Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Dəyirmi masa”da ailə, qadın və uşaq problemlərinə dair məsələlər müzakirə olunmuşdur

05 mart 2014 | 16:00

Martın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının konfrans zalında qurumun Qadınlar Şurası tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Ailə, qadın, uşaq problemləri – rayonda bu sahədə işi daha da yaxşılaşdırmaq” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, fəal qadınların iştirak etdiyi tədbiri YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Şəkər Abdullayeva açaraq son illər respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində böyük irəliləyişlərə nail olunduğunu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun sürətlə artdığını bildirmiş, bu uğurların əldə edilməsində qadınların rolunu xüsusi vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan qadınlarının IV qurultayında irəli sürülmüş “İnkişaf naminə bərabərlik” devizi bu gün ölkəmizdə inamla həyata keçirilir.
“Dəyirmi masa”da qadınların fəallığının artırılması, hüquqlarının qorunması, ailədaxili münaqişələr, erkən nikah, sağlam həyat tərzi, milli-mənəvi dəyərlərin qorunması və nəsildən nəslə ötürülməsi, uşaq hüquqları, qadın alveri və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirdə, həmçinin rayonda “Ailə kursları” təşkil etmək, maarifləndirmə sahəsində işi yaxşılaşdırmaq barədə təkliflər də səsləndirilmişdir.

Keçidlər