Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xocalı faciəsi azərbaycanlılara qarşı həyata keçirilən təcavüzkar siyasətin ən qanlı səhifələrindən biridir

01 mart 2014 | 16:00

Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 22-ci ildönümü Qax rayonunda da silsilə tədbirlərlə qeyd olunmuşdur. Tədbirlər planına uyğun olaraq, rayonun müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anım mərasimləri, xatirə gecələri, konfranslar, idman yarışları keçirilmiş, sərgi və guşələr təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, faciənin ildönümü ilə bağlı fevralın 26-da YAP rayon təşkilatının qərargahında anım mərasimi keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, şəhid məzarları üzərinə gül-çiçək düzmüş, onların ölməz xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri amansız qətliamın bəşəriyyətə, insanlığa qarşı yönəlmiş ən dəhşətli cinayət olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
Tədbirdə çıxış edənlər faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini minnətdarlıq hissi ilə xatırlamışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti də təqdirəlayiqdir.
Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyətli addımları nəticəsində işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, cinayətkarların layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur.
Tədbirin sonunda Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Keçidlər