Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunun idman ictimaiyyəti ilə görüş olmuşdur

06 mart 2014 | 16:00

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qax şəhərində rayonun idman ictimaiyyəti ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından, rayon idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda uğurlarından geniş söhbət açılmışdır.
Rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-nin Bədən Tərbiyəsi və İdman Günü geniş qeyd edildiyini bildirmiş və idman ictimaiyyətini əlamətdar bayram münasibətilə təbrik etmişdir.
Bildirilmişdir ki, hazırda rayonda fəaliyyət göstərən 114 ilk bədən tərbiyəsi kollektivində 10 min nəfər fəal şəkildə idmanla məşğul olur. Bu sahədə 193 nəfər ali və orta ixtisas təhsilli idman mütəxəssisi çalışır. Hazırda rayonda 211 idman qurğusu fəaliyyət göstərir.
Vurğulanmışdır ki, ötən il Qax şəhərində Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi rayonda müvafiq sahənin daha da inkişaf etməsinə, kütləviliyinin artmasına tezliklə öz təsirini göstərəcəkdir.
Tədbirin sonunda 2013-cü ildə bədən tərbiyəsi və idman sahəsində fərqlənən məşqçi və idmançılara, həmçinin idman veteranlarına diplom və hədiyyələr təqdim olunmuşdur.
Əlamətdar gün münasibətilə rayonun şəhər və kəndlərində idmanın müxtəlif növləri üzrə yarışlar da keçirilmişdir.

Keçidlər