Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür.

01 mart 2026 | 19:28

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur.
Bu xüsusi gün mülki müdafiə sahəsində maarifləndirmənin gücləndirilməsi, əhalinin təhlükəsizlik mədəniyyətinin artırılması və fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.
Qax şəhər Namiq Allahverdiyev adına 2N-li məktəb-liseydə 1Mart-Beynəlxalq Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirmişdir.
Tədbirdə Qax rayon DYMH-nin rəisi mayor Eyvazlı Əhmədəli,Qax rayon DYMH-nin 92 nömrəli YMB-nin rəisi baş leytenant Vüqar Qadaşlı , Şimal Qərb DYMH min Qax rayon üzrə böyük inspektoru baş leytenant Xəzər Mustafazadə,DYMH rəis müavini,baş leytenant Babək Kərimov iştirak etmişdir.
Tədbirdən sonra pedaqoji və texniki heyətlə Mülki müdafiə və yanğın təhlükəsizliyinə dair təlimat xarakterli maarifləndirici görüş keçirilmişdir.Görüşün məqsədi mülki müdafiənin əhəmiyyəti, fövqəladə hallarda düzgün davranış qaydaları və təhlükəsiz tədbirləri barədə məlumat vermək olmuşdur.Çıxışlar zamanı mülki müdafiə sahəsində görülən işlərdən,əhalinin və xüsusilə gənc nəslin hazırlığının vacibliyindən bəhs edilmişdir.

Keçidlər