Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu dəhşətli faciələr yaddaşlardan heç vaxt silinməyəcəkdir

01 aprel 2014 | 15:00

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qax şəhərində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmişlər.
AzərTAc xəbər verir ki, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında keçirilən toplantıda xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyətindən və tarixi köklərindən geniş bəhs edilmişdir. Bildirilmişdir ki, erməni millətçilərinin həyata keçirdikləri soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu məkrli siyasətin məqsədi azərbaycanlıları dədə-baba torpaqlarından sıxışdırıb çıxarmaq, bu əraziləri mənimsəməkdir.
Məruzə və çıxışlarda ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri kütləvi qırğınlar konkret faktlarla diqqətə çatdırılmış, soyqırımı hadisələrinin XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri olduğu vurğulanmışdır. Bildirilmişdir ki, 1918-ci il martın 31-də erməni şovinistləri Bakı Kommunasının köməyi ilə Azərbaycanda kütləvi qırğınlar, qətllər törətməklə bəşər tarixində misli görünməmiş soyqırımı həyata keçirmişlər.
Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanmış, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü və davamlı iş aparıldığı diqqətə çatdırılmışdır.

Keçidlər