmasına dövlət nəzarəti həyata keçirilmişdir. Dövlət nəzarəti həyata keçirilən idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinin tələblərinə əməl olunması sahəsində 69 qanun pozuntusu aşkar olunmuş, həmin qanun pozuntularına görə icrası məcburi olan göstəriş forması yazılaraq işəgötürənlərə verilmişdir. Həmçinin işəgötürənlərə əmək qanunvericiliyinə dair qanun pozuntularının aradan qaldırılması üçün vaxt verilmişdir.

       İl ərzində müfəttişlik tərəfindən əmək qanunvericiliyi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 13 işəgötürən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokollar əsasında işəgötürənlərin ümumilikdə 31 min manat məbləğində cərimə olunması barədə qərarlar qəbul edilmişdir.

       İşçilərin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi işi müfəttişlik tərəfindən nəzarətdə saxlanılmış, eyni zamanda yeni fəaliyyətə başlayan iş yerlərində əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə  metodiki köməklik göstərilmişdir.

         Hesabat dövründə Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən  şəhərin 106 küçəsində yerləşən fərdi evlərdən, yaşayış binalarından, sahibkarlıq subyektlərindən, idarə, müəssisə və təşkilatlardan, eləcə də Qaxingiloy kəndinin bir hissəsindən məişət tullantılarının daşınması  həyata  keçirilmişdir.  Belə  ki,  fərdi  müqavilələr əsasında 1595 sayda təsərrüfat subyektinə, 656 sayda kommunal evlərdə yaşayan abonentə və 274 sahibkara xidmət göstərilmişdir. Kombinat tərəfindən 27  idarə, müəssisə və təşkilatla məişət tullantılarının daşınmasına dair müqavilələr bağlanmış və müvafiq  xidmətlərin göstərilməsi təmin edilmişdir. Məişət tullantılarının daşınması prosesi Kombinata aid 5 ədəd traktor və 4 ədəd xüsusi avtomobil vasitəsi ilə həyata keçirilmişdir. Şəhər ərazisində abonentlərə xidmət üçün 10 qutu, 15 xüsusi yer və 154 xüsusi konteyner ayrılmışdır. Bağlanmış müqaviləyə əsasən Kombinat tərəfindən şəhərdə 25 hektar sahədə yaşıllıqlara xidmət göstərilmiş, küçə və prospektlərdə 376 ədəd müxtəlif növ ağaclar əkilmişdir.

İl ərzində Kombinat tərəfindən şəhər 2, 3, 4 və  5 nömrəli tam orta məktəblərinə, şəhər 1 və 3 nömrəli uşaq bağçalarına istilik enerjisinin verilməsi təmin olunmuşdur.

Hesabat ilində rayon Elektrik Şəbəkəsi tərəfindən 63,4 km 10 kV-luq, 47,5 km 0,4 kV-luq hava xətlərinin qoruq zonaları təmizlənmiş, 19 ədəd yeni transformator yarımstansiyası quraşdırılaraq 6 ədədi istismara verilmiş, 67 ədəd transformator yarımstansiyası isə əsaslı təmir olunmuşdur. 246 ədəd 10 kV-luq, 610 ədəd 0,4 kV-luq hava xətlərində qəzalı vəziyyətdə olan dayaqlar yeniləri ilə əvəz olunmuşdur. Müddət ərzində1042 ədəd yeni elektrik sayğacı quraşdırılmışdır. Qaxbaş kəndi ərazisində yeni 35/10 kV-luq “İlisu” yarımstansiyasının tikintisi məqsədi ilə 0,25 ha torpaq sahəsi ayrılmış, yaxın müddətdə yarımstansiyanın quraşdırılması işlərinə başlanılacaqdır.

      Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax sahəsi tərəfindən il ərzində qaz itkilərinin, qaz xətlərinə qanunsuz qoşulma və müdaxilə hallarının  qarşısının alınması üçün qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilmiş və 85 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Ötən il 646 mənzilə qaz çəkilişi aparılmış, nəticədə rayon üzrə olan 15567 ev təsərrüfatından 8119 təsərrüfat təbii qazdan istifadə edir.         

        Hesabat ilində rayonun Şotavar, Qıpçaq, Uzuntala, Qaratala,Qaysarlı, İngiloy-Kötüklü və İlisu kəndlərinə yeni qaz xəttinin çəkilişi başa çatdırılmış, Zəyəm və Tasmalı kəndlərinə isə hazırda qaz xəttinin çəkilişi davam etdirilir. 2014-cü il ərzində əhali və sənaye abonentlərini fasiləsiz olaraq təbii qazla təmin etmiş, qazın verilməsində normal təzyiq saxlanılmış, nəticədə heç bir qəza və bədbəxt hadisə baş verməmişdir.

Qax Sukanal İdarəsi tərəfindən hesabat ilində əhaliyə içməli suyun verilməsi məqsədi ilə 3500 ədəd yeni Smart-kart tipli su sayğacı quraşdırılmışdır. Quraşdırılmış sayğacların 2574 ədədi idarə tərəfindən plomblanaraq sistemə qoşulmuş və bunlardan 2574-nə ön ödəməli kart verilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə respublikanın bir sıra rayonlarında o cümlədən rayonumuzun 13 yaşayış məntəqəsində Qorağan, Qarameşə, Amanlı, Baydarlı, Qazmalar, Süskənd, Fıstıqlı, Turaclı, Çüdülü, Marsan, Lələli, Qındırğa və  Qarabaldır kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılması nəzərdə tutulmuşdur. Məlumat üçün bildirirəm ki, həmin yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmış, hazırda işlər davam etdirilir.

Hesabat ilində rayon Telekommunikasiya Qovşağı tərəfindən rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə 17 ədəd yeni avadanlıq alınmış, Qax şəhərində 128 portluq, Almalı və Cəlayer kəndlərində isə 64 portluq internet kartı montaj olunmuşdur. Şəhərin “Gənclik” massivində 528 nömrəlik Elektron Avtomat Telefon Stansiyasında 416 portluq yeni avadanlıq quraşdırılaraq istismara verilmişdir. İl ərzində qovşağın montaj tutumu 500 nömrə artaraq  11714 nömrəyə, internet istifadəçilərinin sayı isə 523 nəfər artaraq 4652-ə çatmışdır.

Rayonda 2015-ci ildə 311  nəfər   hərbi   xidmətə  yola  salınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi, rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman idarəsi ilə birlikdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində gənclərdə vətənə sevgi, dövlətə sadiqlik, Konstitusiya  və  qanunlara hörmət, dövlət  rəmzlərinə, hərbi  anda  və döyüş bayrağına  ehtiramın  aşılanması istiqamətində tədbirlər keçirilmişdir.

2015-ci ildə rayonda 105 cinayət hadisəsi baş vermiş (2014-cü  ildə bu göstərici 101  olmuşdur), cinayətlərin açılma faizi  95,7 (2014-cü ildə bu göstərici 95,5  faiz olmuşdur). 2015-ci il  ərzində qeydə  alınmış cinayətlərdən 8-i ağır və  xüsusiylə  ağır, 37-si az   ağır və  52-si  isə  böyük  ictimai  təhlükə   törətməyən  cinayətlər olmuşdur. Hesabat  dövründə   qeydə alınmış cinayətlərdən 33-ü şəxsiyyət  əleyhinə olmaqla, 26-sı  qəsdən sağlamlığa   yüngül  zərər vurma  və 7-si isə  qəsdən sağlamlığa  ağır zərərvurma  cinayəti olmuşdur.                      

    2015-ci ildə  10 yol  nəqliyyat  hadisəsi  baş  vermiş (2014-cü ildə bu göstərici  14 olmuşdur) bu  qəzalar   nəticəsində 8 nəfər ölmüş (2014-cü  ildə bu göstərici 9 olmuşdur)  və 10 nəfər isə  müxtəlif   bədən  xəsarəti  almışdır. ( 2014-cü ildə bu göstərici  20 olmuşdur).   

    Rayonumuzda 317 ailə olmaqla 1258 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmış, onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşgulluğunun artırılması və sosial müdafiəsinə yönəldilmiş tədbirlərin icrası vəziyyəti daim rayon rəhbərliyinin və əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla onlara qayğı göstərilir.

    Ötən il ərzində Rayon İcra Hakimiyyəti tərəfindən məcburi köçkün ailələrinin yaşadığı 3 ədəd fərdi yaşayış evinin təmirinə tikinti materialları ilə köməklik göstərilmiş, 6 ailəyə isə  maddi köməklik göstərilmişdir. Novruz bayramı, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları münasibəti ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti  və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə ərzaq yardımı verilmişdir.

Təsdiq olunmuş qrafikə əsasən 2015-ci ildə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerlərdə 48 səyyar qəbul keçirilmişdir. Qəbullarda 2909 nəfər iştirak etmiş, 210 nəfər çıxış etmişdir. Vətəndaşlar tərəfindən edilmiş 210 müraciətdən 20-si əsassız sayılmış, 135 müraciətə yerində cavab verilmiş, 55 müraciətlə bağlı qəbul vərəqəsi yazılaraq aidiyyatı təşkilatlara göndərilmişdir.

 2015-ci ilin noyabr ayında Milli Məclisə keçirilmiş  seçkilərlə əlaqədar olaraq Seçki Məcəlləsində icra orqanlarının səlahiyyətinə aid olan məsələlərin həlli ilə əlaqədar tədbirlərin keçirilməsi təmin edilmişdir. Bu məqsədlə seçici siyahılarının hazırlanıb məntəqə seçki komissiyalarına verilməsi təmin edilmiş, seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə edə bilmələri üçün seçki məntəqələri təmir edilmiş, lazımi inventar və avadanlıqlarla təmin edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə seçicilərlə görüşlərin, mitinqlərin keçirilməsi üçün açıq və qapalı yerlər ayrılmış, namizədlərin hər cür təbliğ edilməsi üçün lazımi şərait yaradılmışdır. Nəticədə rayonumuzda parlament seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun, heç bir qanun pozuntusu olmadan keçirilmişdir.

 İl ərzində Rayon İcra Hakimiyyəti başçısının Aparatına 34 ədəd Azərbaycan Respublikasının Qanunu, Respublika Prezidentinin 64 fərman və sərəncamı, Prezident Administrasiyası rəhbərinin 1 sərəncamı, 54 xidməti sənədləri, Nazirlər Kabinetinin 34 sərəncam və qərarı, 36 xidməti sənədləri, respublikanın mərkəzi icra orqanları və digər idarə və müəssisələrindən 355, rayon təşkilatlarından isə 353 olmaqla cəmi 931 sənəd daxil olmuşdur.

Daxil olmuş sənədlər müvafiq təlimat və göstərişlərə uyğun olaraq işlənmişdir. Sənədlərə aparatın şöbələrinin məsul işçiləri,əlaqədar tabelikdəki təşkilatlar və xidmət sahələrinin məsul işçiləri tərəfindən baxılmışdır.

Aparatda vətəndaşların müraciətlərinə baxılması vəziyyəti il ərzində 2 dəfə şura iclaslarında və 3 dəfə şöbələrdə müzakirə edilmişdir.

 Rayon İcra Hakimiyyəti başçısı aparatına 2015-ci ildə Respublika Prezidenti Adminstrasiyasından-127 (2014-cü ildə 214), o cümlədən 2-si nəzarətdə olmaqla, Milli Məclisdən-2, Nazirlər Kabinetindən-5, digər Respublika təşkilatlarından-32 (keçən il 42) və rayon vətəndaşlarından-501 (2014-cü ildə 928) olmaqla, cəmi 667 (2014-cü ildə 1199) müraciət daxil olmuşdur.

Daxil olmuş müraciətlərdən 44-nə nəzarətə alınmaqla, 623-nə  isə nəzarətə alınmadan baxılmışdır.Müraciətlərin hamısına baxılması nəticələri olaraq vətəndaşlara cavablar verilmişdir.

Daxil olan müraciətlərdən sahibkarlığın inkişafına dair məsələlərlə bağlı-70, kənd təsərrüfatı məsələləri ilə bağlı-14, əmək və əhalinin sosial müdafiəsi məsələləri ilə bağlı-193, enerji və istilik təchizatı məsələri ilə bağlı-19, su və kanalizasiya məsələləri ilə bağlı-18, mənzil məsələləri ilə bağlı-169, ailə və məişət məsələləri ilə bağlı-12, torpaq məsələləri ilə bağlı-67, 2012-ci ildə bölgədə baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı-77 olmaqla çoxluq təşkil edir.

İl ərzində aparatda təsdiqlənmiş qrafikə uyğun olaraq başçının və müavinlərin, şöbə müdirlərinin qəbulları keçirilmişdir. Başçı tərəfindən 338 nəfər, digər məsul şəxslər tərəfindən isə 383 nəfər olmaqla cəmi 721 nəfər vətəndaş qəbul edilmişdir.

        “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq hesabat ilində rayon İcra Hakimiyyətində operativ idarəetmə mərkəzi vasitəsi ilə həftənin bazarertəsi günləri 7 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə yaradılmış mərkəzlər vasitəsilə keçirilən videomüşavirələrdə  yerlərdə həftə ərzində görülmüş və görüləcək işlər müzakirə olunmaqla bu iş indi də davam etdirilir.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin  2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında ölkə başçısı proqram xarakterli çıxışlarında rayon İcra Hakimiyyətləri qarşısında mühüm vəzifələr qoymuşdur.

         Belə ki, ölkə başçısı tərəfindən  regionlarda sənaye zonalarının yaradılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi, rayonda büdcə gəlirlərinin artırılması, dotasiyaların minimuma endirilməsi, sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalının  və turizm xidmətlərinin genişləndirilməsi və s. tapşırıqlar verilmişdir.

          Dövlət başçısı tərəfindən verilmiş tapşırıqlarla əlaqədar rayonda geniş tədbirlər planı hazırlanmışdır. Artıq tədbirlər planında nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsi ilə bağlı işlərə başlanılmışdır.

         Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun Administrasiyasını və  rayon əhalisini əmin edir ki, rayon rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı proqram xarakterli çıxışından irəli gələn vəzifələri yerinə yetirmək üçün rayonun bütün potensial imkanlarından səmərəli istifadə edərək 2016-cı ili uğurla başa vuracaqdır.

Keçidlər