Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2019-cu ilin hesabatı

Qax Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabatı

        Məlum olduğu kimi, 2020-ci ilin yanvar ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə 2019-cu ilin yekunları müzakirə olunmuş, 2020-ci ildə görüləcək işlər müəyyənləşdirilmişdir.

        Müşavirəni giriş nitqi ilə açan dövlət başçısı 2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu, ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələrin icra edildiyini, respublikamızın dayanıqlı inkişafının təmin olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ötən il  siyasi, iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə edilmiş, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq respublikamız sabitlik şəraitində yaşamışdır.

        Hesabat ilində respublikamızın beynəlxalq mövqeləri daha da möhkəmlənmiş, ölkəmiz bir neçə mötəbər beynəlxalq tədbirə -  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının, Dünya dini liderlərinin Zirvə Görüşlərinə və UNESKO-nun Dünya İrs Komitəsinin sessiyasına ev sahibliyi etmişdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı və Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresi növbəti konqresin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir.

       Ötən il ölkəmizin hərbi potensialının daha da möhkəmləndirildiyini bildirən dövlət başçısı bir çox silah, sursat, hərbi texnika alındığını və istehsal edildiyini, Azərbaycan Ordusunun hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdə olduğunu qeyd etmişdir.

      Qeyd olunmuşdur ki, ölkəmizdə siyasi, iqtisadi, sosial, həmçinin kadr və struktur sahələrində aparılan islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən  təqdirlə qəbul edilir və bunun nəticəsidir ki, Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır.

       Ölkə iqtisadiyyatının əsas göstəriciləri haqqında danışan Prezident İlham Əliyev bildirmişdir ki, keçən il ümumi daxili məhsul 2.2 faiz, qeyri-neft sektoru 3.5 faiz, sənaye istehsalı 1.5 faiz, qeyri-neft sənayesi 14 faiz artmışdır.  İnflyasiya 2.6 faiz olmuş, əhalinin pul gəlirləri 7.6 faiz artmış, valyuta ehtiyatları 6.4 milyard dollar artaraq 51 milyard dollara çatmış və adambaşına düşən valyuta ehtiyatlarına görə respublikamız hazırda MDB məkanında birinci yerdədir.

        Keçirilmiş müşavirədə qeyd olunmuşdur ki, ötən il kənd təsərrüfatı sahəsində də müsbət nəticələr əldə edilmişdir. Kənd təsərrüfatında artım 7 faiz olmaqla il ərzində 3 milyon 538 min ton taxıl, 190 min tondan çox üzüm, 630 ton barama və rekord miqdarda - 294 min ton pambıq istehsal olunmuşdur. Gömrük və vergi daxilolmaları hesabına büdcəyə ötən il əlavə 1 milyard manat vəsait daxil olmuş və bu gəlirlər tam həcmdə sosial sahəyə yönəldilmişdir. Ötən il həyata keçirilən sosial paket 4.2 milyon insanı əhatə etmiş, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, digər müavinətlər isə 2 dəfə artırılmışdır.

       Qeyd olunmuşdur ki, hesabat ilində “Özünüməşğulluq proqramı” çərçivəsində 8 min 500 nəfərə aktivlər verilmiş, 72 min ailənin 296 min üzvü ünvanlı sosial yardımı almış, 38 min nəfər ictimai işlərə cəlb olunaraq işlə təmin olunmuş, ümumilikdə 98 min yeni iş yeri yaradılmışdır. İl ərzində 12 min şəhidin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş verilmiş, şəhid ailələrinə və müharibə əlillərinə 934 mənzil, əlilliyi olan şəxslərə isə 600 avtomobil təqdim edilmişdir. Problemli kreditlərin həlli məqsədilə büdcə vəsaiti hesabına 593 min vətəndaşa 640 milyon manat ödənilmişdir.

        Keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı haqqında danışan Prezident İlham Əliyev bu proqramın da uğurla icra olunacağına əminliyini bildirmişdir.

       Dövlət başçısı bildirmişdir ki, keçən il infrastruktur layihələrinin icrası istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki, Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri istismara verilmiş, TAP layihəsinin icra səviyyəsi 90 faizi keçmişdir. “Şimal-2” elektrik stansiyası istismara verilmiş, Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində 400 meqavat itirilmiş generasiya gücü bərpa olunmuş və 800 meqavat əlavə generasiya gücü əldə edilmişdir. İl ərzində 345 subartezian quyusu qazılmış, 1300 kilometr uzunluğunda yol çəkilmiş, 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və təmir edilmişdir. Respublikamızdakı mövcud sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərmiş, bunun da nəticəsində ölkəmizə ötən il rekord həddə – 3 milyon 170 min turist gəlmişdir.

        Prezident İlham Əliyev yekun nitqində 2020-ci ildə də bütün sahələr üzrə dövlətimizin böyük planlarının olduğunu, nəzərdə tutulmuş işlərin icrasının təmin ediləcəyinə əminliyini bildirmişdir.

       Hesabat ilində respublikamızda olduğu kimi, rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki,  2019-cu ildə rayon üzrə məhsulun ümumi buraxılışı 160 milyon 23 min manat (əvvəlki illə müqayisədə 3.4 faiz az) olmuşdur. İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının tərkibində sənaye məhsulu istehsalı 20 milyon 6 min manat, əvvəlki illə müqayisədə 2.8 faiz az olmuşdur. Azalma rayonun fındıq emalı müəssisələrinin fəaliyyətində qeydə alınmışdır. Hesabat dövründə kənd təsərrüfatı sahəsində məhsul buraxılışı 58 milyon 50 min manat və ya əvvəlki illə müqayisədə 7.8 faiz, nəqliyyatda 2 milyon 535 min manat və ya 5.0 faiz, rabitədə 1 milyon 189 min manat və ya 7.2 faiz, ticarətdə 42 milyon 399 min manat və ya 11.7 faiz çox olmuşdur. Tikinti sahəsində məhsul buraxılışı 35 milyon 844 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 13 milyon 960 min manat və ya 28.0 faiz az olmuşdur. Azalma dövlət və qeyri-dövlət mülkiyyəti üzrə tikinti-quraşdırma işlərinin əvvəlki illə müqayisədə az olması ilə izah olunur.

        Ötən il rayonda 435-i daimi olmaqla 679 yeni iş yeri açılmışdır ki, bu da əvvəlki illə müqayisədə 171 iş yeri çoxdur. Rayon üzrə orta aylıq əmək haqqı 332.7 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 73.5 manat çoxdur.

Rayon üzrə büdcəyə ötən il 3 milyon 951 min manat proqnoza qarşı 4 milyon 50 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 102.5 faizini təşkil etmişdir. Ötən il büdcəyə yığılmış vəsaitin həcmi 2018-ci illə müqayisədə 171 min manat çox olmuşdur. Sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayonda 57 sahibkara 7 milyon 926 min manat güzəştli kreditlər verilmiş və həmin kreditlər hesabına 149 yeni iş yeri yaradılmışdır. 

Hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq  məhsulları istehsalının dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  davam etdirilmişdir. Belə ki, 2019-ci ilin məhsulu üçün əkilmiş 13815 hektar payızlıq taxıl, o cümlədən 10934 hektar buğda, 2881 hektar arpa sahəsindən 41.1 min ton payızlıq dənlilər istehsal olunmuşdur. Payızlıq dənlilərdə hər hektardan orta məhsuldarlıq 29.8 sentner təşkil etmişdir.  2020-ci ilin məhsulu üçün 10270 hektar sahədə buğda, 2756 hektar sahədə isə arpa olmaqla cəmi 13026 hektar sahədə səpin işləri aparılmışdır.  Hesabat ilində  1720 hektar qarğıdalı sahəsindən 12758 ton məhsul tədarük edilmiş, orta məhsuldarlıq 74.2 sentner təşkil etmişdir. Ötən il yazlıq və payızlıq əkin sahələrinə görə 2830 nəfər məhsul istehsalçısına 1 milyon 207 min manat subsidiya verilmişdir.

Rayonumuz üçün ənənəvi istehsal sahələri olan tütünçülüyün və baramaçılğın daha da inkişaf etdirilməsinə xüsüsi diqqət verilərək ötən il 491.6  hektar sahədə tütün əkini aparılmış 552.7 ton quru tütün tədarük olunmuşdur. Hesabat ilində tütünçülüklə məşğul olan sahibkarlara 16.9 min manat subsidiya verilmişdir.

 Hesabat dövründə rayonda əvvəlki illə müqayisədə 4.5 ton çox olmaqla 29.8 ton miqdarında yüksək keyfiyyətli barama istehsal olunmuşdur. Məlumat üçün bildirirəm ki, ötən ildən etibarən rayonumuzda damazlıq barama istehsalına başlanılmış və hesabat dövründə 2.5 ton damazlıq barama istehsal olunmuşdur. Kümdarlara damazlıq barama istehsalına görə 50.5 min manat və sənaye növlü barama istehsalına görə 107.4 min manat pul vəsaitinin ödənilməsi, həmçinin sənaye növlü baramanın hər kiloqramına 5 manat olmaqla 134.3 min manat subsudiyanın verilməsi təmin olunmuşdur. Qax Damazlıq İpəkçilik stansiyasında cari ildə kümdarlara paylanılması üçün 146 kq barama qurdu toxumu hazırlanmışdır. Baramaçılığın yem bazasının artırılması məqsədilə 39600 ədəd yerli,  həmçinin Çin Xalq Respublikasından gətirilmiş 25000 ədəd yüksək məhsuldar tut tinglərinin rayon ərazisində əkini təmin olunmuşdur.

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi,  həmçinin regionların təbii-iqlim şəraiti və istehsal ənənələri nəzərə alınmaqla ixrac yönümlü məhsul istehsalının artırılması məqsədilə hesabat ilində rayonun ayrı-ayrı ərazilərində 267.8 hektar sahədə yeni fındıq bağları salınmış və bu istiqamətdə işlər bu ildə də davam etdiriləcəkdir. Məlumat üçün bildirirəm ki, kənd təsərrüfatı kooperasiyası üzrə pilot layihələrin dəstəklənməsi çərçivəsində Turaclı kəndində 96 ailəni birləşdirən ümumi ərazisi 350 hektar olan “Ata-Baba Fındıq İstehsalı” kooperativi yaradılmışdır.

Rayonda yaradılmış  Aqropark ərazisində 2019-cu ildə 136 hektar sahədə badam, 36 hektar sahədə qoz, 138 hektar sahədə üzüm bağları salınmışdır. Yeni salınması nəzərdə tutulan meyvə bağlarında damcılı suvarma sisteminin quraşdırılması  üçün 10 min və 20 min  tonluq su anbarlarının tikintisi başa çatdırılmış və 2 ədəd nasos stansiyası quraşdırılmışdır. Müəssisənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 18 ədəd müxtəlif növ aqreqat və texnikalar alınmışdır.  Müəssisədə cari ilin məhsulu üçün əkilmiş 1100 hektar buğda sahəsindən 4165 ton məhsul istehsal olunmuş, orta məhsuldarlıq 37.9 sentner təşkil etmişdir ki, bu da rayonun orta göstəricisindən 7.2 sentner çoxdur. Qeyd olunmalıdır ki,  Aqropark ərazisindəki suvarılan torpaq sahələrində orta məhsuldarlıq 57.6 sentner təşkil etmişdir. Hesabat ilində Aqropark ərazisində 170 hektar dən qarğıdalı sahəsinin hər hektarından 100 sentner olmaqla 1700 ton məhsul istehsal olunmuşdur. Aqropark ərazisində 2020-ci ilin məhsulu üçün 1070 hektar sahədə buğda, 90 hektar sahədə arpa əkini aparılmışdır.

Hesabat dövründə “Aqrolizinq” ASC-nin rayon bölməsi tərəfindən   kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştli qiymətlə 1643 ton azot, 128 ton karbamid, 793 ton ammofos, 697 ton nitroammofoska gübrələrinin, həmçinin 3865 litr həcmdə müxtəlif növ pestisidlərin satılması təmin olunmuşdur. Ötən il filiala məxsus texnikalar vasitəsi ilə rayonun ayrı-ayrı ərazilərində 800 hektar sahədə şum, 2000 hektar sahədə isə payızlıq dənlilərin  biçini aparılmışdır.

        Hesabat ilində 8411 hektar sahədə gəmiricilərə, 730 hektar sahədə taxıl böcəyinə, 230 hektar sahədə çəyirtkəkimilərə, 3532 hektar taxıl sahəsində sarı pas və 940 hektar meyvə bağlarında müxtəlif zərəvericilərə qarşı kimyəvi mübarizə aparılmışdır. Həmçinin il ərzində rayonun ayrı-ayrı ərazilərində 126 hektar sahədə ambroziyaya qarşı kimyəvi mübarizə aparılmış, 556 hektar sahədə isə mexaniki yolla məhv edilmişdir.  Əkin və qeyri-əkin sahələrində müxtəlif növ alaq otlarına qarşı təsərrüfat subyektləri tərəfindən 14287 hektar sahədə kimyəvi  mübarizə tədbirləri aparılmışdır.

Qax Regional Toxum Sertifikatlaşdırma Mərkəzi tərəfindən rayonda fəaliyyət göstərən özəl toxumçuluq müəssisələrində işlərin gedişi nəzarətə götürülmüş, toxumluq əkin sahələrində aprobasiya işi aparılmışdır. Hesabat ilində rayonda fəaliyyət göstərən 4 özəl toxumçuluq müəssisəsi və 2 nəfər taxıl toxumçuluğu ilə məşğul olan fiziki şəxs tərəfindən 6191 ton yüksək kondisiyalı buğda, 414 ton isə arpa toxumu istehsal olunaraq məhsul istehsalçılarına satılmışdır. Mərkəz tərəfindən sertifikatlaşdırılmış toxumların saxlanılmasına və etiketləşdirilməsinə nəzarət edilmişdir. Bununla belə qeyd olunmalıdır ki, mərkəz tərəfindən rayonda dövlət reyestrinə daxil olmayan və rayonlaşdırılmamış toxumların ticarət dövriyyəsinin qarşısının alınmasına tam nail olunmamışdır.

         Hesabat dövründə torpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının yaxşılaşdırılması məqsədilə 613 min m3 həcmdə lildən təmizləmə işləri, 43 ədəd hidropost və 67 ədəd hidroqurğuda  təmir işləri aparılmışdır.

           Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə daşqın və selə qarşı 1030 min m3 məcratəmizləmə işləri aparılmış, 1964 m3 qabion və 5586 m3 daş-beton bəndlərdə sahilbərkitmə işləri, beton bəndlərdə 313,7 m3, dəmir-beton kanallarda isə 1587,1 m3 təmir işləri  aparılmışdır.

         “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” ölkə başçısının 12 fevral 2019-cu il 952 nömrəli Sərəncamına uyğun olaraq hesabat ilində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış vəsait hesabına rayonun 14 yaşayış məntəqəsində - Qazmalar, Almalı, Tanqıt, Qaysarlı, Qorağan, Şotavar, Lələli, Tasmalı, Ləkit, Qum, Qaratala, Qaradolaq, Böyük Alatəmir və Qaşqaçay  kəndlərində subartezian quyuları qazılmışdır. Həmçinin Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə rayonun Güllük və Baydarlı kəndlərində hər birində 1 ədəd subartezian quyusu qazılmışdır.

       Hesabat ilində rayonumuzun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmişdir. Belə ki, 01 yanvar 2020-ci il tarixə rayonda 23393 baş iribuynuzlu mal, o cümlədən 12015 baş ana mal,  56955 baş qoyun-keçi və  21684 arı ailəsi mövcud olmuşdur. Mal-qara arasında qısırlıq hallarının minimuma endirilməsi, əhali təsərrüfatlarında olan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi üçün süni mayalanmanın tətbiqi diqqət mərkəzində saxlanılmışdır. Ötən il 4091 baş inək-düyə süni mayalandırılmışdır ki, bu da 2018-ci illə müqayisədə 404 baş çox olmuşdur. Süni yolla mayalandırılmış inək-düyələrdən ötən il 2018-ci illə müqayisədə 157 baş çox olmaqla 2654 baş salamat bala alınmışdır. Süni yolla mayalanma nəticəsində doğulmuş buzovlara görə 2261 nəfər mal sahibinə 263.8 min manat məbləğində subsidiya ödənilmişdir.

Ötən il respublikaya idxal olunan yüksək məhsuldar 24 baş cins düyənin heyvandarlıqla məşğul olan 3 nəfər sahibkara 50 faiz güzəştlə lizinq yolu ilə satılması təmin olunmuşdur. İl ərzində rayonda fəaliyyət göstərən 5 özəl inkubatorda 400 mindən artıq cücə çıxarılaraq əhaliyə satılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalının da intensiv artımı təmin olunmuş, nəticə etibarı ilə 2018-ci illə müqayisədə ət istehsalı 6 ton artaraq 3037.8 tona, süd istehsalı 34 ton artaraq 16115.3 tona, yumurta istehsalı 7 min ədəd artaraq 7 milyon 915 min ədədə çatmış, yun istehsalı 114.4 ton olmuşdur.

Rayonda mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2019-cu ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlərin icrası tam təmin olunmuşdur. Profilaktik tədbirlər vaxtlı-vaxtında aparıldığından  mal-qara arasında yoluxucu xəstəliklərin baş verməsi halları müşahidə olunmamışdır.

         Hər il olduğu kimi ötən ildə də icarəyə verilmiş  dövlət torpaq fonduna aid örüşlərin, xüsusilə qış otlaqlarınn təyinatı üzrə istifadə olunmasına xüsusi diqqət yetirildiyindən, icarədarlar tərəfindən fond torpaqlarının təyinatının özbaşına dəyişdirilməsi, eləcə də ərazilərdə qeyri-qanuni tikintilərin aparılması hallarına yol verilməmişdir. Bununla belə bəzi sahibkarlar tərəfindən hələ də qışlaqlarda normadan artıq iribuynuzlu mal-qara saxlanması halları mövcuddur ki, bunun da qarşısının alınması üçün lazımi tədbirlər görülməlidir.

         Rayonda arıçılığın daha da inkişaf etdirilməsi üçün stimullaşdırıcı amillərin həyata keçirilməsi məqsədilə arıçılıqla məşğul olan 797 istehsalçıya məxsus 21684 arı ailəsinə 216840 manat məbləğində subsidiya ödənilmişdir. Arıçılığın inkişaf etdirilməsinin təşviqi məqsədilə rayonumuz üçün ənənəvi olan “Bal” bayramı keçirilmiş, Bakı şəhərində təşkil olunan arıçılıq məhsullarının sərgi-satışı yarmarkasında arıçılıqla məşğul olan bir qrup sahibkarın iştirakı təmin olunmuşdur. Arıçılığın inkişafına dəstək məqsədilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində Ləkit kəndi ərazisində bal məhsullarının qablaşdırılması məntəqəsi istifadəyə verilmişdir.

        Regionlarda kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində hesabat dövründə Tasmalı kəndində yem emalı məntəqəsi istifadəyə verilmişdir.

2019-cu ildə Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin Qax meşəbəyiliyi tərəfindən mövcud meşələrin qorunub mühafizə olunması, bərpa edilməsi, yeni meşələrin salınması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, il ərzində 15.5 hektar sahədə fındıq, 4.5 hektar sahədə göyrüc olmaqla cəmi 20 hektar sahədə meşə əkini aparılmış, 0.15 hektar sahədə tinglik salınmış, müvəqqəti tinglik sahələrində 160 min ədəd əkin materialı yetişdirilmişdir. İl ərzində meşə qanunvericiliyinin pozulması, meşə sahələrinə qanunsuz müdaxilərlə bağlı 6.1 min manat məbləğində cərimə hesablanmış və həmin vəsaitin ödənilməsi təmin olunmuşdur. Bununla belə mal-qaranın meşələrə səllim buraxılaraq otarılmasının, meşələrə qanunsuz müdaxilələrin qarşısının alınmasında, meşə qanunvericiliyinə əməl olunmasında xeyli nöqsan və çatışmazlıqlar mövcud olmuşdur.

İlisu Dövlət Təbiət Qoruğu tərəfindən mühafizə rejiminə əməl olunması, fauna və flora elementlərinin qorunması, qoruq ərazisində elmi müşahidələrin aparılması və əhalinin ekoloji maarifləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Bununla belə qoruq və yasaqlıq ərazilərində qoruq rejiminə zidd fəaliyyət və müdaxilə halları olmuşdur. Belə ki, 2019-cu ildə ayrı-ayrı vətəndaşlar tərəfindən qoruq və yasaqlıq ərazilərində mühafizə rejiminin pozulması, bu və ya digər qeyri-qanuni hərəkətlərə yol verilməsi ilə bağlı 8 protokol tərtib olunmuş, 8.5 min manat məbləğində cərimə tətbiq olunmuşdur. Həmin vəsaitin 7.5 min manatının qoruğun xüsusi fonduna keçirilməsi təmin olunmuşdur. 

       Hesabat dövründə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş 650 min ağac əkini aksiyası çərçivəsində rayonun ayrı-ayrı ərazilərində 19 min ədəd müxtəlif növ ağac tingləri əkilmişdir.

 Daxili bazarın qorunması, kənd təsərrüfatı məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədi ilə Bakı şəhərində, eləcə də Qax şəhərində təşkil olunmuş yarmarkalarda rayonumuzun sahibkarlarının iştirakı artıq ənənə halını almışdır. Ötən il keçirilən yarmarkalarda 50 tona yaxın müxtəlif növ kənd təsərrüfatı məhsullarının satışı təmin olunmuşdur.

       Hesabat dövründə yolların əsaslı təmiri və  abadlıq  işlərinin  görülməsi ilə bağlı  büdcədə  nəzərdə  tutulmuş  vəsait  hesabına Cəlayir kəndinin giriş yoluna asfalt örtüyü salınmış, şəhərin Azərbaycan prospekti, İ.Mustafayev, M.Müşfiq küçəsi döngə,1, Babək, Şirvani, M.Hüseyinzadə, H.Cavid, Bakıxanov, M.Əmirov, H.Aslanov H.Tağıyeva, M.Dilbazi və M.Rahim küçələrində yol və səkilərin təmiri, həmçinin abadlıq işləri aparılmışdır.

       Mənzil fondu hesabına şəhərin H.Əliyev prospekti 1a, 4, 17, 17a saylı kommunal yaşayış binalarının həyətlərində abadlıq və asfalt örtüyünün təmiri işləri aparılmış, V.Eyvazov küçəsi, 20 ünvanında söhbətgah quraşdırılmış və Azərbaycan prospekti, 67 ünvanındakı kommunal yaşayış binasının fasadındakı yanar üzlük material sökülərək odadavamlı materialla əvəzlənmişdir.

        Hesabat dövründə Ağçay, Əmircan, Meşəbaş, Turaclı və Qarameşə kəndlərinin giriş yolu əsaslı təmir olunmuş, Yevlax–Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi (96 km) - Qax-İlisu avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılmışdır.

       Ötən il Tasmalı və Əlibəyli kəndlərində tam orta məktəblərin, Qaradolaq, Qarabaldır, Əmircan, Qapıçay, Çinarlı, Fıstıqlı və Aşağı-Malax kəndlərində isə modul tipli məktəblərin tikintisi və Qum kənd 16 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Amanlı kəndində modul tipli ibtidai məktəbin tikintisində son tamamlama işləri aparılmış, Şıxlar kənd ibtidai və Qaşqaçay kənd tam orta məktəblərinin sinif otaqlarında cari təmir işləri aparılmış və Qaxingiloy kənd 19 saylı körpələr evi-uşaq bağçasının təmiri işləri davam etdirilmişdir.

         Həmçinin ötən il Rayon İncəsənət məktəbində təmir işləri aparılmış, Gənclər və İdman İdarəsinin bir neçə otağında və Rayon Mərkəzi Xəstəxana binasının bir hissəsində təmir işləri aparılmışdır.

      Hesabat dövründə Qax şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmiş, şəhər ərazisində 48 mənzilli yaşayış binasında son tamamlama işləri aparılmış, Səfərbərlik və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin Qax rayon  şöbəsinin  inzibati  binasının tikintisi isə baş çatmışdır.

      İl ərzində rayon İcra Hakimiyyəti tərəfindən 105 fərdi  yaşayış evinin tikintisinə, 43 fərdi yaşayış evinin istismarına, eyni zamanda 9 sahibkarlıq obyektinin tikintisinə və 8 sahibkarlıq obyektinin istismarına icazə verilmişdir.

        Hesabat dövründə Dövlət  İmtahan  Mərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində  buraxılış imtahanları keçirilmiş, imtahanlarda 595 nəfər IX və 429 nəfər isə XI sinif şagirdi iştirak etmişdir. Buraxılış imtahanında şəhər 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi maksimum nəticə göstərərək 300 bal toplamışdır.

         Fənn olimpiadalarının respublika mərhələsinin final turunda rayonumuz 3 nəfər şagirdlə təmsil olunmuş, şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi azərbaycan dili və ədəbiyyatı, şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi isə biologiya fənni üzrə üçüncü yerə layiq  görülmüşdür.

      Məktəblilərarası V fənn müsabiqəsinin  final mərhələsində Almalı kənd tam orta məktəbin VI sinif şagirdi informatika fənni üzrə 65,5 bal toplayaraq birinci yerə, “ Ən yaxşı təqdimat ” respublika  müsabiqəsində rayonumuzu təmsil edən şəhər 2 saylı məktəb-liseyin şagirdi birinci yerə, “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində şəhər 2 saylı məktəb-liseyin şagirdi üçüncü yerə və “Sabahın alimləri” müsabiqəsində “Nistaqmoskop” layihəsi ilə  şəhər  5 nömrəli tam  orta məktəbin XI  sinif  şagirdi gümüş medala layiq  görülmüşdür.

        “Şahin” hərbi-idman  oyunu üzrə  rayon komandası zona yarışlarında, “Sərhəd” hərbi-idman oyununda isə Zəyəm kənd tam orta məktəbinin komandası qalib olmuşdur. Həmçinin Güllük kənd tam orta məktəbinin şagirdi Azərbaycan Budo Döyüş  növləri Federasiyasının dunya  kubokunda 10-12 yaşlılar arasında keçirilən karate  üzrə yarımfinalda “Qızıl medal”la  təltif ounmuşdur.

          Hesabat dövründə Azərbaycan  Respublikası Təhsil Nazirliyinin əmri ilə təhsildə xüsisi nailiyyətlərinə görə 2 nəfər - şəhər 2 nömrəli məktəb-liseyin və şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi qızıl,  2 nəfər - şəhər 5 nömrəli tam orta məktəbinin şagirdləri gümüş medalla  təltif  olunmuşlar.

          2018-2019-cu  tədris ilində rayonun tam orta  məktəblərinin Azərbaycan və rus bölmələrini 369 nəfər, gürcü bölməsini 60 nəfər şagird bitirmişdir. Ali məktəblərə qəbulun  nəticələrinə görə azərbaycan və rus bölməsi üzrə 217 nəfər, gürcü bölməsi üzrə 28 nəfər  tələbə adını qazanmış, onlardan 17 nəfəri  600-dən çox, 47 nəfəri isə 500-700 arası  bal toplamışdır. Şəhər 5 saylı tam orta məktəbin şagirdi rayon  üzrə ən yüksək – 676 bal,  Qaxingiloy  kənd  tam orta məktəbinin şagirdi  gürcü bölməsi üzrə  ən yüksək - 260 bal toplamışdır.  Tədris  ilində 47 nəfər orta  ixtisas məktəblərinə  qəbul olunmuşdur. 

        Ölkə Prezidenti  cənab  İlham Əliyevin 9 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş 5 nömrəli tam orta məktəbin iki şagirdi Prezident təqaüdünə layiq  görülmüşdür.

      Hesabat  ilində rayonun pedaqoji kollektivi də respublika  səviyyəli  müsabiqələrdə  iştirak  etmişdir. Belə ki, “Respublika pedaqoji mühazirələrinin yekunları barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə  şəhər 5 nömrəli tam orta məktəbinin tarix  müəllimi Şükufə Muradova I dərəcəli diplomla, Qaxbaş kənd 2 nömrəli tam orta məktəbinin fizika müəllimi Südabə Əhmədova tərifnamə ilə təltif edilmişdir. Hesabat dövründə “Təhsildə inkişaf və innovasiyalar üzrə III  qrant müsabiqəsi”ndə şəhər 5 saylı tam orta məktəbin psixoloqu Svetlana Mahmudova  “Fərqimiz üstünlüyümüzdür”,  İlisu kənd  tam orta məktəbi isə “Uğurlu nəticə üçün doğru strategiya” layihəsi üzrə qalib olmuşdur.

        Hesabat dövründə ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə şəhər 4 nömrəli tam orta  məktəbin kimya  müəllimi Məryət  Bayramova ”Əməkdar müəllim” adına layiq  görülmüş, şəhər 5 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Dilarə Abbasova, həmçinin Uşaq Gənclər İdman Şahmat məktəbinin  metodisti Dilarə Əhmədova “Tərəqqi” medalı ilə təltif  olunmuşdur. Eyni  zamanda şəhər 2 saylı məktəb-liseyin fizika  müəllimi Rəna  Əhmədova “Azərbaycan  Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilmişdir.

          Rayonda  fəaliyyət  göstərən ümumtəhsil  müəssisələrində məktəbəhazırlıq  qruplarının  yaradılması  və 5 yaşı tamam  olan uşaqların qəbulunu həyata  keçirmək məqsədilə  hesabat ili ərzində 29  məktəbdə 32  məktəbəhazırlıq qrupları  təşkil edilmişdir  ki, həmin qruplara 472 nəfər uşaq cəlb  edilmişdir. Həmçinin Təhsil Nazirliyinin həyata  keçirdiyi  layihə əsasında  rayonun Qıpçaq, Tasmalı, Qum, Zəyəm, Almalı, Qax İngiloy kənd  İnzibati Ərazi  Dairələri üzrə nümayəndliklərində (Baydarlı kənd tam, Qarabaldır, Fıstıqlı, Lələpaşa, Lələli kənd ümumi, Şıxlar, Uzuntala kənd ibtidai məktəblərində)  3-4 yaşlı uşaqlar üçün icma əsaslı məktəbəhazırlıq  qrupları  təşkil  edilmiş və  bu qruplara 97 nəfər uşaq cəlb edilmişdir.

        Məktəbəqədər  təhsil  müəssisələrində təlim-tərbiyə prosesini  və idarəetməni təkmilləşdirməklə  səmərəli  təhsil modelinə əsaslanan dövlət  təhsil standartları və kurrikulumları əsasında yeni  informasiya texnologiyalarını  tətbiq  etməklə işin  günün tələbləri səviyyəsində  qurulmasına çalışılır.

         Məktəbəqədər yaşlı uşaqların zəruri həyati bacarıqlara yiyələnmələrini və məktəb təhsilinə hazırlığını təmin etmək məqsədi ilə rayonda 1897 uşağı əhatə edən  36-ı dövlət və  bir  özəl məktəbəqədər  təhsil müəssisəsi  fəaliyyət  göstərir.  Gürcü  xalqının nümayəndələrinin kompakt  yaşadığı  6  kənddə (Qax İngiloy, Əlibəyli, Alatəmir, Meşəbaş, İngiloy- Kötüklü) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət  göstərir  və  şəhər  2 nömrəli körpələr  evi-uşaq  bağçasının bir  qrupunda təlim gürcü  dilində aparılır.

         Hesabat dövründə şəhərdə fəaliyyət  göstərən 180 uşaq yerlik özəl məktəbəqədər təhsil müəssisəsində  2  azərbaycan və 4 rus bölməsi olmaqla 6 qrupda 64 uşaq  məktəbəqədər təhsilə cəlb olunmuşdur.    

        Ötən il rayon Mərkəzi Xəstəxanasının 109 nəfər həkimi və 399 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir.

        Hesabat dövründə 2 uşaq ölümü qeydə alınmış, cərrahiyə şöbəsində 439 əməliyyat  aparılmışdır  ki, bunlardan da  74-ü təcili və təxirəsalınmaz əməliyyat olmuşdur. 76 nəfər həkim Həkimləri Təkmilləşdirmə İnstitutunda, 97 nəfər orta  tibb işçisi ixtisasartırma kursunda olmuş, 108 nəfər həkim sertifikasiya komissiyasından keçmişdir.

        İl ərzidə 232.4 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə bölüşdürülmüş, güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 161.1 min manatlıq pulsuz dərman preparatları  verilmişdir.

        Vərəm xəstəliyinin ilkin aşkarlanması məqsədi ilə 9246 nəfərdə müayinə aparılmış və 20 nəfərdə ilkin vərəm aşkarlanmışdır. Eyni zamanda il ərzində 110 nəfər diabetli xəstə və 119 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür.

       Hesabat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə rayonda əhali arasında ödənişsiz profilaktiki tibbi müayinələr aparılmışdır.

       Hesabat  ilində Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaq məqsədi ilə 2020-ci ildən etibarən  ölkədə mərhələli şəkildə genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın (İTS) tətbiqinə  başlanılmış, müəssisənin hüquqi sənədləri və adı dəyişdirilərək “Qax  Rayon Mərkəzi  Xəstəxanası” Publik Hüquqi  Şəxs statusu verimişdir. Həmçinin  müəssisənin tam idarəedilməsini təmin edəcək proqram təminatı yaradılmış, bütün şöbələrdə  postlar quraşdırılmış, ödənişləri etmək üçün ödəniş və post  terminallar quraşdırılmış, laboratoriya avadanlıqları yenidən qurulmuş, Ailə Sağlamlıq Mərkəzi Yaradılmışdır.     Rayonda  icbari  tibbi  sığortanın  tətbiqi ilə bağlı   Rayon  İcra  Hakimiyyəti  başçısının    müvafiq  sərəncamına əsasən  əhali arasında təbliğat işləri aparılmış,  maarifləndirici  tədbirlər,  avqust  və dekabr ayında  rayon İcra Hakimiyyətinin,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta  sisteminin tətbiqi”  mövzusunda seminarlar  keçirilmiş,  yerli “Şəlalə”  qəzetində məqalələr  dərc  edimişdir. 

        Rayon Gigiyena  və Epidiomologiya  Mərkəzi tərəfindən il ərzində peyvəndlərin tətbiqinə daim nəzarət olunmuş və rayonun müalicə profilaktika müəssisələrinə praktiki köməklik göstərilmişdir.

       Hesabat dövründə Rayon Mədəniyyət şöbəsi Baki şəhəri  Dənizkənarı Milli Parkda  təşkil olunmuş sərgidə rayonumuzu  təmsil etmiş, həmçinin rayonun mədəniyyət  müəssisələrində tarixi  günlər, bayramlar, yubileylər, sərgilər, konfranslar və dəyirmi masalar keçirilmiş, kompozisiyalar hazırlanmışdır.

      Azərbaycan  Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən II “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalında rayon Uşaq İncəsənət məktəbinin “Tumurcuq” rəqs kollektivi Şamaxı və Balakən rayonlarında, Əlibəyli kənd mədəniyyət evinin “Pesvebi” rəqs kollektivi Ağcabədi rayonunda keçirlən tədbirlərdə rayonumuzu təmsil etmişlər. İ. Dağıstanlı adına Xalq Teatrı Bakı şəhərində keçirilən Xalq Teatrlarının III respublika festivalının final mərhələsində çıxış etmiş, teatrın üzvü Fikrət Ramazanov “Sənətə sədaqətinə görə” diplomuna layiq görülmüşdür.

        Uşaq İncəsənət məktəbinin şagirdi Q.Qarayev adına Gənc fortepiano ifaçıların müsabiqəsində fəxri fərmana, həmçinin Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən rəsm müsabiqəsində iki nəfər şagird və   Respublika Xətai İncəsənət Mərkəzində keçirilən “Mənim yay tətilim”, “Doğma diyar” və “20 yanvar aşiqləri” rəsm müsabiqəsində 3nəfər  şagird diplomla  təltif  olunmuşlar.

2019-cu ildə rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən sayılan arıçılığı daha geniş təbliğ etmək, bu sahəyə marağı artırmaq, həmçinin rayonun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirmək məqsədi ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı Nazirliklərinin, Azərbaycan Arıçılar Assosiasiyasının dəstəyi  ilə rayonda III Bal bayramı keçirilmişdir.

   Tarixi, maddi və mənəvi dəyərlərin qorunub  saxlanılmasında, öyrənilməsi və nümayiş etdirilməsində  muzeylərin böyük rolu  vardır. Belə ki,  hesabat  ilində   rayon  Tarix  Diyarşünaslıq  Muzeyində, İ. Dağıstanlı adına Xatirə  Muzeyində  və  Bayraq  Muzeyində  sərgilər keçirilmişdir.  Hesabat  ilində  Tarix  Diyarşünaslıq  Muzeyində  əhaliyə pullu  xidmət  göstərilmiş,  Təhsil şöbəsi ilə  bağlanmış müqaviləyə əsasən səyyar  dərslər  keçirilmiş, ekskursiyalar  təşkil olunmuşdur.

         Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin, azərbaycançlıq məfkurəsi prinsiplərinin öyrənilməsi və gələcək nəsillərə  çatdırılmasında  H. Əliyev  Mərkəzi müstəsna  rol oynayır.  İl ərzində Heydər  Əliyev Mərkəzində Ulu  öndərin  şərəfli ömür  yoluna  həsr  olunmuş  gecələr, dəyirmi masalar,  müsabiqələr,  əlamətdar  tarixi gün və bayramlar, seminar-treninqlər və maarifləndirici tədbirlər  keçirilmişdir.  Gənc  istedadların üzə çıxarılması və uşaqların asudə  vaxtının  səmrəli  təşkili  məqsədi ilə  Mərkəzdə  rəsm, dekorativ tətbiqi sənət, rus dili, kompüter  və  rəqs  dərnəkləri  fəaliyyət göstərmiş, həmçinin yeni ailə quran gənclərə ailə dəyərlərini aşılamaq məqsədi ilə  nigah mərasimləri qeydə alınmışdır.    

            Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramı”nda dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, peşə vərdişləri aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə rayonumuzda da müntəzəm olaraq işlər aparılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsi ilə birlikdə rayonda  01 aprel 2019-cu il tarixdən bu günədək 13-ü oğlan və 4-ü qız olmaqla 17 nəfər könüllü  2 ay ərzində öz ixtisaslarına uyğun şöbələrdə təcrübə keçmiş və RİH başçısı tərəfindən onlara sertifikatlar təqdim olunmuşdur.

         RİH-də təcrübə keçən  9 nəfər  gənc könüllü öz ixtisaslarına uyğun olaraq müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur. Bu sahədə işlər davam etdirilir.

            Gənclər Fondunun işinin təkmilləşdiriləsi baxımından cənab Prezident İlham Əliyevinin  Sərəncamı ilə 19 noyabr 2019-cu ildə rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzi yaradılmışdır. Mərkəzinin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdir.

             Mərkəzdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər və seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Mərkəzdə 5 nəfər gənc daimi işlə təmin olunmuş, 75 nəfər gənc könüllü kimi qeydiyyatdan keçmişdir.  Bu mərkəz vasitəsilə rayon gəncləri istedad və qabiliyyətlərinin üzə çıxarılması, onların məşğulluqla təmin olunması baxımından respublika əhəmiyyətli layihələrə cəlb olunur və müxtəlif proqramlarda iştirak edirlər.

         Rayon Gənclər və İdman İdarəsi hesabat dövründə iş planına uyğun olaraq aidiyyəti qurumlarla əlaqələri daha da genişləndirərək rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ötən il rayonumuzda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilmişdir. Yarışda respublikamızın 58 şəhər və rayonunu təmsil edən 551 şahmatçı mübarizə aparmışdır.

Həmçinin hesabat ilində Bakı şəhərində keçirlən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident  şurasının iclasında həmyerlimiz Xanım Balacayeva Beynəxalq Qrossmeystr  adına layiq  görlmüşdür. 

Ismayıllı rayonunda  keçirilən VMH poliatlon çoxnövçülüyü üzrə  ölkə  çempionatında  rayon komandası I yeri tutmuşdur. Bakı şəhərində keçirilən MMA, Paknkration və Qranpling  idman növləri üzrə  respublika çempionatında öz çəki dərəcələrində 4 nəfər I yeri, bir  nəfər II  və bir nəfər III  yeri tutmuşdur.  Ümummilli lider  H. Əliyevin anım günündə cüdo üzrə VIII ənənəvi Beynəlxalq turnirdə bir nəfər  I yeri, qol güləşi idman  növü  üzrə Ölkə  kubokunda bir nəfər I yeri, universal döyüş  növü  üzrə beynəlxalq  turnirdə müxtəlif çəki dərəcələrində  rayonumuzun idmançılarından 5 nəfəri I yeri, 2 nəfər II yeri, 5 nəfər III yeri tutumuşdur. Mingəçevir  şəhərində  keçirilən  cüdo idman  növündə 2006/2007 və 2003/2005-ci il təvəllüdlü  yeniyetmələr arasında zona  birinciliyində öz  çəki dərəcələrində bir nəfər II, iki nəfər  III  yerləri tututaraq finala vəsiqə qazanmış, Tovuz  rayonunda  keçirilən final  mərhələsində bir nəfər  II yeri tutmuşdur.

         Ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyada ötən il rayonun ümumtəhsil  məktəblərindən 40 nəfər  X-XI sinif  şagirdi və           5 nəfər müşahidəçidən ibarət qrup Şəmkir, Göygöl və Gəncə şəhərlərində olmuşdur. Tur-aksiya çərçivəsində Şəmkir şəhərində keçirilən “Nə? Harda? Nə zaman?” bilik yarışmasında rayonumuzu təmsil edən 2 komanda müvafiq olaraq birinci və üçünçü  yerləri  tutmuşdur.

         Hesabat ilində rayonda dini münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu və dövlət-din münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının tələbləri əsasında tənzimlənmişdir. Belə ki, rayonda yaşayan milli azlıqların sosial-məişət şəraitinin yaxşılaşdırılması, inkişafı daim diqqət mərkəzində saxlanılmış, onların sosial-iqtisadi, mədəni və s. problemlərinin öyrənilməsi və həlli istiqamətində lazımi işlər aparılmış, keçirilmiş tədbirlərdə iştirakı təmin olunmuşdur. İl ərzində dini icmalar tərəfindən dini fəaliyyətlə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edilmiş, fəaliyyətlərində qanunazidd hallar müəyyən olunmamışdır. İl ərzində rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumların birgə təşkilatçılığı ilə vətəndaşların, xüsusilə də gənclərin radikal meylli dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlər həyata keçirilmişdir. Hal-hazırda rayonda dini durum sabitdir. Ötən il rayonda milli-dinin bayram və əlamətdar günlərin kənar müdaxilələr olmadan mövcud qanunvericiliyin tələblərinə, adət və ənənələrə uyğun həyata keçirilməsi təmin edilmişdir.

        Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondu Qax rayon şöbəsində yaşa görə 156 nəfərə, əlilliyə görə 20 nəfərə və ailə başçısını itirməyinə görə 20 nəfərə əmək pensiyası təyin olunmaqla, ümumilikdə 196 nəfərə əmək pensiyası təyin olunmuşdur. Şöbə üzrə 01 yanvar 2020-ci il tarixə uçotda olan pensiyaçıların sayı 7972 nəfər olmuşdur ki, bunlardan 5364 nəfəri yaşa görə, 2171 nəfəri əlilliyə görə və 437 nəfəri ailə başçısını itirməyinə görə əmək pensiyası alan şəxs olmuşdur.

        “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ötən il şöbədə yaşa görə 206 nəfərə, əlilliyə görə 121 nəfərə və ailə başçısını itirməyinə görə 23 nəfərə aylıq sosial müavinət təyin olunmuş, Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı zərər çəkmiş 12 nəfərə müalicə üçün birdəfəlik müavinət ödənilmişdir. 01 yanvar 2020-ci il tarixə şöbə üzrə 2491 nəfər sosial müavinət və 1557 nəfər təqaüd alan şəxs olmuş, eyni zamanda rayon üzrə 114 ailə ünvanlı dövlət sosial yardımı almışdır.

         Hesabat ilində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmət avtobusu rayon ərazisində 06 noyabr 2019-cu il tarixdən 05 dekabr 2019-cu il tarixədək vətəndaşlara səyyar xidmət göstərmişdir. Xidmət göstərilən müddət ərzində ümumilikdə 3278 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərdən 2940-na xidmət tərəfindən müvafiq sənədlər hazırlanaraq təqdim olunmuş, 338 müraciətə isə informasiya xidməti göstərilmişdir.

         Qax Rayon Məşğulluq Mərkəzində hesabat ilində 1441 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınanların 25 nəfəri struktur dəyişikliyi  ilə əlaqədar işdən azad olunan, 214 nəfəri kadr axıcılığı nəticəsində işdən azad olunan, 3 nəfəri hərbi xidmətdən tərxis olunan, 9 nəfəri cəzaçəkmə yerlərindən azad olunan, 776 nəfəri digər səbəblərdən işdən azad olunan, 414 nəfəri isə əmək fəaliyyəti ilə məşğul olmayan şəxslər olmuşdur.

        Qeyri-məşğul əhalinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi məqsədilə hesabat dövründə sosial xidmətlərin göstərilməsi üzrə 5 nəfər,  ərazilərin ekoloji sağlamlaşdırılması üzrə 15 nəfər, mənzil-kommunal xidməti üzrə 12 nəfər və  ictimai xarakterli digər istiqamətlər üzrə 208 nəfər işlə təmin olunmuşdur.

        Məşğulluq Mərkəzində qeydiyyatda olan işsiz və işaxtaran, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan 107 nəfər vətəndaş “Özünüməşğulluq” layihəsi çərçivəsində təlimlərə cəlb olunmuş, onlardan 74 nəfəri qiymətləndirmədən keçmişdir. Qiymətləndirmədən keçənlərdən 68 nəfərə maldarlıq, 6 nəfərə isə arıçılıq sahələri üzrə aktivlər verilmişdir.

       Hesabat dövründə 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsində yaranan çətinliklərlə bağlı işəgötürənlər tərəfindən daxil olmuş müraciətlər nəzarətdə saxlanılaraq, 46 işəgötürənə metodiki köməklik göstərilməklə bildirişlərin elektron informasiya sisteminə daxil edilməsi prosesində yol verilmiş nöqsanların aradan qaldırılması təmin olunmuşdur. Fəaliyyət planına uyğun olaraq qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə il ərzində müfəttişlik tərəfindən işəgötürənlər üçün 3 maarifləndirici tədbir keçirilmişdir.

       Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən hesabat dövründə məişət tullantılarının daşınmasına dair bağlanmış müqavilələr əsasında 1829 təsərrüfat subyektinə,  kommunal evlərdə yaşayan 682 abonentə, 315 sahibkara, 30  idarə, müəssisə və təşkilata müvafiq  xidmətlərin göstərilməsi təmin edilmişdir. Şəhər ərazisində abonentlərə xidmət üçün 2 qutu, 15 xüsusi yer və 154 konteyner ayrılmışdır. Ötən il Kombinat tərəfindən 19 min m3 həcmində bərk məişət tullantılarının poliqonda zərərsizləşdirilməsi, eləcə də  şəhərin 70 küçə və prospektini, 11 park və bağını əhatə edən 2484 ədəd nöqtənin işıqlandırılması təmin olunmuşdur.

        Kombinat tərəfindən şəhərin şəhərin küçə və parklarında 4429 ədəd müxtəlif növ ağac tingi, 1076 ədəd gül kolu, 22396 ədəd müxtəlif qızılgül, çiçək və gül əkilmiş, 1250 m2 sahəyə çəmən, 300 m2 sahəyə isə gül toxumu səpilmişdir.  

       Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi tərəfindən hesabat dövründə qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilərək 198 sayğac küçə xəttinə çıxarılmış, 538 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmiş, 75 ədəd smartkart tipli sayğac quraşdırılmışdır. Şəhər ərazisində 1083.8 pm, Qaxbaş kəndi ərazisində isə 386 pm uzunluğunda yeni qaz xətti çəkilmiş, ümumilikdə 11 ədəd qaz tənzimləyicisi quraşdırılmışdır. Müddət ərzində 140 mənzilə qaz çəkilişi aparılmışdır.      

       Hesabat dövründə Qax Elektrik Şəbəkəsi tərəfindən 107 ədəd transformator yarımstansiyası cari, 3 ədəd transformator yarımstansiyası isə əsaslı təmir olunmuşdur. İl ərzində 17 ədəd yeni ayrıcı quraşdırılmış, 82 ədəd 10 kV-luq, 139 ədəd 0.4 kV-luq dayaq dəyişdirilmişdir. Elektrik xətlərinin mühafizə zonasının 86.2 km hissəsi təmizlənmiş, 299 ədəd yeni sayğac quraşdırılmış, 3524 ədəd sayğac isə yenisi ilə əvəz olunmuşdur.  Əlibəyli kəndində 10 və 0.4 kV-luq şəbəkənin yenidənqurulması işləri çərçivəsində 41 ədəd yeni 0.4 kV-luq  metal boru dayaq basdırılmış, 111 ədəd sayğac dəyişdirilmiş, 5686 metr uzunluğunda yeni SİP kabel xətti və 1100 metr uzunluğunda A-35 markalı naqil çəkilmişdir.

       Güllük kəndində 10 və 0.4 kV-luq şəbəkənin yenidənqurulması işləri davam etdirilərək, ümumilikdə 1490 metr uzunluğunda yeni SİP kabel xətti çəkilmiş, 20 ədəd sayğac qutusu quraşdırılmış, 34 ədəd 0.4 kV-luq dayaq,  22 ədəd 10 kV-luq yeni dəmir-beton dayaq basdırılmış və 600 metr AS-50 markalı naqil çəkilmişdir.    

        Qax Sukanal sahəsi tərəfindən hesabat ilində 5941 abonent olmaqla, 14223  nəfər içməli su ilə təmin olunmuşdur. İdarə tərəfindən 13 büdcə, 22 respublika, 216 kommersiya və 37 istehsalat müəssisəsi ilə müqavilə bağlanmış və həmin sahələrə xidmət göstərmək üçün idarə tərəfindən 10 nəfər nəzarətçi ayrılmışdır. Sahə tərəfindən 2019-cu ildə əhaliyə 259,8 min manat, büdcə təşkilatlarına 37,8 min manat, qeyri-büdcə təşkilatlarına 47,5 min manat olmaqla, ümumilikdə 345,2 min manatlıq xidmət göstərilmişdir.  Göstərilmiş xidmətlərə görə yığım müvafiq olaraq əhali üzrə 271,5 min manat olmaqla 104,5 faiz, büdcə təşkilatları üzrə 42,1 min manat olmaqla 111,3 faiz,  qeyri-büdcə təşkilatları üzrə 51,5 min manat olmaqla 108,3 faiz,  cəmi 365,1 min manat olmaqla illik 105,7 faiz olmuşdur.

        Əhaliyə içməli suyun verilməsi üçün sahə tərəfindən su sayğaclarının quraşdırılması işi davam etdirilərək il ərzində 664 su sayğacı quraşdırılmş və rayon üzrə quraşdırılmış su sayğaclarının ümumi sayı  5768-ə çatdırılmışdır.

        Hesabat dövründə Qax Telekommunikasiya Qovşağı tərəfindən rayon ərazisində ümumilikdə 4915 metr uzunluğunda yeni kabel xətti çəkilərək telefon çəkilişi aparılmış, 3180 metr uzunluğunda istismara yararsız kabel yenisi ilə əvəzlənmişdir. Rayon Mərkəzi Xəstəxanasına 3 kilometr  uzunluğunda fiber optik kabel çəkilmiş və internet xidməti təmin edilmişdir. Qaratala kəndində 128 nömrə tutumuna malik EATS quraşdırılmışdır. Qındırğa kəndində əhalinin internet xidməti ilə təmin olunması üçün 3 kilometr uzunluğunda fiber optik kabel çəkilmiş və 32 nömrə tutumuna malik EATS quraşdırılmışdır. Qaradolaq kəndində 48 nömrə tutumuna malik yeni stansiya montaj olunaraq istifadəyə verilmişdir.

       “Aztelekom” MMC-nin “Azercell” layihəsi çərçivəsində ümimilikdə rayon ərazisində 4950 metr uzunluğunda fiber optik kabeli çəkilmişdir. Rayon ərazisində 3500 metr uzunluğunda istismara yararsız kabel yenisi ilə əvəzlənmişdir. Ləkit-Malax kəndində 4500 metr uzunluğunda fiber optik kabeli çəkilmişdir. Ümumilikdə rayon ərazisində 94 ədəd istismara yararsız ağac dirək yenisi ilə əvəzlənmiş, 20 ədəd ağac dirəyə beton calaq verilmiş, 13 ədəd internet avadanlığı quraşdırılmış, 1690 metr yol kənarı və 6380 metr şəbəkə daxili hava xətləri texniki normalara uyğun tənzimlənmişdir. 

    Məlum olduğu kimi, rayonumuzda 218 ailə olmaqla 890 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Hesabat ilində onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşgulluğunun artırılması və sosial müdafiəsinə yönəldilmiş tədbirlərin icrası vəziyyəti daim rayon rəhbərliyinin, eləcə də əlaqədar təşkilatların diqqət mərkəzində saxlanılmaqla lazımi qayğı göstərilmişdir.

     Hesabat dövründə rayon üzrə 205 nəfər   hərbi   xidmətə  yola  salınmış,  232 nəfər isə hərbi xidmətdən tərxis olunmuşdur. Ötən il rayonda 93 cinayət hadisəsi baş vermiş, cinayətlərin açılma faizi 98.8 faiz olmuşdur. İl  ərzində qeydə  alınmış cinayətlərdən 6-sı ağır, 37-si az   ağır və  50-i  isə  böyük  ictimai  təhlükə   törətməyən  cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərdən 37-si şəxsiyyət  əleyhinə, 14-ü mülkiyyət əleyhinə, 39-u ictimai qayda və ictimai təhlükəsizlik əleyhinə, 3-ü isə dövlət hakimiyyəti əleyhinə olan cinayətlər olmuşdur.  Ötən il 36 nəfər inzibati qaydada həbs edilmiş, 226 nəfərə 13 min manat məbləğində cərimə tətbiq edilmiş, 137 nəfərə xəbərdarlıq edilmiş və 197 inzibati protokol aidiyyəti üzrə göndərilmiş, sahə rəisləri tərəfindən 571 inzibati xəta haqqında protokol tərtib edilmişdir.                      

     2019-cu ildə rayon ərazisində 12 yol  nəqliyyat  hadisəsi qeydə alınmış, 2 nəfər ölmüş və 12 nəfər isə  müxtəlif  bədən  xəsarəti  almışdır. Hesabat ilində yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə sahəsində aparılan tədbirlər zamanı 3301 yol hərəkəti qayda pozuntusu aşkar edilmişdir.  

    Hesabat dövründə Qax Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən 3624 nəfər vətəndaşa şəxsiyyət vəsiqəsi verilmişdir. 

     Ötən il rayon üzrə 699 doğum, 446 ölüm qeydə alınmış, əhalinin təbii artımı 253 nəfər olmuşdur.  Bundan başqa 270 nigah və 57 nigahın pozulması halı qeydə alınmışdır.

        Təsdiq olunmuş qrafikə uyğun olaraq 2019-cu ildə rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayonun 53 yaşayış məntəqəsində səyyar qəbul keçirilmişdir. Səyyar qəbullarda iştirak etmiş 2159 vətəndaşdan 230 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərlə bağlı aidiyyəti xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilməklə icrası nəzarətə saxlanılmışdır.

 Ötən il rayon İcra Hakimiyyəti başçısının Aparatına 12 ədəd Azərbaycan Respublikasının Qanunu, Respublika Prezidentinin 37 fərman və sərəncamı, Prezident Administrasiyası rəhbərinin 4 sərəncamı, Nazirlər Kabinetinin 305 sərəncam və qərarı, respublikanın mərkəzi icra hakimiyyəti orqanları və digər idarə və müəssisələrindən, rayon təşkilatlarından ümumilikdə 940 sənəd daxil olmuşdur. Daxil olmuş sənədlər müvafiq təlimat və göstərişlərə uyğun olaraq işlənərək rayon İcra Hakimiyyəti başçısı Aparatının və əlaqədar təşkilatların məsul işçiləri tərəfindən baxılmışdır. Aparatda vətəndaşların müraciətlərinə baxılması vəziyyəti il ərzində 1 dəfə şura iclasında, 2 dəfə isə şöbələrdə müzakirə edilmişdir.

 2019-cu ildə rayon İcra Hakimiyyəti başçısı Aparatına Prezident Adminstrasiyasından 249, Milli Məclisdən 2, Nazirlər Kabinetindən 21, digər Respublika təşkilatlarından 20 və vətəndaşlardan 356 olmaqla, cəmi 648 müraciət daxil olmuşdur. Vətəndaş müraciətlərinin baxılmasının nəticəsi olaraq hamısına müvafiq cavab məktublarının göndərilməsi təmin olunmuşdur.       

Hesabat ilində daxil olmuş müraciətlərdən enerji daşıyıcıları və su ilə bağlı 27, rayon İcra Hakimiyyəti və bələdiyyələrin fəaliyyəti ilə bağlı 37, təbii fəlakət və fövqəladə hallarla bağlı 45, mənzil məsələləri ilə bağlı 78, torpaq məsələləri ilə bağlı 97, əmək və sosial müdafiə məsələləri ilə bağlı 107, şəhərsalma və tikinti məsələləri ilə bağlı 195 olmaqla çoxluq təşkil etmişdir.

Təsdiq olunmuş qrafikə uyğun olaraq il ərzində rayon İcra Hakimiyyəti başçısının, müavinlərin və şöbə müdirlərinin qəbulları keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 285 nəfər, digər məsul şəxslər tərəfindən isə 912 nəfər olmaqla cəmi 1197 nəfər vətəndaş qəbul edilmişdir.

        “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq hesabat ilində rayon İcra Hakimiyyətində keçirilən müşavirələrdə  yerlərdə həftə ərzində görülmüş və görüləcək işlər müzakirə olunmuş, iş hazırda da davam etdirilir.

            Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun Administrasiyasını və  rayon əhalisini əmin edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki proqram xarakterli çıxışından irəli gələn vəzifələri yerinə yetirmək üçün rayonun bütün potensial imkanları səfərbər edilərək 2020-ci il uğurla başa vurulacaqdır.

      

 

Keçidlər